Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2075/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada olan yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh və vəkili xxxnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2019-cu il tarixli, 2(105)138/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 07 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən “xxxx” MMC (hazırki “ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbəsində 2 otaqlı 32 nömrəli mənzili Cavabdeh verməyi, sonuncu isə mənzilin ümumi dəyəri olan 25080 ABŞ dolları məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308-ci maddələri ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cavabdeh həyat yoldaşı X7 mülki iddiası təmin edilərək X4 onun xeyrinə 15600 manat pul vəsaitinin tutulm ası qərara alınmışdır. Həmin hökmlə müəyyən olunmuşdur ki, X11 “xxxx” MMC-nin direktoru işləyərək vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 2005-2009-cu illərdə həmin MMC-nin mühasibi X3 ilə özgənin küllü miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədərək, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasından cəmi 186 nəfər şəxsə, o cümlədən X9 07 dekabr 2006-cı il tarixli müqavilə ilə satılmış 25080 ABŞ dolları məbləğində mənzilin dəyərindən 20000 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 15600 manat olmaqla müvafiq maliyyə-mühasibat uçot sənədlərini tərtib etmədən, imzası və MMC-nin möhürü ilə təsdiq və təşkil etdiyi qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə müqavilə və maliyyə arayışları ilə əldə etdiyi cəmi 5494684,5 manat pulun 3648882,14 manatını binanın tikintisinə sərf edərək, qalan 1845802,36 manat məbləğində özgənin küllü miqdarda əmlakını ələ keçirərək, təkrarən dələduzluq etmiş, həmin əməlləri ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 noyabr 2016-cı il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ləğv edilmiş və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Abşeron Rayon Məhkəməsində 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı öhdəliyin icra edilməsi, cavabdehin mənzildən çıxarılması, cavabdehlə bağlanan müqavilənin etibarsız hesab edilməsi, zərərin ödənilməsi tələbinə dair ilkin rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək, X2 və “xxxx” MMC arasında bağlanmış 18 iyul 2016-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə g ətirilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh “xxxx” MMC-də olan mənzilin tam dəyərini ödədiyindən onun həmin əmlak üzərində sahiblik və istifadə hüququ yaranmış və mənzil hazırda onun faktiki istifadəsində və sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasını n 1-ci blokunda 7-ci mərtəbəsində 2 otaqlı 32 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh və “xxxx” MMC (sonradan “xxxx” MMC adlanan) arasında bağlanılmış 07 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbəsində 2 otaqlı 32 nömrəli mənzilin cavabdeh üçün inşa edilməsi nəzərdə tutulmuşdur. “xxxx” MMC-nin keçmiş rəhbəri Qasım Məmmədovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 31 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmış və həbs edilmişdir. Sonradan “xxxx” MMC “xxxx ” MMC ilə əvəz edilmiş və yarımçıq tikili davam etdirilərək, pay hüququ ilə həmin binanın yeni təsisçiləri binanın tikintisinə öz vəsaitlərini sərf etmişlər. Lakin, mübahisəli mənzillə bağlı Cavabdeh tərəfindən mənzil tikintisinə ödədiyi vəsaitdən bir manat da olsun həmin mənzilin tikintisinə sərf olunmamışdır. Buna görə də, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işi üzrə Cavabdeh cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı qismində tanınmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə “xxxx” MMC-nin direktoru X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cavabdeh mülki id diası təmin edilərək, X4 Cavabdeh xeyrinə 15600 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Bundan sonra Cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək “xxxx” MMCnin (“xxxx” MMC-nin) üzərinə müqavilə öhdəliyi olan ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbəsində 2 otaqlı 32 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli qərardadı ilə mülki işə xitam verilmişdir. Lakin cavabdeh mənzilə özbaşına daxil olaraq məişət əşyalarını da həmin ünvana aparmışdır. Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(012)-4435/2018 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tə min edilmiş, Cavabdeh “ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbədə yerləşən 2 otaqlı 32 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə “xxxx” MMC-nin direktoru X4 15600 manat pul vəsaitinin tutulması barədə mülki iddiaçı, hazırki iş üzrə Cavabdeh ödənilməsi barədə hökm qanuni qüvvəsini aldığından, eləcə də Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xitam verildiyindən Cavabdeh mübahisəli ünv an 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbəsində 2 otaqlı 32 nömrəli mənzilinə heç bir hüququ yaranmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətləri verərək, Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(012)-4435/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2019-cu il tarixli, 2(105)-138/2020 nömrəli qətnaməsi ilə (hakimlər E.G.Rəhimovun sədrliyi və məruzəsi, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(012)-4435/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı n rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015ci il tarixli hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bundan bir müddət sonra isə, mübahisəli mənzilə dair Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2019-ci il tarixli qərarı qəbul edilmiş və Cavabdeh ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 7-ci mərtəbədə yerləşən 2 otaqlı 32 nömrəli mənzilə dair tələbləri qismən təmin edilmişdir. Həmin məhkəmə qərarları “xxxx ” MMC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair hazırki iddiasının təmin olunmasını qeyri-mümkün etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2019-cu il tarixli, 2(105)-138/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin mənzilə görə öd ədiyi pulun mənzilin tikintisinə sərf olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə X4 Cavabdeh xeyrinə 15600 manat pul vəsaitinin tutulmasını, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərardadının qanuni qüvvədə olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sif arişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhk əməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prins ip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsinin cavabdehin qanuni sahiblik və istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları il ə təsdiqini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, “xxxx” MMC Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətini hazırki iddia tələbi ilə oxşar dəlillərlə - yəni Cavabdeh iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli qərardadı ilə xitam verilməsi, cavabdehə verilmiş maliyyə arayışın MMC-nin keçmiş rəhbəri X11 tərəfindən saxtalaşdırılması ilə əsaslandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi isə 19 aprel 2018-ci il tarixli qətnaməsində həmin dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, MMC Cavabdeh ödədiyi vəsaitin tikintiyə xərclənmədiyini qeyd etsə də, bu dəlilini əsaslandıra bilməmiş və iş materiallarında belə sübut mövcud deyildir. Digər tərəfdən Cavabdeh mübahisəli mənzilə mülkiyyət hüququ yaranmı ş və onun həmin mənzildən çıxarılmasından və ya digər şəxsin həmin mənzilə mülkiyyət hüququndan söhbət gedə bilməz. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016cı il tarixli qərardadının mövcudluğuna dair apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin işdə olan iddianın predmeti qarşılıqlı iddianın predmeti ilə eyni deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmiş, kassasiya şikayətini həmin iş üzrə iddiaçı X2 vermiş və sonuncunun kassasiya şikayəti Ali Məhkəmənin 16 yanvar 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 03 noyabr 20 17-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnamələri, habelə Ali Məhkəmənin 16 yanvar 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuş hallar hazırki iş üzrə tərəflər üçün preyudisial əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsi üzərində cavabdehin istifadə və sahiblik hüququnun iddiaçı tərəfindən mübahisələndirilməsinə yol verilmədiyindən, iddia əsaslı olmamışdır. Abşero n Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli qərardadının mövcudluğu ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ilk olaraq həmin qərardadın istinad etdiyi yeganə hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə X8 mülki iddiasının təmin edilməsi olmuşdur ki, qərardad qəbul edildikdən sonra göstərilən hökmün ləğv edilməsi müəyyən olunur. Odur ki, həmin qərardad iddianın təmini üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düz gün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2019-cu il tarixli, 2(105)-138/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2075/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2075/2021
17.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver