Məhkəmə qərarları › İş №2(102)-2084/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2084/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıoviçin Cavabdeh (üçüncü şəxs qismində Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2084/2024 (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr - şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmiş vəsiyyatnamə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçıoviçin Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-101/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 11 iyun 2015-ci il tarixdə tərtib edilmiş və Xaçmaz rayon 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən müəyyən edilir ki, X1 rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmiş, qalan vərəsələr i vərəsəlik hüququndan məhrum etmişdir.

2. Memura Sadullayevaya aid olan ambulator xəstənin tibbi kitabçasından çıxarışda qeyd olunmuşdur: Memura Sadullayeva barəsində xx.xx.2018-ci il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit QDÇ İİ dərəcə. xx.xx.2018-ci il. X4 evdə müayinəsi. Diaqnoz: OU terminal qlankoma. Fəsadlı kataratka. Hər iki gözün görməsi=0 (sıfır). xx.xx.2019-cu il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit. Xəstənin özünü sərbəst idarə edə bilməməsi aşkarlanmışdır. 3. 26 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayən dəsi tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən müəyyən edilir ki, Memura Sadullayeva ölən günədək ona məxsus olan Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini (0010838 reyestr nömrəli, MA seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2010 qeydiyyat tarixli çıxarış və texniki pasport, reyestr nömrəsi **********449-103401, inventar nömrəsi 25 olan) qızı Cavabdeh vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir.

4. Ölüm haqqında şəhadətnaməyə əsasən, Memura Sadullayeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5. "xxxx" MMC-nin 5 fevral 2022-ci il tarixli 2 nömrəli məktubuna əsasən xəstə Memura Sadullayevada hipertoniya xəstəliyi İİ dərəcə yüksək riskli, beyin damarlarının sklerozu, parkinsonizm xə stəliyi, yəni beyin mənşəli bütün bədənin, ətraflarının əsmə xəstəliyi, qan dövranı çatışmamazlığı İİ dərəcə böyrəklərin iltihabı xəstəliyi terapevt tərəfindən aşkarlanmış, ovtalmoloq tərəfindən terminal qlaukoma, fəsadlı kataratka, yəni göz təzyiqi fonunda fəsadlaşma verib. Hər iki gözün görməsi sıfıra bərabərdir. Xəstə özünü sərbəst idarə edə bilmir. 6. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 142 nömrəli məktubuna əsasən, X2 xx.xx.1990-cı il tarixdən hal-hazıra kimi “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində həkim-oftalmoloq vəzifəsində çalışır.

7. AH 022701 nömrəli sertifikasiya şəhadətnaməyə əsasən, İbrahim Məmmədəliyev 15 noyabr 2016-cı il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respu blikasının ərazisində Oftalmologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçıoviç (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Y alama kəndində yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan mərhum X15nın mülkiyyətində olan yaşayış evi 11 iyun 2015-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Vəsiyyətnamə Xaçmaz rayon notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həmin evdə 5-6 il o, mərhum babası və nənəsi ilə yaşamışdır. Odur ki, babası da həmişə evi ona vəsiyyət edəcəyini şifahi bildirmişdir. Belə ki, həmin həyətdə 2 yaşayış evi vardır. Həmin evlərdən biri mərhum nənəsi ilə birlikdə cavabdehin mülkiyyətindədir. Ona vəsiyyət edilmiş ev yalnız mərhum nənəsinin mülkiyyətində olmaqla ona verilmişdir. Ona görə də həmin evin saxlanması və təmir işlərini onlar görmüşlər. X15 25 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Nənəsi 88 yaşlı ağır xəstə qadın idi. Ona görə də cavabdeh və o nun havadarı nənəsinin bu ağır vəziyyətindən istifadə edərək 2015-ci ildə ona vəsiyyət edilmiş evin cavabdehə vəsiyyət edilməsinə dair Yalama İnzibati Ərazi Dairəsində xx.xx.2019-cu il tarixdə yeni vəsiyyətnamə tərtib edilməsinə nail olmuşdur. Hesab edir ki, 2015-ci ildə Xaçmaz rayon notariat ofisinin təsdiqi ilə ona vəsiyyət edilmiş evin 2019-cu ildə yenidən cavabdehə vəsiyyət edilməsinə dair tərtib edilmiş vəsiyyətnamə nənəsi Memuranın iradəsindən asılı olmamışdır. 88 yaşında ağır xəstə olan və heç nə görməyən nənəsi öz hərəkətlərini sərbəst idarə edə bilməzdi. Həm də kor şəxsin 3 şahidin iştirakı ilə vəsiyyət sərəncamını notariusda tərtib edilməli idi. Xəbəri olmadan cavabdehin nənəsindən notariat ofisində yox, Yalama kənd İƏD-də vəsiyyətnamə tərtib edilməsi bir daha təsdiq edir ki, son radan cavabdehin adına yazılmış vəsiyyətnamə etibarsızdır və nənəsinin iradəsinin ifadəsi deyildir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamə tamamilə qanunsuz tərtib edilmişdir. Qanuna əsasən kor şəxsin vəsiyyətnaməsi 3 şahidin iştirakı ilə notariat ofisində tərtib edilməli olduğu halda Yalama kənd İƏD-də 2 şahidin iştirakı ilə tərtib edilmişdir. Həmin şahidlərin şəxsiyyətinə, yaşayış yerinə dair məlumatlar tam yazılmamış və şəxsiyyət vəsiqəsi məlumatları yazılmamışdır. Hətta yoxlanılsa vəsiyyətnaməni imza etmiş şəxslər nə üçün imza etdiyini belə bilmirlər. Bundan əlavə nənəsinin əsmə (parkinson) xəstəliyi olmuşdur.

10. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizəni on unla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əqdin (vəsiyyətnamənin) etibarsızlığı ilə bağlıdır. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər və maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hazırkı iddia ərizəsindən göründüyü kimi iddiaçı ərizəni məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim etmiş, iddiaçının etibarsız hesab etdiyi vəsiyyətnamə isə xx.xx.2019-cu ildə tərtib olunmuşdur və həmin müdd ətdən 2 ildən artıq müddət keçmişdir. Belə olan halda iddiaçı tərəfindən qanunda nəzərdə tutulan iddia müddəti ötürülməklə hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur.

11. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, iddiaçı onunla uzaq qonşudur. Memuranın qızı Elmira anasına baxılması ilə əlaqədar ondan xahiş etmiş, o, da Memuraya qulluq etmişdir. Memura xəstə olmuş, əli-ayağı əsmiş, gözləri görməmişdir. Elmira hərdən ona hörmət etmişdir. Memuranın həkim müayinəsində olub-olmamasını bilmir.

12. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində bildirmişdir ki, Zauru və Zemfiranı tanıyır. Memura ilə xəstəxanada bir yerdə işləmişlər. Memura vəfat edənə kimi onun yanına gedib gəlmişdir. Münasibətləri çox yaxşı olmuşdur. Memura ilə qızı Zemfira y aşayırdı və anasına qulluq edirdi. Memuranın vəfat edənə kimi səhhəti yaxşı olub, gözləri yaxşı görürdü. Heç vaxt eynəkdən istifadə etməyib. Son illərdə Memuranın əlləri əsirdi. Lakin Memurada parkinson xəstəliyi olmayıb.

13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlə qohumluğu, ədavəti yoxdur. Mərhum Memura ilə qonşu olmuşdur. Memuranın gözlərinin görməməsi yalandır. Memura ölən günə kimi sağlam olub. Memura qızı Zemfira ilə yaşayırdı. Qızı Zərifə də ona qulluq edirdi, yeməyini hazırlayırdı, evini yığışdırırdı. Lakin Memuranın ölümündən 2-3 il əvvəl toya məclisə getməsini görməmişdir.

14. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, təxminən 2015-ci ildə Memura gözünün görməməsi ilə əlaqədar müraciə t etmişdi. Həmin vaxt onda el arası “qara su” xəstəliyi müəyyən olunmuşdur. Sonra 2017-2018-ci illərdə Memuranın yeznəsi Əjdər təkrar Memuraya baxması ilə bağlı müraciət etmiş, Memuranı evində müayinə etmiş və müəyyən etmişdir ki, Memuranın gözləri görmə qabiliyyətini tam itirmişdi, hətta əməliyyat etməyin də heç bir nəticəsi olmayacaqdı.

15. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(067)-291/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia təmin edilmiş, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəs iyyətnamənin etibarsız hesab edilməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Memura Sadullayevanın hər iki gözünün görmə qabiliyyətini tam itirdiyi 2018-ci ilin oktyabr ayında həkim oftalmoloq tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə iş üzrə digər şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şəxsin görmə qabiliyyətinin tam itirilməsi tibbi meyar olduğundan, iş üzrə əldə olunmuş tibbi göstəricilər (sənədlər) daha ağılabatan və mötəbər sübut kimi qəbul etmişdir. Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətn amə 2 şahidin iştirakı ilə tərtib edilmiş, həmçinin vəsiyyətnamənin kim tərəfindən oxunması da qeyd olunmamışdır. Bundan başqa vəsiyyətnaməni təsdiq edən şəxs isə yalnız şahidlərdən bir şəxsin imzasının həqiqiliyini təsdiq etmişdir. Göründüyü kimi qeyd olunan vəsiyyətnamə tərtib olunarkən Mülki Məcəllənin 1183-cü maddəsinin tələblərinə riayət edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia müddəti ötürülmədiyindən iddia təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında ” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 334.1, 334.2, 337.1-5, 354.1, 354.2, 373.1-5, 552.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1179.1, 1179.2, 1183.1-5, 1193, 1194, 1195, 1196, 1225.2, 1225.3, 1230, 1231.1, 1231.2, 1243.1-3, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 88. 216, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətində qeyd olunmuşdu r ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq və qanunu səhv təfsir edərək, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək maddi hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhv buraxılması müxtəlif formalarda təzahür edə bilər. Mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan qanunun aid olduğu subyektlərin, həmin qanunun tətbiq sahəsinin və onun tənzim etdiyi hüquq münasibətlərinin obyektinin düzgün müəyyən edilməməsi də maddi hüquq normalarının tətbiqində səhvlərə yol verilməsinə səbəb olur. Birinci instansiya məhkəmə si tam, obyektiv araşdırma aparmadığına, buna görə də işin faktiki hallarını düzgün müəyyən etmədiyinə və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmədiyinə və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyinə görə, öz qətnaməsində istinad etdiyi maddi hüquq normalarının (mülkiyyət hüququ və vərəsəliklə bağlı maddi hüquq normalarının) tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını (Mülki Məcəllənin 375, 1180, 354-cü maddələri) tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını (Mülki Məcəllənin 337, 1183, 1225, 1231-ci maddələri) tətbiq etmiş və digər maddi hüquq normalarını səhv şərh etmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Mülki Məcəllənin 1180-ci maddəsini tətbiq etməmi şdir. Məhkəmə miras qoyan Memura Sadullayevanın mülkiyyət hüququnu, mülkiyyəti ilə bağlı sərbəst iradə ifadəsini, o cümlədən vəsiyyətnamə qoymaq hüququnu məhdudlaşdırmışdır. Məhkəmə vəsiyyətnamənin formasının düzgün olmasını şübhə altına almaqla Mülki Məcəllənin müvafiq normalarının tələblərini pozmuşdur. Məhkəmə Memura Sadullayevanın kor olmasına əsas olmadan onu kor hesab edərək Mülki Məcəllənin 1183.2-ci maddəsinin düzgün olmayaraq istinad etmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi ilə ərizəni təmin etməməklə Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən vəsiyyət edən şəxsin kor olması digər tibbi müəssisələrin tərtib etdiyi sənədlərlə təsdiq olunmur. Ayrıca məhkəmə Memura Sadullayevanın həqiqətən də vəsiyyətnamə qoyarkən kor olmasını araşdırmamışdır. Bunu ən əsası vəsiyyətnamə qoyarkən həmin zaman prosesdə iştirak edən şahidlərin, nümayəndəliyin məsul işçilərinin dindirilməsi, eyni zamanda Memura Sadullayevanın həqiqətəndə həkim müayinəsindən məhz göz problemi ilə bağlı keçməsini araşdırılması ilə tamamlamaq olardı. Lakin iş materiallarından göründüyü kimi məhkəmə bu vəzifənin öhdəsindən layiqincə gəlməmişdir. Bundan başqa məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı ərizəni əsassız hesab etmiş və ərizəyə müvafiq qətnamədə düzgün münasibət bildirməmişdir. Əksinə məhkəmə iddia müddəti ilə bağlı maddələri qeyd etmiş, lakin həmin maddələrin hazırkı iddia tələbi ilə bağlı tətbiqini, o cümlədən hansı əsasla iddia müddətinin ötürülməməsini düzgün izah etməmişdir. Bütün bunlar isə öz növbəsində məhkəmənin mövqeyinin qanunsuz və əsassız olduğunu t əsdiq edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər qanunun tələblərinə uyğun olaraq düzgün göstərilməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada düzgün və aydın şəkildə izah edilməmişdir. Məhkəmə iş üçün zəruri əhəmiyyət daşıyan halları araşdırmamaqla Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəməyə təqdim edilən sübutlar işə baxan məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

22. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və X17 mübahisə predmeti barə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

23. Məhkəmə iclasında 26 oktyabr 2019-cu il tarixli vəsiyyətnamənin verildiyi vaxt Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi olmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında bildirmişdir ki, X10 müqavilə ilə bağlı ona müraciət etmiş, o, isə işləri olduğuna görə 1-2 gün keçdikdən sonra onun yaşadığı evə getmiş və özü ilə iki şahid də aparmışdır. Vəsiyyətnamə Memuranın evində hazırlanmış və sonuncu tərəfindən imzalanmış, lakin vəsiyyətnamə Memura Sadullayeva tərəfindən deyil onun tərəfindən oxunmuşdur. Notarius mütəmadi seminarlar keçirərək, onları marifləndirilir. Görmə qabiliyyəti olmayan şəxsin vəsiyyətnamələrinin təsdiqi zamanı 2 yox 3 şahid iştirakı təmin edilməlidir. X21 gördüyü üçün vəsiyyətnamənin tərtibatı zamanı 2 şahid iştirak etmişdir. Memuranın yaşadığı evə girərkən sonuncunun çarpayıda oturduğunu görmüş, sonradan gəlib stol arxasında əyləşmişdir. Vəsiyyətnamədə yazılara məsul şəxs o, olduğu üçün, eləcə də Memura yaşlı olduğundan özü tərtib etmişdir. Memura Sadullayevanın yaşı ilə əlaqədar əlləri əsdiyindən, yazı yaza bilmirdi. Lakin vəsiyyətnamənin məzmununu Memura Sadullayeva deyil, o, özü oxumuşdur.

24. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, adı çəkilən əqdin bağlanması zamanı işdə olmadığından, vəsiyyətnamənin tərtibatı barədə ətraflı məlumata malik deyil.

25. Məhkəmə iclasında şahid qismində dindirilm iş X24 ifadə verərək bildirmişdir ki, mərhum Memura Sadullayevanı əvvəllər tanımamış, İnzibati Ərazi Dairəsinin əvvəlki rəhbərinin xahişi ilə işdən sonra Memura Sadullayevanın evinə getmişdir. Memura Sadullayeva yaşlı qadın olmuşdur. Onun verdiyi vəsiyyətnamənin tərtib edilməsində iştirak edərək şahid qismində əqdi oxumadan imza etmişdir.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Memura qızı Zemfira ilə birlikdə yaşamışdır. Zemfira anasına qulluq etmişdir. Memura vəfat edənə kimi səhhəti yaxşı olmuş, o cümlədən gözləri yaxşı görmüşdür. Heç vaxt eynəkdən istifadə etməmişdir. Son illərdə əlləri əsmişdir. Lakin Memurada parkinson xəstəliyi olmamışdır.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, Memura vəfat edənə kimi səhhəti yaxşı olmuş, gözləri yaxşı görmüş və heç vaxt eynəkdən istifadə etməmişdir.

28. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirmişdir ki, Memura Sadullayevanın gözləri yaxşı görmüşdür. Hətta o, dərmanların üzərindəki balaca yazıları da özü oxumuş, son illər yataq xəstəsi olsa da, hafizəsi yerində olmuşdur. Memuranın icra nümayəndəliyinə getməsi ilə bağlı isə onda heç bir məlumat yoxdur.

29. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirmişdir ki, anası Memura bacısı Zemfira ilə yaşamış və anasına qulluq etmişdir. Anası vəfat edənə kimi səhhəti yaxşı olmuş, gözləri yaxşı görmüş və eynəkdən heç vaxt istifadə etməmişdir. Son illərdə əlləri əsirdi.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertiza sı təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 4/1356 saylı rəyində qeyd olunmuşdur ki, Eskpertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 23-cü vərəqində 20 avqust 2019-cu il tarixli vəsiyyətnamədə “İmza: Sadullayeva M.Q.” qrafasındakı imza, 24-cü vərəqədə olan 11 iyun 2015-ci il tarixli vəsiyyətmanədə “İmza: Sadullayeva M.Q.” qrafasındakı imza - X8 tərəfindən icra olunmuşdur.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-101/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilm əlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Lakin birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsini əsaslandırmamışdır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsin ə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş hərəkətdir. Göstərilən nəticələri doğurması üçün əqd qanuni olmalıdır. Əqdin qanuni olması onun Mülki Məcəllədə, habelə qanunlarda və qanun qüvvəli aktlarda əqdlərin bağlanılması üçün müəyyən olunmuş zəruri tələblərə cavab verməsini nəzərdə tutur. Əqdin həqiqiliyi üçün əqd bağlayan tərəflərin iradələri müəyyənedici əhəmiyyət kəsb edir. Şəxsin iradəsini ifadə etməyən əqd etibarsız hesab edilməlidir. Əqdin (müqavilənin) etibarsızlığı, əqdin (müqavilənin) qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni müqavilənin bağlandığı andan qanunsuz olması deməkdir. Hazırkı mübahisə predmeti olan əqd X10 iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan əqddir. Mülki qanunvericiliy in bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi və nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulması ilə bağlanmış əqd kimi dəyərləndirilməlidir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.

34. Məhkəmə kollegiyası X10 barəsində tibbi sənədlərində öz əksini tapmış halları daha mötəbər sübut kimi qiymətləndirərək, yuxarıda qeyd olunan şahid ifadələrində əks olunanları isə inandırıcı hesab etməmişdir. Başqa tibbi sənədl ərlə kor olmasının təsdiq olunmadığı barədə cavabdehin nümayəndəsinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin nümayəndəsinin istinad etdiyi həmin tibbi müəssisələr vəkil sorğusuna cavab olaraq X10 adları qeyd olunan tibbi müəssisələrə müraciət etmədiyini göstərmişdir. Bu isə sonuncunun həmin xəstəlikdən əziyyət çəkmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, mərhum Memura Sadullayeva görmə qabiliyyəti tam məhdud olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi vəsiyyətnamə qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir.

36. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən mübahisəli əqdin (vəsiyyətnamənin) m ərhum Memura Sadullayeva tərəfindən icra edilməsi ilə bağlı rəyinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin vəsiyyətnamə Memura Sadullayeva tərəfindən imzalanması həmin vəsiyyətnamənin mətninin onun iradə ifadəsinə uyğun olması demək deyildir. Çünki mülki qanunvericiliyin tələbi baxımından onun sözlərindən tərtib edilmiş vəsiyyətnaməni vəsiyyət edən oxumalı, şahidlərin iştirakı ilə imzalamalıdır.

37. Məhkəmə kollegiyası bildirmişdir ki, vəsiyyətnamənin tərtibatı zamanı şahidlər öz adlarını, soyadlarını qeyd edildiyi halda, yaşayış yerlərini əks etdirən məlumatları göstərməmişlər. Bununla da Mülki qanunvericiliyin tələbləri pozulmuşdur.

38. Məhkəmə sorğusuna əsasən Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərtib olunmuş Memura Sadullayevanın vəsiyyətnaməsinin əsl i, onun qeydiyyatdan keçdiyi reyestr jurnalının məhkəməyə təqdim edilməsi tələb edilmiş, məhkəməyə daxil olmuş reyestr jurnalında vəsiyyətnamənin verilməsində iştirak üçün dəvət olunmuş digər şahid Aminat Babayevanın imzası alınmamışdır. Halbuki bu həmin şahidin vəsiyyətnamənin tərtibatında iştirak üçün dəvət olunduğunu təsdiq edən əsas amillərdən biridir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilmə sini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir.

40. Məhkəmə kol legiyası mövcud əqdi (vəsiyyətnaməni) təsvir edərək hesab etmişdir ki, qeyd olunan əqd mülki qanunvericiliyin, o cümlədən mülki hüquq subyektinin bərabərliyi, onun iradə sərbəstliyi və nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulması ilə bağlanmış əqd kimi dəyərləndirildiyindən, bu əqd X10 həqiqi iradə ifadəsini özündə əks etdirmədiyindən iddia tələbi təmin edilməli, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməlidir.

41. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 354.2, 372.1, 1179.2, 1180.1, 1180.2, 11 83.2, 1188, 1225.3-cü və Mülki-Prosessual Məcəllənin 76, 106.1, 119.1, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 392, 393 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

42. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasınını xahiş etmişdir.

43. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri hüququn tətbiq edilməsində səhv buraxaraq və qanunu səhv təfsir edərək, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək maddi hüquq normalarını pozmuşlar. Apellyasiya instansiya məhkəməsinin irəli sürdüyü dəlillər tamamilə qanunsuz və əsassızdır. Belə ki, mübahisələndirilən əqd X10 tam sərbəst iradəsinə, onun istəyinə və mülki qanunvericiliyin tələblərinə və prinsiplərinə uyğun olaraq tərtib edilmiş bir əqddir. Başqa sözlə desək, mübahisələndirilən əqdin tərtib olunması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlər pozulmamış və müəyyənləşdirilmiş formaya riayət edilmişdir. X10 danışma, eşitmə və görmə qabiliyyətində heç bir problem olmadığına görə Mülki Məcəlləsinin 1183-cü maddəsi heç bir halda tətbiq edilə bilinməzdiş Çünki vəsiyyət edən şəxsin nəinki kor, ümumiyyətlə onun gözlərində hər hansı bir problem olduğunu təsdiq edən heç bir mötəbər sübut yoxdur və buna görə də apellyasiya instansiya məhkəməsi qanunsuz və əsasız olara q maddi hüquq norması kimi Mülki Məcəllənin 1183-cü maddəsinə istinad etməklə qeyd edilən maddi hüquq normasınının tələblərini pozmuşdur. Başqa sözlə desək, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsinin qanunsuz və əsassız mövqeyindən yanaşılsa belə vəsiyyət edənin sözlərindən İnzibati Ərazi Dairəsi nümayəndəliyinin tərtib etdiyi vəsiyyətnamənin mətninin vəsiyyət edənin iradəsinə uyğun olmasını yoxlamaq üçün həmin vəsiyyətnamənin mərhum Memura Sadullayeva tərəfindən deyil, həmin əqdi onu tərtib etmiş Reyhan Aslanova tərəfindən oxunması həmin əqdin etibarsızlığına əsas ola bilməz. Çünki apellyasiya instansiyası məhkəməsinin özünün müəyyən və qeyd etdiyi kimi həmin vəsiyyətnamə məhz və yalnız vəsiyyət edənin sözlərindən yazılmış, h abelə vəsiyyət edən tərəfindən oxunmuş və imzalanmışdır. Məhkəmə sorğusuna əsasən Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərtib olunmuş Memura Sadullayevanın vəsiyyətnaməsinin, onun qeydiyyatdan keçdiyi reyestr jurnalının əslinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin heç bir əsaslı səbəb olmadan qeyd edilən sənədlərin əsli məhkəməyə təqdim edilməmiş və məhkəmə həmin pozuntuya düzgün hüquqi qiymət verməmiş, həmin sənədlərin əslinin məhkəməyə təqdim edilməsi üçün əlavə zəruri tədbirlər görməmişdir. Məhkəməyə daxil olmuş reyestr jurnalında vəsiyyətnamənin verilməsində iştirak üçün dəvət olunmuş digər şahid Aminat Babayevanın imzasının alınmaması tamamilə qanunsuz və əsassız bir dəlildir. Çünki həmin jurnal məhkəməyə təqdim olunmadığına görə jurnalın əslində qeyd e dilən imzanın olmaması inandırıcı deyildir. Başqa sözlə desək, həmin dəlil yalnız o halda əsaslı sayıla bilinərdi ki, jurnalın əsli məhkəməyə təqdim edilmiş olsun və jurnalın əslində qeyd edilən şahidin imzasının olmaması müəyyən edilmiş olsun. Cavabdeh tərəf hesab edir və qəti olaraq tam əmindir ki, həmin imza reyestr jurnalının əslində mövcud olmuşdur və buna görə də işin nəticəsində maraqlı və qərəzli olan Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə hal-hazırkı nümayəndəsi qəsdən və qərzli olaraq jurnalın əslini məhkəməyə təqdim etməmişdir. Aminat Babayeva məhz cavabdeh tərəfin vəsatəti üzrə dindirilmək üçün məhkəmə iclasına dəvət olunmuş, lakin onun Rusiya Federasiyasının Dağıstan Respublikasında olması səbəbindən məhkəmədə iştirakı mümkün olmamışdır. Cavabdeh tərəf Azərbaycan Respublikası nın Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu verərək, Aminat Babayevanın ölkə xaricində olub-olmaması, olduğu halda nə vaxtdan olması və Azərbasycan Respublikasına qayıdıb-qayıtmaması barədə məlum verilməsi xahiş edilsə də DSX bu sorğuya şəxsi sirr olduğu üçün cavab verməkdən imtina etmişdir. Əlavə olaraq iddiaçı tərəf mübahisələndirilən vəsiyyətnamənin mövcudluğundan tərəflər yaxın qohum olduqlarına görə onun verildiyi 26 oktyabr 2019- cu il tarixindən kiçik bir müddət keçdikdən sonra tam və dəqiq məlumatı olmuşdur. Bunu məhkəmə iclasında dindirilmiş şahidlərdən bəziləri təsdiq etmişlər. İddia ərizəsi hətta apellyasiya məhkəməsinin istinad etdiyi kəsici müddət daxilində verilməmişdir və buna görə də məhkəmənin istinad etdiyi iddiaçının qeyd edilən subyektiv hüququnun vaxtından əvvəl xitamına səbəb olmuşdur, yəni həmin müddət keçdiyinə görə iddiaçı həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

44. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

46. Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

47. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

50. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

51. Maddə 1133.1. Ö lmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

52. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

53. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

54. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

55. Maddə 1181. Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar: 1181.1. xəstəxananın, hospitalı n, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa; 1181.2. axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa; 1181.3. dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə; 1181.4. hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə; 1181.5. azadlı qdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.

56. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

57. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd va sitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

58. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Bu məlumatlar yazıl ı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir (Mülki Məcəllənin 1180.1-ci maddəsi). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (Mülki Məcəllənin 1180.2-ci maddəsi). Vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan qurumların siyahısı isə Mülki Məcəllənin 1181-ci maddəsində nəzərdə tutulmuşdur. 26 oktyabr 2019-cu il tarixli vəsiyyətnamə isə iki şahidin iştirakı i lə notarius tərəfindən yazılmamış, həmçinin vəsiyyətnamə imzalanarkən vəsiyyət edən tərəfindən notariusun və şahidlərin yanında oxumamışdır. Göründüyü kimi qeyd olunan vəsiyyətnamə Mülki Məcəllənin tələbləri pozulmaqla tərtib edilmişdir.

75. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübut un mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

76. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

79. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-101/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar