Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2070/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X3 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh YYYnın vəkili Bayramzadə Xanlar Əsgər oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər YYY, Lənkəran rayonu 01 saylı Notariat Ofisinə və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 12.12.2014-cü il tarixli, AN-İ №0468053 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və seriya RX, №-05479000 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2991/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(049)-975/2019 saylı qətnaməsi ilə (hаkim R.A.Məmmədov) İddiaçı cavabdehlər YYY, Lənkəran rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 12.12.2014-cü il tarixli, AN-İ №0468053 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və seriya RX, №05479000 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı Notariat Kontorunda 19.11.2017-ci il tarixdə vəfat etmiş X13 ilə cavabdeh YYY arasında bağlanmış AN-İ №-0468053 saylı alqısatqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 05.12.2014-cü il tarixdə cavabdeh YYYnın adına qeydə alınmış seriya RX, №-0547900 saylı, (**********30 qeydiyyat nömrəli) çıxarışın düzgün olmayan hüquqi əsasla verildiyindən etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2991/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.B.Babayev, Q.B.Kərimov) cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Lənk əran Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(049)-975/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər YYY, Lənkəran rayonu 01 saylı Notariat Ofisi və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 12.12.2014-cü il tarixli, AN-İ №0468053 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və seriya RX, №-05479000 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər YYY, Lənkəran rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 12.12.2014-cü il tarixli, AN-İ №0468053 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və seriya RX, №-05479000 saylı hüquqların dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, o, 22 noyabr 2005-ci il tarixdə X13 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurub evlənmiş, birgə nikahdan onların X12 (22 yanvar 2007-ci il) və X14 (06 noyabr 2008-ci il) adında 2 uşaqları anadan olmuşdur. Həyat yoldaşı X13 19 noyabr 2017-ci il tarixdə miokard infarktı səbəbindən vəfat etmiş, o vəfat etməmişdən təxminən 3 il əvvəl Lənkəran rayonunun Şilavar kəndində 0,03 ha həyətyanı torpaq sahəsi alaraq ev tikdirməyə başlamış, həmin torpaq sahəsinə dair mərhum həyat yoldaşına 25.07.2014-cü il tarixdə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çxarış (qey diyyat nömrəsi**********30) da verilmişdir. 2017-ci ildə həyat yoldaşı vəfat etdikdən bir müddət sonra qayınatası Yunsur Quliyev onun Şilavar kəndində yerləşən torpaq sahəsinə nəzarət etmək istəsə də, lakin bu mümkün olmamışdır. Belə ki, həyat yoldaşının vəfatından xeyli müddət sonra onun başqa qadınla, yəni iş üzrə Cavabdeh1 ilə yaxın münasibətlərinin olması, həmçinin həyat yoldaşı xxx özünə məxsus olan və Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı Notariat Kontorunda imzalanmış AN-İ №-0468053 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satması, hətta sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququnun DƏDRX-də qeydə alınması (seriya RX, №-0547900 saylı, 05.12.2014-cü il tarixli, **********30 qeyd iyyat nömrəli Çıxarış. ) da müəyyən edilmişdir. Mərhum həyat yoldaşı XXX tərəfindən 25.07.2014-cü il tarixdə əldə (xüsusi mülkiyyət hüququ üzrə) olunmuş və Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi onunla birgə nikahda olduqları müddətdə əldə olunmuşdur ki, həmin əmlakda onun da ½ hissə mülkiyyət payı vardır. Bununla yanaşı mərhum həyat yoldaşı ilə Cavabdeh1 arasında 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı Notariat Kontorunda imzalanmış AN-İ №-0468053 saylı alqı-satqı müqaviləsinə dair notariat əməliyyatı aparılarkən onun 0,03 ha həyatyanı torpaq sahəsinin özgəninkləşdirilməsi ilə bağlı notarial qaydasında təsdiq edilməli olan yazılı razılığı olmamışdır. Bu səbəbdən də hesab edir ki, 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı Notari at Kontorunda imzalanmış ANİ №-0468053 saylı alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlanmadığından və DƏDRXnin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 05.12.2014-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmış seriya RX, №-0547900 saylı (**********30 qeydiyyat nömrəli) çıxarış düzgün olmayan hüquqi əsasla verildiyindən etibarsızdır. İddiaçı həmçinin hesab edir ki, 12 dekabr 2014-cü il tarixli, AN-İ №-0468053 saylı alqı-satqı müqaviləsinin bağlanması (imzalanması və notariat qaydasında təsdiq olunması) onun qanunla qorunan hüquqlarını, o cümlədən mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, həmin müqavilə bağlanarkən onun həyat yoldaşının həqiqətən subay olub-olmaması qanunla müəyyən edilmiş qaydada araşdırılmamış, yəni şəxsiyyəti düzgün müəyyənləşdirilməmişdir. İş üzrə yuxarıda gö stərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasından iddiaçının həqiqətən 4 il əvvəl məlumatının olmasını təsdiq edən hansı sübutun olmasını müəyyənləşdirməmiş və ya varsa, bu tərəf olaraq iddiaçıya təqdim olunmamaqla öz mü dafiəsini hazırlamaq üçün şərait yaradılmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, mübahisəli 0,03 ha torpaq sahəsi həyat yoldaşının mülkiyyətində olduğu vatxda orada birgə nikah dövründə evin bir hissəsinin tikintisinin qayınatasının və qayınlarının köməkliyi ilə başa çatmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyası nın iclasında cavabdeh YYYnın vəkili Bayramzadə Xanlar Əsgər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və cavabdehlər YYY, Lənkəran rayonu 01 saylı Notariat Ofisinin və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Nümayəndə, cavabdeh YYYnın vəkili Bayramzadə Xanlar Əsgər oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelly asiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi t ərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan seriya AZE № 09492103 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri Lənkəran rayonunun Ləj kəndidir. İşdə olan 03.04.2015-ci il tarixdə verilmiş seriya AZE № 05562432 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 yaşayış yeri Lənkəran rayonunun Ləj kəndi, ailə vəziyyəti isə evli qeyd olunmuşdur. İş materiallarında olan 25.01.2019-cu il tarixdə verilmiş seriya AZE № 18570014 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 yaşayış yeri Lənkəran şəhəri, AK. Z.Əliyeva küçəsi, ev 78/23, mənzil 2-dir. İş materiallarında olan seriya AZ-İ № 194937 sa ylı X5 təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X9 arasında rəsmi nikah 22 noyabr 2005-ci il tarixdə 30 № ilə qeyd edilmişdir. İşdə olan seriya AZ-İ № 889483 saylı X6 təsdiq olunmuş surətindən məlum olur ki, X13 19 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya RX ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu, 000kəndində yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. (qeydiyyat nömrəsi-**********30, qeydiyyat tarixi-05.12.2014-cü il) İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı Notariat Ofisinə dair Cavabdeh1 ilə X13 arasında aparılmış notariat əməliyyətlarına dair materialın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya RX ******* saylı çıxarışa əsasən Lənkəran rayonunun 000kəndində yerləşən 0,03 ha torpaq sahəsi X8 mülkiyyətində olmuş və mülkiyyət hüququ 25.07.2014-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı Notariat Ofisindən Cavabdeh1 ilə X13 arasında aparılmış notariat əməliyyətlarına dair materialın təsdiq olunmuş surətindən görünür ki, 17.05.2005-ci il tarixdə Lənkəran ŞRPŞ-i tərəfindən verilmiş seriya AZE № 02940316 saylı şəxsiyyət vəsiqəsinin sahibi Lənkəran rayonunun Ləj kəndində yaşayan X13 ilə 03.11.2008-ci il tarixdə Lənkəran ŞRPŞ-i tərəfindən verilmiş seriya AZE № 06684765 saylı şəxsiyyət vəsiqəsinin sahibi Lənkəran şəhəri Qalayçılar küçəsi, ev 36-da yaşayan Cavabdeh1 arasında 12 dekabr 2014-cü il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən XXX ƏMDK yanında DƏDRX-nin seriya RX ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Lənkəran rayonunun 000kəndində yerləşən 0,03 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 oktyabr 2004-cü il tarixli Qərarında hüquqi mö vqeyni belə ifadə etmişdir ki, «… Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab olunur. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir». İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 12 dekabr 2014-cü il ta rixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın satıcısı X2na Lənkəran ŞRPŞ-i tərəfindən verilmiş AZE 02940316 saylı şəxsiyyət vəsiqəsində onun subay olduğu göstərilmişdir. Mərhum X1 rayon 1 saylı Notariat Ofisinə təqim etdiyi ərizəsində də özünun subay olduğunu göstərmişdir. «Notariat hərəkətlərinin aparılması qaydaları barədə Təlimat»ın 49-cu maddəsinin 7-ci bəndinin tələbinə görə «əmlakı özgəninkiləşdirən və ya girov qoyan subay olması barədə ərizə təqdim edərsə, notarius bunu digər əqdin iştirakçısının nəzərinə çatdırır, digər iştirakçı isə həmin halın ona məlum olduğunu təsdiq edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar ar asındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisə olunan 12 dekabr 2014-cü il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan 0,03 ha torpaq sa həsinin birgə nikah dövründə əldə edildiyini, həmin alqısatqı müqaviləsi bağlanarkən cavabdeh X4 X8 onunla nikahda olması barədə məlumatlı olduğunu göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzr ə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Müəyyən edilmişdir ki, Lənkəran rayon 1 saylı Notariat Ofisində Cavabdeh1 ilə X13 arasında alqı-satqı müqaviləsi 02 dekabr 2014-cü il tarixdə bağlanmasına baxmayaraq, alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi 4 (dörd) ildən sonra irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ilə onun mərhum əri X13 arasında 02 dekabr 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olan halların ona sonradan məlum olduğunu göstərsə də, bununla bağlı məhkməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qan unauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Mübahisəli 0,03 ha torpaq sahəsində evin bir hissəsinin birgə nikah dövründə tikilməsinə dair işin faktiki hallarının nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlilini Məhkəmə Kollegiyası əsassız hesab edir. Belə ki, 12.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından sonra mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olması iş materialları ilə təsdiq olunmur, bu isə müqavilənin etibarsızlığına dair Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik müddətin keçməsinə görə iddia tələbinin təmin olunmaması üçün əsasdır. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2991/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №2(102)-2070/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2070/2020
23.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver