Məhkəmə qərarları › İş №2(102)-2082/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2082/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2082/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işgüzar nüfuzun müdafiəsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 15 sentyabr 2020ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında İddiaçı MMC-nin inşa etdiyi evlərlə bağlı mübahisələr yaranmış, qarşılıqlı olaraq məhkəməyə və digər dövlət orqanlarına müraciət və şikayətlər etmişlər. Cavabdeh2 İddiaçı MMC-yə qarşı iddia tələbi Abşeron Rayon Məhkəməsinin 03.10.2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı MMC-yə qarşı tələbi Abşeron Rayon Məhkəməsinin 27.07.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamələr yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

2. Eyni zamanda İddiaçı MMC-nin şikayəti əsasında Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsində toplanmış materiallar üzrə 09.11.2017-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir.

3. İddiaçı MMC cavabdeh lər Cavabdeh1 və Cavabdeh2 müraciət və şikayətlərində, habelə müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “xxxx” saytında və lanaK˝ 13˝ internet tv-də yaydığı məlumatlarda MMC-nin işgüzar nüfuzuna xələl gətirdiklərini bildirərək aşağıdakı tələbləri irəli sürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən yayılan, həqiqətə uyğun olmayan şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib edilməsi, o cümlədən bu əməllər nəticəsində onlara dəymiş maddi-mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 50.000 (əlli min) manat məbləğində pulun, eləcə də cava bdehlər tərəfindən onlara qarşı məhkəmədə qaldırılmış əsassız iddialarla bağlı vəkilin hüquqi yardımı ilə bağlı xərclədikləri 2400 (iki min dörd yüz) manat pulun, cəmi 102.400 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətə qarşı əsassız iddialar qaldıraraq müxtəlif tələblər (cəmiyyətin onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, qanunsuz tikililərin aparılması, yaşadığı evin onlar tərəfindən tikilməsi, evinin 40 kv.metrinin kəm tikilməsi, həyətinin onları tərəfindən abadlaşdırılması öhdəliyi, qaz, işıq tariflərinin ondan artıq məbləğdə alınması və eləcə də 15000 manat mənəvi zərər) irəli sürmüşlər. Cavabdeh 2 və Cavabdeh1 iddia tələblərinin əsassız olması və rədd olunması barədə yekun məhkəmə qərarları artıq hüququ qüvvəsini almışdır. Ötən bu müddət ərzində Cavabdeh2 və Cavabdeh1 bir neçə şəxslə birlikdə (həmin 6 nəfər də cəmiyyətə qarşı məhkəmədə əsassız iddialar qaldırmış, onların da iddia tələbləri rədd olunmuşdur) müxtəlif dövlət orqanlarına (Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora, Milli Məclisə, Vergilər Nazirliyinə və s.) şər-böhtan dolu şikayətlər yazaraq cəmiyyəti bir sıra qanunsuz işlər görməkdə, hətta ******* manatı vergidən yayınmaqla ağır cinayət törətməkdə ittiham etmiş, müxtəlif mətbuat orqanlarına onların barəsində heç bir əsası olmayan müsahibələr verərək cəmiyyətin sahibi olduğu “ParkSolero” yaşayış kompleksində tikilən evlərin keyfiyyətsiz tikildiyini, evlərd ə çatlar olduğunu, evlərin uçub dağıldığını, vətəndaşların aldadıldığını və s. bildirmişlər. Cavabdeh1 son vaxtlar “Kanal-13”-ə müsahibə verərək onları və “xxxx”nın rəhbər şəxslərini ağır cinayətdə ittiham edərək, onların vəhabilərlə əlaqədə olduqlarını, onu vəhabilərin əli ilə öldürtdürəcəkləri barədə xəbərdar edildiyini, eləcə də həmin ərazidə tikinti işləri aparılarkən tikintidə çalışan bir fəhlənin öldüyünü və həmin fəhlənin meyidinin onlar tərəfindən ərazidən çıxarılaraq yox edildiyini göstərmişdir. Bununla da “Park-Solero” yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev, villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək (guya burada koteclər, villalar qanuns uz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, oralar söküləcək və s.) həmin şəxsləri yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar. Cavabdeh1 və onun ətrafında olan şəxslərin cəmiyyətə qarşı apardığı bu iyrənc, çirkin kompaniyalar nəticəsində cəmiyyətin işgüzar nüfuzu ləkələnmiş və cəmiyyətə maddi-mənəvi ziyan dəymişdir. Bundan əlavə, Cavabdeh1 və onun ətrafında olan şəxslər “ParkSolero” yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə etmişlər. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna xələl gətirən, ləkələyən, hətta ağır cinayətlərin törədilməsində ittiham edildiyi ərizələr yazaraq vətəndaşların başqa müraciətlərlə bağlı imza etdikləri vərəqələrin surətlərini həmin ərizələrə əlavə edərək müxtəlif dövlət orqanlarına göndərərək həmin şəxslərin də cəmiyyətdən narazı olmaları görüntüsü yaratmaq istəmişlər. Bundan xəbər tutan sakinlər başda Cavabdeh1 olmaqla həmin şəxslərin bu cür çirkin əməllərinə kəskin etiraz etmiş və fərdi qaydada ərizələr yazaraq kommunal xidmətlərlə bağlı müraciətlərə imza etdiklərini, onların cəmiyyətdən heç bir narazılıqlarının olmadığını bildirmişlər. “ParkSolero” yaşayış kompleksində evi olan, yaşayan onlarla sakin kollektiv halında səlahiyyətli dövlət orqanlarına müraciət yazaraq imza etmişlər və həmi n müraciətlərdə “Park-Solero” yaşayış kompleksində torpaq sahələri aldıqlarını, öz vəsaitləri hesabına ev tikdiklərini, cəmiyyətin bu tikinti işlərinin aparılmasında iştirak etmədiyini, yaşayış kompleksində sakinlər üçün hər cür şəraitin yaradıldığını göstərmişlər. Cavabdeh2, qardaşı Cavabdeh1 və onların ətrafında olan şəxslər dəfələrlə cəmiyyətə sifarişlər göndərərək onlarla razılığa gəlməyəcəkləri təqdirdə bu cür çirkin oyunlarını davam etdirəcəklərini bildirmişlər. Bu şəxslər xxxxdan külli miqdarda kreditlər götürərək “Park-Solero” yaşayış kompleksindən torpaq sahələri almışlar və həmin kreditlərin hesabına Abşeron rayonu İcra Hakimiyyətinin təsdiq etdiyi layihələrə uyğun koteclər tikdirərək, təmir etdirmişlər və beş ilə yaxındır ailə üzvləri ilə birlikdə həmin evlərdə yaşayırlar. Lakin bankın kreditlərini ödəmədiklərinə görə bank həmin şəxsləri məhkəməyə verərək kreditlərin həmin şəxslərin torpaq sahələrinə və torpaq sahələrində tikdirdikləri evlərə yönəldilməsini tələb etmiş, artıq bu tələblərlə bağlı məhkəmə qətnamələri çıxarılmış və bankın iddiaları təmin edilmişdir. Bu şəxslər isə cəmiyyətin bankla iş birliyində olduğunu bildirərək onlara qarşı bu cür çirkin kompaniyalar aparırlar və müəyyən qədər istədiklərinə çatmışlar. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna ciddi zərbə dəymiş, işgüzar nüfuzu ləkələnmiş, bir sıra dövlət orqanlarının yoxlamalarına məruz qalmış, bir sıra ciddi iş adamları cəmiyyətlə işgüzar sövdələşmələrdən imtina etmiş, bunun nəticəsində də onlar bir sıra iri layihələrin həyata keçirilməsindən kənarda qalmışlar. Cavabdeh1 "Kanal-13"-ə müsahibə verməs indən sonra bir sıra mətbuat orqanları, jurnalistlər bu məsələ ilə araşdırma apararaq, onları hər gün narahat etmiş və sonda bunun Cavabdeh1 yalanı, şəri, böhtanı olmasını görmüşlər.

6. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsində sadaladığı faktların və iddianın hüquqi əsası kimi istinad edilən halların bir hissəsi açıq-aşkar ziddiyyətli olmaqla bir-birini təkzib edir, digər hallarda isə sübut olunmayan və ya şərəf və ləyaqətin müdafiəsini ehtiva etməyən ərizələrə istinad edilir. Belə ki, iddiaçı bir tərəfdən həmin yaşayış kompleksində olan evlərin onun tərəfindən inşa edilmədiyini və həmin kompleksə aidiyyətı olmadığını bildirir (və məhkəmə mübahisələri zamanı da bu faktı sübut etməyə cəhd edir), digər tərəfdən isə iddi a ərizəsində bildirir ki, kraP...˝-Solero yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək, (guya burada koteclər, villalar qanunsuz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, buralar söküləcək və s.) həmin şəxslərin yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar˝. Qeyd edilənləri isə ˝ıçaiddİ˝ MMC-yə qarşı,cnəryi˝ çirkin kompaniya˝ adlandıran iddiaçı, bunun nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. Bunun üçün iddiaçı hər şeydən əvvəl bir suala cavab verməlidir ki, həmin kompleks onun tərəfindən inş a edilib ya yox. Əgər bu suala müsbət cavab veriləcəksə, onda istinad etdiyi qanuni qüvvədə olan məhkəmə qərarlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas yaranır. Belə ki, iddiaçı bütün məhkəmə proseslərində kompleksin onun tərəfindən inşa olunmadığını bildirmiş və bunun əksini (yəni, evlərin onun tərəfindən inşa edilməsini) təsdiq edən sübutların olmadığına istinad etmişdir. Əgər həmin suala mənfi cavab veriləcəksə, onda iddiaçıya aidiyyəti olmayan kompleksdə kiminsə ev alıb-almaması və ya kiminsə buna mane olması iddiaçının hansı hüquqlarını pozur? İddiaçı iddia ərizəsində göstərir ki, onun külli miqdar vergidən yayınması ilə bağlı vergi orqanlarına məlumat verilməsi nəticəsində də ziyan dəymişdir. Halbuki, vergi yoxlamaları qanunvericiliklə nəzərdə tutulmuş və vergi ödəy icisi olan bütün fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanmasını, vergilərin və digər məcburi ödənişlərin hesablanması, büdcəyə vaxtlı-vaxtında ödənilməsinin yoxlanılması üzrə Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirdir və heç bir halda iddam˝ və mənəvi zərərə səbəb olan˝ və ya razügşi˝ nüfuzuna xələl˝ gətirən tədbir hesab edilə bilməz. Əgər iddiaçı doğrudan da vergi yoxlamaları nəticəsində vergi orqanı tərəfindən tətbiq edilmiş cərimə və ya sanksiyalara məruz qalmışsa, deməli, bu, vergi qanunverciliyinin pozulması nəticəsində olmuşdur. Həmçinin qeyd edilməlidir ki, onun və yaşayış kompleksində yaşayan digər çoxsaylı sakinlərin dövlət və hökumət orqanlarına ünvanladığı ərizə və şikayətlər heç bir halda iddiaçının şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlu mat hesab edilə bilməz. Əks yanaşma, vətəndaşların ümumiyyətlə, həmin orqanlara müraciətini imkansız etmiş olardı. Digər tərəfdən, müraciətlərdə barəsində şikayət edilən hallar doğrudan da mövcud olmuş, sonradan bu nöqsanların bəziləri aradan qaldırılmışdır. Misal üçün kanalizasiya sisteminin yarıtmaz olması, çirkab sularının yaxınlıqda yerləşən duzlu gölə axıdılması faktı mövcud olmuş, onların müraciətlərindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq reaksiya verilmiş, yalnız bundan sonra pozuntu aradan qaldırılmışdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, guya, o torpaqların təyinatı barədə yalan məlumat vermişdir. Halbuki, hazırkı etiraza əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan da görünür ki, həmin torpaqlar ehtiyat torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Belə olan halda, torpaq sahəsində yaşayış kompleksinin tikilməsinə icazə verilməsi və tikinti aparılması qanuna zidd olmuşdur. Qanunda təsbit edilən müddəaların isə bildirilməsi kiminsə şərəf və ləyaqətini alçaldan məlumat hesab edilə bilməz. Ümumiyyətlə iddiaçının hazırki iddia ilə müraciət etməsi də yol verilmiş qanunsuzluqların və mövcud vəziyyətin açıqlanmasında yönəlmiş cəhdlərin qarşısının alınmasına hesablanmış qərəzli bir addımdır. İddiaçı bu qərəzli niyyətini həyata keçirmək üçün hətta ona və Cavabdeh2 böhtan atmaqdan belə çəkinməmişdir. Belə ki, iddiaçı polis orqa nlarına şikayət ərizəsi ilə müraciət etmişdir ki, guya, cavabdehlər onlara məxsus generatorun akumlyatorunu oğurlamışlar. Həmin araşdırmanın nəticəsi olaraq, Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 09.11.2017-ci il tarixdə təyaniC˝ işinin başlanmasının rədd edilməsi haqqında˝qərar qəbul edilmişdir. Həmin qərarda da təhqiqatçı müəyyən etmişdir ki, nəyyəüm...˝ edilmişdir ki, ˝ıçaiddİ˝ MMC-nin direktoru X5 həmin akumlyatorun oğurlanmasından... və Cavabdeh2 şübhələndiklərini bildirsə də, araşdırma zamanı şübhələrin hansısa real dəlilə əsaslanmadığı və ehtimallar üzərində qərəzli formada iddia edildiyi aşkar olunmuşdur.... Abşeron Rayon Məhkəməsində mülki iddia qaldırdıqlarından ˝ıçaiddİ˝ MMC-nin direktoru Ruslan Əliyev həmin şəxslər barəsi ndə qərəzli şikayət etmişdir˝. Bundan əlavə, həmin kompleksdəki evlərin tikilməsi və istismarı ilə əlaqəsi olmadığını bildirən iddiaçı yaşayış kompleksinin su təchizatı ilə bağlı ˝usrəzA˝ ilə müqaviləni də bağlamışdır. ˝usrəzA˝ ASC-nin 15.05.2017-ci il tarixli, 03/03-3/2/7412 saylı məktubu ilə bildirilmişdir ki, ˝ıçaiddİ˝...˝ MMC (VÖEN **********) tərəfindən inşa edilmiş yaşayış kompleksi ilə bağlı araşdırma aparılmışdır. Abonent bazasından çıxarılan məlumatlara əsasən bildirilir ki, həmin yaşayış komleksii abonent bazasında 2008-ci ilin may ayında ˝ıçaiddİ˝ MMC adı ilə 130771 saylı müqavilə ilə qeydiyyata alınmışdır. 08.03.2011-ci ildə SSS-25 markalı suölçən cihazla (Sayğac nömrəsi 1388; plomb nömrəsi A139679) təchiz edilmişdir. 18.04.2016-cı il tarixində suölçən cihaz yeni suölçən cihazl a (Sayğac nömrəsi 50034099; plomb nömrəsi B732715) dəyişdirilmişdir, Bina qeydiyyata alınan gündən 04.05.2016-cı il tarixinədək 24479,87 manat məbləğində ödəniş olmuşdur˝. ˝qışirəzA˝ QSC-nin 17.04.2017-ci il tarixli, HX-17/0999 saylı məktubu ilə bildirilmişdir ki, ˝ıçaiddİ˝...˝ MMCnin rəhbərliyi tərəfindən Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən yaşayış kompleksində inşa edilmiş binaların elektrik enerjisi təchizatı üçün Texniki şərtin verilməsi barədə ˝qşirəzA˝ ASC-yə müraciət etmişdir. Lakin zəruri olan sənədlər təqdim edilmədiyindən texniki şərt verilməmişdir˝. Bundan əlavə, ˝ıçaiddİ˝ MMC-nin rəhbəri özü şəxsən bir neçə dəfə şahid olmayan yerdə onu hədələdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir, bu məsələ ilə bağlı həmin Xidmət tərəfindən dəvət olunmuşdur və bu barədə məlumatı qeydə alınmışdır. lanaK˝-13˝-ə bildirdiyi digər məlumat – tikintidə həlak olmuş şəxsin meyitinin gizlədilməsi barədə məlumatı isə ona ˝ıçaiddİ˝ MMC-nin rəhbərinin qohumu X9 demişdir. Həmin vaxt DTX-dən ona bir cavab verilmədiyi üçün həyatına real təhlükənin qarşısını almaq məqsədilə bu barədə lanaK˝ 13˝-ə bildirmişdir. İddiaçı onun barəsində iddia ərizəsində qeyd etmişdir ki, kraP˝...˝-Solero˝ yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həayta keçilməsi üçün istifadə etmişdir˝. İddiaçının bu dəlili də tamamilə əsassız olmaqla müvafiq sənəd lərlə tam təkzib edilir. Belə ki, həmin ərizələri imzalamış şəxslər hansı orqana və hansı məqsədlə müraciət etdiklərini bilmişlər, həmin şikayətlərə də müvafiq orqanlardan cavablar gəlmişdir. Müraciəti imzalayan şəxslərdən X10, X11 və X6 məhkəmədə izahat verərək, bildirmişlər ki, yaşayış kompleksi ˝Asevnİ˝ MMC tərəfindən inşa edilmişdir və bu barədə onlarla ˝ıçaiddİ˝ MMC arasında müqavilə, həmçinin ˝ıçaiddİ˝ MMC-nin verdiyi maliyyə arayışları olmuşdur, lakin Bankdan kredit götürən zaman, bank həmin müqavilə və maliyyə arayışlarını onlardan almışdır. Buna baxmayaraq, X1 maliyyə arayışının birinin əsli qalmışdır. Qeyd edilənlər iddia ərizəsinin tamamilə əsassız olmasını təsdiq edir, bu səbəbdən iddia rədd edilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 08 oktyabr 2019-cu il tari xli, 2(002)2942/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatların həqiqətə uyğun olmayan, İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə müvafiq olaraq İddiaçı barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatlarla bağlı “Xalqxeber” internet qəzetində və “Kanal 13” intern et televiziyasında eyni qaydada və eyni həcmdə yayılmaqla təkzib verilməsi vəzifəsinin qoyulması, İddiaçı barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində İddiaçı işgüzar nüfuzunun ləkələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 10.000 manat, Cavabdeh2 7.000 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 ˝ıçaiddİ˝ MMC barəsində həqiqə tə uyğun olmayan, həmin şirkətin işgüzar nüfuzunu ləkələyən məlumatları kütləvi informasiya vasitələrində yaymışdır. Üstəlik həmin həqiqətə uyğun olmayan məlumatlar dövlət orqanlarına ünvanlanmış şikayət ərizələrində də öz əksini tapmışdır. İş materiallarında olan dövlət orqanların və vəzifələri şəxslərə ünvanlanmış və eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış şikayət ərizələrində, o cümlədən internet xəbər saytında (xxxx) getmiş məqalədə, ələlxüsus Cavabdeh1 ˝31lanaK˝ internet tv-yə verdiyi müsahibədə ˝ıçaiddİ˝ MMC barəsində yalan, həqiqətə uyğun olmayan məlumatların yayılması iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirən şirkət kimi işgüzar nüfuzunu ləkələmiş, onun cəmiyyət içərisində və sahibkarlıq subyektləri olan digər hüquqi şəxslər və hüquqi şəxs yar atmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarda yanlış fikir oyatmış, son nəticədə bu həmin şirkətin cəmiyyətdə formalaşdırdığı imicə xələl gətirmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və Z.Məmmədov) 15 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsinə işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərin ödənilməsinə aid hissələrdə dəyişiklik edilməsi, İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərə görə Cavabdeh1 İddiaçı xeyrinə 30 00 (üç min) manat, Cavabdeh2 2000 (iki min) manat tutulması, qətnamənin iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş zərərin məbləği istisna olmaqla, iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.

12. Kassasiya şikayəti cavabdehlər tərəfindən verilmiş iddia tələbinə etiraz ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirilməsi ilə b ağlı nəticəyə gələndə bir şeyi unutmuşlar ki, cavabdeh tərəfindən verilmiş ərizə və şikayətlərdə və “Kanal 13”ə verilmiş müsahibələrə “xxxx” MMC-dən deyil, İddiaçı MMC-nin rəhbərlərindən bəhs olunur. Belə olan halda iddiaçının işgüzar nüfuzuna xələl gətirilməsindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə ko llegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

17. Maddə 23.2. Əgər fiziki şəxsin şə rəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

18. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

19. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi nə də tətbiq edilir.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh1 aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan həmin cavabdehə aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

30. İş materiallarında olan “xxxx” internet qəzetində 18.04.2017-ci il tarixdə, saat 08:59da (39277 dəfə baxılıb) getmiş “ALDADİLANLAR “İddiaçı'' MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN RƏHBƏRİNİN MƏSULİYYƏTƏ CƏLB OLUNMASİNİ TƏLƏB EDİR - ŞİKAYƏT" başlıqlı məqalədə göstərilir ki, “Tikinti sektorunda vətəndaşların aldadılması faktı artıq Azərbaycanda adi bir hala çevrilib. Azərbaycanda tikinti sektorunda vətəndaşların aldadılmasını və baş alıb gedən qanunsuzluqları bir neçə qrupa bölmək olar. Birincisi, tikinti şirkəti vətəndaşdan pulu alır, bir müddətdən sonra qaçır, ikincisi, evi tikir, onun verdiyi pula uyğun mənzil sahəsi ilə təmin etmir, üçüncüsü, bir evi bir neçə nəfərə satır, dörd üncüsü, təmirli adı ilə pul alır, təmirsiz və yarımçıq mənzil təklif edir. Bu siyahını bir az da genişləndirmək olar. Vətəndaşların aldadılması ilə bağlı növbəti belə bir fakt İddiaçı MMC-də baş verib. Belə ki, tikinti şirkəti vətəndaşdan nə ona əvvəlcədən aldığı pula uyğun mənzil, nə də sənəd verib. Bu barədə İddiaçı MMC-dən mənzil alan bir qrup vətəndaşın müraciətində deyilir. Redaksiyaya daxil olan müraciətlə bağlı olaraq adıçəkilən tikinti şirkətinin “qurban”ına çevrilən Cavabdeh1la əlaqə saxladıq. Cavabdeh1 Gununsesi.info-ya bildirib ki, 2013-cü ildə İddiaçı MMC tərəfindən fərdi evlərin ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır qəsəbəsində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəlib. Şirkətin rəhbə ri bu tikintinin maliyyələşdirilməsinin “xxxx” ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. Mənim kimi digər bir neçə nəfər də həmin kompleksdə ev almaq niyyəti ilə İddiaçı MMC ilə razılığa gəlmişdilər. Həmin şəxslərə də eyni şərtlər, yəni kreditin “xxxx” ASC-dən alınması şərti qoyulmuşdu. “xxxx” ASC-də kredit müqaviləsini imzaladıqdan sonra pul vəsaitlərini birbaşa İddiaçı MMC-nin nümayəndəsi götürdü. Bundan sonra evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz İddiaçı MMC-nin adına alınıb”- deyə, Cavabdeh1 deyib. Cavabdeh1 deyib ki, İddiaçı MMC rəhbəri X7r, onun digər qardaşı Elçin isə bir müddət öncəyədək “xxxx” ASC-nin vitseprezidenti olub: “Şirkət Masazır da duzlu gölün üstündə 250-dək villa tikib. Tikinti işləri mühəndis texniki qaydalara uyğun aparılmayıb. Tikinti işləri düzgün aparılmadığından, tikilən evlər indidən uçmağa başlayıb. Evlərdə çat əmələ gəlib”. O, əlavə edib ki, evə köçdükdən sonra inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən az və bir sıra digər qüsurların olması ortaya çıxıb. “Evlər isə keyfiyyətsiz tikildiyindən divarlarında çatlar əmələ gəlib, kanalizasiya xətti küçəyə buraxılır. Burada digər məqam da ondan ibarətdir ki, şirkət tərəfindən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməyib. Hazırda İddiaçı MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyəti olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün ba şqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsuliyyət daşımadığını iddia edir”-deyə, o bildirib. Onun sözlərinə görə, “xxxx” ASC isə kredit müqaviləsinə istinad edərək, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və İddiaçı MMC-nin bu məsələyə heç bir aidiyyətinin olmadığını bildirir: “Bankın hərəkətlərindən belə çıxır ki, guya, küllü miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən verib. Bank İddiaçı MMC-nin vəzifəli şəxslərilə əlbir olub, şirkət rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Bütün bunlarla yanaşı, digər faktlar da onu deməyə əsas verir ki, “xxxx” ASC-nin və “xxxx” MMC əlbir olaraq, vətəndaşları n etibarından sui-istifadə edərək, cinayət əməli törədiblər. Cavabdeh1 bildirib ki, yaranmış problemlə bağlı ölkə başçısına, Respublika Baş Prokurorluğuna, Milli Məclisin sədrinə müraciət edilsə də, müraciətlər cavabsız qalıb. Məsələ ilə bağlı Abşeron rayon prokurorluğuna da müraciət edilib. Müraciəti İddiaçı MMCdən fərdi ev alan beş vətəndaş-X12, X4, X15, X8, Cavabdeh2 imzalayıb. Bu şəxslər İddiaçı MMC şirkəti tərəfindən aldadıldıqları üçün şirkətin məsuliyyətə cəlb olunmasını tələb edirlər. 31. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 07 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ict imai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər.

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən, “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir şikayət” başlıqlı məqalədə dərc edilmiş və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatlar İddiaçı işgüzar nüfuzunu ləkələmişdir.

33. Kollegiya Cavabdeh1 aid hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, həmin cavabdehin “Xalqxeber” internet qəzetində və “Kanal 13” internet televiziyasındakı video müsahibəsində iddiaçı şirkət və onun rəhbərliyi barəsində bildirdikləri İddiaçı MMC-nin işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatlardır. Məlumatların həqiqiliyi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün Cavabdeh1 həmin əməlləri mülki hüquq pozuntusu sayılır. Ona görə də, Cavabdeh1 iddiaçı şirkət qarşısında mülki hüquqi məsuliyyət daşıyır (§ 20-22).

34. Zərərin əvəzi ilə bağlı tutulan pul vəsaitinin apellyasiya məhkəməsi tərəfindən müvafiq qaydada azaldılması da nəzərə alındıqda, Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 aid hissəsində ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, həmin hissədə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Bununla belə, Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın Cavabdeh2 aid hissəsində düzgün nəticəyə gəlməmişdir.

36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. İddiaçının tələbin əsası kimi istinad etdiyi faktiki hallar (cavabdehlərin müraciət və şikayətlərində, habelə müxtəlif kütləvi informasiya vasitələrində onun işgüzar nüfuzunu ləkələyən məlumat yaymaları iddiası) nəzərə alındıqda tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 23.4-cü, 1096.1 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər.

38. Həmin norm alara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması əməli, həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, iddiaçının şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir (§ 16-20).

39. Bu normalara söykənən tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur.

40. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehlərin bütün hərəkətlərdə (o cümlədən iddiaçının istinad etdiyi müraciət və şikayətlərdə) dey il, yalnız ˝rebexqlaX˝ internet qəzetində və ˝31lanaK˝ internet televiziyasındakı video müsahibədə yayılmış məlumatlarda mülki hüquq pozuntusu aşkarlamış və iddianı da qismən - həmin hissədə təmin etmişdir. Dolayısı ilə, Cavabdeh2 müraciət və şikayətlərindəki məlumatlarla bağlı delikt müəyyən edilməmişdir.

41. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermədiyi üçün işə cavabdehlərin şikayəti əsasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin baxış predmetini məhz həmin internet qəzetində və televiziyasında yayılmış məlumatlar təşkil etmişdir.

42. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin məlumatların yayılmasında Cavabdeh2 hansı formada iştirak etməsini, başqa sözlə mülki hüquq pozuntusunun tanındığı ˝rebexqlaX˝ internet qəzetində və ˝31lanaK˝ internet televiziyasında müsahibədəki məlumatların yayılmasında həmin cavabdehin əməlinin nədən ibarət olmasını əsaslandırmamışdır.

43. İş materiallarında olan həmin müsahibələrdə məlumatı verən şəxs kimi cavabdeh Cavabdeh2 deyil, Cavabdeh1 istinad olunur.

44. Belə olan halda, sözügedən müsahibələrlə bağlı Cavabdeh2 qeyri-hüquqi və təqsirli əməli müəyyən edilmədən onun mülki hüquqi məsuliyyətə cəlb edilməsi Mülki Məcəllənin 1096-cı madəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

45. Bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normasına əməl etməmişdir (§ 24).

46. Bu səbəbdən qətnamə Cavabdeh2 aid hissədə qanuni və əsaslı hesab edilə bilməz.

47. Ona görə də, kassa siya şikayəti qismən təmin edilməklə, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli, onun əməlində mülki hüquq pozuntusunun bütün əlamətlərinin olub-olmamasının tam və hərtərəfli araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 15 sentyabr 2020ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar