Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2068/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Nisyə satılmış əşyanın ödənilməsi tələbi, sübutetmə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı nisyə satılmış əşyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(103)-568/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə veril miş kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (əvvəllər “Quliyeva” soyadını daşımışdır) qızıl-zinət əşyalarının alğısatqısı ilə məşğuldur.
2. Cavabdeh1 2018-ci ildə müxtəlif tarixlərdə İddiaçı qızıl-zinət əşyaları (qramını 100-150 manata) nisyə olaraq almış, həmin qızılların bir qisminin pulunu sataraq iddiaçıya ödəmiş, lakin sonra ödəyə bilməmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanışı X1 pulunu ödəməsi üçün 220.000 manat dəyərində qızıl-zinət əşyalarını vermiş, Xanım Quliyeva dekabr ayınadək verdiyi qızılları satıb ona düşən payı versə də, 2018-ci ilin dekabr ayından etibarən ödənişləri dayandırmışdır.
4. Həmin şikayət ərizəsi əsasında toplanmış material üzrə Nərimanov PRİ-nin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, X4 əməlində cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, 2018-ci ilin dekabr ayınadək aldığı qızılları satıb 73.000 manat ödəniş etmişdir. Lakin qalan ödənişləri ödəyə bilməmişdir. İddiaçı verməli olduğu borcdan imtina etmir. Sadəcə hazırda maddi çətinliyi olduğuna görə pulu ödəyə bilməmişdir. Aldığı qızılların bir qismini nisyə satmış, bir qismini isə lombarda girov qoyaraq pul götürmüşdür. Aldığı qızıl-zinət əşyalarını və onların məbləğini öz dəft ərində qeyd etmişdir, hazırda həmin dəftər yanında olmadığı üçün məbləği dəqiq bilmir. Lazım olacağı təqdirdə dəftəri təqdim edərək dəqiqləşdirə bilər.
5. Qərarda (səh.17, abzas 5) qeyd olunmuşdur ki, araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Yəni İddiaçı gəlir əldə etmək məqsədilə aralarında olan qarşılıqlı razılaşma əsasında 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanıdığı X5 müxtəlif miqdarda qızıl-zinət əşyaları vermiş, sonuncu da həmin qızılları satdıqdan sonra dekabr ayınadək 73.000 manat ödəniş etsə də, dekabr ayından sonra maddi vəziyyəti ilə bağlı qalan 220.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu vaxtında ödəyə bilməmişdir. Bununla da tərəflər arasında mülki mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 200.000 manat, Cavabdeh3 10.000 manat və Cavabdeh2 10.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, İddiaçı təqribən 2018-ci ilin sentyabr ayından bir neçə ay ərzində özünə və ailə üzvlərinə məxsus, həmçinin tanıdığı şəxslərdən aldığı qızıl-zinət əşyalarını satılması üçün müxtəlif vaxtlarda və yerlərdə olmaqla cavabdehlərə vermiş, onlar isə bir müddət sonra həmin əşyaların dəyərini İddi açı ödəmiş, qeyd olunan şəkildə alış-verişləri bir neçə dəfə təkrarlanmışdır. Nəhayət 2018-ci ilin dekabr ayında cavabdehlərdən Cavabdeh1 satılması üçün onlara verilmiş qızıl-zinət əşyalarının qalıq dəyəri olan 220.000 manat pulu maddi çətinlikləri ilə əlaqədar olaraq razılaşdırılan vaxtda ödəyə bilməyəcəklərini bildirmiş və onlara möhlət verilməsini istəmişdir. Cavabdehlər onlara verilmiş möhlət müddəti ərzində də pulu ödəməmişlər. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və şikayət üzrə aparılmış araşdırma ilə qeyd olunan hallar öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılan təhqiqat üzrə vermiş olduqları izahatlarında iddianın əsaslarını təsdiq etmişlər.
8. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında bildirmişdir ki, məhkəməyə təqdim olunmuş səs yazılarından da aydındır ki, Cavabdeh1 iddiaçıya borcu olduğunu etiraf etmiş, dəfələrlə borcunu qaytaracağına söz vermişdir. Həmin səs ona aid olduğunu bildiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertizalarda səs yazılarının alınması üçün çağırılsa da, iştirak etməmişdir. Cavabdehlər qarşılıqlı münasibətlərinin ilk dövründə iddiaçıdan nisbətən az miqdarda qızıl-zinət əşyaları götürərək dəyərini ödəməklə iddiaçıda özlərinə münasibətdə etibar qazanmış, sonra isə bu inamdan, etibardan sui-istifadə edərək dəyəri daha çox olan qızıl-zinət əşyaları götürərək sahibinə qaytarmamaqla ələ keçirmişlər. Cavabdeh Xəyal da qızıl-zinət əşyalarının daşınmasında kömək etmiş, onlar həmin qızılları lombarda qoymuş və pul əldə etmişlər, bundan da görünür ki, cavabdehlər qızılı satmaq niyyətində olmayıblar.
9. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, qeyd edilən pul tələbinə dair iş üzrə iddiaçının gəlini X3 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq, X5 qarşı 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bu barədə X3 və ayrıca İddiaçı onun qızına qarşı Nərimanov RPİnə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Nəsimi Rayon Məhkəməsinin çıxartdığı qətnamə haqqında məlumat verməyərək şikayət etmiş, lakin sübuta yetirilmədiyindən şikayət ərizəsi rədd edilmişdir. Nəsimi Rayon Məhkəməsin in qətnaməsində qeyd edilir ki, 000ın qızına qarşı tələbi sübutla yetirilməmişdir. Hazırki mülki iş üzrə İddiaçı eyni predmetlə məhkəməni yayındıraraq, qərəzli olaraq onun digər rayonda, yəni Xətai rayonunda qeydiyyatda olmağından, YYYnın anası olmağından istifadə edərək həmin tələblə, həmin predmetlə ona qarşı əsassız iddia qaldırmışdır. Onun nə X3, nə də İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb. Bu məsələnin ona heç bir aidiyyəti yoxdur, iddiaçı əvvəllər şikayət etdiyi instansiyalarda (polis bölmələrində, eyni tələblə Nəsimi rayon məhkəməsində) onun adı hallanmamışdır, iddia ərizəsi qərəzli və əsassızdır.
10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, tərəflər arasında eyni predmetlə bağ lı başqa məhkəmədə iş olduğunu, həmin tələbin rədd edildiyini, bu səbəbdən hazırki işə baxılmamalı olduğunu bildirmişdir.
11. Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 200000 (iki yüz min) manat və Cavabdeh3 10000 (on min) manat pulun tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki: 12.1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasın da eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 10 mart 2021-ci il tarixli məhkəmə baxış iclasında xx.xx.1985-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, qızıllar iddiaçının olmuşdur, özü vasitəçi kimi iştirak etmişdir. İlk əvvəl-yay aylarında cavabdehlərə gümüş, sonra yəni, sentyabrda qızıl vermişlər. Aralarında belə bir alver olmuşdur. Yekuna qədər onlara 73 min pul ödənilmişdir. Həmişə mal verəndə 10 faiz ilkin ödəniş edirdilər. Bu proseslər 2018-ci ilin sentyabr ayında başlanıb. Həmin ilin dekabr ayında isə dedilər ki, avtoqəza olub vəziyyət pisdir. Cavabdehlər dekabr ayına qədər müəyyən ödənişlər etmişlər, lakin daha sonra etməmişlər. Ancaq Xanım demişdir ki, dəmiryolunda işləyir, pulu var, ödəyəcəklər. Bu alverlə bağlı dəftər də var, hamısı orada ya zılmışdır. Amma cavabdehlərin burada imzası yoxdur. Hal-hazırda cavabdehlərin 220 min manat borcları var, qayınanası onlara, yəni Leylaya və Xanıma 2018-ci ilin dekabrından sonra 2 kilodan çox, təxminən 2600 qram qızıl verib. 12.2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, ümumiyyətlə Xatirəni tanımır, onların internetdə tanış olmaları yalandır, iddiaçının qızı və onun qızı Pikəxanımı bir ortaq tanışları tanış edib. Nə qızıl götürülmüşdürsə, dəyərini ödəmişlər, qalsa-qalsa 2-3 min borc qalmışdır, əvvəl qızı ilə birgə ya şamışdır, bütün məsələləri qızı ona danışırdı. Cəmi 2-3 kilo qızıl almışdırlar, onun da pulu ödənilmişdir. Adi məhkəmədə iştirak üçün bildirişə qol çəkilir, necə ola bilər ki, 220 minlik qızıl alına və müqavilə bağlanmaya. Xahiş edir ki, iddia tələbi rədd edilsin. İddia tələbi qanunsuz və əsassızdır, əvvəllər də eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilə bilməz, əks halda iş üzrə icraata xitam verilməlidir. 12.3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X5 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. 12.4. 05.11.2021-ci tarixli dinləmə protokolundan görünür ki, XİAOMİ markalı MDG6 modellı telefona baxış keçirilmişdir, X9 alan (***-***-* *-**): xx.xx.2019-cu il tarixli mesajın mətni: “Xala salam, mən xanıma yazdım, xanıma mesaj getmədi. Xala o malları verəcəm mən. Mən Xanıma dünən yazdım, başa saldım o malları verəcəm, necə verəcəm demişəm başına dönüm. Mən o qızdan pul da götürüb onu da gətirib verəcəm. Bir səbrin olsun xahiş edirəm”; “Xala salam. Xala başına dönüm, qızı gözləyirəm, xəbər eləsin gedib görüşəcəm, onunla görüşüb verəcəm. Birdən bugün gec olmuş olsa, ola ki sabah qız nə versə gətirib hamısını verəcəm sizə”; “Ay xala (əsəbi halda) axşamın xeyir, sənə yazdım axı, dedim bu günü gözləyirəm. Olmasa sabaha həll olmalıdı inşallah.” xx.xx.2019-cu il tarixli mesajın mətni: “Xala salam, zəhmət olmasa bir dənə xanıma deyin də, mal çıxaracam, mən 6-cı gün qız mal verəcək mənə. Nə götürüm təcili nə lazımdı ona. İki dənə mal çıxardacam nə çıxardım.”; “Xala dedim axı, başına dönüm qızdan gözləyirəm, necə olur olsun çatdıracaq, məndə sizə çatdıracam. O pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki. Sizdən artıq onu gözləyirəm”. xx.xx.2019-cu il: “Xala mən dünən də oxumuşam mesajınızı, bugün də oxumuşam. Nə qardaşım, nə dayılarım, nə xalalarımdan heç birinin aidiyyəti yoxdur, kimlə görüşmək istəyirsiniz, görüş, mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər. Onlar yaxşı adamdılarsa yaxşı olsunlar mən pis. Xanıma da dedim ki, Xanım mama işdədi mama ilə danışım, xəbər eləyəcəm. Mən vaxtını və saatını deməmişəm, heç nə də deməmişəm bu vaxt bu saatda. Qaldı pul məsələsinə, dedim Xanım səbr elə, mən məsələləri yoluna qoyacam, az qalıb. Yəni malı da verəcəm, pulu da verəcəm”. 12.5. Həmçinin həmin tari xli dinləmə protokolundan görünür ki, (Xanım gəlin nar (070-362- 61-01 Forvard)) xx.xx.2019-cu il tarixli səs yazının mətni: “Bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum 220 mindir də, düzdür bacı? Keçən dəfə danışdıq ki, ayda 2 mindən 5 minə qədər danışdıq ki, ödəyəcəm mən sənə. İnşallah 1525-nə kimi vaxt istəyirəm, bilirsən alacağım var, onu alıb verəcəm sənə. Birdə ki, mal verəcəm, mənə borclu olan mənə mal verəcək, mən də götürüb sənə verəcəm. Maksimum ayın sonuna kimi həm pul verəcəm, həm mal verəcəm. Ərizəni yaz ki, razılaşmışıq, mən də sonra gedib yazacam ki, ayda bu qədər ödəyəcəm. Mən sənə ayda o pulu ödəməsəm, onsuz də sən yenə şikayət edə bilərsən. O iltizamı mən yazıb versəm, o kağız səndə olsa, mən ödəməsəm sən yenə şikayət edə bilərsən. Onda işə daha başqa cür baxacaqlar, onda daha ciddi baxacaqlar. İş getsə o yana aləm bir birinə dəyəcək, mən uje özümün də, anamın da canını qurtarmaq məcburiyyətindəyəm ki, tutulub getməyəm. Mamanı qoydum qırağa, onsuz da ona bir şey eləməyəcəklər, nə olsa mənə olacaq bu hamilə vəziyyətimlə. Bu uşaqla mən ora gedib çıxmamaq üçün gərək canımı qurtaram. Ona görə deyirəm ki, gəl razılıqa gələk, o işi göndərir. Mənə dedi göndərir, mən də dedim göndərin, mən uje bilmirəm o adama nə cavab verim. Xanım, gəl mən sənə möhlətimi də deyim, xahiş də eləyim, yalvarıram da dönə-dönə xahiş edirəm, anlaşa biləriksə, inşallah anlaşarıq. Mən avqust, sentyabr, oktyabr ayına 3 ayı, ayına 2 min ödəyim sənə. Oktyabr ayından sonra ayına 5 min ödəyim. Razısansa mən birisi gün gedim danışım Cabir müəllimlə. Gedim kağız yazım, sən də gəlib yazarsan. Yəni birisi gün gedim ərizəni yazım, avqust, sentyabr, oktyabr ayına 2 min manatdan ödəyim, ondan sonra 5 min ödəyim. Əgər razısansa mən bu dəqiqə onu edə bilirəm. Xanım, əlimi hara atıramsa, bütün işlərim hamısı darmadağındı. Mən səndən 3 ay istəyirəm, bax avqustun 29-u 2 min verəcəm, sentyabrın 29-u, oktyabrin 29-u ayda sənə 2 min verəcəm. Bacı ondan sonra noyabrın 29-30 ayda sənə 5 mindən verəcəm, bacı razılığa gələ biliriksə, gəl bunun razılığına gələk. Birisi gün mən gedim yazım verim, bu cürə həll edək bacı. Mən səndən xahiş edirəm, bu qədər güzəştə getmisən, bu qədər başa düşmüsən, bu qədər hər şeyi eləmisiz, bilirəm, allah razı olsun, allah elədiklərini sənin də, balavın da, yoldaşının da, qayınanavın da qarşısına çıxartsın. Axrıncı dəfə bunu sizdən xahiş edirəm, se ntyabra da o torpağı da düzəldib çalışacam götürüm verim ki, hansınsa birinin borcundan bağlayasan”. 12.6. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci ilin sentyabr ayında qızıl alğısatqısına dair qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarını iddiaçıdan satmaq məqsədilə götürmüşlər. Tərəflər arasında qızıl-zinət əşyalarının bir qramının alğı-satqı qiyməti 100-150 manat razılaşdırılmışdır. Bununla belə, qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən, həmçinin digər Cavabdeh2 qızıl-zinət əşyalarına görə öhdəliklərinə əsas verən halla r məhkəmə tərəfindən müəyyən olunmadı. 12.7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmalarına və səs dinləmələrinə dair protokollar (xx.xx.2019-cu il tarixdə - “Mən o qızdan pul da götürüm, onu da gətirib verəcəm, bir səbrin olsun xahiş edirəm”; xx.xx.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” xx.xx.2019-cu il tarixdə “nə qardaşım, nə dayılarım, nə xalalarımdan heç birinin aidi yyəti yoxdur, kimlə görüşmək istəyirsən görüş, mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə, dedim Xanım, səbr elə, mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” xx.xx.2019-cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Cavabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, 2-3 kq. qızıl almaları barədə etiraf, həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasına dair cavabdehlərdə sübut etmə vəzifəsi yaradır. Lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdehlərə münasibətdə əsaslıdır. 12.8. Məhkəmə, iddia tələbinin digər Cavabdeh2 “10000 manat pulun alınması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı bu hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə məhkəmə prosesinin uzun çəkməsinin əsas səbəbkarı iddiaçı tərəfin vəsatətləri və hərəkətləri olmuşdur. Cavabd eh tərəfi lazımınca məlumatlandırmayan məhkəmə isə cavabdehin vəkilinin işlə tanış olmasına mane olmaqla yanaşı iddiaçı tərəfin də iştirakı olmadan yekun məhkəmə aktı çıxarmışdır. Həqiqətə nail olmaq üçün hər iki tərəfin iştirakı vacib olsa da, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Vəkil2 məhkəmə iclasında iştirak edərkən iş materialları ilə tanış olmaq üçün vaxt istəsə də məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəf bu halları sübut etməmişdir. Halbuki tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən etməli, qanunla müəyyən olunmuş qaydada əldə etdiyi səhih, düzgün məlumatları mötəbər sübut kimi hesab etməliydi. İş materiallarına diqqət etdikdə məlum olur ki, məhkəmə tərəfində sübutlar hərtərfli araşdırılmamış və nəticə olaraq bu sübutlara qərəzli yanaşma mövcud olmuşdur. Məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. İddiaçının gəlini X2 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq X5 qarşı 220000 manat pul borcunun qaytarılması tələbinə dair iddiası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi rədd edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələblərini pozmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 yanvar 2023-cü il tarixli, 2(103)-568/2023 nömrəli qətnaməsi ilə (hakim lər - A.N.İmanov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki,: 17.1. Hazırki, halda Cavabdeh1 200.000 manat, digər Cavabdeh3 isə 10000 manat dəyərində qızılın verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmal arına və səs dinləmələrinə dair protokollar (xx.xx.2019-cu il tarixdə - “mən o qızdan pul da götürüm onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; xx.xx.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” xx.xx.2019-cu il tarixdə “nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyəti yoxdur, kimlə görüşmək istəyirsən görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə dedim Xanım səbr elə, mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” xx.xx.2019-cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Ca vabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair Akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir. 17.2. Göründüyü kimi, 2-3 kq. qızıl almaları barədə etiraf, həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasını qeyd edirlər. Bu halda sübutetmə yükü dəyişir və prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarına əsasən qızılın dəyərinin qaytarılmasını subutetmə vəzifəsi cavabdehlərin üzərinə düşür. 17.3. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasını qeyd etsə də, bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhk əməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 200.000 manat və Cavabdeh3 10.000 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 17.4. Kollegiya həmçinin onu da qeyd edir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1, onun Məhkəmə fonoskopik ekspertizasında iştirak etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. İş materiallarında olan tədqiqat üçün nümunənin alınması barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti A.Ağamalıyeva tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktın s urətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2(011)- 3604/2021 saylı mülki iş üzrə nümunə verən şəxs Cavabdeh1 nümunənin götürülməsi prosesində iştirak etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olu nmuş və yaxud rədd edilmiş hesab edə bilər.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 iş üzrə heç bir cavabdehlik daşımadığı halda işə cavabdeh kimi cəlb edilməsi əslindən işin aidiyyətinin Xətai Rayon Məhkəmə sində baxılmasına nail olmaq olmuşdur. Bundan başqa, Cavabdeh1 ticarət əlaqələri yalnız Pikəxanımla olsa da, iddiaçı kimi sonradan İddiaçı çıxış etmişdir. Halbuki, Xatirə ilə Xanımın heç bir münasibəti olmayıb və bu halı təsdiq edən heç bir sübut da yoxdur. Həmçinin səs ekspertizası keçirilən zaman Cavabdeh1 iştirakı təmin edilməmişdir. Hazırkı İddiaçı, Pikəxanımla olan səs yazılarını öz maraqlarına uyğun istifadə etmişdir. Tam hüquqlu məhkəmə kimi apellyasiya məhkəməsi işin araşdırılması üçün lazımi tədbirlər görməmiş və nəticə olaraq hazırkı işə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şə xs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müd dət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qarşı iddianın təmin olunmasına aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Lakin məhkəmələr digər Cavabdeh3 qarşı iddianın təmin o lunmasına aid hissədə nəticəyə gələrkən, onun tərəfindən iddia tələbinə qarşı irəli sürdüyü etiraz dəlilləri araşdırılmamışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
37. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin normaya əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. İşə baxmış məhkəmələr də işin həllinə bu normanı tətbiq etmiş, işin hallarını həmin normanın dispozisiya şərtlərinə əsasən yoxlayaraq müəyyən etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci ilin sentyabr ayında qızıl alğısatqısına dair qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarını iddiaçıdan satmaq məqsədilə götürmüşlər. Tərəflər arasında qızıl-zinət əşyalarının bir qramının alğı-satqı qiyməti 100-150 manat razılaşdırılmışdır. Bununla belə, qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmayıb.
39. Məhkəmələr bu zaman sübut kimi Cavabdeh1 Nərimanov PRİ-nin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarında əksini tapmış izahatına, bu tarixdən sonra Cavabdeh3 ümumilikdə 2-3 kiloqram qızıl alındığı barədə verdiyi izahatına, habelə Cavabdeh 1 220000 manat borcu qalmasına dəlalət edən tərəflərin telefon yazışmalarına və səs dinləmələrinə dair protokollara əsaslanmışdır.
40. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər 2-3 kq. qızıl almalarını etiraf etməklə yanaşı, həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasını qeyd edirlər. Bu halda sübutetmə yükü dəyişir və prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarına əsasən qızılın dəyərinin qaytarılmasını subutetmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin bu cür sübut təqdim olunmamışdır.
41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni Cavabdeh1 aid hissədə əsaslı sayır.
42. Lakin apelyasiya instansiyası məhkəməsi Cavabdeh3 bu etiraz dəlillərini ayrılıqda təhlil etməmiş, ona aid hi ssədə nəticəyə gələrkən, onun tərəfindən iddia tələbinə qarşı irəli sürdüyü etiraz dəlillərini tam və hərtərəfli araşdırılmamış, həmin dəlillərə düzgün qiymət verilməmişdir. Belə ki, Cavabdeh3 iddia tələbinə yazılı etirazında bildirmişdir ki, «onun nə X3, nə də İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb. Bu məsələnin ona heç bir aidiyyəti yoxdur».
43. Məhkəmə Cavabdeh3 bu dəlilini təhlil edib cavablandırmamış, T.Vəliyevanın cavabdehliyini məhz hansı sübut əsasında müəyyən etdiyini əsaslandırmamışdır. Məhkəmənin istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 verdiyi izahat, məzmun baxımından onun borclu olmasını birmənalı təsdiq etməd iyi halda məhkəmə həmin izahatı ətraflı təhlil etməmişdir.
44. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 dəlillərinə düzgün qiymət verilməməsi baxımından müəyyənlik prinsipinə cavab vermir. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Məhkəmənin həqiqətə nail olması üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
48. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həy ata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə bu tələblərə riayət edilmədən çıxarıldığına görə qətnamə ona aid hissədə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddə sinin tələbləri baxımından düzgün qiymət verməlidir.
49. Məhkəmə kollegiyası Cavabdeh2 iddia üzrə cavabdeh olmadığı halda iddiaçının onu məhkəmə aidiyyətini dəyişmək məqsədi ilə cavabdeh göstərməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsas hesab etmir. Çünki MPM-nin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
50. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın verilməsi və cavabdehləri seçmək iddiaçının iradəsi əsasında müəyyən olunur. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bil ərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.
51. MPM-nin 36.2-ci maddəsinə əsasən iddiaçı, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddianı cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə vermək hüququna malikdir və baxılan işdə də bu qaydaya riayət olunmuşdur.
52. İddiaçı Pikəxanımla olan səs yazılarını öz maraqlarına uyğun istifadə etməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əksini tapmışdır. Həmin qərarda qeyd olunub ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə ba ğlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
53. Qərarda daha sonra izah verilmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahi sənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
54. Konstitusiya Məhkəməsinin bu qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir.
55. İşdən göründüyü kimi Cavabdeh1 qızılların pulunun qaytarılması ilə bağlı danışıqları həm iddiaçı, həm də iddiaçının gəlini 111 ilə olmuşdur. Konkret halda bu şəx slər- 111 və iddiaçı mübahisə üzrə əlaqədar şəxslərdir. Cavabdeh1 «X3 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq, X5 qarşı 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir” dəlili də bu faktı aşkar təsdiq edir.
56. Borcun iddiaçıya deyil, onun gəlini 111ya olduğu barədə dəlillər də əsassızdır. Çünki cavabdeh polis şöbəsində iddiaçının şikayəti əsasında 25.04.209-cu il tarixdə izahat verərkən onun iddiaçıya borclu olmadığını bildirməmişdir. Əksinə, verdiyi izahatında İddiaçı olan borcunu ödəməkdən imtina etmədiyini bildirmişdir. İşə birinci instansiya məhkəməsində baxılanda da bu cür etiraz dəlili i rəli sürülməmişdir.
57. Fonoskopik ekspertizanın keçirilməsində Cavabdeh1 iştirakının təmin edilməməsi barədə dəlil apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb rədd edilmişdir (bu qərarın 17.4-cü paraqrafı). Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır və əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi fonoskopik ekspertiza təyin etmiş, Cavabdeh1 xx.xx.2021-ci il tarixli məktubunda səs və nitq yazı nümunələrinin alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinə getməsinin zəruri olduğunu bildirmiş və ekspertizaya getməmənin MPM-nin 97.5-ci maddəsində müəyyən olunmuş hüquqi nəticələrini izah etmişdir. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda həmin məktubu götürməkdən imtina edilmişdir (mülki işin birinci cildinin 57-58-ci səhifələri). Bu səbəbdən fonoskopik ekspertizanın keçirilməsi mümkün olmamışdır.
58. Bundan sonra məhkəmə yenidən ekspertiza təyin etmiş, cavabdehin səs və nitq yazı nümunələrinin alınması üçün eksperti və cavabdehi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin inzibati binasına dəvət etmiş, bu barədə Cavabdeh1 xx.xx.2021ci il tarixli məktub göndərmiş, habelə ekspertizaya getməmənin MPM-nin 97.5-ci maddəsində müəyyən olunmuş hüquqi nəticələrini izah etmişdir. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda həmin məktub xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir (mülki işin birinci cildinin 80-81-ci səhifələri). Lakin cavabdeh səs və nitq nümunələrinin alınması üçün gəlməmiş, bu səbəbdən fonoskopik ekspertizanın keçirilməsi mümkün olmamışdır.
59. Ümumiyyətlə, cavabdeh ekspertizada iştirakının təmin olunmadığını qeyd etməsinə baxma yaraq, konkret olaraq səs yazılarının ona aid olmadığı barədə dəli irəli sürmür.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(103)-568/2023 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş qətnamənin ləğv olunmuş hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.