Məhkəmə qərarları › İş №2(102)-208/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-208/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-208/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı (Azərbaycan Respublikasının Ədliyyə Naziliyi Şəki Rayon Üzrə İcra və Probasiya Şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-208/2025 (Açar sözlər: icra qeydinin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzinin notar iat ofisinə qarşı (Azərbaycan Respublikasının Ədliyyə Naziliyi Şəki Rayon Üzrə İcra və Probasiya Şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)863/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə illlk 22% və 24% şərti ilə nağd və kart kredit xətti ayrılmış, həmin kredit xəttinə əsasən "xxxx" ASC tərəfindən Elvin Biyabaniyə 7.700 manat kredit və tam kredit kartı verilmişdir. 2. "xxxx" ASC iddiaçı Elvin Biyabaninin kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı 09 sentyabr 2023-cü il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmişdir.

3. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli 8İ-16545 reyestr nömrəli icra qeydindən görünür ki, Elvin Biyabanidən tələbkar "xxxx" ASC-nin xeyrinə 6.328,79 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır.

4. Şəki Rayon Məhkəməsinin 2(075)-1154/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Elvin Biyabaninin işdən azad edilməsi barədə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin verdiyi 10 mart 2023cü il tarixli, PHŞ-6-71/3-6/2023 saylı əmri ləğv edilmiş, Elvin Biyabaninin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (bundan sonra cavabdeh və ya notariat ofisi) (Azərbaycan Respublikasının Ədliyyə Naziliyi Şəki Rayon Üzrə İcra və Probasiya Şöbəsi və "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyə n üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, notariat ofisinin 8i-16545 nömrəli xx.xx.2023-cü tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, bankdan kredit götürdüyü müddətdən xx.xx.2023-cü il tarixədək banka 4.300 manata yaxın və kredit kart üzrə 600 manat yaxın pul ödəmişdir. O, borcunu ödəməkdən qərəzli olaraq yayınmamış, işsiz olduğu üçün borcu ödəyə bilməmişdir. Bank və notariat kontoru isə onun düşdüyü çətin vəziyyətdən istifadə edərək icra qeydini İcra və Probasiya şöbəsinə göndərmişdir. Nə notariat ofisindən nə də bankdan ona bildiriş gəlməmişdir. Halbuki, qanununda tələbindən göründüyü kim i tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir. Həmin icra qeydi barədə ona yalnız Şəki rayon icra və Probasiya şöbəsində məlum olmuşdur. Bundan sonra notariat ofisinə müraciət edərək, ona icra qeydinin təqdim edilməsini xahiş etsə də, ona yalnız həmin qeydən çıxarış verilmişdir. Bank bu günə kimi onun kredit borcunu həddindən artıq şişirtmiş və onun tərəfindən banka nə qədər pul ödənilməsini gizlətmişdir. Bankın tələb etdiyi pul olduqca şişirdilmiş məbləğdir. Notariat kontorunun icra qeydi qanunsuz olduğundan ləğv edilməlidir.

7. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X4 Filialı tərəfindən göndərilmiş cavab məktubundan müəyyən olunmuşdur ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı aparılmamışdır.

8. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(075)225/2024 nömrəli, 06 mart 2024-cü il tаrixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 8İ-16545 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmə diyindən, onun bank qarşısında borcu yaranmışdır. "xxxx" ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən 09 sentyabr 2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh notar iat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Notariat ofisi tərəfindən göndərilmiş “Notariat icra qeydi haqqında ərizə”də icra qeydinin verilməsi üçün əsas olan borcluya göndərilmiş bildirişin poçt qəbzinin nömrəsi SS815679098AZ kimi göstərilsə də, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X4 Filialı tərəfindən göndərilmiş məktubdan müəyyən olunmuşdur ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı aparılmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağl ı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və id da tələbininm rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, bank ilə borclu İddiaçı arasında yaranmış borc müqaviləsi kredit müqaviləsinə əsaslanmış və borclu müqavilə öhdəliyini yerinə yetirmədiyindən ona rəsmi bildiriş göndərilmiş, həmin bildiriş borclu İddiaçı 15 avqust 2023-cü il tarixdə rəsmi olaraq təqdim edilmiş, borclu həmin vaxtdan 20 gün müddət keçməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmiş, borca dair etiraz etməmişdir. Bu barədə sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. Cavabdeh notariat ofisi tərəfindən ümumilikdə 6.353,97 manat borc barədə qanuni olaraq 09 sentyabr 2023cü il tarixli 8i-16545 nömrəli icra qeydi aparılmışdır. Həmin borc notariat ofisinə təqdim edilmiş kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlərlə təsdiq olunmuşdur. Cavabdeh notariat ofisi tərəfindən aparılmış icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbini pozmaqla icra qeydini ləğv etmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən borcluya bildirişin təqdim olunub-olmaması düzgün araşdırılmamışdır.

15. Apellyasiya baxışı zamanı X4 Filialına və X3 Filialına "xxxx" ASC-nin ünvan 1 ünvanında yaşayan İddiaçı göndərilən 15 avqust 2023-cü il tarixli bildirişin İddiaçı nə vaxt təqdim edilməsi barədə, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə İddiaçı 23 sentyabr 2021-ci il tarixli, BPM**********52 nömrəli Tam kart çərçivə müqavi ləsi üzrə kredit borcunun qalıbqalmaması, əgər qalıbsa, kredit borcunun nə qədər təşkil etməsi ilə bağlı məlumatların verilməsi barədə sorğular göndərilmişdir. X4 Filialından məhkəməyə daxil olmuş sorğuya 22 iyul 2024-cü il tarixli, ŞRF 05/122 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəki şəhəri, M.V.Vidadi küçəsi, ev 55 ünvanında yaşayan İddiaçı adına ünvanlanmış SS815679073AZ saylı sifarişli məktub xx.xx.2023-cü il tarixdə şəhər 3 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə ünvançı tərəfindən qəbul edilmişdir (Əsas: 3 saylı PŞnin poçtalyonu R.Zeynalovun məlumatı). X3 Filialından məhkəməyə daxil olmuş sorğuya 19 iyul 2024-cü il tarixli, Za RPF 3-27-109/184/24 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X4 Filialına göndərdikləri sorğuya cavab olaraq həmin RPF-dən daxil olan ********** saylı, xx.xx.2024-cü il tarixli cavab teleqramında qeyd olunmuşdur ki, İddiaçı adına olan SS815679073AZ saylı sifarişli məktubu xx.xx.2023-cü il tarixdə vətəndaş şəxsən almışdır.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən icra qeydi üzrə 26 manat ödəniş edilmiş, qalıq 25,4 manat borc rüsum təyinatı üzrə silinmişdir. Hazırda, borclu İddiaçı icra qeydi üzrə ödənilməmiş borcu qalmamışdır.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-863/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı X4 Filialına və X3 Filialına "xxxx" ASC-nin Zaqatala Filialı tərəfindən iddiaçıya göndərilən 15 avqust 2023-cü il tarixli bildirişin ona nə vaxt təqdim edilməsi barədə, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə İddiaçı 23 sentyabr 2021-ci il tarixli, BPM**********52 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə kredit borcunun qalıb-qalmaması, əgər qalıbsa, kredit borcunun nə qədər təşkil etməsi ilə bağlı məlumatların verilməsi barədə sorğular göndərilmişdir. X4 Filialından məhkəməyə daxil olmuş sorğuya 22 iyul 2024-cü il tarixli, ŞRF 05/122 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəki şəhəri, M.V.Vidadi küçəsi, ev 55 ünvanında yaşayan İddiaçı adına ünvanlanmış SS815679073AZ saylı sifarişli məktub xx.xx.2023-cü il tarixdə şəhər 3 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə ünvançı tərəfindən qəbul edilmişdir (Əsas: 3 saylı PŞ-nin poçtalyonu R.Zeynalovun məlumatı). X3 Filialından məhkəməyə daxil olmuş sorğuya 19 iyul 2024-cü il tarixıi, Za RPF 3-27-109/184/24 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X4 Filialına göndərdikləri sorğuya cavab olaraq həmin RPF-dən daxil olan ********** saylı, xx.xx.2024-cü il tarixli cavab teleqramında qeyd olunur ki, İddiaçı adına olan SS815679073AZ saylı sifarişli məktubu xx.xx.2023-cü il tarixdə vətəndaş şəxsən almışdır.

19. Məhkəmə kollegiyası həmç inin qeyd etmişdir ki, borcluya bildirişin surəti “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalıdır. Birdirişin borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunun birbaşa və imrerativ göstərişinə baxmayaraq üçüncü şəxs birdirişin borcluya çatdırıldığını təsdiq edən sənədi icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə etməmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə kollegiyasının sorğusuna birinci instansiya məhkəməsinə verilmiş cavablardan fərqli cavablar verilməsinə baxmayaraq üçüncü şəxs tərəfindən borcluya sifarişli məktubun verilməsini təsdiq edən sənəd (xəbərnamə) yoxdur və poçtalyonun bildirişin borcluya çatdırılmasına dair məlumatı mötəbər sübut kimi qəbul edilə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasının göstərişlərinə uyğun sayıla bilməz. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən üçüncü şəxs "xxxx" ASC (Vəkil) kassasiya şikayəti verərək apellyas iya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilən dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında hər hansı mübahisə movcud olmadığı halda, işə mahiyyəti üzrə baxmış, iddiaçının icra qeydi üzrə tələb olunan borcu ödəməsinə, bankın isə əvəzində həmin vəsaiti qəbul edərək sonuncunun banka borcunun olmasını ifadə etməsinə əhəmiyyət verməmiş, nəticədə iddiaçının subyektiv hüququ olmadığı halda, maddi hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

24. İddiaçı üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayə tinə qarşı etiraz ərizəsi təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi.

25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

28. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respub likasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

29. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı.

30. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının M ülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı.

31. Bənd

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu.

32. Maddə 1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təq dim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-863/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar