Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Voğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) xx.xx.2019-cu il tаrixli, 2(007)-*/2019 saylı qətnaməsi ilə İddia çı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(007)-*/2019 saylı qətnaməsinin İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Z saylı mənzilində 16 kv.m olan otağa və mətbəxdən, dəhlizdən, sanitar qovşağından ümumi istifadə etməklə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Baxmayaraq ki, iddiaçı səhhəti ilə bağlı xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək imkanının olmaması və mülki işin təxirə salınması barədə Bakı Apellyasiya Məhkəməsinə teleqram ünvanlamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətini nəzərə almadan və onun iştir akı olmadan mülki iş üzrə qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə işin halların uyğun deyildir və əsassızdır. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh, 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbayca n Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Voğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. İkincisi, mübahisəli mənzilin iddiaçının vəsaiti hesabına alınmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu hal təsdiq olunsa belə, iddia tələbinin mənzi lin bir otağına payın müəyyən edilməsi hissəsinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, mübahisəli mənzil tərəflərin ümumi mülkiyyətində (birgə mülkiyyət yaxud paylı mülkiyyət) deyil, yalnız tam olaraq cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Ümumi mülkiyyətdə olmayan əmlak üzərində isə hansısa şəxsin payı müəyyən edilə bilməz. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan hallarda yarana və mövcud ola bilər. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər (MM.m.223.2) Üçüncüsü, iddia tələbinin mübahisəli mənzilin mətbəxindən, dəhlizindən, sanitar qovşağından ümum i istifadə edilməsinin müəyyən edilməsinə isə zərurət yoxdur. Çünki, nəinki həmin hissələrə, bütövlükdə həmin mənzilə məhkəmə qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmış və o, artıq həmin mənzilə köçürülmüşdür. Onun mənzilin bütün hissələrindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfind ən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına və yenidən müəyyən edilməsinə ümumiyyətlə zərurət yoxdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələblərinin pozularaq onun mülki işə baxılma sının təxirə salınmasına dair vəsatətinə münasibət bildirilmədən baxılaraq qətnamə qəbul edilməsinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, apelyasiya kollegiyası vəsatətə münasibət göstərərək qeyd etmişdir ki, iddiaçı vəsatətdə göstərdiklərinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, təqdim etdiyi reseptin və MRT müayinə protokolunun xx.xx.2019-cu il tarixli surətləri onun sağlamlıq durumunun ağır olduğunu təsdiq etmir. Odur ki, iddiaçının istinad etdiyi məhkəmə tərəfindən prosessual pozuntuya yol verilməsi halı öz təsdiqini tapmamaqdadır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilm əz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2067/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2067/2020
05.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver