Məhkəmə qərarları › İş №2(102)-2063/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2063/2024

28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2063/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Kateqoriya və açar sözlər: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə b ağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1540/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmünə əsasən 1.Cavabdeh4 (bundan sonra cavabdeh) Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. Cavabdeh2 (bundan sonra cavabdeh) Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil mişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

3. Cavabdeh3 (bundan sonra cavabdeh) Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

4. Cavabdeh1 (bundan sonra cavabdeh) Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-0 4/2019 saylı qərarına əsasən Cavabdeh2 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək, həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplanmaqla ona qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş cəza şərti hesab edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)767/2019 saylı qərarına əsasən Cavabdeh4 dələduzluq əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplamaqla qəti olaraq 12 i l müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. LPO İddiaçı ASC (bundan sonra iddiaçı və ya bank ) tərəfindən verilmiş arayışa əsasən bank tərəfindən yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamış, hökm çıxarıldığı tarixdən xx.xx.2023-cü il tarixədək 110.189,53 (bir yüz on min bir yüz səksən doqquz manat, əlli üç qəpik) manat məbləğində dəymiş ziyandan cavabdehlər tərəfindən banka heç bir ödəniş edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin cinayət əməlləri nəticəsində 110.189,53 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 400,19 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər qulluq mövqelərindən sui-istifadə edərək qabaqcadan əlbir olmaqla külli miqdarda mənimsəmə, külli miqdarda dələduzluq və vəzifə saxtakarlığı cinayətlərini törətmişlər.Cavabdeh4 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Digər cavabdehlər barəsində isə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, onlara təyin edilmiş cəzalar şərti hesab edilmişdir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bankın “Gəncə” filialının müştərisi olan borclu kreditorların kredit xəttlərindən saxta kassa məxaric orderləri, ödəniş qəbzləri, saxta kredit sənədləri hazırlamaqla, ümumilikdə 110.189,53 manat məblə ğində pul vəsaitini şəxsi məqsədlər üçün istifadə edərək, banka külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişdirlər. Bu günə qədər həmin məbləğdə dəymiş ziyan cavabdehlər tərəfindən banka ödənilməmişdir. Bank tərəfindən yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış, cavabdehlər tərəfindən banka heç bir vəsait qaytarılmamışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(003)-1055/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov ) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 67.000 (altmış yeddi min) manat iddiaçı bankın xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2106 (iki min yüz altı) manat iddiaçı bank ın xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 18000 (on səkkiz min) manat, 7000 (yeddi min) manat, 16083,53 (on altı min səksən üç manat, əlli üç qəpik) manat olmaqla, cəmi 41.083,53 manat və dövlət rüsumuna görə ödənilmiş 400,19 (dörd yüz manat, on doqquz qəpik) manat tutularaq iddiaçı bankın xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətləri təmin olunmamış, yalnız “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı təqsirləndirilən şəxslər törətdikləri əməllərdə təqsirli bilinərək bəzi epizodlar üzrə külli miqdarda sözləri xeyli miqdarda sözləri ilə əvəz edilmiş, həmçinin bəzi epizodlar üzrə xeyli miqdarda sözləri hökmdən xaric olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımışdır. Hazırki halda iddiaçı bank cavabdehlərə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur.

10. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 törətdiyi cinayət əməlləri nəticəsində iddiaçı banka ümumilikdə 110189,53 manat məbləğində pul vəsaitini iddiaçıdan qanunsuz olaraq ələ keçirmələri, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan bu hal işin mübahisəsiz halı olmuşdur. Lakin iddia tələbində qeyd olunan məbləğin cavabdehlər arasında müştərək qaydada bölünməsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçıya dəymiş zərərin pul ilə ifadə olunan dəyəri cavabdehlərin törətdiyi cinayət əməllərində faktiki iştirakına uyğun hesablanaraq tutulmalıdır.

11. Həmçinin məhkəmə öz möcvqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5 654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakçı olsalar da, Cavabdeh1 iştirakçı kimi keçməmişdir. Bundan başqa bankın müştərisi Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş cəmi 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakçı olsalar da, Cavabdeh3 iştirakçı kimi keçməmişdir. 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavab deh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 faktiki olaraq iştirak etmişlər. Beləliklə də müəyyən edilmişdir ki, 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat məbləğində ziyan vurulmasına dair əməllərdə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşımışlar. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ümumi məbləğ deyil, onların hər birinin faktiki iştirakına uyğun olan məbləğ iddiaçının xeyrinə tutulmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci ma ddələrinə, eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin bankda işləyən müddətdə bankda olan bütün məsələlər haqqında bank rəhbərliyinin məlumatı olmuşdur. Bankda işləyən Cavabdeh4 də bankın rəhbər şəxslərindən biri olmuşdur, şəxsən “Gəncə” filialına kuratorluq etmişdir və bankda olan bütün çatışmazlıqlara bir baş özü cavabdeh olmuşdur. Aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etmişdir. Həmin pulları mənimsəmiş olsa idi yəqinki o da Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı. Lakin mənimsənilən pullarda bank işçisi kimi onun da imzaları olduğuna görə Gəncə Ağır Cinayətlər məhkəməsi ona şərti cəza verməklə azadlıqda saxlamışdır. Bu da o, anlama gəlmişdir, tərəfindən pul mənimsənilməmiş, sadəcə vəzifə saxtakarlığı etmişdir. Belə olana halda Xəzər rayon məhkəməsi qət etdiyi qətnamədə hansı əsasa məbləği müştərək qaydada yox, kimin harada imzası varsa ona da həmin mə bləği müəyyən edir. Hesab edir ki, Cavabdeh4 sənədlərin heç birində imzası olmamışdır, lakin məhkəmə qətnaməsində onun da üzərinə pul yazılmışdır. Bu iş başdan düzgün araşdırılmamışdır. Bütün bu oyunların qurbanı olmuşdur. Etiraf etmişdir ki, səhlənkarlıq etmiş, kimlərəsə şərait yaratmışdır ki, pulları mənimsəsin, lakin tərəfindən bankın heç bir pulu mənimsənilməmişdir. Ona görə də hesab edir ki, bu iş doğru-düzgün araşdırılmamış və onun barədə əsassız olaraq pul ödəməyi barədə qətnamə qət edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1540/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyatora aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən 29 sentyabr 2010-cu il tarixli 014/1 F/S, 014/2 F/S və 014/3 saylı ipoteka müqavilələrinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 adına illik 24 faiz ödəmək şərti ilə açılmış 100000 manat məbləğində kredit xəttindən istifadə etməklə pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərinə istifadə üçün müvafiq sənədlər tərtib etm əklə rəsmiləşdirərək Vüsal İsgəndərovun məlumatı və razılığı olmadan, bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib kredit xəttinin müddətinin uzadılması barədə xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli ərizələr və eyni tarixli kredit xətti müqaviləsinə əlavə razılaşmalar hazırlamaqla kredit xəttindən Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 (altmış yeddi min) manat pul vəsaitini öz aralarında bölərə k şəxsi ehtiyaclarına xərcləməklə, etibar olunmuş özgə əmlakını külli miqdarda mənimsəmə yolu ilə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməlləri ağır nəticələrə səbəb olmuşdur (Hökmün 3-cü səhifəsi).

17. Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən bankın “Gəncə” filialının xəzinəsində olan nağd pul vəsaitini şəxsi işlərində istifadəsi üçün filialda sənədi olan şəxslərdən birinin adına müvafiq saxta sənədlər əsasında kredit kimi sənədləşdirilib pulla rın götürülərək ona göndərilməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh3 tərəfindən 2010-cu il tarixdə X4 filialda olan şəxsiyyət vəsiqəsinin surətindən istifadə olunmaqla sonuncunun məlumatı və razılığı olmadan bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib guya ona 18000 (on səkkiz min) manatın ödənilməsinə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 4551/04 saylı xəzinə məxaric orderi tərtib edilməklə həmin rəsmi sənədlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmaqla rəsmiləşdirilib həmin saxta rəsmi sənədlərlə qanunsuz olaraq filialın xəzinəsindən sonuncu tərəfindən götürüldükdən sonra həmin məbləği Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləmək lə etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar (Hökmün 6-cı səhifəsi, 2-ci abzası).

18. Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh1 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2014-cü il tarixli 002F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından X3 adına verilmiş 19500 (on doqquz min beş yüz) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 556 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 650 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 700 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə alınmış 600 manatın 200 manatı, cəmi 2106 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə e dib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6-cı səhifəsi, 3-cü abzası).

19. Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2009-cu il tarixli 010 H saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından "xxxx" MMC-nin direktoru X6 adına verilmiş 100000 (yüz min) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxt a rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Xalis Ələsgərovdan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manatı, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat və Cavabdeh3 tərəfindən müştəri Xalis Ələsgərovdan xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə qəbul edilmiş 1000 manat olmaqla cəmi 7000 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6-cı səhifəsi, 4-cü abzası).

20. Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq xx.xx.2014-cü il tarixli 003F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə ” filialından X2 adına verilmiş 19000 (on doqquz min) manat məbləğində kredit vəsaitinin ödənişi kimi filialın xəzinəsinə qəbul edilmiş 16083,53 manatın mədaxil olması barədə məlumatları bankın informasiya resurslarında görərək həmin vəsaitin şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən Cavabdeh3 tərəfindən kreditor Şəfiqə İsmayılovanın bacısı X5 xx.xx.2014-cü ildə filialın xəzinəsinə ödədiyi bankın sisteminə daxil edilmiş 16083,53 manatın ödənişinə dair məlumatlar bankın kompyuter əməliyyat sistemindən pozulmaqla Cavabdeh1 tərəfindən qanunsuz olaraq xəzinədən götürülmüş 16083,53 manat pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş küll i miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın müştərilər qarşısında etibarlılıq baxımından nüfuzuna, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuş, tamah niyyəti ilə bilə-bilə informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəliş etməklə vəzifə saxtakarlığı törətmişdir (Hökmün 7-ci səhifəsi, 2-ci abzası).

21. İş materialları ilə həmçinin müəyyən edilir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətləri təmin olunmamış, yalnız “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı təqsirləndirilən şəxslər törətdikləri əməllərdə təqsirli bilinərək bəzi epizodlar üzrə külli miqdarda sözləri xeyli miqdarda sözləri ilə əvəz edilmiş, həmçinin bəzi epizodlar üzrə xeyli miqdarda sözləri hökmdən xaric olunmuşdur.

22. Göründüyü kimi Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı məhkəmə aktı qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır.

23. Həmçinin iddiaçı LPO İddiaçı ASC tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmu şdur.

24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdirdir ki, qanuni qüvvəsini almış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)12/2017 saylı hökmündən görünür ki, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakçı olsalar da Cavabdeh1 iştirakçı kimi keçməmişdir; bundan başqa bankın müştərisi Aygün Dadaşovadan ayrı-ayrı vaxtla rda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş cəmi 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakçı olsalarda Cavabdeh3 iştirakçı kimi keçməmişdir; 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 faktiki olaraq iştirak etmişlər.

25. Beləliklə də müəyyən edilmişdir ki, 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat məbləğində ziyan vurulmasına dair əməllərdə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, 2106 manat məb ləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşıyırlar.

26. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş zərərin pul ilə ifadə olunan dəyəri cavabdehlərin törətdiyi cinayət əməllərində faktiki iştirakına uyğun hesablanaraq tutulmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mə cburidir) Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)12/2017 saylı hökmü ilə, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə eləcə də 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə həmçinin Cavabdeh3 faktiki olaraq iştirak etmişdir.

28. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olduğundan həmçinin zərərin əvəzi məhz zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğundan birinci instansiya məhkəməsi də mübahisələndirilən hissədə, yəni, Cavabdeh3 aid hissədə düzgün nəticəyə gəlmişdir.

29. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etməsini bildirsə də digər tərəfdən səhlənkarlıq etməklə, pulları mənimsənilməsi üçün kimlərəsə şərait yaratmasını etiraf etməsi faktı da onu deməyə əsasə verir ki, Cavabdeh3 qeyd olunan əməllərə faktiki iştirak etmişdir.

30. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin – “həmin pulları mənimsəmiş olsa idi yəqinki o da Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı” dəlilinə münasibətdə qeyd edir ki, həmin hala qiymət verilməsi mülki məhkəmə icraatının deyil, məhz cinayət mühakimə icraatının predmeti olmuş və o törətdiyi əməllərə görə məhkumluq həyata yaşamasa da, qanunvericiliyə uyğun qaydada itiham olunduğu maddələr üzrə təqsirli bilinərək cəzasını almışdır.

31. Həmçinin qeyd edilməlidir ki, cinayət mühakimə icraatı zamanı da Cavabdeh3 qeyd olunan əməllərdə iştirak etməsi müəyyən edilmişdir ki, bunu təkzib edən mötəbər sübutlar təqdim edilməmişdir.

32. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Apellyasiya instansiyası məhkəməsi gəl diyi nəticəni Mülki Məcəllənin 21.1,21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 731.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1,80, 82.4, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1540/2024 saylı qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qayt arılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalı, iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Bildirmək istəyir ki, həmin bankda işləyən müddətdə bankda olan bütün məsələlər haqqında bank rəhbərliyinin məlumatı olmuşdur. Bankda işləyən Cavabdeh4 bankın rəhbər şəxslərindən biri olmuşdur, şəxsən Gəncə filialına kuratorluq etmişdir və bankda olan bütün çatışmamasızlıqlara bir baş özü cavabdehdir. Aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etmişdir. Hesab edirə ki, həmin pulları mənimsəsəydi yəgin ki Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı. Lakin mənimsənilən pullarda bank işçisi kimi onun da imzaları olduğuna görə Gəncə Ağır Cinayətlər məhkəməsi ona şərti cəza verməklə azadlıqda saxlamışdır. Bu da anlama gəlir ki, pul mənimsəməmişdir, sadəcə vəzifə saxtakarlığı etmişdir. Bəs belə olana halda Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi qət etdiyi qətnamədə hansı əsasa məbləği müştərək qaydada yox, kimin harda imzası varsa ona da həmin məbləği kəsir? Belə olan halda hesab edir ki, Cavabdeh4 sənədlərin heç birində imzası olmamışdır, lakin məhkəmə qətnaməsində onunda üzərinə pul yazılmışdır. Bu iş başdan düzgün araşd ırılmamışdır. Bütün bu oyunların qurbanı olmuşdur. Düzdür etiraf edir ki, səhlənkarlıq etmişdir kimlərəsə şərait yaratmışdır ki, pulları mənimsəsin, lakin o, bankın heç bir pulunu mənimsəməmişdir. Ona görə də hesab edir ki, bu iş doğru-düzgün araşdırılmamışdır və onun barəsində əsassız olaraq pul ödəməyi barədə qətnamə qət edilmişdir. Həmçinin bildirmək istəyir ki, Bakı Apellyasiya Məhkəməsinə məhkəmə iclasından 1 ay qabaq xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsi ilə vəsatət göndərərək məhkəm olan Cavabdeh4da məhkəməyə gətirilməsini və bu iş ilə bağlı dindirilməsini xahiş etmişdir. Lakin məhkəmə vəsatətini qəbul etməmişdir. Bununla belə yuxarıda göstərdiyi faktları məhkəməyə bildirsə də, bu halları məhkəmə araşdırmadı və ədalətsiz qərar çıxardı. Bu səbəbdən də, hesab edir ki, həmin qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir.

38. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 14.1,77.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı tərəfindən tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilmə si nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zə rərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı:

44. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi:

45. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

46. Maddə 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığı, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların tam sübut edilmədiyi, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr in işin hallarına uyğun gəlmədiyinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə hüuqi qiymət verilməməlidir.Çünki Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən də aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddianın təmin edilməsi barədə nəticələri m ahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli 2(103)-1540/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar