Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2080/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X5 İddiaçı: İddiaçı4 İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı3 Cavabdeh: “xxxx” ASC Cavabdeh: Cavabdeh4 Üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Üçüncü şəxs: YYY Üçüncü şəxs:Şəki şəhəri İcra və Probasiya Şöbəsi Üçüncü şəxs: Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddia tələbi: cavabdeh “xxxx” ASC-dən 9.938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-yə verilməsi və 9.938,0 manatın onların, yəni X5, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 YYYnun Cavabdeh2 ASC-yə olan borcundan çıxılması və Cavabdeh2 ASC-yə nəticə də qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2.000 manat maddi və 10.000 manat mənəvi, cəmi 12.000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi Açar sözlər: sığorta öhdəliyinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1732/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar X5, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan 30 may 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsindən görünür ki, həmin sığorta şəhadətnaməsinə əsasən X3 Cavabdeh2 ASC-nin Şəki filialına ödəməli olduğu kreditin 9.938 manatı “xxxx” ASC tərəfindən 31 may 2014-cü il tarixdən 30 may 2017-ci il tarixədək sığortalanmışdır. Həmin sığorta təminatına əsasən qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam itirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(107)-587/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən X5, İddiaçı4, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 Mövlud oğlundan 10.34 1,32 ABŞ dolları əsas kredit borcu, 4.026,79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14.468,11 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar X5, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxx” ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 9.938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-yə verilməsi və 9.938,0 manatın onların, yəni X5, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 YYYnun Cavabdeh2 ASCyə olan borcundan çıxılması və Cavabdeh2 ASC-yə nəticədə qalan borcun Cavabdeh4 alınmas ı, həmçinin, onlara dəymiş 2.000 manat maddi və 10.000 manat mənəvi, cəmi 12.000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddiaçılar X5, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-yə qarşı cavabdeh “xxxx” ASC-dən 9.938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-yə verilməsi və 9.938,0 manatın onların, yəni X5, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 YYYnun Cavabdeh2 ASCyə olan borcundan çıxılması və Cavabdeh2 ASC-yə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2.000 manat maddi və 10.000 manat mənəvi, cəmi 12.0 00 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi tələbinə dair iddiaları təmin edilməmiş, iddiaçılar X5, İddiaçı4, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumu xərci onların özlərinə aid edilmişdir. Qətnamədən iddiaçılar X5, İddiaçı4, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1732/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və A.A.Mahmudov) iddiaçılar X5, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-cu il tarixli, 2(075)-146/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar X5, İddiaçı4 və İddiaçı3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası sübutlara, həmçinin iddiaçıların mövqelərinə münasibət bildirməmiş, işə formal yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sü butlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar X5, İddiaçı4, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh4, “xxxx” ASC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, Cavabdeh3, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin norm alarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30 may 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən X3 Cavabdeh2 ASC-nin Şəki filialına ödəməli olduğu kreditin 9.938 manatı “xxxx” ASC tərəfindən 31 may 2014-cü il tarixdən 30 may 2017-ci il tarixədək sığortalanmışdır. Həmçinin, 30 may 2014-cü il tarixli, BPA 10073530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən X6 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış “Fərdi qəza Sığortası” ilə tanış edilmişdir. Həmin sığorta təminatına əsasən qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam itirilməsi nəzərdə tutulmuşdur. Mərhum X6 30 may 2014cü il tarixli, BPA 10073 530 nömrəli fərdi qəza sığortası şəhadətnaməsinə əsasən bu sığorta növü üzrə sığorta hadisəsi hesab edilən hadisə nəticəsində faydalanan şəxs Cavabdeh2 ASC qarşısında kredit öhdəliklərini yerinə yetirə bilməməsi risklərini sığortalamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış “Fərdi qəza sığortası” qaydalarının 5.1.10-cu bəndinə əsasən bütün növ xəstəliklər və onların nəticələri üzündən baş vermiş hadisələr bu sığorta sinfi üçün sığorta hadisələri hesab edilmir və həmin qaydaların 3-cü bəndində konkret olaraq sığorta təminatlarının növləri göstərilmişdir. X1 isə qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində deyil, 07 iyul 2016-cı il tarixdə mədə xərçəngi xəstəliyi nəticəsində, yəni bütün növ xəstəliklər və onların nəticələri ü zündən baş verən hadisələrə aid edilən xəstəlik nəticəsində vəfat etmişdir. Həmçinin, “xxxx” ASC-dən Cavabdeh2 ASC-nin xeyrinə hər hansı bir pul məbləğinin tutulmasının tələb edilməsi hazırki iş üzrə iddiaçıların deyil, məhz Cavabdeh2 ASC-nin tələb hüququdur. Buna görə də iddianın cavabdeh “xxxx” ASC-yə qarşı olan hissəsi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia tələblərinin Cavabdeh4 qarşı olan hissəsini əsaslandıran hal kimi X1ndan qalmış miras əmlak olan 000 saylı evin yalnız anaları tərəfindən qəbul edildiyini bildirsələr də, məhkəməyə təqdim edilmiş və qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(107)-587/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 000 saylı fərdi yaşayış evi X3 mül kiyyətində olmuş və X1nun Cavabdeh4, İddiaçı4, X7 və İddiaçı2 adlarında vərəsələri vardır və həmin vərəsələr X3 mülkiyyətində olan 000 saylı evdə yaşamışlar. İş üzrə iddiaçıların X1nun vərəsələri olmaqla yanaşı həmin evdə yaşamalarına baxmayaraq, sonradan həmin evin vərəsəlik yolu ilə tam şəkildə Cavabdeh4 tərəfindən qəbul edilməsi iddiaçıların Cavabdeh4 qarşı hazırki tələblə iddia qaldırmaları üçün əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə formal yanaşıldığını, sübutlara, həmçinin iddiaçıların mövqelərinə mü nasibət bildirilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X5, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1732/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2080/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2080/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver