Məhkəmə qərarları › İş №2(102)-2074/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2074/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2074/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüquqlarla bağlı mübahisələr, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İ ddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X7) qarşı “çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-863/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, birinci cavabdeh inşa etdiyi Yeni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə iddiaçıya satmağı öz üzərinə götürmüşdür. Birinci cavabdehin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən iddiaçı tərəfindən 52.500 manat məbləğində ödəniş edilmiş, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair birinci cavabdeh tərəfindən 02/6-50 saylı, 7 mart 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. 2. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 tərəfindən X2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m. olan əmlakın tam paylı mülkiyyətçisidir.

3. Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən birinci cavabdeh inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m. olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə üçüncü cavabdehə satmağı öz üzərinə götürmüşdür; qeyri-yaşayış sahəsinin tam dəyəri üçüncü cavabdeh tərəfindən ödənilmiş, bu barədə birinci cavabdeh tərəfindən 39/08 saylı, xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. xx.xx.2020-ci il tarixdə üçüncü cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 4. ünvan 3 ünvanında yerləşən 543,5 m qeyri -yaşayış sahəsi "xxxx" (əvvəlki "xxxx") MTK-nın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə üçüncü cavabdehin adına ilkin qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli, 40-1167 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

5. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 "xxxx" MTK-ya qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı " xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, "xxxx" MTK-nın sədri X9, "xxxx" MTK-nın keçmiş sədri İddiaçı qarşı “pul vəsaitlərinin ödənilməsi və sənədlərin qaytarılması” tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" MTK-ya aid olan bütün təsis sənədləri, bank sənədləri, cari fəaliyyətlə əlaqədar bütün sənədlərin əsilləri alınaraq "xxxx" MTK-ya təhvil verilməsi qət edilmiş, iddia tələbi "xxxx" MTK-nın sədri X6 münasibətdə, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrə xitam verilməsi hissəsində təmin olunmamışdır.

7. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 512 kv.m. qeyri-yaşayış sahəsinin 35 kv.m. sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X7) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m. olan qeyri-yaşayış sahəsi barədə üçüncü cavabdehin adına verilmiş çıxarışın, eyni zamanda ikinci cavabdehin adına verilmiş çıxarışı n saxta olduğu üçün ləğv edilməsi və ona məxsus olan 35 kv.m. qeyri-yaşayış sahəsinin bərpa edilməsi, 35 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTKnın sədri olan ikinci cavabdeh tərəfindən ona təhvil verilməsi, ona məxsus olan qeyriyaşayış sahəsinin onun adına keçirilməsinə nail olmadığı halda həmin sahə üçün ödədiyi 52.500 manat məbləğində pulun birinci cavabdeh tərəfindən ona qaytarılması, "xxxx" MTK-nın sədri ikinci cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 33.555 manat məbləğində maddi ziyan, 10.000 məbləğində mənəvi zərər "xxxx" MTK-nın sədri ikinci cavabdeh tərəfindən ona ödənilməsi; eyni zamanda "xxxx" MTK-nın sədri ikinci cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılması halı mövcud olduğundan, ikinci cavabdehin və hazırkı mübahi sə ilə bağlı olan şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" MTK-nın sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış, xx.xx.2005-ci il tarixli müqavilə əsasında inşa edilmiş 3 saylı 12 mərtəbəli yaşayış binasının icraçıya məxsus qeyriyaşayış sahəsindən xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə ilə birinci cavabdehdən 1m² 1500 manatdan olmaqla 52.500 manat ödəyərək 35 m² qeyri-yaşayış sahəsi almış və həmin dövrdə sənədlərin surətlərini "xxxx" MTK-nin sədri ikinci cavabdehə təqdim etmişdir. 2021-ci ilin əvvəlində həmin sahənin özəlləşdirilməsi üçün "xx xx" MTK-nın sədri ikinci cavabdehdən özəlləşdirməyə təqdim ediləcək sənədləri tələb etdikdə, həmin sahənin üçüncü cavabdehə birinci cavabdeh tərəfindən satıldığını bildirmişdir. Birinci cavabdehə müraciət etmişdir. Birinci cavabdeh xx.xx.2022-ci tarixli, 02/05-361 saylı və xx.xx.2022-ci il tarixli, 02/05-347 saylı məktublarla birinci cavabdehin mülkiyyətində olan həmin binanin layihə üzrə qeyri-yaşayış sahəsinin 545 m² təşkil etdiyini və həmin sahənin 512 m²-ni xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında üçüncü cavabdehə, binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış qalan 35 m²-lik qeyri-yaşayış sahəsini isə xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında iddiaçıya satıldığı və sxemlərin ayrı-ayrılıqda müqavilələrə əlavə edilərək alıcılara təqdim edildiyi b ildirilmişdir. Bundan sonra üçüncü cavabdehin nümayəndəsi ilə 2021-ci ilin iyun ayının əvvəlində görüşərkən onlara özündə olan sənədləri göstərərək, onlarda olan sənədləri göstərmələrini tələb etmişdir. Cavab olaraq bildirilmişdir ki, birinci cavabdehin möhürü ilə verilmiş ilkin sənədlər binanın sədri ikinci cavabdehə təqdim edilmiş, onun tərəfindən özəlləşdirməyə təqdim olunacaq sənədlər hazırlanaraq "xxxx" MTK-nın möhürü ilə onlara verilmiş və həmin sənədlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ya təqdim edilərək 512 m² qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri ikinci cavabdeh şirkətin onlara verdiyi sxemi onlardan almış, üçüncü cavabdehə satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində, heç bir qanuni sənəd olmadan, pul ödəmədən özününkiləşdirərək saxta çıxarış almış və ona məxsus 35 m² qeyri-yaşayış sahəsini üçüncü cavabdehə verilmiş sxemə daxil edərək, onun da saxta çıxarış almasına şərait yaratmışdır. Bütün bu məsələlər üçüncü cavabdehin nümayəndəsinə izah edilməsinə baxmayaraq, üçüncü cavabdeh guya yeri zəbt etməyi ilə bağlı onu məhkəməyə vermişdir. Bu proses Yasamal Rayon Məhkəməsinin icraatında olmuş, lazımi sənədlər, təkzib olunmaz sübutlar təqdim edilməsinə, araşdırılma aparılmasının tələb edilməsinə, həmin sahələrə "xxxx" MTK-nın sədri ikinci cavabdehin cinayətkar əməlləri sayəsində saxta sənədlərlə üçüncü cavabdehin və ikinci cavabdehin adına alınmış çıxarışların ləğv edilməsinin tələb olunmasına baxmayaraq, saxta yolla alınmış çıxarışları əsas gətirərək qanun suz qətnamə çıxarılmışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qətnamə ilə şikayətini təmin etmiş, qarşı tərəfin iddiasını isə rədd etmişdir. Üçüncü cavabdehin 512 m² qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi sənədlərin nə dərəcədə qanuni və əsaslı olması onda şübhələr yaradır. Üçüncü cavabdeh 512 m² qeyri-yaşayış sahəsini xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında əldə etməsinə baxmayaraq, sənədləşmə onun qanuni sənədlər əsasında mülkiyyət hüququ əldə etdiyi 35 m² qeyri-yaşayış sahəsini tələb etdikdən sonra ortaya çıxmışdır. Üçüncü cavabdehin iddiası əsasında Yasamal Rayon Məhkəməsində işə baxılarkən, onun nümayəndəsindən hansı qan uni sənədlər əsasında müraciət etdiyini soruşanda, heç bir cavab verməmişdir. Eyni zamanda tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasına baxmayaraq, apellyasiya məhkəməsi ancaq subyektiv hüququ olmamasına əsaslanaraq şikayətini təmin etmişdir.

10. Birinci cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MTK-nın sifarişi ilə icraçı birinci cavabdeh arasında Yasamal rayonu, D.Bünyadzadə küçəsində inşa edilmiş 3 saylı 72 mənzilli kooperativ yaşayış binasının tikintisi üçün xx.xx.2005-ci il tarixdə bağlanmış “Müqavilə”nin 4.2-ci maddəsinin B bəndinə görə kooperativ üzvlərinə (payçılara) çatacaq mənzillər müqavilənin şərtinə uyğun olaraq güzəştli qiymətə (1m² -179, 194, 209 ABŞ dollarına) tikilib onlara verildikd ən sonra binada qalan digər yaşayış, qeyri-yaşayış və zirzəmi sahələri “İkinci tərəf”in (İcraçı) mülkiyyətinə verildiyindən həmin sahələrin satışı da “İkinci tərəf” (İcraçı), yəni birinci cavabdeh tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. "xxxx" ilə “İcraçı” arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə ABŞ dollar ilə yazıldığından və MTK-nın bankda hesabı manatla açıldığından xx.xx.2006-cı il tarixdə əlavə müqavilə tərtib edilərək qarşılıqlı razılıq əsasında şərtlər manatla yazılaraq müqavilənin 3.1-ci bəndində göstərilmişdir. (1m² 174,179,194,209 manat şərtlərlə). Binanın tikintisi 2007-ci ilin aprel ayında başladığından, həmin dövrdə bazarda tikinti materiallarının qiymət artımı nəzərə alınaraq, "xxxx" ilə “İcraçı arasında xx.xx.2007-ci il tarixdə müqavilə yenilənmiş, qar şılıqlı razılıq əsasında qiymət qismən artırılmışdır ki, bu da müqavilənin 3.1 bəndində göstərilmiş cədvəldə öz əksini tapmışdır. (1m² 224,230,290 manat şərtlərlə). Bu müqavilələrə əlavələr edilərkən xx.xx.2005-ci il tarixli müqavilənin 4.2 bəndinin qüvvədən düşməsi barədə heç bir qeydiyyat aparılmamış, yəni xx.xx.2005-ci il tarixli müqavilə öz qüvvəsində qalmışdır. "xxxx" ilə “İcraçı” arasında xx.xx.2005-ci il, xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixlərdə bağlanmış müqavilələrin razılaşdırılmış şərtlərinə uyğun olaraq binanın 37 mənzili "xxxx" tərəfindən güzəştli qiymətə (1m²-i 230 manatdan) “Ə.Y“MTK tərəfindən MTK üzvlərinə satılmış qalan 35 mənzil, zirzəmi və qeyriyaşayış sahələri “İcraçı” tərəfindən yeni alıcılara satılmışdır. Bütün tikinti işləri satış başa çatdıqdan bir neçə il so nra, yəni işlərin 2012-ci ildə başa çatmasına, sakinlərin yaşamasına icazə verildikdən sonra, 2014-ci ildə "xxxx" Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci və xx.xx.2006-cı ildə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-328/2014 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, xx.xx.2005-ci il tarixli müqavilənin 7.3-cü maddəsinə (Maddə 7.3. Tərəflərdən heç biri bu müqaviləni birtərəfli qaydada ləğv edə və müqavilə üzrə öhdəliklərin icrasından birtərəfli qaydada imtina edə bilməz) istinad edərək hər üç müqaviləni qüvvədə saxlamışdır. "xxxx" ilə “İcraçı” arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4.2-ci maddəsinin B bəndinə görə icraçı birinci cavabdehin mülki yyətinə verilmiş qeyri-yaşayış sahələrindən təqdim olunmuş sxemdə qeyd olunan 35 kv.m. olan hissəsi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış və onun istifadəsinə verilmiş, bunu iddiaçı öz ərizəsində və ifadələrində də təsdiq etmişdir. Sxemdən göründüyü kimi binanın qeyri-yaşayış sahəsi ümumi 545 m² təşkil edir ki, həmin sahənin satışı müqavilənin şərtlərinə uyğun olaraq MMC tərəfindən həyata keçirilərək binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış 35 m²-lik qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında iddiaçıya, qalan 512 m² qeyri yaşayış sahəsi isə xx.xx.2008ci il tarixli, 382 saylı müqavilə əsasında üçüncü cavabdehə satılmış və sxemlər ayrıayrılıqda müqavilələrə əlavə edilərək, alıcılara təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri ikinci cavabdeh üçüncü cavabdehə satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində vəzifəsindən suiistifadə edərək heç bir qanuni sənəd (müqavilə və maliyyə arayışı) olmadan, pul ödəmədən özününkiləşdirərək saxta çıxarış almış, iddiaçıya MMC tərəfindən satılmış və bütün sənədləri qanuni yerində olan 35 m² qeyri-yaşayış sahəsini üçüncü cavabdehi aldadaraq ona verilmiş sxemə daxil edərək, üçüncü cavabdehin də saxta çıxarış almasına şərait yaratmışdır. İkinci cavabdeh iddia edir ki, iddiaçıya MMC tərəfindən satılmış 35 m²lik qeyri-yaşayış sahəsini özü almışdır. Həmin iddiaya cavab olaraq bildirir ki, birinci cavabdeh və ikinci cavabdeh arasında sözügedən mübahisəli 35 m²-lik qeyri yaşayış sahəsinin alqı-satqısı ilə bağlı heç bir razılaşma və alqı-satqı münasibətləri olmamış, ikinci cavabdeh bunu sübut edəcək heç bir müqavilə və ya ödəniş qəbzi belə təqdim etməmişdir. İkinci cavabdeh "xxxx" MTK-nın sədri olduğundan və iddiaçı ilə şəxsi münasibətlərinin gərgin olmasından sui-istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə düzgün olmayan məlumatlar təqdim etmiş və nəticədə iddiaçının daşınmaz əmlakına dair mülkiyyət hüquqlarını əsassız olaraq əlindən almışdır. Müqavilənin şərtlərinə görə ikinci cavabdehə birinci cavabdehə məxsus olan heç bir qeyri-yaşayış sahəsi satılmamış və sxem verilməmişdir. İkinci cavabdehin iddiaçı ilə münasibətlərinin gərgin olması Yasamal Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2(004)-328/2014 saylı qətnaməsi ilə öz təsdiqini tapır. İkinci cavabdeh sözügedən əm lakla bağlı məhkəmələrdə mübahisə getməsinə baxmayaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bilərəkdən alqı-satqı həyata keçirmişdir. Birinci cavabdeh xx.xx.2005-ci il tarixdə bağlanmış “Müqavilə”nin 4.2-ci maddəsinin B bəndinə əsasən onun mülkiyyətində olan ümumi ölçüsü 35 kv.m. qeyriyaşayış sahəsini iddiaçı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında iddiaçının istifadəsinə və sahibliyinə vermiş, müqavilə üzrə öhdəliyini icra etmişdir. İddia tələbi birinci cavabdehdən pulun tutulması hissəsində təmin edilməməli, ikinci cavabdeh hissəsində təmin edilməli, ikinci cavabdehin barəsində ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhrif olunmuş saxta sənədlər təqdim etməsi ilə bağlı xüsusi qərardad çıxarılmalı və bununla bağlı aidiyyatı üzrə prokurorluğa məlumat verilməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1623/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilmiş, birinci cavabdehdən 52.500 manatın alınaraq iddiaçıya ödənilməsi, birinci cavabdehdən 247,5 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi X1, həmçinin üçüncü şəxslə alqısatqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağla nmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqavilələrinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan üçüncü şəxs əmlakı ikinci cavabdehdən əldə edən zaman onda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxsin iddiaçının mümkün iddialarından xəbəri olmadığından, İlham Həsənov vicdanlı alıcı qismində qəbul olunur.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m. olan qeyri-yaşayış sahəsi barədə üçüncü cavabdehin adına verilmiş “Daşınmaz Əmlakın Mülkiyyət Hüququna ” dair çıxarışın, eyni zamanda ikinci cavabdehin adına verilmiş çıxarışın saxta olduğunu nəzərə alaraq ləğv edilməsi və iddiaçıya məxsus olan 35 kv.m. qeyri-yaşayış sahəsinin bərpa edilməsi, ona məxsus olan 35 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri ikinci cavabdeh tərəfindən ona təhvil verilməsi” hissəsində təmin edilməməlidir.

14. Məhkəmə bildirmişdir ki, məhkəmə araşdırması zamanı ikinci cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin satılması zamanı pul ikinci cavabdehə yox, birinci cavabdehə ödənilmişdi r. Bu hal həm birinci cavabdehin nümayəndəsinin etirafında və mədaxil orderində öz əksini tapmışdır. Belə olan təqdirdə isə 52.500 manat pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ondan faydalanmağı iddia etmək əsassızdır.

15. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin olunmamalıdır.

16. Məhkəmə bildirmişdir ki, iddia çının xüsusi qərardad qəbul edilməsinə dair ərizəsində qeyd olunmuş və mübahisə predmeti olan müqavilə bağlanan zaman mövcud olduğu iddia edilən qanun pozuntuları faktı iş materialları öz təsdiqini tapmamışdır. Daşınmaz əmlaka çıxarışın verilməsi prosesində iştirak edən şəxslərin əməllərində cinayət əməli və digər hüquq pozuntusu faktının aşkar edilməməsinə görə öz təsdiqini tapmamışdır. Buna görə də iddiaçı tərəfindən xüsusi qərardad qəbul edilməsi tələbi ilə bağlı verilmiş ərizə bununla bağlı əsaslar aşkar edilmədiyinə görə rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 152.1, 157.2, 157.4, 449-cu maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh“ olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir.

19. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi olduqca qeyri-müəyyən olmuş, bir sıra hallarda yalnız şə xsi mövqeyindən çıxış etmiş, işdə olan sübutların mahiyyətini təhrif etmişdir. xx.xx.2014-ci il tarixində “İcraçı” birinci cavabdeh ilə "xxxx" ilə yəni onun arasında bağlanmış №1369-li müqavilənin 3.2.1. bəndində göstərildiyi kimi nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində qeyri-yaşayış sahəsinin "xxxx" yəni ona verilməsini təmin etməyə borcludur. Nərimanov Rayon Məhkəməsinin sorğusundan sonra Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavabda məlum olmuşdur ki, əmlaka təqdim edilmiş saxta sənədlər əsasında xx.xx.2020-ci il tarixdə ərazi üçüncü cavabdehin adına özəlləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə həmin 512 km ərazi (qeyri yaşayış sahəsi) X4 adına keçirilmişdir. Ən əsası ondan ibarətdir ki, üçüncü cavabdehin adında olan əmlakı X4 adın a keçirtdikdən 10 gün sonra mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin onun tərəfindən boşaldılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İlk öncə Yasamal Rayon Məhkəməsi onun xeyrinə qətnamə qəbul etməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi iddianı rədd etmişdir. Nəticə etibarı ilə üçüncü cavabdeh satdığı əmlakla bağlı necə olar ki, iddia qaldırsın və bunlardan yeni mülkiyyətçi X4 məlumatı olmasın. Ən əsası ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixində satılmasına baxmayaraq X8 hər hansı bir tikinti işləri aparmamışdır. O da özlüyündə əmlakın formal olaraq satıldığını əmlakın yeganə sahibi üçüncü cavabdeh olduğunu sübut edir. Bundan əlavə “İcraçı” birinci cavabdeh ilə üçüncü cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əla və edilmiş sxemdə ona ayrılmış sahənin onun ərazisinə aid olmadığı əksini tapmışdır. Nədənsə və ya bilərəkdən üçüncü cavabdeh bu məsələlərə göz yummuşdur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sorğusundan məlum olmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri ikinci cavabdeh vəzifəsində sui-istifadə edərək özü-özünə heç bir qanuni sənəd olmadan (yəni hər hansı pul ödəmədən) xx.xx.2020-ci il tarixli nömrəsiz saxta maliyyə arayışı, xx.xx.2019-cu il tarixli nömrəsiz protokolunda binanın zirzəmi mərtəbəsində 35 km qeyriyaşayış sahəsinin ona məxsus olmasını əsas gətirərək binanın zirzəmi mərtəbəsində yox kürsülü mərtəbəsində 35 km qeyri-yaşayış sahəsini Əmlakın Özəlləşdirmə İdarəsinin dəstəyi ilə saxta yolla saxta çıxarış almışdır. Bununla bağlı xx.xx.2021-ci i ldən məhkəmələrdə mübahisə getməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə həmin sahənin ½ hissəsini (17.5 m) 17.500 manata və xx.xx.2022-ci il tarixdə isə həmin ərazinin digər ½ hissəsini (17.5 m) 13.000 manata mübahisəli olduğunu bilərək tələm-tələsik alqı-satqısını həyata keçirmişlər. "xxxx" MTK-nın sədri ikinci cavabdehin saxtakarlıq əməllərini görən və onunla birlikdə bilərəkdən saxtakarlıq edən üçüncü cavabdeh və X8 əmlakların saxta yolla əldə olunmasına nail olmuşlar. 2) Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən tələb etdiyi 35 kv.m. qeyri-yaşayış sahəsinin bərpa edilməsi; 35 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi hissəsinə münasibət bildirməmişdir. Belə ki, tərəflər arası nda birgə fəaliyyət haqqında müqavilədən irəli gələn məsələlərdən biri də kooperativ üzvlərinin ümumi yığıncağının qərarında göstərilən mənzillər kooperativ üzvlərinə verilməkdən ötrü həmin mənzillərin dəyəri ödənildikdən sonra birinci tərəfə təqdim olunur. Kooperativ üzvlərinə çatacaq mənzillər onlara verildikdən sonra binada qalan digər yaşayış və qeyri-yaşayış sahələri ikinci tərəfin mülkiyyətinə verilir. İkinci cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olunub. xx.xx.2014-cü il tarixindən əmlak almağına baxmayaraq, hələ də ondan istifadə edə bilməməyi o tərəfə, hələ üstəlik qanunsuz və daha doğrusu saxta yollarla əmlakından məhrum olunub. X3 hazırda özünü vicdanlı alıcı kimi təqdim etməsi barədə etirazı əsaslı sayıla bilməz və qanunla ona vicdanlı alıcı statusunda ol an təminatlar verilə bilməz. Belə ki, ilk öncə mübahisəli əqdin formal olaraq bağlanması, pulun ödənilməməsi, bunla bağlı notariat işinin tələb edilməsi və depozitə pulun qoyulub-qoyulmaması, qeyd edilən əqdin uydurma olub-olmaması kimi şifahi vəsatətlərini müzakirə etməmiş və hüquqi qiymət verməmişdir. Həmçinin bunla bağlı daşınmaz əmlakın real bazar qiymətinə uyğun satılıb–satılmamasını araşdırmamış, eləcə də, qeyd edilən əmlakın real olaraq üçüncü şəxs tərəfindən baxış keçirilməməsini, həmin 35 kv.m. sahənin iddiaçının sahibliyində olduğu halda həmin əmlakı necə əldə etməsi kimi hallara məhkəmə obyektiv qiymət verməmişdir. Bundan əlavə üçüncü cavabdeh tərəfindən faktiki olaraq mülkiyyətinə alnmış 35 kv.m. sahənin ikinci cavabdehin adına sənədləşməsinə, daha sonra həmin sahənin də bazar qiymətindən ən az iki dəfə ucuz qiymətə Həsənov İlhama satılması kimi hallarda qeyd edilən alqı-satqının formal xarakter daşıdığını və nəticə də, həmin əmlakların faktiki mülkiyyətçinin hazırda da üçüncü cavabdeh olduğunu göstərir. Buna ən böyük sübut isə alqı-satqıdan 10 gün sonra həmin əmlaka dair müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsidir ki, orada həmin iddia ərizəsinin məzmunundan və mahiyyətindən görünür ki, sonuncu qeyd edilən əmlakı satmasına baxmayaraq, həmin əmlakın mülkiyyətçisi kimi iddia qaldırmış və əmlakın faktiki olaraq iddiaçı tərəfindən 35 kv.m. hissəsinin zəbt edildiyini və qanunsuz tikinti işi apardığını göstərmişdir. Bütün bunlar məcmu halında onu deməyə əsas verir ki, qeyd edilən müqavilə formal xarakter daşımaqla vicdanlı alıcı görüntüsü yaratmaq istəmişl ər.

20. Həmçinin birinci cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci cavabdeh iddiaçı qarşısında müqavilə öhdəliklərini tam yerinə yetirmişdir. Bundan sonra iddiaçının əmlakına münasibətdə digər şəxslərin yol verdiyi qanunsuzluq və onun əmlakının digər şəxslərə qanunsuz olaraq satılması ilə bağlı hərəkətlərə "xxxx" MMC cavabdeh deyil. Məhkəmə nəzərə almamışdır ki, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilə və aparılmış alqı-satqı qanunidir və legitimdir. Bu alqı-satqı nəticəsində əldə edilmiş əmlak üzərində üçüncü şəxslərin iddiası və tələbi mövcud olmamış, satıcı əmlakı alıcıya təhvi l verməklə onun öhdəliklərinin icrası başa çatmışdır. Bundan sonra isə ikinci cavabdehin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin əmlakı digər şəxslərə satması, habelə həmin əmlakla bağlı apardığı əqdlər qanunsuzdur. Məhkəmə isə qanunsuz əqdləri legitim əqd kimi tanıyaraq qüvvədə saxlamış, ilkin qanuni əqdi mahiyyət etibarilə ləğv edərək tərəflər arasındakı münasibətləri əvvəlki vəziyyətə qaytarmşdır. Eyni zamanda məhkəmə ikinci cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanı dolayısı ilə cavabdeh MMC-dən tutmuşdur. Halbuki, Cavabdeh2 sözügedən hərəkətlərə "xxxx" MMCnin təsisçilərinin və ya digər mülkiyyətçilərinin tapşırığı və ya onların mənafeyi naminə deyil, məhz öz mənafeyi və maddi maraqları naminə yol vermiş, həmin hərəkətlərə də özü fərdi məsuliyyət daşımışdır. Məhkəmə isə ikinci cavabdehi maddi məsuliyyətdən tamamilə kənarda qoymuş, sonrakı əqdlərin aparılmasında və iddiaçıya məxsus əmlakın digər şəxslərə satılmasında və özgəninkiləşdirilməsində heç bir marağı olmayan, bununla əlaqədar mühüm əqd kimi təsisçilərinin heç bir qərar qəbul etmədiyi və bəhrələnmədiyi birinci cavabdehi maddi məsuliyyətlə yükləmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)-863/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, birinci instansiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi həmin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 157.4, 324.1, 324.5, 337.1, 337.2, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh“ olunmasına dair” 09 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. İddiaçı kassasiya şikayətini apellyasiya şik ayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu tə kcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

36. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

37. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

38. Maddə 339.4. Əqdi b ağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

39. Maddə 33 9.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

40. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh“ olunmasına dair” 09 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin qərarı 41. “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvi erzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

51. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi artıq üçüncü şəxsin mülkiyyətindədir, bu səbəblə həmin alğı-satqı müqaviləsi qüvvədə olduğundan və bundan əvvəl aparılmış reyestr qeydlərində hər hansı qanuna uyğun olmayan hallar müəyyən edilmədiyindən çıxarışların et barsız hesab edilməsi mümkünsüzdür. Bununla yanaşı məhkəmələr haqlı olaraq iddiaçının tələbinin mövcudluğunu nəzərə alaraq qeyri-yaşayış sahəsinin ödənilmiş dəyərinin birinci cavabdehdən tutulmasına dair düzgün nəticəyə gəlmişlər. İddiaçı artıq özü qəbul edir ki, alğı-satqı müqaviləsi ilə qeyri-yaşayış sahəsi artıq üçüncü şəxsin mülkiyyətindədir, bu halda iddianı həmin hissədə təmin edərək ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı nəticəyə gələn məhkəmələrin mövqeyi düzgün olmuşdur.

56. İddianın təmin olunmayan hissələri ilə bağlı dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ilə müqavilə münasibətləri birinci cavabdehlə olmuş və qeyri-yaşayış sahəsinin dəyəri məhz həmin cavabdehə ödənilmişdir. Belə olan halda müqavilə tərəfi olmayan şəxsin üzərinə müqavilə şərtlərinin pozulm ası əsası ilə öhdəlik qoyulması yolverilməzdir. Məhkəmələr tərəfindən artıq başqa şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün sənədlərin verilməsini isə artıq mövcud olan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilmişdir.

57. Belə olan halda, iddiaçının iddia tələblərinin (rədd olunmuş hissə üzrə) təmin olunması üçün qanuni əsaslar mövcud deyil.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Ka ssasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-863/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar