Məhkəmə qərarları › İş №2(102)-2086/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2086/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2086/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, reyestr qeydinin və reyestrdən çıxarışın ləğv edilməsi və s.) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X6 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, reyestr qeydinin və reyestr çıxarışının ləğv edilməsi, pul vəsaitinə vərəsəlik hüququnun tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4993/2022 nömrəli, 20 dekabr 2022- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 1, 19 saylı mənzil xx.xx.2013-cü il tarixdən X4 xüsusi mülkiyyətində olmuşdur. 2. 2019-cu ilin yanvar ayında X7 tərəfindən tərtib edilmiş vəsiyyətnamə ilə o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını və Kapital Bankda onun ölüm gününə mövcud olacaq əmanətini bərabər paylarda X1 və qızı İddiaçı vəsiyyət etmişdir. 3. xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnam ə ilə X5 ölüm gününə ona məxsus olacaq bütün əmlakının... o cümlədən, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 1 saylı evin 19cu mənzilinin ¼ hissəsini qızı İddiaçı, ¾ hissəsini isə Cavabdeh vəsiyyət etmişdir.

4. X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ¾ hissəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı anası X5 tərəfindən yazılmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, Cavabdeh hüquqlarına dair vəsiyyətnamə əsasında aparılmış ünvan 2 ünvandakı mənzil barədə Daşınmaz Əmlak ın Dövlət Reyestrindəki qeyd və bununla bağlı çıxarışın ləğv edilməsi, miras qalan ünvan 2 ünvandakı mənzilə vərəsəlik hüququnun tanınması, ünvan 2 ünvandakı mənzilə dair mülkiyyət hüquqlarının qeydinin DƏDRX-yə həvalə edilməsi; X2 29.000 manat əmanətinə vərəsəlik hüququnun tanınması və həmin məbləğin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadan olanda onlar babalarının Binəqədi qəsəbəsində yerləşən həyət evində yaşamış, sonra sözügedən mənzil iddiaçının ana babasına müharibə veteranı kimi dövlət tərəfindən verilmişdir. 1988-ci ildə iddiaçı ikinci sinifdə oxuyarkən yeni verilən mənzilə köçmüşlər. O vaxtdan iddiaçı bu mənzildə qeydiyyatda olmaqla yaşayır. Arada ailə q uraraq (1999-2012 illər) Suriyada və Moskvada yaşamış, sonra ayrılaraq yenə evlərinə qayıtmışdır. Anası “paranoya” diaqnozu üzrə xəstə olmuşdur. İddiaçının atası dözməyib ailədən getmiş, sonra qardaşı cavan yaşında evdəki dözülməz vəziyyətdən daima depressiya keçirərək xəstəliklər tapıb dünyasını dəyişmişdir. İddiaçı anası ilə tək qalmışdır. Mütəmadi olaraq onun tərəfindən gah müxtəlif iftiralarla şərlənərək polisə verilmiş, gah da ki, polisə verilmədən evdə üzücü bir hallar yaşadırdı. Bu onun xəstəliyindən irəli gəlirdi. İddiaçı öz növbəsində evin qayğılarını çəkmiş, xərclərini qarşılamış, işlərini görmüşdür. Təxminən 2019-cu ildə həyatlarında Cavabdeh peyda oldu. Onu iddiaçının anası ilə yaxınlıqda yaşayan Natalya tanış etmişdir. Amma bunu pis niyyətlə etməmişdir. Natalya onu belə tanımı şdır ki, o, yəni Abrosimova Natalyanın qonşusu olan Valentina Paşadskayanı öz “qayğısı” altına almış və Paşadskaya ilk vaxtlar etibarlı, ona baxası adam tapıldığını deyirdi. Sonda həmin Paşadskayanın olub-olanını ələ keçirən Abrosimova keçdi iddiaçının anasının üzərinə və daima gəlib başını dolduraraq onun qayğısına qalacağı barədə iddiaçının anasında təəssürat yaratmışdır. Bu Natalyaya da, iddiaçıya da aydın olsa da, artıq Abrosimova iddiaçının anasını ovsunlamış və anası ondan başqa heç kimi görmək istəmirdi. Abrosimovanın ilk addımı ondan başladı ki, o, iddiaçının anasını təhrik edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddiaçının mənzildən istifadə hüququnun itirilməsinə dair ərizə vermişdir. Abrosimova açıq-aşkar iddiaçının da yanında anasını hamıdan döndərir və inandırırdı ki, qızı evə görə onun ölməyini istəyir. Abrosimova tam olaraq iddiaçının anasını təsiri altına salmışdır. 26 iyun 2019-cu il tarixdə Abrosimova iddiaçının anasına “mən sənə yaxşı baxacam” adı ilə öz evinə aparmışdır Sonra iddiaçının anasının vəziyyəti pisləşdiyindən təcili yardımla Onkoloji mərkəzə aparılmış və orada əməliyyat olunmuşdur. İddiaçı anasının yanına xəstəxanaya gedəndə hiss edirdi ki, o, Abrosimovanın niyyətini artıq anlayır. Əməliyyatdan sonra iddiaçının anası öz evinə qayıtmış və onda məlum olmuşdur ki, cavabdeh iddiaçının anasını təsir altına salmış və onun bankda olan 29.000 manat məbləğində pulunu ələ keçirmiş və iddiaçının anasına bildirmişdir ki, pulu onun üçün saxlayacaq və ehtiyaclarını həmin puldan qarşılayacaq. Bundan başqa, iddiaçının anası Abrosimovanın təsiri altınd a 2019-cu ilin iyul ayında vəsiyyətnamə yazmışdır. Bu hal İkonnikova (Storojeva) X3 evində, xəstə halda, ondan asılı olduğu və ona son ümid yeri kimi baxdığı şəraitdə baş vermişdir. Əməliyyatdan sonra evinə qayıdan artıq hər şeyi olduğu kimi anlayan iddiaçının anası Abrosimovadan pulunu istəməyə başladı. O, isə pulu qaytarmaqdan yayınırdı. Arada Krasnodara getmişdir. Oğluna zəng etdikdə 100 manat pul gətirdi, sonra isə telefonunu bağladı. Abrosimova 2019un ilin dekabr ayında qayıtdıqdan sonra iddiaçının anasına bir dəfə 500 manat, sonra 300 manat vermiş, sonda isə 21 yanvar 2020-ci il tarixdə pulu qaytarmayacağını bildirmiş və demişdir ki, pul onun bank qutusundadır. Bundan əlavə iddiaçının anasının həm verdiyi etibarnaməni, həm də vəsiyyətnaməni ləğv etmək üçün 2019-cu ilin sentyabr ayınd a onlar biryerdə ASAN 1 mərkəzinə getmişlər. Orda baxıb onlara bildirmişlər ki, vəsiyyətnamə sistemdə görünmür. Bunu eşidən iddiaçının anası sakitləşdi və düşündü ki, Abrosimova vəsiyyətnamədən istifadə edə bilməyib. Həmin vaxt iddiaçının anası Abrosimovanı artıq lənətləyirdi. 2019-cu ilin payızında iddiaçının anası ondan və qonşuluqda yaşayan Natalyadan ona hüquqşünas tapmalarını xahiş etmiş, Abrosimovanın onu aldatdığını demiş və bu barədə polisə də müraciət etmişdir. Polis obyektiv araşdırma aparmamış və iddiaçının anasına məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh aldatma yolu ilə İkonnikova (Storojeva) İrina İqnatyevnanın etibarını ilk vaxtda qazansa da, sonradan, hələ sağlığında İ.İ.İkonnikova aldadıldığını, cavabdehin hiyləsinin olduğunu, anlamış, etibarnamənin və vəsiyyət namənin 2019-cu ildə ləğv edilməsi üçün müraciət etmiş, həm pula görə, həm də evlə bağlı aldadıldığına görə polisə şikayət etmişdir. Beləliklə, inamsızlıq və əsassız şübhələrlə müşahidə olunan psixi pozuntudan və ağır xərçəng xəstəliyindən əziyyət çəkən İ.İ.İkonnikova (Storojeva) vacib əhəmiyyətli yanılma nəticəsində (yalan vədlər və qızına aid iftiralar) vəsiyyətnamə yazmış, sağlığında onu ləğv etmək istəmiş, pulunu Abrosimovadan geri almaq istəmiş və bu məqsədlə müvafiq müraciətlər etmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ölümdən sonrakı məhkəməpsixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2167 saylı rəyində aşağıdakılar qeyd olunmuşdur:... xx.xx.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada Əmlak Xidmə tləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində 03 iyul 2019-cu il tarixdə verilmiş, 2V-01-17 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman involyusion paranoid xroniki psixi xəstəliyi müəyyən edilir,... xx.xx.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində 03 iyul 2019-cu il tarixdə verilmiş, 2V-01-17 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman onda müəyyən edilən involyusion psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüürlu idarə etmək iqtidarında olmamışdır,... xx.xx.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada olan xərçəng xəstəliyi və həmin xəstəliklə əlaqədar qəbul etdiyi müalicə onun öz hər əkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına təsir etməmişdir. İkonnikova (Storojeva) İrina İqnatyevnada müəyyən edilən involyusion paranoid xroniki xəstəliyi nəticəsində o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır”

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: N.Nəbizadə) 2(001)-238/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, X5 tərəfindən 03 iyul 2019-cu il tarixdə tərtib edilmiş və reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, ünvan 1 barədə Cavabdeh hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı vərəsəlik hüququ tanınmı ş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə “iradə və iradə ifadəsi” ünsürünə görə qüsurludur. Belə ki, X5 həmin vəsiyyətnaməni tərtib edərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən şəxs olmamışdır.

11. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa, əqd bağlandığı andan etibarsız hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, restitusiya - əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması həyata keçirilir.

12. Məhkəmə iddia ərizəsini “X2 29.000 manat əmanətinə vərəsəlik hüququnun tanınması və həmin məbləğin Cavabdeh alınaraq ona verilməsi” hissəsində əsaslı hesab etmir. Belə ki, X2 sağlığında Cavabdeh tərəfindən ondan həmin pulların götürülməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməsini məhkəmə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materialları ilə isə təsdiq olunur ki, X5 əmanətini Kapital Bankın depozit hesabından ölümündən 14 ay əvvəl çıxarmışdır.

13. İddia ərizəsinin “Cavabdeh hüquqlarına dair vəsiyyətnamə əsasında aparılmış ünvan 2 ünvandakı mənzil barədə... çıxarışın ləğv edilməsi” hissəs inə münasibətdə məhkəmə qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz”. Yəni, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat ləğv edildiyi təqdirdə, həmin qeydiyyatı əks etdirən çıxarış da qüvvəsini itirmiş olur.

14. Bundan əlavə məhkəmə iddia ərizəsinin “ünvan 2 ünvandakı mənzilə dair mülkiyyət hüquqlarının qeydinin DƏDRX-yə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş mə hkəmə aktları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Ona görə də, üzərinə qoyulmuş vəzifələri icra etmək öhdəliyinin iş üzrə cavabdeh olmayan fiziki və ya hüquqi şəxsə əlavə olaraq məhkəmə qətnaməsi ilə “həvalə edilməsi” qanunvericiliyin tələblərinə və ruhuna ziddir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 337.1, 346.1, 1133, 1166, 1170, 1167, 1225-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin 29.000 manat əm anətə dair tələbin rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın pul tələbinə dair hissəsini rədd edərkən işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir.

18. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi öz qətnaməsi ilə cavabdehin Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 20 dekabr 2022-ci il tarixli, 2(103)-4993/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən keçirilmiş məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2021-ci il tarixli, 2167 nömrəli rəyinə görə, vəsiyyətnamənin verildiyi zamanı miras qoyan involyusion paranoid psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəməpsixiatrik ekspertizası təy in olunmuş, ekspert eyni məzmunlu rəy vermişdir.

22. Mülki Məcəllənin 346.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq vəsiyyətnamənin etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv edilməsini qət edib.

23. Mənzilə iddiaçının (qanun üzrə vərəsənin) vərəsəlik hüququnun tanınmasını isə cavabdeh (vəsiyyətnamə üzrə vərəsə) mübahisələndirmək hüququna malik deyil. Çünki vəsiyyətnamə etibarsız hesab edildikdən sonra cavabdeh v ərəsə sayılmır.

24. Bankdakı əmanətə münasibətdə iddia tələbi düzgün olaraq təmin edilməyib. Belə ki, bankda əmanətin olması müəyyən edilmir. "xxxx" ASC-də olan 28.868,47 manat miras qoyanın özü tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilib, bu barədə olan TT******************** nömrəli kassa məxaric orderinə onun özü şəxsən imza edib. Miras qoyanın həmin pulu (məxaric etdiyi pulu) sağlığında cavabdehə verməsi barədə sübut yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 1133 və 1091-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin tələb əsassızdır

25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 346, 1133 və 1091-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. Cavabd eh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh AR Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququ tam pozmuşdur. O,qanuni əsasla vəsiyyətnamə üzrə mənzilə vərəsəlik hüququna daxil olmuşdur,vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras qalmış mənzilə mülkiyyət hüququnu almışdır. Apellyasiya instansiya məhkəməsinin qanunsuz qətnaməsinə əsasən Cavabdeh mülkiyyət hüququndan məhrum etmişlər.

28. Məhkəmə qətnaməsi işdə olan ekspertiza rəyi ilə və digər sənədlərlə əsaslandırmışdır. Lakin iş materiallarında olan vəsiyyətnamədən, digər sənədlərdən, həmçinin fleş kartda olan audio və video yazılardan görünür ki, İ.İkonnikova vəsiyyət edərkən psixi cəhətdən sağlam idi.

29. Bundan başqa,Cavabdeh məhkəmə zamanı audio və video çəkilişi təqdim etmişdir. Məhkəmə tərəfindən İ.İkonnikovanın barəsində ölümündən sonra psixiatrik ekspertiza təyin edəndən sonra, Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə vəsatət vermişdir. Vəsatətdə o, ölümündən sonra psixiatrik müayinə zamanı yaddaş kartlarındakı məlumatlardan istifadə etməyi xahiş etmişdir. Lakin psixiatrik ekspertizanın rəyindən görünür ki, bu kartlarda olan video və səs yazışma istifadə olunmayıb. Cavabdeh tərəfindən təqdim edilmiş audio və video çəkilişlərdən görünür ki, mərhum İ.İkonnkova tam anlaqlı idi.

30. Məhkəmə də kartlarda olan video və səs yazışmalara düzgün qiymət verməmişdir.

31. İş üzrə məhkəmə psixiatrik komissiyon ekspertizası təyin edilməlidir. Bununla bağlı apellyasiya instansiy a məhkəməsində komissiyon məhkəmə ekspertizsının təyin edilməsi barədə vəsatətlə müraciət etmişdir. Lakin vəsatəti əsassız olaraq təmin edilməyib.

32. Kassasiya şkayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166, 1167-ci, Azərbaycan Respublikası MPM-in 102 və 103.1-ci maddələrinə istinad edilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

36. Maddə 1167 Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

37. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

38. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

39. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

40. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməsinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxl anılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(103)4993/2022 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar