Məhkəmə qərarları › İş №2(102)-2079/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2079/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2079/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Kateqoriya - açar sözlər: qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X1 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil təl əb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1319/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24.02.2022-ci il tarixli LUNA20220301 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********3 saylı tapşırığa əsasən X2 (bundan sonra iddiaçı) tərəfindən 1.069.421,00 ABŞ dolları məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür. 2. xx.xx.2022-ci il tarixli LUNA 20220401 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********1 saylı tapşırığa əsasən iddiaçı tərəfindən 941.475,00 Avro məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür.

3. Cavabdeh ASC-nin (bundan sonra cavabdeh bank) xx.xx.2022-ci il tarixli məktubununa əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-6 və 150.1.16-cı maddələrinə əsasən fiziki şəxslər 'tərəfindən güzəştli vergi tutulan ölkələrə Vergi Məcəlləsinin 13.2.16.14-1 -ci maddəsində qeyd edilən ödənişlərin icrası zamanı bank ödəmə mənbəyində vergi (ÖMV) hesablamağa və hesablanmış vergini büdcəyə köçürməyə görə öhdəlik daşıyır. Qanunvericiliyin bu tələbinin icra edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödənilməmiş vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulur. Yuxarıda qeyd ediləndən irəli gələrək, sözügedən əməliyyat üzrə 360,446.45 manat həcmində ödəmə mənbəyində vergi Bank tərəfindən hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür. Vergi qanunvericiliyinin tətbiqinə dair müddəaların düzgün tətbiq edilib-edilməməsi məsələsi üzrə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə edilmiş, Bank tərəfindən həm şifahi və həm də yazılı formada bu məsələ ilə bağlı Vergi xidməti ilə müzakirə aparılmış və xidmət tərəfindən verginin tutulmalı olduğu barədə rəy verilmişdir. Pul köçürülən hesabdan (yerdən) bir il ərzində geri qaytarıldığı təqdirdə tutulmuş ödəmə mənbəyindən vergi məbləği qısa vaxt ərzində bank hesabına geri qaytarılacaqdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubununa əsasən iddiaçının cavabdeh bank hesabından silinərək dövlət büdcəsinə ödənilmiş vəsaitin həmin hesaba geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. -Müraciətdə fiziki şəxsin cavabdeh bankda olan hesabı vasitəsilə müəyyən məbləğdə vəsaitin özünəməxsus nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürüldüyü, bank tərəfindən hesab sahibinə məlumat verilmədən ödənilmiş vəsaitdən 10 faiz vergi tutulduğu, vətəndaşın əldə etdiyi vəsaitlərin Azərbaycan mənbəyindən əldə edilmədiyi bildirilmiş və dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılması xahiş edilmiş dir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmçinin, həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən vergi orq anında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, qeyd olunan maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli ver gi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1 -ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildiririk ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Əlavə olaraq, güzəştli vergi tutulan ölkələrə ödənişlər aparılarkən bank tərəfindən verginin tutulması barədə hesab sahibinə əvvəlcədən məlumatın verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyi tövsiyə olunmuşdur. 5. - xx.xx.2020-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə GTC16/212PB saylı razılıq ərizəsinə əsasən iddiaçı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində http://www.pashaprivate.az/financial_services,827/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasını) diqqətlə oxuduğunu, onun bütün şərtlərini, Müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair şərtlərə riayət olunmasına görə Müştəri olaraq məsuliyyət daşıyır və bu xidmətlərlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq özü və öz hesabına daşıyır.

6. Ümumi şərtlər toplusunun 2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir.

7. Həmin müqavilənin İİ.2.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvə də olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; İİ.2.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur. 8. xx.xx.2015-ci il tarixli 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.1.5-ci bəndinə əsasən Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanun vericilik və Müqavilənin 3.2.2. və 3.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir.

9. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur. 10.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3795/2023 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh banka qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank tərəfindən hesab sahibi olmaqla iddiaçının cavabdeh bankda olan bank hesabından akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitinin cavabdeh bankdan alınaraq onun bank h esabına geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş, etibarlılıq müddəti xx.xx.2023-cü il tarixinədək olan MYİ seriyalı, 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayan iddiaçı cavabdeh bankda olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus ol an nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüşdür. Bundan sonra, cavabdeh bank tərəfindən bank hesabının sahibi olmaqla verilmiş müvafiq məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin cavabdeh banka ünvanladığı xx.xx.2022-ci il tarixli, **********039300 saylı məktubunu nəzərə alaraq "cavabdeh bank Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14- 1 maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank, Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən həmin Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borclu olduğunu nəzərə alar aq, vəsaitlər köçürülən zaman bu barədə ona məlumat vermədən 2022-ci ilin mart ayında ödənilmiş vəsaitdən 10 faiz dərəcə ilə vergi tutaraq onun cavabdeh bankda olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini silərək dövlət büdcəsinə köçürmüşdür. Hesab etmişdir ki, cavabdeh bank qanunvericiliyin tələbini pozmaqla Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat vermədən cavabdeh bankda olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini qanunsuz silərək dövlət büdcəsinə köçürmüşdür. Halbuki, cavabdeh bank vergi agenti qismində çıxış etdiyi səbəbdən Vergi Məcəlləsinin 13.2.16.14 -1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə məlumatı ödənişdən əvvəl hesab sahibi olmaqla ona bildirməli idi. Qeyd olunan məbləğdə pul vəsaitinin onun cavabdeh bankda olan bank hesabından onun məlumatı olmadan silinərək dövlət büdcəsinə köçürülməsinin qanunsuz və əsassız olması ilə bağlı bir neçə dəfə cavabdeh banka müraciətlər etsə də, həmin müraciətləri nəticəsiz qalmışdır. Hətta, cavabdeh banka ünvanladığı 08 may 2023-cü il tarixli, 202/18xxxx/3665-23 nömrəli Pretenziya məktubuna da cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin, bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə mallar (işlər, xidmətlər), o cümlədən, daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin qeyd olunan maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildirir ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılı müraciətə verilmiş cavab məktubunda da güzəştli vergi tutulan ölkələrə ödənişlər aparılarkən bank tərəfindən verginin tutulması barədə hesab sahibinə əvvəlcədən məlumatın verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyini bildirilməklə, müraciətdə qeyd etdiykləri məsələlərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü, 125-1-ci və 150-ci maddələri ilə tənzimləndiyi qeyd olunmuşdur. Odur ki, onun cavabdeh bankda olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitləri Azərbaycan mənbəyindən əldə edilməmişdir, həmin pul vəsaitləri xarici ölkələrdə olan hesablarından daxil olmuşdur. Belə ki, bu faktı onun adına cavabdeh bankda olan hesab dövriyyəsini əldə etməklə təsdiqləmək mümkündür. Beləliklə də, cavabdeh bank tərəfindən iddiaçının bankda olan bank hesabından 360.446,45 manat məbləğində pul vəsaitini akseptsiz qaydada silməklə dövlət büdcəsinə ödənilməsi halını Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyi maddələrinin tələblərinə cavab vermədiyindən qanunsuz hesab etmişdir.

3. Cavabdeh bank iddia tələbi üzrə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddən in məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddəsini iddiaçı düzgün təfsir etməmişdir. Belə ki, həmin maddədə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı ödənişin Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə edilməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi iddiaçı cavabdeh bankda olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421, ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448.81 Azərbaycan manatının ekvivalenti olan 941.475.00 Avro, ümumilikdə 3.604.464.51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat va sitəsinin (yaxtanın) təmiri üçün Lixtenştendə olan bank hesabına cavabdeh banka köçürmüşdür, beləliklə, ödəniş Azərbaycan Respublikasında icra edilmişdir. Qeyd edilən məsələ ilə bağlı, cavabdeh bank tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə müraciət verilmiş və xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərin həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli Bank, Azərbaycan mənbəyindən gəlirə görə aid edilməyən Məcəllənin 13.2.16.14-1 -ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borcludurlar. Vergi Məcə lləsinin 13.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Vergi orqanında uçotda olmayan fiziki şəxsin ödənişi şəxsi istehlak məqsədilə olmadığından, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Həmçinin, xx.xx.2022-ci il tarixində iddiaçının etibarnamə üzrə nümayəndəsi Nail Şahverdiyev ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 3.604.464.51 manat məbləğindən vəsaitin cavabdeh bankda olan hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müd dəalarına əsasən həmin Məcəllənin 128ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazil ərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlərin edildikdə həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, qeyd olunan maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Qeyd olunanlara əsasən vergi orqanında uçotda olan olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən bank tərəfindən ödəmə mənbəyindən 10 faiz dərəcə ilə v ergi tutulur. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərin Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Bu sahədə ixtisaslaşmış orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən Bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmasını tərəflərə izah etmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh bank Vergi Məcəlləsinin 150.1.6-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxsin 13.2.16.14-1-ci maddəsində qeyd edilən ödənişini h əyata keçirən zaman hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə borclu olmuşdur. Odur ki, iddiaçının cavabdeh bankda olan bank hesabından ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitinin akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilməsi qanunvericiliyin tələblərinə əsasən qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən, iddiaçının cavabdeh banka qarşı qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəməyə iddia tələbi üzrə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə istinad edərək həmin maddənin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə malların (işlərin, xidmətlərin), o cümlədən, daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyini bildirmişdir. İddiaçı həmin maddənin dispozisiyasından belə nəticəyə gəlmişdir ki, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyindən verginin tutulması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından k ənarda aparılması halında tətbiq edilir. Həmçinin iddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1 -ci maddəsinin 3-cü hissəsinə istinad edərək həmin maddədə nəzərdə tutulduğu halda ödənilən vəsaitlərin ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlərin Azərbaycan mənbəyindən gəlirlər aid edilmədiyini qeyd etmişdir. İlk növbədə, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir. Vergi Məcəlləsinin həmin maddəsinin normasından irəli gələn tələblərdən istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, aşağıda göstərilən hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir: alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla); rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda; həmin Məcəllənin 13.2.16.14-1 - ci maddəsinə uyğun olaraq ödənilən vəsa itlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda; vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda; vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə; borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə; Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə; güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə; səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə; qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə). İddiaçı apardığı əməliyyatın həmin maddənin 5-ci hissəsinin təsiri altına düşdüyü qənaətinə gəlsə də, maddənin normasına əsaəsn güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Lakin iddiaçı ərizəs ində vəsaitin cavabdeh bankda olan bank hesabından Lixtenşteyndə olan bank hesabına köçürüldüyünü bildirmişdir. Yəni güzəştli vergi tutulan ölkəyə ödəniş Azərbaycan Respublikasından edilmişdir. Həmçinin ödənişin şəxsi istehlak məqsədləri üçün edildiyi faktı hər hansı formada öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı ziddiyyətli bir mövqe tutaraq eyni əməliyyatın həm də 13.2.16.14-1-ci maddənin 3-cü hissəsinin təsiri altına düşdüyünü bildirmişdir. Lakin sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Ödənişin xx.xx.2022-ci il tarixində edilməsi təsdiq olunsa da, ödənilən vəsaitin ödəniş tarixindən hesaba 1 il müddətində qaytarılması faktı da öz təsdiqini tapmır. İddiaçının cavabdeh bankda olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitlərinin Azərbaycan mənbəyindən əldə edilmədiyi, həmin pul vəsaitlərinin xarici ölkələrdə olan hesablarından daxil olması dəlilinə münasibətdə isə bir daha bildiririhlər ki, aparılan əməliyyatdan verginin tutulmaması ilə bağlı istisnalar Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin 1-10-cu hissələrində öz əksini tapmışdır. İddiaçının qeyd etdiyi hal isə qeyd olunan istisna hallarının heç birinə uyğun olmamışdır. Nəticədə, iddiaçı istinad etdiyi normaların ona tətbiq edilməli olduğunu həm hüquqi cəhətdən, həm də ki, konkret sübutlarla əsaslandıra bilməmişdir. Bu isə öz növbəsində iddia tələbinin rədd edilməsinə əsasdır. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(009)-1454/2023 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, ödəniş Azərbaycan Respublikasında icra edildiyi üçün cavabdeh bank qanunvericiliyin tələblərinə uyğun olaraq vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən ödəmə mənbəyindən vergini tutmağa borclu olmaqla ödənilmiş vəsaitin 10 faizi həcmində pul vəsaitini iddaçının bank hesabından silərək dövlət büdcəsinə köçürməkdə haq lı olmuşdur.

7. Məhkəmə onu da qeyd etmişdir ki, vergi agentinin ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıması qanunvericilikdə birbaşa əks olunmuşdur.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5.1, 13.2.16.14-1, 17.1, 17.2, 17.3, 17.4, 17.5, 77.1, 78.1, 86.0, 150.1.6, 150.3-6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 390.1, 399.1, 405.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunnmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti işin faktiki hallarına və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən iş üzrə cavabdeh olan cavabdeh bank hesabından xx.xx.2022-ci il tarixində 1.818.015,70 manatın ekvivalenti olan 1.069.421 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 1.786.448,81 manatın ekvivalenti olan 941.475 avro olmaqla, ümumilikdə 3.604.464,51 manat məbləğində olan pul vəsaiti iddiaçının özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri məqsədilə güzəştli vergi tutulan ölkələr siyahısına daxil olan Lixtenştendəki bank hesabına köçürülmüşdür. Ödənişlərdən Vergi Məcəlləsinin 125-1ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Lakin faktiki halda iş üzrə cavabdeh olan bank vergi agenti qismində Vergi Məcəlləs inin maddələrinin tələblərinə riayət etmədən, başqa bir sözlə həmin maddələrin tələblərini düzgün tətbiq etməməklə iddiaçının cavabdehdə olan bank hesabından ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitini iddiaçının bu barədə məlumatı və razılığı olmadan akseptsiz qaydada silmişdir. Digər bir tərəfdən, Vergi Məcəlləsinin 17.3-cü maddəsində müəyyən edilmiş vergi agentinin (hazırkı halda Cavabdeh ASC-nin) vəzifələrindən biri də, vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə və bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə bocludur. Lakin iş üzrə cavabdeh bankın və sonradan mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndələri məhkəmə prosesində iddia tələbi üzrə verdikləri izahatlarında hər bir halda vergi agentinin müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə dövlət büdcəsinə ödəməyə borclu olduğunu bildirmişlər. Müvafiq iddia tələbi üzrə mülki işə baxan birinci intansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödəniş Azərbaycan Respublikasında icra edildiyi üçün cavabdeh bank qanunvericiliyin (hazırkı halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin) yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları iddiaçıdan tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən öd əmə mənbəyindən vergini tutmaqla borclu olmaqla ödənilmiş vəsaitin 10 faizi həcmində pul vəsaitini iddiaçının bank hesabından silərək dövlət büdcəsinə köçürməkdə haqlı olmuşdur. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi mülki iş üzrə qətnamə qəbul edərkən Vergi Məcəlləsinin sözügedən məsələ ilə bağlı konkret və aydın şəkildə müəyyən etdiyi istisna halları nəzərə almadan yalnış mövqeyə gələrək iddiaçının iş üzrə cavabdeh banka qarşı iddiaçının bank hesabından cavabdeh tərəfindən qanunsuz silinmiş pul vəsaitinin bank hesabına geri qaytarılması tələbinə dair iddiasını təmin etməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1319/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-6 və 150.1.16-cı maddələrinə əsasən fiziki şəxslər 'tərəfindən güzəştli vergi tutulan ölkələrə Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində qeyd edilən ödənişlərin icrası zamanı bank ödəmə mənbəyində vergi (ÖMV) hesablamağa və hesablanmış vergini büdcəyə köçürməyə görə öhdəlik daşıyır. Qanunvericiliyin bu tələbinin icra edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödənilməmiş vergi məbləğinin 50 faizi miq darında maliyyə sanksiyası nəzərdə tutulur. Mübahisəli əməliyyat üzrə 360,446.45 manat həcmində ödəmə mənbəyində vergi Bank tərəfindən hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür. Vergi qanunvericiliyinin tətbiqinə dair müddəaların düzgün tətbiq edilib edilməməsi məsələsi üzrə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə edilmiş, Bank tərəfindən həm şifahi və həm də yazılı formada bu məsələ ilə bağlı Vergi xidməti ilə müzakirə aparılmış və xidmət tərəfindən verginin tutulmalı olduğu barədə rəy verilmişdir. Pul köçürülən hesabdan bir il ərzində geri qaytarıldığı təqdirdə tutulmuş ödəmə mənbəyindən vergi məbləği qısa vaxt ərzində bank hesabına geri qaytarılacaqdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabde h bank tərəfindən vəsait köçürüldükdən sonra ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitin akseptiz qaydada iddaçının cavabdeh banka olan bank hesabından silinərək dövlət büdcəsinə köçürülməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. 14.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.1,390.1,399.1,405.1-ci, Vergi Məcəlləsi 13.2.5.1, 13.2.16.14-1, 13.2.16.14-1, 5, 17.1, 17.2, 17.3, 17.4, 17.5, 77.1, 77.3, 78.1, 78.3, 86.0, 150.1.6, 150.3-6, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 15.İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iddiaçının iddia tələbi tam təmin edil məklə cavabdeh bank tərəfindən iddiaçının bankda olan bank hesabından akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilmiş cəmi 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh bankdan alınaraq iddiaçının bank hesabına geri qaytarılması barədə yeni məhkəmə qərarının qəbul qərar qəbul olunmasını xahiş etmişdir. 16.İddiaçı tərəfindən kassasiya şikayəti işin faktiki hallarına, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 18.Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri Qanunvericilikdə nəzərdə tutulmuş müqav ilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 19.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 20.Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 21.Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan b ütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

22. Maddə 13.2.5.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən fiziki şəxs tərəfindən (təqvim ili ərzində üst üstə 182 gündən artıq Azərbaycan Respublikasında qalan) köçürülən vəsaitdən 10 faiz dərəcə ilə vergi tutulur. 23.Maddə 13.2.16.14-1. Həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. 24.Maddə 13.2.16.14-1, 5-ci hissəsi. Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. 25.Maddə 17.1 Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. 26.Maddə 17.2. Vergi agentinin, bu Məcəlləd ə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. 27.Maddə 17.3 Vergi agenti: müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə; vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa; vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə ye tirməyə borcludur. 28.Maddə 17.4. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 29.Maddə 17.5 Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 30.Maddə 77.1 Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 31.Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 32.Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 33.Maddə 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. 34.Maddə 86.0 Vergi aşağıdakı yerlərdə ödən ilir: bildirişdə göstərilən yerdə; Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu yer üzrə; vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə; bu Məcəllədə verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə. 35.Maddə 150.1.6 Vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar. 36.Maddə 150.3-6. Bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci mad dəsinə uyğun olaraq vergini hesablamağa, hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 41.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 45.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 46.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 47.Hazırkı kassasiya şikayəti iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyi üçün həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 50.Bununla yanaşı qeyd edilməlidir ki, hazırki iş üzrə məhkəmələr iddiaçının apellyasiya şikayəti öz əsaslandırmaları və dəlilləri də nəzərə alınaraq 2 məsələnin aydınlaşdırılmasına yönəlmişlər: 1) iddiaçı tərəfindən köçürmə edilərkən, həqiqətən, ondan vergi tutulmalı idimi, əgər belədirsə, tutulmanın qaydalarına əməl olunmuşdurmu; 2) əgər tutulma haqlı idisə, cavabdehin bu tutulma zamanı iddiaçını xəbərdar etmə öhdəliyi olmuşdur mu. 51.İddiaçı öz apellyasiya şikayətində Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə istinad edərək bildirmişdir ki, qanunvericiliklə onun tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisnalar mövcuddur. Kollegiya iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə qiymət verərək qeyd etmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı Cavabdeh ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421, ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448.81 Azərbaycan manatının ekvivalenti olan 941.475.00 Avro, ümumilikdə 3.604.464.51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmir i üçün pulun müvafiq hesaba köçürülməsinə dair əməliyyat Azərbaycan Respublikasında Cavabdeh ASC-də aparılmışdır. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin bütün komponentlərinə özü ilə bağlı münasibət bildirirərək köçürmə etdiyi ölkə olan Lixtenşteynin güzəştli vergi tutulan ölkələr siyahısına daxil olduğunu və özünün vergi orqanında uçotda olmayan fiziki şəxs olduğunu qeyd etmişdir. Lakin iddiaçı həmin maddənin tətbiq oluna bilməsi üçün digər bir şərtin - əməliyyatın Azərbaycan Respublikasından kənarda aparılmalı olduğunu faktorunu nəzərindən qaçırmışdır. Buna görə də iddiaçının qeyd etdiyi qanunvericilik norması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. 52.Məhkəmə onu da qeyd edir ki, vergi agenti olan bankın, yəni hazırki iş üzrə Cavabdeh ASC-ni n ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıması qanunvericilikdə birbaşa əks olunmuşdur. 53.Beləliklə, işin hallarından da göründüyü kimi məhkəmə tərəfindən araşdırılmalı olan ilk məsələ - “iddiaçı tərəfindən köçürmə edilərkən, həqiqətən, ondan vergi tutulmalı idimi, əgər belədirsə, tutulmanın qaydalarına əməl olunmuşdurmu” sualının cavabı müsbət formada qiymətləndirilməlidir və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh tərəfindən vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən ödəmə mənbəyin dən vergini tutmağa borclu olmaqla ödənilmiş vəsaitin 10 faizinin tutulması qanuni və əsaslı olmuşdur. 54.Kollegiya iddiaçının bank tərəfindən ödəmə mənbəyində "xxxx" ASC-də olan hesabından akseptiz qaydada 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat verilməli olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. 55.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci ma ddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 56.Belə ki, tə rəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, Bankın reqress qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı Razılıq ərizəsinə əsasən qəbul etdiyi Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun (xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının) İİ.2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliy yatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir. 57.İddiaçı şikayətlərində göstərmişdir ki, tərəflər arasındakı müqaviləyə görə mübahisəsiz qaydada silinmə yalnız bankın xidmət tarifləri ilə müəyyən edilmiş məbləğdə xidmət haqqına kredit, faizlər, komissiyalar və banka ödənilməli olan ödənişlər üzrə yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərinə şamil edilir. Lakin iddiaçı müqavilənin şərtlərini qeyd edərkən akseptsiz silinmə ilə bağlı bəndləri tam formada qeyd etməmiş, həmin bəndlərdə Bankın qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ö dənilməsinə yönəldilən pul vəsaitlərinin də silinmə hüququnun təsbit olunduğunu nəzərdən qaçırmışdır. Həmçinin Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun müvafiq bəndlərinə əsasən silinmələrin yalnız müştərinin razılığı ilə baş verə biləcəyi qeyd edilmiş və iddiaçının da həmin razılığı ifadə edən xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı ərizəsi mövcud olmuşdur. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdeh bank tərəfindən vəsait köçürüldükdən sonra ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitin akseptsiz qaydada iddaçının "xxxx" ASC-də olan bank hesabından silinərək dövlət büdcəsinə köçürülməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. 58.İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən e dilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya inst ansiyası məhkəməsi yeni sübut qəbul etmir. 59.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğvinə əsas vermir. 60.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 61.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1319/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar