Məhkəmə qərarları › İş №2(102)-2074/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2074/2021

17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2074/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “beh qismində verilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icra olunmaması ilə əlaqədar beh alan şəxsdən behin iki mislinin tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili xxxnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 3 otaqlı mənzil Cavabdeh sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 26 noyabr 2018-ci il tarixdə yazılmış əlyazma ilə o, özünə məxsus olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini İddiaçı 238000 manata satmağı öhdəsinə götürmüş və beh şəklində İddiaçı 4000 manat aldığını qeyd etmişdir. “X11 LTD” MMC-nin 23 yanvar 2020-ci il tarixli, 03 saylı məktubuna əsasən Cavabdeh 23 fevral 2017-ci il tarixində o illərdə podratçı təşkilat olan “xxxx” MMC-də çoxmərtəbəli yaşayış binasında fərdi mənzil tikintisi ha qqında 2373 saylı müqavilə bağlayaraq ünvan 2 ünvanında 137 kv.m, 3 otaq almışdır. 19 dekabr 2018-ci il tarixində ailəsi ilə birlikdə aldıqları mənzildən imtina edərək, mənzili X3 adına rəsmiləşdirmişlər. Rəsmiləşdirilmə zamanı ailə üzvlərinin mənzilin satılması üçün razılığı alınmışdır. Cavabdeh məxsus olan mənzil (ünvan 2) İddiaçı adına “X11 LTD” MMC tərəfindən rəsmiləşdirilməmiş və bu şəxs barədə rəsmən müraciət edilməmişdir. Sənədlərin rəsmiləşdilməsi “X11 LTD” MMC tərəfindən müraciət edilən gün rəsmiləşdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beh üçün ödənilmiş 4000 manatı icra edilmədiyinə görə iki misli hesablanmaqla yəni 8000 manatın, həmçinin dövlət rüsumuna görə öd ənilmiş 30 manatın, cəmi 8030 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2018-ci il tarixdə satın-almaq məqsədi ilə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə baxmış və mənzili bəyənmişdir. 26 noyabr 2018-ci il tarixdə o, mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə mənzilin son qiymətini razılaşaraq, sonuncuya beh qismində 4000 manat pul vermiş, bu barədə müvafiq sənəd tərtib edilməklə, cavabdeh tərəfindən imzalanmışdır. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək alqı-satqı etməkdən yayınmışdır. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-322/2020 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azər baycan Respublikası Mülki Məcəlləsinin 491.1, 491.2, 492.1, 492.2-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində vermiş olduğu behin davamı olaraq, dəfələrlə mənzilin satılması barədə cavabdehə müraciət etdiyini, lakin cavabdehin bundan yayındığını göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənzilə dair beh müqaviləsi 26 noyabr 2019-cu il tarixdə bağlanılmış, mənzil X5 25 dekabr 2019-cu il tarixdə satılmışdır. Göründüyü kimi cavabdeh mənzilin qısa zaman içərisində satılmasında maraqlı olmuşdur. Lakin iddiaçı ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımları atmamış, üstəlik cavabdehə ailə problemlərinin olduğunu, mənzili almasının qeyrim ümkün olduğunu bildirmişdir. Məhz bundan sonra mənzili əşyaları ilə birlikdə başqa şəxsə satmağı qərara almışdır. Bu hal iş materialları, o cümlədən cavabdehin və şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Məhz bununla əlaqədar olaraq, cavabdehin mənzilinə görə almış olduğu behi qaytarmaması qanuni olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020ci il tarixli, 2(012)-322/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi, hakimlər Ş.R.Abasovdan və G.F.Tağızadədən ib arət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-322/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdeh mənzilə dair beh müqaviləsi bağlandığı gündən, yəni 26 noyabr 2018-ci il tarixdən 15 gün müddətində mənzilin alqı-satqısını həyata keçirilməli idi. Lakin, 11 dekabr 2018-ci il tarixədək iddiaçı ailə problemləri ucbatından mənzili almamışdır. Cavabdeh isə mənzili 19 dekabr 2019-cu il tarixdə başqa şəxsə satmışdır. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsassız hesab etmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, iş üzrə mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamış, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübut lar, rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər göstərilməmişdir. Sübutlar əlaqəli şəkildə şərh edilməmiş, sübutun qəbul edilibedilməməsinin səbəbləri qətnamədə aydın izah edilməmiş, ziddiyyətli hallar aradan qaldırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respubl ikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apel lyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlil lərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəs i prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiym ətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prose ssual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, tərəflər arasında behlə bağlı münasibətlərin yaranması işin mübahisəsiz halıdır. İşdə olan yazılı qəbzdə cavabdeh sahibliyində olan mənzili 238000 manata iddiaçıya satacağını öhdəsinə götürmüş və öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 26 noyabr 2018-ci il tarixdə 4000 manat beh aldığını göstərmişdir. Həmçinin işin digər mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında mənzilin alqı-satqısı baş tutmamış, mənzil 25 dekabr 2018-ci il tarixdə üçüncü şəxsə 255000 manata satılmışdır (aşağı məhkəmələr qərarlarında qeyd olunan halların 2019-cü il də baş tutmasını qeyd etsələr də, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında olan bu münasibətlər 2018-ci ilin noyabr-dekabr aylarında baş vermişdir). İddiaçı behlə təmin olunan öhdəliyin cavabdehlərin təqsirindən icra edilmədiyini iddia edərək, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən verilmiş vəsaitin iki mislinin qaytarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi müqavilə şərtinin iddiaçı tərəfindən pozulması qənaətinə gələrək iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır və hesab edir ki, gəlinmiş nəticə MPM-in 14.2, 76.1 və 77.1-ci maddələrinin tələblərinin pozulması, sübutetmə yükünün düzgün b ölüşdürülməməsi nəticəsində ziddiyyətli olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində vermiş olduğu behin davamı olaraq, dəfələrlə mənzilin satılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin bundan yayındığını göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənzilə dair beh müqaviləsi 26 noyabr 2019-cu il tarixdə bağlanılmış, mənzil X5 25 dekabr 2019-cu il tarixdə satılmışdır. Göründüyü kimi cavabdeh mənzilin qısa zaman içərisində satılmasında maraqlı olmuşdur. Lakin iddiaçı ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımları atmamış, üstəlik cavabdehə ailə problemlərinin olduğunu, mənzili almasının qeyri-mümkün olduğunu bildirmişdir. Məhz bundan sonra mənzili əşyaları ilə birlikdə başqa şəxsə satmağı qərara almışdır. Apellyasiya instansiyası məhkəməsi isə əlavə olaraq qeyd etmişdir ki, tərəflər mənzilin alqı-satqısı ilə bağlı müqavilənin 15 gün müddətində bağlayacaqlarına razılaşmış, iddiaçı bu müddətdə mənzili almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin göstərdiyi həmin hallar yalnız cavabdehin izahatı və şahid qismində dindirilmiş sonuncunun həyat yoldaşının ifadəsində öz əksini tapmış, bununla bağlı işdə mötəbər digər sübut əlavə olunmamışdır. Məhkəmələr də cavabdehin izahatını əsas götürüb iddianı rədd etməklə MPM-in 106.1-ci maddəsinin tələbini pozmuşlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X2 cavabdehin əri olma qla, mübahisənin nəticəsində maraqlı olduğundan, qeyd olunan halların müəyyən edilməsində onun ifadəsinin mötəbərliyinə məhkəmələr tərəfindən prosessual qanunvericiliyinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. İş üzrə ifadəsinin mötəbərliyinə şübhə doğurmayan yeganə şahid mənzilin alıcısı X7 olmuşdur ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsində hazırki iş üzrə tərəflər arasında mənzilin alqı-satqısının baş tutmamasının səbəbləri barədə hər hansı məlumata malik olmamış və bu barədə ifadə verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia tələbinə verdiyi yazılı etirazda beh müqaviləsi bağlanıldıqdan sonra mənzilin yerləşdiyi MMC-nin komendantının mənzilin iddiaçıya satılması ilə bağlı müvafiq işlər gördüyü, lakin 3 gün sonra iddiaçının və mənzilin alqı-sat qısında iştirak edən vasitəçinin onlara gələrək, həyat yoldaşı ilə aralarında mübahisənin olmasını, həyat yoldaşının iddiası əsasında bank hesablarına həbs qoyulmasını göstərməklə, mənzili almaqdan imtina etdiyi qeyd olunsa da, cavabdeh tərəf etirazının həmin halları ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmiş, o cümlədən etirazında istinad edən şəxslərin şahid qismində dindirilməsi üçün vəsatət verməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında alqı-satqı müqaviləsinin 15 gün ərzində bağlanılmalı olmasına dair gəldiyi nəticəyə dair hər hansı sübut mövcud deyildir. Əksinə cavabdeh tərəfin özünün birinci instansiyası məhkəməsinə təqdim etdiyi “X11 LTD” MMC-nin 23 yanvar 2020-ci il tarixli məktubunda cavabdehin behi aldığı tarixdən sonrakı müddət ərzində mənzili iddiaçının adına rəsmiləşdirilməsi üçün müraciət edilməməsi, yalnız 19 dekabr 2018-ci il tarixdə mənzildən X4 xeyrinə imtina etməsi göstərilmişdir. Halbuki, mənzil MMC ilə bağlanmış müqaviləyə əsasən cavabdehin sahibliyində və istifadəsində olmuş və satılacağı halda alıcının adına yeni müqavilənin rəsmiləşdirilməsi üçün məhz satıcı olan cavabdeh tərəfindən müəyyən hərəkətlər etmək məcburiyyətindədir (özünün və ailə üzvlərinin MMC-nin səlahiyyətli şəxslərinə müraciət etməklə, müqavilənin başqa şəxsin adına rəsmiləşdirilməsini xahiş etməlidir). Lakin beh müqaviləsi bağlanıldıqdan sonra cavabdeh iddiaçının xeyrinə belə hərəkətlər etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr, yuxarıda qeyd olunanların əksinə olaraq mənzil üçü ncü şəxsə X1 sonuncu ilə müqavilə bağlanmasından 6 gün əvvəl, 19 dekabr 2018-ci ildə bununla bağlı MMC-yə müraciət etməsi və mənzilin son nəticədə iddiaçı ilə razılaşdırılmış məbləğdən daha yüksək qiymətə satmaqla məhz cavabdehin iddiaçı ilə müqavilə bağlamaqda marağının olmamasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyət lər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan f aktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflər arasında behlə təmin olunmuş müqavilənin bağlanmamasının məsuliyyətinin kimin üzərində düşməsini müəyyən etməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahi səli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar