Məhkəmə qərarları › İş №2(102)-206/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-206/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-206/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4724/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 4.000 manat, mənəvi ziyana görə 50.000 manat, epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7.000 manat əldən çıxmış gəlirin, 273 manat dövlət rüsumunun, ümumilikdə 61.273 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 902,48 manat məbləğdə maddi, 5.000 manat məbləğdə mənəvi ziyanın iddiaçının xeyrinə tutulması qət edilmişdir.

3. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(103)-4724/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin 5.000 manat mənəvi zərər hissəsində dəyişdirilərək, 3.000 manat məbləğdə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4750/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. H üquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən ş əxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydası nda baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstəri lməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

11. İlk olaraq, Azərbaycan Respublikası Kon stitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququ ndan irəli gəlir.

12. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.

13. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 402.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin normada mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilə bilməcəyi göstərilmişdir.

14. İşdən məlum olur ki, hazırkı iş üzrə iddia üç tələbdən, maddi zərər, mənəvi zərər və iddiaçının epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə əldən çıxmış gəlirin cavabdehdən tutulması tələblərindən ibarətdir, birinci instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 902,48 manat məbləğdə maddi, 5.000 manat məbləğdə mənəvi zərərin iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 5.000 manat mənəvi zərər hissəsində dəyişdirilərək, 3.000 manat məbləğdə müəyyən edilmişdir.

15. İşdən, həmçinin, görünür ki, epilepsiya xəstəliyinə görə əldən çıxmış gəlirin tutulması tələbi rədd olunan hissəyə dair apellyasiya şikayətində iddiaçı məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərmədiyi, fakt və hallara istinad etmədiyi, sübutları təqdim etmədiyi halda, həmin əsas, fakt və hallara kassasiya şikayətində istinad etmişdir. Halbuki, iddiaçının kassasiya şikayətində istinad etdiyi həmin hallar apellyasiya şikayətində irəli sürülmədiyi və həmin instansiyada araşdırma predmeti olmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlil üzrə araşdırma aparıla və ona qiymət verilə bilməz.

16. Bundan əlavə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün, kassasiya icraatında belə dəlillər üzrə də araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

17. Kassasiya şikayətinin qalan hissəsinə gəldikdə isə, iddianın digər iki tələbindən biri olan maddi zərər tələbi əsas, mənəvi zərər tələbi həmin əmlak xarakterli tələbdən asılı tələb, maddi zərər tələbinin məbləği 4.000 manat, yəni MPM-in 402.1-ci maddəsində təsbit olunan və kassasiya şikayəti verilə bilməyən əmlak xarakterli iddialara aid (iddianın qiyməti beş min manatdan az) olduğu üçün, iddiaçının həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikay əti vermək hüququ olmamışdır.

18. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətlərinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, həmin kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 402.1, 408.1.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4724/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4750/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qərardadı ləğv edi lsin. Mülki iş kassasiya baxışından çıxarılmaqla, həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. İddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar