Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-208/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaqdan istifadəyə görə zərərin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)1751/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli qərarı ilə İddiaçı1, X6 və X2 mülkiyyətlərinə 2,17 hektar, İddiaçı2 xxx qızının və X1 mülkiyyətlərinə 1,37 hektar, X3, X4, X8, X7 və X5 mülkiyyətlərinə 3,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin 2,93 ha hissəsində 2019-cu ilin son aylarında mülkiyyətçilərin razılıqları olmadan taxıl əkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıların mülkiyyətlərində olan cəmi 2,93 hektar torpaq sahəsini qanunsuz şumlayıb taxıl əkmələri ilə əlaqədar onlara vurduqları 1800 manat maddi zərərin, 100 manat nəqliyyat xərclərinin, 500 manat mənəvi zərərin, torpağa mülkiyyət hüququna dair 3 ədəd Dövlət Aktlarının notarial qaydasında təsdiqlənməsi üçün ödənilmiş 15 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi olaraq 2446 manat pulun alınıb iddiaçılara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların və ailə üzvlərinin mülkiyyətlərində ünvan 1ərazisində olan kənd təsərrüfatı təy inatlı torpaq sahələri İddiaçı1 qayınatası, İddiaçı2 və İddiaçı3 ataları Nümayəndə istifadəsində olmuş, sonuncu hər il orada taxıl məhsulları əkmişdir. Bu 2019-cu ildə Nümayəndə həmin torpaq sahələrində taxıl əkməmiş, mal-qara üçün ot tədarük etməyi planlaşdırmışdır. Lakin 2020-ci ilin fevral ayına 2,93 hektar torpaq sahəsini suvarmaq məqsədi ilə getdiyi zaman həmin torpaq sahəsinin naməlum şəxslər tərəfindən şumlanmasını və orada taxıl əkildiyini görmüşdür. Məlum olmuşdur ki, iddiaçılara məxsus torpaq sahəsini Cavabdeh1 qanunsuz olaraq Cavabdeh2 icarəsinə vermiş, sonuncu isə torpaq sahəsini şumladıb orada taxıl əkdirmişdir. Bununla iddiaçılara xeyli miqdarda maddi zərər vurulmuş, cavabdehlər vurduqları həmin zərərin əvəzini iddiaçılara geri qaytarmalıdırlar. Cavabdehlərin iddiaçılara mə xsus 2,93 hektar torpaq sahəsini qanunsuz olaraq şumlayıb taxıl əkmələri nəticəsində həm iddiaçılar, həm də Nümayəndə dərin stress keçirmiş, mənəvi əzab çəkmiş, sağlamlıq vəziyyəti daha da pisləşmişdir. Bununla da, cavabdehlər iddiaçılara 500 manat miqdarında mənəvi zərər vurmuşlar. Qusar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(029)-102/2021 nömrəli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064 manat maddi zərər, 3 ədəd Dövlət Aktının notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 1 manat xidmət haqqı, cəmi 1100 manatın tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək iddianı qismən əsaslı hesab etmiş, iddiaçılara vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən göstərmişdir ki, Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qusar Dövlət X16 tərəfindən verilmiş rəyə istinad edərək hesab etmişdir ki, 2,93 hektar torpaq sahəsindən orta hesabla il ərzində 280 ot tayası əldə edilə bilərdi. 1 ot tayasının qiyməti 3,80 manat olduğundan, ziyan 1064 manat təşkil edir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 b irgə apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(029)-102/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1751/2021 nömrəli qətnaməsi ilə (hakim L.Cavabdeh2nın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdan və G.F.Tağızadədən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(029)-102/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzər yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsindən istifadə etmələrini, oradan hər hansı bir gəlir əldə etmələrini və ümumiyyətlə cavabdehlər tərəfindən onlara hansı bir zərər yetirmələrini əsaslandıra bilməmişlər. İddia tələbində iddiaçılar gələcək zamanda əldə edilə biləcək qeyri-müəyyən ziyanı tələb etmişlər. Hazırki gündə isə onlara hər hansı məbləğdə ziyan dəyməsinə dair sübut mövcud deyildir. Bununla da, iddiaçılar onlara maddi ziyanın dəyəcəyini bildirsələr də, buna dair mötəbər sübutları təqdim etməmiş, bununla da tələbini sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1751/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçıların vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəki lsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyi n tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya baxışının predmetini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qətnamə ləğv edilərək, iddia təmin edilən hissədə də rədd edildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməs ini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki h üquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izah atları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşi n faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin təqdim etdiyi sübutları qiymətləndirərək, həmin sübutları iddianın təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla iddiaçılara zərərin vurulması müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməl i olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(105)-1751/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-208/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-208/2022
17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver