Məhkəmə qərarları › İş №2(102)-2067/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2067/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X5 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras payının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki B aba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-270/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X10 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi miras qalmışdır;

3. Miras qoyanın övladları X8 və Cavabdeh3 xx.xx.2015-ci ildə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmişlər;

4. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-145 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsələri X8 və Cavabdeh3 hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Daha sonra Vüqar Şükürov xx.xx.2021-ci il tarixdə ərizə ilə payından imtina etmiş və həmin bağ sahəsinə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir;

5. Miras qoyanın digər övladı X11 mirasın qəbulu və ya mirasdan imtina ilə bağlı notariat kontoruna müraciət etməmiş, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində ölmüşdür. İddiaçı, Nifti Şükürovun oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X5 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6 cəlb edilməklə) qarşı mərhum babası X1 miras qalmış və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X4 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət re yestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, əmiləri Mehti və Vüqar Şükürovlar xx.xx.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə cavabdeh 5 saylı notariat ofisinə müraciət edərkən özlərindən başqa vərəsələrin olmasını gizlətmiş və vərəsəlik işini açmış notariat ofisi də vərəsələrin dairəsinin müəyyən edilməsi üçün hər hansı bir hərəkət etməmişdir. O, mərhum Nifti Şükürovun qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalan mirası qəbul etmək üçün Rusiya Federasiyasının Saratov vilayətində Saratov şəhəri notariat orqanında vərəsəlik işi açdırmış, hal-hazırda Azərbaycanda da vərəsəliyi qəbul etmək istəyir.

8. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, miras əmlakda atasının haqqı olan payını almaq istəyir. Atası 2000-ci ildən Azərbaycanda yaşamır, atası 1999-2000-ci illərədək anası-atası ilə bağ evində yaşamış, 2000-ci ildən Saratov şəhərinə gemiş, nikaha daxil olmuş, həmin nikahdan uşaqları yoxdur. 2011-ci ildə o, atası ilə əlaqə yaratmış, həmin vaxtadək atası ilə əlaqəsi olmamış, atası payını istəmək üçün ona 2020-ci ildə etibarnamə göndərmiş, o, Vüqar əmisinə atasının payını istəməsi üçün notariusa müraciət edəcəyini demiş, iki əmisi arasında pul söhbəti olduğundan Vüqar əmisi ona tələsməməsini demiş, 2021-ci ilin sentyabr ayında o, Vüqar əmisindən babasının ölüm kağızını istəmiş, ona sənəd verilmədiyi üçün Asan xidmətə müraciət edərək sənədləri alarkən çıxarışın alınmasını bil mişdir. Mehti əmisi böyük olduğundan, əsəbi olduğundan o, Mehti əmisinə müraciət etməmiş, sözünü Vüqar əmisinə demiş, Vüqar əmisi dəfələrlə Mehti əmisinə onun yanında bu barədə demişdir. Bu məsələdən sonra o, Vüqar əmisinə, Sevinc bibisinə onu aldatmalarını demişdir. Aralarında olan razılığa görə miras əmlakdakı pay torpaq olaraq aralarında bölünməli, atasının payı ona verilməlidir. O, bağa 10 ildən çoxdur girə bilmir. Atası oğul kimi babasına onun yanında həmişə pul vermiş, bir dəfə atası onun yanında 1994-1995-ci illərdə babasına 10000 ABŞ dolları vermişdir. Bağ babasına 1957-ci ildə verilmiş, həmin torpaqda bütün tikililəri babası tikmişdir. Vüqar ona gözləməsini Mehtidən borcunu alandan sonra torpağın ata malı kimi bölünəcəyini demiş, bir ildən sonra o, Asan xidmətə müraciət etmiş, ata sı bir aydan sonra xx.xx.2021-ci ildə vəfat etmiş, əmiləri atasını gətirməməyi ona demiş, o, pandemiya şəraitində çətinliklə cəsədi gətirmiş, dəfndə əmiləri iştirak etmiş, Mehdi əmisi ona təşəkkürünü bildirmiş, onun yanına gəlməsini demişdir. Vüqar əmisi ona böyüklük etmiş, Mehdi əmisi isə ölkədə olmadığından onunla əlaqəsi olmamışdır. Mehti əmisi onun toyunda babasının verdiyi 600-700 manatı vermiş, bundan başqa ona heç bir vəsait verilməmişdir. Vüqar əmisi ilə onun bu günədək də münasibətləri yaxşıdır. Bibisi ilə münasibəti normaldır. Mehti əmisi ilə atasının yas mərasimində görüşmüşdür. Sovetskidə olan 500 kv.m. baba evi sökülərkən Vüqar əmisi onun da payının verilməsini Mehtiyə demiş, Mehti isə Anarın adını çəkmə, sənə payını vermişəm sevin demişdir. Hazırda Vüqar əmisi ona Mehti ilə o nu üzgöz etməməsini, bibisi isə nə istəyirsiniz onu edin deyir. Notarius tərəfindən onun atasının payı da müəyyən edilməli idi. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir

9. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçı özünün miras əmlaka olan payının qəbul edilməsi müddətinin bərpa edilməsini tələb edir. İddiaçının babası X10 xx.xx.2009-cu il tarixdə, atası X11 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yəni, iddiaçının atası, babası vəfat etdikdən sonra 13 ilə yaxın həyatda olmuşdur. Lakin iddiaçının ilk verdiyi iddia ərizəsindən də göründüyü kimi atası 2000-ci ildən Rusiya Federasiyasına köçmüş, hətta iddiaçının ölən günə qədər atası ilə əlaqəsi olmamışdır. Bundan əlavə iddiaçının atası N.İ.Şük ürov məlumatlı olmasına baxmayaraq, nə anasının, nə də atasının dəfnində iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı atası tərəfindən mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddətin hansı səbəbdən ötürüldüyünü və həmin səbəblərin üzrlü hesab o lunması üçün məhkəməyə hər hansı sübut və ya əsas təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1- ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. X10 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, iddiaçının atası 6 aylıq müddəti ötürmüşdür. Hətta əgər digər vərəsələrin notariat ofisinə xx.xx.2015- ci il tarixli müraciət tarixini və ya vərəsəlik şəhadətnaməsinin verildiyi xx.xx.2021-ci il tarixi nəzərə alınsa, irsi transmissiyanı da hazırki işə tətbiq etmək mümkün deyildir. Belə ki, iddiaçının atası X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərba ycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Hazırki mübahisənin açılması üçün nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında vərəsəlik işi açdırdığını qeyd edir, hazırki tələb üzrə ilk iddia ərizəsini isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Yəni qanunla müəyyən olunmuş 2 aylıq müddət həm mərhum atası həm də iddiaçı tərəfindən ötürmüşdür. Göründüyü kimi vərəsə mirası nə formal, nə də qeyriformal qəbul etməmişdir. İddia tamamilə əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

10. Cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayədəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanı nda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X6 məhkəmə iclasında iştirak etməmişlər.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(001)-1102/23 saylı iş üzrə 6 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı miras qoyanın digər vərəsələri ilə aralarında razılaşmanın olmasını, bu səbəbdən atasının vaxtında mirası qəbul etmək üçün müraciət etmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı X11 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən buraxılmasın a dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzrlü sayarsa, məhkəmənin buraxılmış müddəti bərpa deyil, uzatmaq səlahiyyəti olduğundan, mirası qəbul edən vərəsələrin razılığı olmadığından, X11 tərəfindən miras qəbul edilmədiyi halda iddiaçının babasından miras qalan əmlakda atasının payının müəyyən edilməsini tələb etmək, miras qoyanın birinci növbəli vərəsələrinin mirası qəbul etmələri ilə bağlı sənədləri mübahisələndirmək hüququ olmadığından iddia tələbləri təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1147, 1243, 1246, 1248, 1252, 1253, 1255, 1256, 1262, 1263, 1269, 1272, 1273, 12 73-1, 1321-1323-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-270/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmmədli Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmkəsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 20 8 saylı bağ sahəsinə dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmiş, X1 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsində X4 qanun üzrə vərəsə kimi ¼ hissədə miras payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmiş və bununla da qətnamə ilə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

17. Məhkəmə kollegiyasının q ənaətinə görə Nifti Şükürovun miras əmlak barədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Nifti Şükürov atası İltifat Şükürovun miras əmlakına münasibətdə mirası qəbul etmiş sayılır. İddiaçı isə atası Nifti Şükürova münasibətdə mirası qəbul etmiş vərəsədir. Belə ki, İddiaçı da qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Eləcə də, iddiaçı miras əmlak barədə susmamışdır. O, atasına münasibətdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Rusiya Federasiyasında mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmişdir. İddiaçının nümayəndəsi apellyasiya b axışı zamanı izahatında bildirmişdir ki, Nifti Şükürovun ölümündən sonra qalmış miras əmlakın bir hissəsi üçün onun vərəsələrinə, o cümlədən iddiaçıya Rusiya Federasiyasının notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən həmin hallar üzrə düzgün nəticəyə gəlməmişdir, yəni qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

19. İddia tələblərindən biri də payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunması barədədir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas götürərək mə rhum Nifti Şükürovun atası İltifat Şükürova münasibətdə, İddiaçı isə Nifti Şükürova münasibətdə mirası qəbul etdiyi qənaətinə gəldiyindən mirasın qəbulu müddətinin bərpa olunması tələbinə ayrıca qiymət verməyə zərurət görməmişdir. Həm də İddiaçı artıq atasından qalmış əmlakın bir hissəsinə vərəsəlik şəhadətnaməsi aldığından o, istər Azərbaycan, istərsə də Rusiya mülki qanunvericiliyinin tələbinə müvafiq olaraq mirası bütünlüklə qəbul etmiş sayılır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2. 1134.2, 1145, 1146, 1243.1, 1243.2, 1255, 1321.2, 1321.3, 1322, 1323-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Mehdi Şükürov (Vəkil2) kassasiya şikayəti verərək apell yasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəlləsinin 1272-ci maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında vərəsəlik işi açdırdığını qeyd edir, hazırkı tələb üzrə ilk iddia ərizəsini isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Yəni qanunla müəyyən olunmuş 2 aylıq müddət həm mərhum atası həm də iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi vərəsə mirası nə formal, nə də qeyri-formal qəbul etməmişdir. İddiaçı bunu bilmiş və aylarla şifahi müzakirələr aparmışdır. Daha sonra məhkəməyə iddia ilə müraciət etmiş, həmin iddianı geri götürmüş, bir neçə aydan sonra yenidə n müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün müddətləri ötürmüşdür.

23. Cavabdeh hesab edir ki, məhkəmə ilkin olaraq iddiaçının müraciət etmək üçün subyektiv hüququnu, prosessual müddətləri yoxlamalı, daha sonra Konstitusiya Məhkəməsinin qeyd olunan qərarını hazırkı işə tətbiq etməli idi, çünki məhkəmələrin icraatındadır deyə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının 30 il və ya 15 il bundan öncə açılmış mirasa şamil edilməsi absurddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

28. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərə findən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzr lü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

35. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

36. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

37. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imt ina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə tərkibi, iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətin keçməsi barədə dəlillərini əsaslı hesab etmir, ona görə ki, həmin norma mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq, hədələmə, yanılma nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin iki ay müddətində mübahi sə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.

47. İşə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının atası Nifti Şükürov, İltifat Şükürovun mirasından qanunla müəyyən edilmiş müddətdə və qaydada imtina etmədiyi üçün mirası qəbul etmiş sayılır. Bu səbəblə Nifti Şükürovun əmlak aktivinə keçmiş müvafiq miras payını onun ölümündən sonra oğlu İddiaçı qəbul etmiş hesab olunur. Bu baxımdan apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə bu cür mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğundur.

48. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılm ası ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh3 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. O da qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassas iya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-270/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar