Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2062/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (X, "xxxx" X və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiyanın mümkünlüyü, əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməyən qətnamələr, kassasiya şikayətinin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəs i, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “avtomobilə dair qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun və qeydiyyatın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1497/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-GT*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı X cavabdeh “X” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və onun həmin avtomobillə bağl ı mülkiyyət hüququna dair qeydiyyatının bərpa edilməsi və qeyd olunan avtomobilinin də geriyə özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1100/2023 nömrəli iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1497/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Elnur Həsənov) iddiaçı tərəfind ən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti 13 may 2024-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
7. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
9. Hazırda, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə ki, iddiaçı kassasiya şikayətində 1800 manat qiymətləndirilərək borc əvəzinə tələbkara verilmiş avtomobilinin dəyərinin əslində 4500 manat olmasına istinad edərək, həmin avtomobilə dair tələbkarın adına aparılmış qeydin ləğv edilməsini və avtomobilinin ona qay tarılmasını tələb edir. Göründüyü kimi, tələb edilən əmlakın dəyəri 5000 manatdan azdır. Bu isə iddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatını qeyri-mümkün edir.
10. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
11. Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
12. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 13 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1497/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.