Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2083/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 LLLqızına, Cavabdeh4na və Cavabdeh3nə qarşı “evə dair sənədlərin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2083/2021 (Açar sözlər: mənzilə dair verilmiş orderin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, subyektiv hüquq) Bakı şəhəri 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının direktoru X3, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1855/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* nömrəli şəhadətnamənin, müəssisənin nizamnaməsinin və digər sənədlərin surətindən görünür ki, İddiaçı” kiçik müəssisəsi 16.06.1993-cü ildə qeydiyyata alınmış, onun nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 19.07.1994cü ildə təsdi q edilmişdir. Azərbaycan Dövlət tikinti materiallarının istehsalı və satışı Konserni Sumqayıt tikinti materialları kombinatının 02 iyul 1993-cü il tarixli, 47 nömrəli əmrinin surətindən görünür ki, 01.07.1993-cü il tarixdən Quba kərpic sexi İddiaçı balansına verilmişdir. Torpaqdan istifadə hüququna aid aktın surətindən görünür ki, Quba kərpic zavoduna həmişəlik istifadə etmək üçün 6,30 ha yer verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamına əsasən Cavabdeh2 LLLqızının adına verilmiş 03.08.2007-ci il tarixli 378 nömrəli orderin surətindən görünür ki, onun Quba şəhəri, kərpic sexi ərazisində 3 otaqdan ibarət 38,2 kv.metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Mənzil sahəsi Cavabdeh2 LLLqızına orada 1994-cü ildən yaşaması ilə əlaqədar o laraq verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21.04.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, YYY xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 LLLqızının adına qeydə alınmışdır. Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-3024 nömrə ilə qeydə alınmış 25.11.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 LLLqızı özünə məxsus V.V.V küçəsində yerləşən mənzili Cavabdeh1 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 14.02.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, YYY xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 LLLqızına, Cavabdeh4na və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” kiçik müəssisəsinin mülkiyyətində olan tikiliyə qanunsuz yolla əldə olunmuş, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən həm Cavabdeh2 LLLqızının, həm də Cavabdeh1 adına verilmiş bütün mülkiyyət sənədlərinin ləğv olunması, qeyd olunan şəxslər arasında tikilinin özgəninkiləşdirilməsi barədə notariat orqanında təsdiq edilmiş müqavilənin etibarsız sayılması, tikilinin və tikinti altında olan torpaq sahəsi ilə birlikdə müəssisənin istifadəsində olan 2,5 sot torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 LLLqızından məcburi qaydada alınaraq onlara qaytarılması, Cavabdeh2 LLLqızının ailə üzvləri ilə birlik də həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışların, 03 avqust 2007-ci il tarixli, 378 nömrəli Orderin etibarsız hesab edilməsi ilə yanaşı, Orderin verilməsinə əsas olaraq qəbul edilən sənədlərin (arayış və s.) qanunsuz hesab edilməsinə dair qətnamə, həmin qanunsuz sənədləri təsdiq etmiş vəzifəli şəxslərin əməllərindəki cinayət faktının araşdırılması məqsədi ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. “xxxx” kiçik müəssisəsi yenidən məhkəməyə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 LLLqızının ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında n çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, “xxxx” kiçik müəssisə (VÖEN **********) 18.06.1993-cü ildən etibarən vergi ödəyicisi kimi qeyd alınmışdı. Quba şəhəri, S.Vurğun küçəsindəki Kərpic sexi və müəssisənin balansında olan bütün əmlak 02 iyul 1993-cü il tarixli, 47 nömrəli əmrə əsasən müəssisinin balansına verilmişdir. Təhvil-təslim aktından da görünür ki, Kərpic sexinin balansında olan torpaq və digər əşyalarla birlikdə 1926-cı ildə inşa edilmiş 12 mənzilli yaşayış evi, 1952-ci ildə inşa edilmiş 8 mənzilli yaşayış evi və 1973-də inşa edilmiş yaşayış evi müəssisənin balansına verilmişdir. Müəssisinin balansında olan ünvan 1 ünvanındakı tikili Hüseynov Səttər və Cavabdeh2 LLLqızı tərəfindən qanunsuz olaraq zəbt edilmiş, xəbərdarlıq edilməsinə baxmayar aq mülkiyyətə qanunsuz müdaxiləyə son verməmişlərdir. Bu şəxslər bir müddət həmin mənzildə qaldıqdan sonra saxta sənədlər əsasında gizli şəkildə Cavabdeh2 LLLqızının adına 03 avqust 2007-ci il tarixli, 378 nömrəli qanunsuz Order əldə etmiş, həmin Order əsasında Cavabdeh2 ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №-li Çıxarışını əldə etmişdir. Daha sonra isə Cavabdeh2 LLLqızı ilə qardaşı Cavabdeh1 LLLoğlu arasında imzalanmış 25 noyabr 2018-ci il tarixli uydurma əqd olan bağışlanma müqaviləsi əsasında Cavabdeh1 qeyd edilən mənzilə ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №-li Çıxarışını əldə etmişdir. Aşağıda qeyd edilən əsaslardan da görünəcəyi kimi sözügedən Order və Çıxarışların, həmçinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında əldə edilmiş saxta mü lkiyyət hüquqlarına xitam edilməsi zəruridir. Belə ki, 03 avqust 2007-ci il tarixli, 378 nömrəli Orderin surətində əks olunmuşdur ki, guya Cavabdeh2 LLLqızı 1994-cü ildən etibarən Quba şəhərindəki Kərpic sexi ərazisində yaşadığından, onun həmin ərazidəki 3 otaqdan ibarət 38,2 kv.metr tikili sahəni tutmaq ixtiyarı olmuşdur. Göründüyü kimi, bu Orderin verilməsinə əsas olan hal Cavabdeh2 LLLqızının guya ki, 1994-cü ildən etibarən Quba şəhərində Kərpic sexi ərazisində yaşaması göstərilmişdir. Bu faktın əsası kimi isə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi F.A.FFFtərəfindən imzalanmış 04 iyul 2007-ci il tarixli arayış göstərilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, Cavabdeh2 LLLqızı 1994-cü ildən Quba şəhəri, Kərpic zavodunun yataqxanasında qeydiyyatdadır. Lakin arayışda Cavabdeh2 1994-c ü ilin dəqiq hansı tarixindən qeydiyyatda olduğu göstərilməmişdir. Əgər həqiqətən də, Cavabdeh2 qeyd edilən ünvanda qeydiyyatda olsaydı qeydiyyatının başlandığı və aparıldığı tarix dəqiq göstərilərdi. Həmçinin qeyd edilən ünvanda yataqxananın olmasına dair yalnız bu arayışda qeyd mövcuddur. Digər sənədlərin heç birində yataqxana qeyd edilməmişdir. Həqiqətdə isə mübahisəli tikilinin olduğu ərazidə ümumiyyətlə hər hansı bir yataqxana mövcud deyil və olmamışdır. Bu fakt da arayışın həqiqəti əks etdirmədiyini göstərir. Bununla yanaşı Quba RPŞ-nin 12 sentyabr 2019-cu il tarixli, 146-10/25476-1119 nömrəli məktubundan da göründüyü kimi, Hüseynova (Ömərova) Roza LLLqızı 20.03.1979-cu il tarixindən 18.03.2006-cı il tarixinədək Quba rayonu Digah kəndində qeydiyyatda olmuşdur. Quba RPŞ tərəfindən ver ilən sənədin daha mötəbər olduğunu və polis orqanının birbaşa olaraq fiziki şəxslərin qeydiyyatını aparmaq səlahiyyətinə malik tək dövlət qurumu olduğu nəzərə alınsa Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi F.A.FFFtərəfindən imzalanmış 04 iyul 2007-ci il tarixli arayışın saxta olduğu açıqca görünür. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 Order təqdim edilməmişdən əvvəl onun qeydiyyatı ilə bağlı məhz polis orqanından arayış alınmalı idi. Lakin polis orqanından saxta arayışın əldə oluna bilinməyəcəyi məlum olduqdan sonra Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəliyi ilə müvafiq sövdələşməyə girərək saxta arayış alınmışdır. Həmçinin Quba RİHB-nin Quba mənzil istismar sahəsinin 03 aprel 2017-ci il tarixli, 19 nömrəli sənədində qeyd edilmişdir ki, guya Hüseynova X11 şəhəri, S.Vurğun küç əsi, Kərpic sexi ərazisi ev 1, mənzil 1 ünvanında evə sahibdir. Bu sənəd isə ümumiyyətlə qüsurludur, çünki sənədin adı, hansı quruma hansı məqsədlə verildiyi bəlli olmadığı kimi, sənədin mətni da natamamdır. Bununla yanaşı RİHBnin Quba mənzil istismar sahəsinin 03 aprel 2017-ci il tarixli, 18 nömrəli arayışında Cavabdeh2 S.Vurğun küçəsi, Kərpic sexi ərazisi, ev 1, m 1 ünvanında 2006-cı ildən qeydiyyatda olduğu qeyd edilmişdir. Qeyd edilən sənədlərdə mübahisəli sahənin ünvanı səhvən ünvan 3ənzil 1 kimi göstərilmişdir. Halbuki iş materiallarında olan Çıxarışlardan göründüyü kimi mübahisəli sahənin ünvanı ünvan 4 nöqsanlar, sənədlər arasında ziddiyyətlər əslində həmin sənədlərin gələcəkdə mülkiyyət əldə edilmək üçün saxta yollarla əldə edildiklərinə dəlalət edir. Cavabdeh1 qeyd olunan mənzili Cavabdeh2 ilə aralarında olan bağışlama müqaviləsi nəticəsində, Cavabdeh2 Çıxarışı 03 avqust 2007-ci il tarixli, 378 nömrəli Orderin əsasında, Order isə Cavabdeh2 qeyd edilən ünvanda qeydiyyatda olmasına dair sənədlər əsasında verilmişdir. Yuxarıda qeyd edilən dəlillərdən də göründüyü kimi Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olmamış, buna dair verilən sənədlər tamamilə əsassızdır. Həmçinin mübahisə mənzilin də daxil olduğu 6 hektardan artıq torpaq sahəsi üzərindəki bütün tikililər və qurğular İddiaçınə məxsusdur. Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 2(027)-136/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 378 nömrəli orderinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.04.2017-ci il tarixli və 14.02.2019-cu il tarixli çıxarışların ləğv edilməsi, Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-3024 nömrə ilə qeydə alınmış 25.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, V.V.V küçəsi, 3 saylı evin 1 saylı mənzilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 LLLqızının qeyri-qanuni sahibliyindən alınaraq iddiaçı “xxxx” kiçik müəssisəsinə verilməsi, Cavabdeh1 və Cavabdeh2 LLLqızının həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia tələbi cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması qalan hissələrdə təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kiçik müəssisinin mübahisəli daşınmaz əmlak üzərində qanunvericiliyə əsasən əvəzsiz və maneəsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi vardır. Həmin daşınmaz əmlak onun balansına verilmiş, lakin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Hazırki vəziyyətdə isə digər şəxslərin adına verilmiş qeydiyyat sənədi onun hüquqlarının qeydiyyata alınmasına mane olur və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 LLLqızının Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin arayışı əsasında Quba şəhəri kərpic sexi ərazisində yerləşən yaşayış sahəsinə aldığı order qanunsuz hesab edilməlidir. Belə ki, həm Quba RPŞ-nin məktubu, həm də Quba rayonu Kərpic zavodunun yataqxanasının ev kitabı ilə müəyyən edilir ki, Cavabdeh2 LLLqızı 20.03.1979-cu ildən 18.03.2006-cı ilə kimi Quba ra yonu, Digah kəndində qeydiyyatda olmuş, onun və ailə üzvlərinin adı Kərpic zavodunun yataqxanasının ev kitabında qeyd edilməmişdir. İcra nümayəndəsi tərəfindən verilmiş həmin arayışın nəyin əsasında verildiyi müəyyən olunmamış, həmin ilə dair cavabdehin başqa yerdə qeydiyyatda olması təsdiq edilmişdir. Ümumiyyətlə qanunvericiliklə İcra nümayəndəsinin arayışı əsasında hər-hansı bir şəxsə mülkiyyət hüququnu tanıyan sənədin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də, qeyd olunan arayış qanunsuz olduğu üçün, onun əsasında verilmiş order və sonradan alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilməli və bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Həmin mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 LLLqızının qeyriqanuni sahibliyindən alınaraq iddiaçıya verilməli, Cavabdeh1 və Cavabdeh2 LLLqızı həmin mənzildən çıxarılmalıdırlar. İddiaçının cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair tələbi əsassız, qeyri-müəyyən və dəqiq tələb olmadığı üçün təmin edilməməlidir. Belə ki, onun ailə üzvlərinin kimlər olması, həqiqətən də həmin ünvanda yaşamaları və mənzildən çıxmağa etiraz edib-etməmələri məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı iddia tələbində məhkəmədən ləğv və etibarsızlığa səbəb olacaq sənədləri təsdiq etmiş vəzifəli şəxslər barəsində cinayət faktlarının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, bu məsələyə iddia tələbi kimi münasibət bildirmək qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl lənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni məhkəmə həmin halları aşkar edərsə ayrı qaydada qərardad çıxarır, lakin iddia tələbi kimi həmin məsələyə qiymət vermir. Buna görə də, iddia tələbi həmin hissədə də bu formada təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 19-cu maddələrinə, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Və təndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin müddəalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia edilən mənzilə dair Cavabdeh2 adına verilmiş Quba rayon İHB 03.08.2007-ci il tarixli, 378 saylı orderin ləğv edilməsinə dair qətnamə qəbul edir, lakin həmin orderin verilməsin ə əsas olmuş Quba rayon İHB 03.08.2007ci il tarixli,263 saylı sərəncamının qüvvədə olmasına əhəmiyyət vermir. Başqa sözlə, ilkin hüquqverici sərəncam mübahisələndirilmədiyi halda, həmin sərəncam əsasında verilmiş order qanunsuz və əsassız hesab edilə bilməz. İşin həqiqi halları isə ondan ibarətdir ki, Cavabdeh2 həyat yoldaşı X4 05.01.1966-ci ildən vəfat edən günədək Quba kərpic zavodunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi dövrdə də o, kərpic zavodunun yaxınlığında, zavoda gedən yolun əks tərəfində özünə 3 otaqlı, sahəsi 55,0 kv.metr olan özbaşına fərdi ev inşa etmiş, 07.02.1994-cü ildə o, Cavabdeh2 ilə ailə həyatı quraraq evlənmiş, həyat yoldaşını həmin evə gəlin gətirmiş, 10 il müddətində həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamış, birgə nikahdan övladları olmamış, sağ lığında X4 həyat yoldaşını öz evinə qeydiyyata salmış, 17.09.2006-cı ildə X4 vəfat etmiş, onun vəfatından sonra isə arvadı Cavabdeh2 Quba RİH-nə müraciət edərək yaşadığı mənzili öz adına rəsmiləşdirilməsini xahiş etmiş, onun xahişi əsasında da Quba rayon İHB 03.08.2007-ci il tarixli, 263 saylı sərəncamı əsasında 03.08.2007-ci il tarixli, 378 saylı order verilmişdir. Həmin mənzil 21.04.2017-ci il tarixli reyestrdən çıxarışla Cavabdeh2, daha sonra isə bağışlama müqaviləsi əsasında iş üzrə digər Cavabdeh1 adına tam qanuni əsaslarla dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. Məhkəməni qeyd edilmiş maddi normaların tələblərini pozmaqla işin həqiqi hallarına və qanunun tələblərinə zidd olaraq qəbul etdiyi qətnamə əsassız hesab edilməklə ləğv edilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülk i Kollegiyasının (hakimlər – Abasov Şəmsəddin sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Məmmədov) 18 sentyabr 2020-ci il tarixli 2(105)-1855/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək “xxxx” Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı mülkiyyət sənədlərinin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması barədə iddiasının təmin olunmaması, apelyasiya şikayətinin verilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavab deh2 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçı “xxxx” Kiçik Müəssisəsindən onların xeyrinə tutulması, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasına dair işdə heç bir legitim və mötəbər sübut yoxdur. İşə əlavə edilmiş tarixi göstərilməmiş akt, eləcə də Quba kərpic zavoduna 6,30 ha torpaq sahəsinə dair 1967-ci ilin sentyabr ayında verilmiş torpaqdan istifadə hüququna aid akt iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi Torpaq Məcəlləsinin 78, 67, 68, Mülki Məcəllənin 139cu maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının cavabdehlərdən alınıb onlara qaytarı lmasını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən sənədlərin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Mübahisəli orderin verilməsinə əsas Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı olmuşdur ki, bu sərəncam iddiaçı tərəfin dən mübahisələndirilməmişdir. Həmin sərəncam ləğv və ya etibarsız hesab olunmadan onun əsasında verilmiş orderin ləğv edilməsi yolverilməzdir. Orderin ləğv edilməsi barədə tələbi əsassız sayaraq məhkəmə kollegiyası hesab edir ki, digər tələblər də sırf həmin orderdən yaranmış hüquqlardan doğmuşdur. Buna görə Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı və onun əsasında verilmiş order etibarsız hesab edilmədən, həmin sənədlərin doğurduğu hüquqi nəticələr də etibarsız sayıla bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin tələblər üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin şərh olunan hallarına məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, orderin sərəncam əsasında deyil, arayış əsasında verilməsinə i stinad edilərək işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78, 67, 68, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 2009-cu ilin oktyabrın 1dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi 48-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1855/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən prose ssual pozuntulara yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmalı olduğu halda, ləğv edilmiş, məhkəmə qətnaməsi tərtib edilərkən iddianın təmin edilməməsi kontekstində iş materiallarında olan sənədlərdəki faktlar təhrif olunmuşdur. Cavabdehlər apellyasiya şikayətində əvvəllər müxtəlif müəssisələrə və təşkilatlara məxsus olmuş yaşayış fonduna daxil olan yaşayış fondu binalarının və mənzillərin yerli icra hakimiyyəti orqanlarının balansına verilməsinə əsaslanaraq, guya yaşayış evinin qanuni əsaslarla özəlləşdirildiyinin bildirmişdilər. Lakin barəsində mübahisə edilən daşınmaz əmlak heç də kərpic zavodunun yaşayış fonduna daxil olan əmlak deyildir. Həmin dövrlərdə kərpic zavodunun yataqxana sı olmuş, lakin həmin yataqxana ümumiyyətlə kərpic zavodunun istifadəsində olan torpaq sahəsində deyil, həmin ərazidən təqribən 1 kilometr aralı, yaşayış məhəlləsinin daxilində olmuşdur. Təbii ki, yataqxana kərpic zavodunun olmasına baxmayaraq, zavodun istehsalat bazasının yerləşdiyi ərazidə ola bilməzdi. Həmin yataqxana da Quba rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. "İddiaçı” kiçik müəssisəsi cavabdehlərin apellyasiya şikayətlərində əsaslandıqları bu hala aydınlıq gətirmək üçün nümayəndə cavabdehlərin zəbt etdiyi binanın yaşayış sahəsi deyil, əvvəllər kərpic zavodunun inzibati binası olması faktını təsdiq edəcək şahidlərin dindirilməsini xahiş etmiş və bu barədə vəsatət vermişdir ki, hakim Şəmsəddin Abbasov iş üzrə ədalətli qərar çıxarılması üçün birinci dərəcədə əhəmiyyətli olan bu şahidlərin dindirilməsindən imtina etmişdir. MPM-nin 62.1-ci maddəsinə əsasən, "Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər"’. Mübahisə predmeti olan daşınmaz əmlak kərpic zavodunun istifadəsində olan, istehsalat bazasının yerləşdiyi ərazidədir, kərpic zavodunun keçmiş yataqxanası ilə bu daşınmaz əmlakın arasında 1 kilometrdən çox ərazi vardır, mübahisə predmeti olan daşınmaz əmlak kərpic zavodunun inzibati idarə binası kimi istifadə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qeyd edilmişdir ki, kərpic zavodu İddiaçı tərəfindən satın alınmışdır. Sadəcə olaraq hüquqların reyestrdə qeydiyyatdan keçirilməməsi heç də İddiaçınə həmin əmlaka sahib ol maq, həmin əmlakı idarə etmək və həmin əmlakdan istifadə etmək imkanlarını məhdudlaşdırmır və 1993-cü ildən kiçik müəssisə göstərilən hüquqlardan tam şəkildə istifadə edir. Bu hal iş materialları, müxtəlif dövlət orqanlarının təqdim etdiyi sənədlərlə təsdiq olunur. Göstərilənlər Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında da göstərildiyi kimi, şəxsin iddia qaldırmaq üçün subyektiv hüququnun birinci növbədə ictimai münasibətlərdən də irəli gəlməklə müəyyənləşdirilməsini ehtiva edir ki. bu halda da elə Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarına əsasən İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ mübahisə predmeti ola bilməz. Qətnamədə (qətnamənin 12-ci vərəqinin yuxarıdan birinci abzası) iddianın təmin olunmamasın ikinci əsası kimi o göstərilir ki. guya order verilməsinə əsas olmuş Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli. 263 saylı sərəncamı qüvvədədir və buna görə iddia təmin oluna bilməz. Lakin bu da məsələyə düzgün yanaşma deyil. Daşınmaz əmlakın cavabdehlər tərəfindən özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənəd orderdir. İş materialları iləsə sübut olunur ki. göstərilən sərəncamın və orderin verilməsi üçün əsas olmuş Quba RİHB-nm Quba şəhəri üzrə nümayəndəsinin 04.07.2007-ci il tarixli, 2935 saylı arayışı bu arayışın verilməsi üçün heç bir əsas olmadan verilmişdir, yəni məhkəmə araşdırması nəticəsində həmin arayışın qanunsuz olması təsdiq olunur. Qanunsuz arayış nəticəsində həyata keçirilmiş bütün hüquqi prosedurlar isə həyata keçirildiyi andan etibarsızdır, o cümlədən də, Quba rayo n İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı da qəbul olunduğu andan etibarsızdır və həmin sərəncamın guya qüvvədə olmasının iddianın rədd olunmasının əsası kimi götürülməsi əslində məhkəmənin qanunsuz qətnaməsinə heç olmasa "nəyləsə" əsaslandırmağa cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə işə baxarkən yuxarıdakı məsələləri daha dərindən araşdırmaq üçün daşınmaz əmlakın özəlləşdirilməsinə əsas olmuş sənədlərlə əlaqədar sorğu ilə Quba rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonra isə sorğuya cavabı gözləmədən qərar vermişdir. Quba rayon İcra Hakimiyyəti sorğuya cavab vermiş və orderin verilməsi üçün əsas olmuş sənədlərin Rayon İcra Hakimiyyətinin arxivində ümumiyyətlə olmadığını bildirmişdir. Belə olduğunda orderin verilməsinə əsas olmuş, Quba rayon İc ra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli 263 saylı sərəncamının mövcudluğu şübhə altındadır, hakim isə onun qüvvədə olmasına əsaslanmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının direktoru X6, iddiaçının nümayəndəsi və vəkili X2 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməm işlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqlar ın dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onlarınplanı və ölçüsününtərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsin dən sonra yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01.10.2009-cu il tarixədək qüvvədə olan ) Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və ape lyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasına dair işdə heç bir legitim və mötəbər sübut yoxdur. İşə əlavə edilmiş tarixi göstərilməmiş akt, eləcə də Quba kərpic zavoduna 6,30 ha torpaq sahəsinə dair 1967-ci ilin sentyabr ayında verilmiş torpaqdan istifadə hüququna aid akt iddiaçının həmin əmlak üzərində mülkiyyət və ya qanuni əsaslarla istifadə hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmçinin mübahisələndirilən order Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007ci il tarixli, 263 saylı sərəncamı əsasında verilmişdir. İddiaçı tərəfindən həmin orderin verilməsinə əsas olan sərəncam mübahisələndirilməmiş, həmin sərəncam ləğv və ya etibarsız hesab olunmamışdır. Bu səbəbdən həmin sərəncam əsasında verilmiş orderin ləğv edilməsi yolverilməzdir. Orderin ləğv edilməsi barədə tələbi də əsassız sayaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər tələblər də sırf həmin orderdən yaranmış hüquqlardan əmələ gəldiyindən Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı və onun əsasında verilmiş order etibarsız hesab edilmədən, həmin sənədlərin doğurduğu hüquqi nəticələr də etibarsız sayıla bilməz. Kassasiya şika yətində göstərilən özəlləşdirilən mənzilin yataqxana binası olmaması, zavodun inzibati binası olması və kərpic sexinin yaxınlığında yerləşməsi və s. ilə bağlı dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu faktlar əvvəlki instansiya məhkəmələri tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının bu hallara istinad etməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası h esab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1855/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.