Məhkəmə qərarları › İş №2(102)-2060/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2060/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2060/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-1472/2019, hakim G.A.Əsədova) İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9088/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Polis İdarəsinin müstəntiqi olmuş, hal-hazırda Binəqədi rayon Polis İdarəsinin müstəntiqi olan Cavabdeh ona vurduğu maddi zərərə görə 10.000 manat, eləcə də mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, ümumiyyətlə, araşdırılmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuş, həmin zərərin nədə ifadə olunması açıq-aydın şəkildə həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərilmişdir. Apellyasiya məhkəməsi isə iddiaya deliktin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, həmi n qanunvericilik normalarını səhv təfsir etmiş və iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı Emin və Rövşən adlı şəxslərin ona qarşı dələduzluq etdiklərini, oğlu Etibar İsmayılovu həbsdən azad etdirəcəklərini bildirərək, onun etibarından sui-istifadə etməklə 1.100 manat pulunu aldıqlarını, lakin vədlərinə əməl etməyərək aldıqları pulu geri qaytarmadıqlarını bildirməklə, həmin xüsusatlara əsaslanaraq polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlər etmişdir. İddiaçının şikayətləri əsasında polis tərəfindən araşdırmalar aparılmış və hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarlar Bakı şəhəri Nərimanov rayon prokuroru tərəfindən ləğv edil miş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanıb aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmişdir. Həmin cinayət işinin istintaqı istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Cavabdeh həvalə edilmiş, material onun tərəfindən icraata qəbul edilib, istintaqı davam etdirilmişdir. İş üzrə bir sıra müvafiq istintaq hərəkətləri və əməliyyat tədbirləri yerinə yetirilmiş, Rövşən adlı şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işinin istintaqı dayandırılmış və əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İdd iaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilərək, xx xxxxxx 2016-cı il tarixdə cinayət iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi, İddiaçı şikayətində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması və qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğuna istinad edərək, hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələrinin tələblərinə görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərə kət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ümumiyyətlə zərərin mövcud olmasını əsaslandırmamış və ona maddi və mənəvi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutları təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar