Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2086/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X12, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tələbənin təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(105)-307/20 24 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının İV kurs tələbəsi olmuş və o, Universitetin rektorunun 22 dekabr 2022-ci il tarixli, 4202 nömrəli əmri ilə “Tələbələr üçün X2”nın 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “v” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərinə əsasən, əvvəllər “şiddətli töhmət” intizam tənbehi tətbiq edilməsi də nəzərə alınmaqla tələbələr sırasından xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X12, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinin 22 dekabr 2022-ci il tarixli, 4202 nömrəli əmrinin qismən, iddiaçıya aid hissəsi olan 2-ci bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 21 dekabr 2022-ci il tarixdə universitetin həyətində olan zaman tələbələrlə söhbət edərkən, tanımadığı şəxs ona yaxınlaşaraq tələbə biletinin təqdim olunmasını tələb etmiş, o, həmin şəxsi tanımadığı üçün bundan imtina edərək həmin şəxsin kim olduğunu aydınlaşdırmağa çalışmışdır. Bu zaman iddiaçı və həmin şəxs arasında mübahisə yaranmışdır. Sonra məlum olmuşdur ki, tələbə biletinin təqdim olunmasını tələb edən şəxs universitetin müəllimidir. Bundan sonra, iddiaçıya “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, tələbə Ələsgərov X6 üçün X1 3.2-ci maddəsinin “d” və “i”, 3.3-cü maddəsinin “d” və “m”, 3.4-cü maddəsinin “h” bəndlərində nəzərdə tutulan intizam pozuntusu xarakterli əməllər törətmişdir. Məlum məsələ ilə bağlı onun özünü müdafiə etməsi və əvvəlcədən tanımadığı müəllimin dərsdən kənar lazımsız tələbinə (tələbə biletinin əsassız olaraq tələb etməsi) cavab verməsi, eləcə də özünü qoruması əmrdə qeyd edilən qaydaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və həmin qaydaların müvafiq bəndlərində göstərilən tələblər isə yalnız hüquq pozuntusu zamanı tətbiq edilə bilər. Bundan başqa, bir müəll imin sifarişi ilə “tələbələr sırasından xaricetmə” növündə intizam tənbehi alması iddiaçının təhsilini davam etdirməsinin qarşısını alır. Əmrdə göstərilən hallarla bağlı obyektiv araşdırma aparılmamış və sözügedən əmr yalnız prorektor B.Ə.Hüseynzadənin sifariş xarakterli təqdimatı əsasında qəbul edilmişdir. Əmrin ləğv edilməsi üçün Bakı Mühəndislik Universitetinə 09 yanvar 2023-cü il tarixli pretenziya bildirişi göndərilmiş, lakin cavabdeh 16 yanvar 2023-cü il tarixli cavab məktubu ilə əmrin ləğv edilməsindən imtina etmişdir.
4. Cavabdeh “Bakı Mühəndislik Universiteti” X15 birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı 2019/2020-ci tədris ilində Bakı Mühəndislik Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olunmuşdur. Təhs il aldığı müddətdə tələbə dərslərində o qədər də uğurlu bir tələbə olmamaqla yanaşı, dəfələrlə nizam-intizam pozuntu hallarına yol vermişdir. İntizam komissiyasının iclasında fakültə dekanı, dekan müavini iddiaçı barədə müəllimlərdən dəfələrlə müxtəlif xarakterli şikayətlərin olduğunu, onunla şifahi danışıqlar aparıldığını, yazılı şəkildə müraciət edilmədiyini bildirmişlər. Fakültə dekanı və dekan müavini tələbə barədə müsbət xarakteristika verməmişlər (bu iclas tələbənin universitetdən xaric edilməsi məsələsinə baxılması barədə iclas olmuş və tələbəyə də şəxsən komissiya qarşısında özünü müdafiə hüququ təmin edilmiş, dinlənilmişdir). Əslində iddiaçı daha əvvəlki pozuntu zamanı universitetdən xaric etmə intizam tənbehi tətbiq edilməsini nəzərdə tutan pozuntulara yol vermişdir.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 və X7 oxşar məzmunlu izahatlar verərək ifadələrində göstərmişlər ki, onlar, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsi olmaqla, iddiaçı onların qrup yoldaşıdır. Tənəffüsdə olan zaman uşaqlarla birlikdə söhbət edərkən Elgün Fərmanlı adı tələbə nalayiq ifadə işlətmiş, həmin vaxt bir neçə müəllim onlara yaxınlaşmış, universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim də onlara yaxınlaşmış və nalayiq ifadənin kimin işlətdiyini soruşmuşdur. Həmin vaxt iddiaçı onun kim olduğunu soruşmuş, sonuncu universitetin prorektoru olduğunu bildirmişdir. Prorektor iddiaçıdan tələbə biletini istəmiş, iddiaçı verməkdən imtina etmişdir. Bu zaman prorektor mühafizəyə zəng edərək iddiaçını universitetdən sürüyüb çıxarmağı göstəriş vermiş, ar alarında mübahisə olmuşdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir, iddiaçı onun qrup yoldaşıdır. Tələbə yoldaşları ilə tənəffüs zamanı söhbət edərkən istəmədən ağzından nalayiq söz çıxarmışdır. Həmin vaxt Universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram müəllim onlara yaxınlaşmış və kimin nalayiq ifadə işlətdiyini soruşmuşdur. İddiaçı onu göstərsə də, Bayram müəllim elə bilmişdir ki, nalayiq ifadə işlədən iddiaçıdır. Qabağa çıxaraq nalayiq ifadəni özünün işlətdiyini bildirmişdir. Bayram müəllim hər ikisinin tələbə biletini tələb etmiş, şəkilləri çəkmişdir. Sonra dərsə qayıtmış, dərsdə olarkən onu çağıraraq Bayram müəllimlə görüş keçirəcəyini bildirmişdir. Bayram müəllim ilə keçirilən görüş zamanı ona töhmət verilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Bakı Mühəndislik Universitetinin Tədris işləri üzrə dekan müavini vəzifəsində işləyir. Həmin vəzifədə 4 ildir işləyir. İddiaçı universitetin ən problemli tələbələrindən biridir. Ona dərs deyən bütün müəllimlər narazılıq etmişdir. Onun barəsində 06 iyul 2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. İddiaçı həmin tənbeh verilən zaman mübahisə yaratmış, ona və bir neçə müəllimə nalayiq ifadə işlətmişdir. Bir dəfə universitetin müəllimlərindən biri onu otağına çağıraraq iddiaçını otağından çıxarmağı xahiş etmişdir. O da, iddiaçını öz otağına apararaq ona nalayiq ifadə işlətdiyini xatırlatmadan onunla söhbət etmişdir. İddiaçı barəsində olan ax ırıncı iclasa dəvət olunsa da, işi ilə əlaqədar gec iştirak etmişdir. Həmin iclasda səs vermək hüququ olmamışdır.
8. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilmiş, cavabdeh Bakı Mühəndislik Universitetinin 22 dekabr 2022-ci il tarixli, 4202 nömrəli əmrinin qismən, yəni İddiaçı aid hissəsi olan 2-ci bəndinin ləğv olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq əmrin verilməsi üçün əsas sayılmış hallar, iddiaçının barəsində verilmiş əmrin hüquqi əsasını təşkil edən universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək kimi qiymətləndirilə bilməz. Belə ki, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdan ibarət təqsirli hərəkətdir.
10. İddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində əmr verilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi, Bakı Mühəndislik Universitetinin “Tələbələr üçün X2”nın 1.1, 1.2, 3.3, 3.4-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh “Bakı Mühəndislik Universiteti” X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 0 iyun 2023-cü il tarixli, 2(105)-1149/2023 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e2(012)-1469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmış, cavabdehin apellyasiya şikayəti üzrə isə qeyd etmişdir ki, iş üzrə dindirilmiş şahidlər cavabdeh Universitetin tələbələridir. Bundan başqa, cavabdeh tərəf məhkəmə iclasında dindirilməsi üçün şahidləri təqdim etmək hüququna malik idi. Apellyant apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh “Bakı Mühəndislik Universiteti” X15 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2023cü il tarixli, 2(102)-3995/2023 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Z.B.Babayevdən ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(105)-1149/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə gö ndərilmişdir.
17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə hüquq münasibətləri təhsil sahəsində dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, işə baxan aşağı instansiya məhkəmələri bu halı diqqətdən qaçırmışdır. İddiaçının qismən etibarsızlığını tələb etdiyi Bakı Mühəndislər İnstitutu rektorunun əmri verilərkən, rektor xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi deyil, universitetin idarəçiliyi ilə bağlı hakimiyyət səlahiyyətini həyata keçirən, qanuna əsasən universitet daxilində təhsil sahəsində inzibati akt qəbul etmək səlahiyyəti verilmiş, yalnız ona xas olan fəaliyyəti həyata keçirən inzibati orqan kimi çıxış etmişdir. İddiaçının tələbi isə inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır.
18. Göstərilənlərdən başqa iş materiallarından görünür ki, həm aşağı instansiya məhkəmələrində işə baxılarkən, həm də iş Ali Məhkəmənin icraatında olarkən cavabdeh Bakı Mühəndislik Universitetinin nümayəndəsi iddiaçının bir semestr sonra universitetə bərpa olunmasını təmin etmək yolu ilə mübahisənin barışıq yolu ilə həll edilməsi barədə müraciətlər etmiş, lakin iddiaçı buna razılaşmamışdır. Kassasiya kollegiyası hesab etmişdir ki, işə yenidən baxılan apellyasiya instansiyası məhkəməsi bu məsələni bir daha tərəflərin iştirakı ilə müzakirə etməli, mübahisənin tərəflərin barışması həlli üçün tədbirlər görməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(1 05)-307/2024 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və G.İ.Cabbarovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(012)-1469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Bakı Mühəndislik Universitetinin tələbələri üçün X1 3.4- cü bəndində Universitetdən xaricetmə tətbiq edildiyi hallar olaraq universitet əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək əsası göstərilmişdir ki, araşdırılan mübahisə üzrə isə belə bir hal öz təsdiqini tapmır. Sadalanan hallar – başqaları ilə münasibətlərdə kobud və tərbiyəsiz rəftar etmək, başqalarına qarşı sözlü və əməli şəkildə hörmətsizlik etmək kimi davranışların baş verməsi isə qeyd olunan Qaydaların tələblərinə görə digər intizam tənbehi tədbirlərinin tətbiqi üçün əsas ola bilər.
22. Eyni zamanda, şərəf və ləyaqətin, şəxsiyyətin ağır şəkildə təhqir olunması kimi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması və öz təsdiqini tapması tələb olunan hallar olmaqla hazırki mübahisə üzrə belə bir fakt müəyyən olunmur.
23. Kassasiya instansiy a məhkəməsinin Qərarının 41-ci bəndi üzrə araşdırma aparan apellyasiya instansiya məhkəməsi tərəflərin barışığa gəlmələri ilə bağlı təklif irəli sürmüş, cavabdeh tərəf mübahisənin barışıq yolu ilə həllində maraqlı olduqlarını bildirsələr də iddiaçı tərəf barışığa gəlməkdən imtina etmiş, işə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
24. Eləcə də, apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarının göstərişləri üzrə araşdırma apararaq, tərəflərin fikrini dinləyərək, həmçinin məhkəmə çəkişməsinin bir ildir davam etməsini, məhkəmə araşdırmasının uzun müddət davam etməsinin iddiaçının mənafeyinə uyğun olmamasını, tələbə olmaqla təhsil hüququnun bərpa olunaraq təhsilini davam etdirməsində əhəmiyyətli geri qalması kimi halları, xüsusən də məhkəmə çəkişməsinin uzun müddət da vam edəcəyi halda bunun prosessual qənaət prinsipi ilə uzlaşmamasını nəzərə alaraq işə baxılıb yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. Cavabdeh “Bakı Mühəndislik Universiteti” X15 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(105)-307/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Təhsil haqqında” Qanunun 32-ci, Mülki Prosessual Məcəllənin 8 və 420-ci maddələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəss isələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları, Bakı Mühəndislik Universitetinin Tələbələr üçün İntizam Qaydalarının tələbləri pozulmuşdur.
27. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3.1.3-cü bəndində ali təhsil müəssisəsindən xaric edilmə əsaslarından biri kimi ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozması nəzərdə t utulmuşdur. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi qətnamələrində tələbənin təhsil almaq hüququ əsas kimi qiymətləndirilmiş, ancaq müəssisədaxili intizam qaydalarının pozulması zamanı tələbələr sırasından xaric etmənin bir tədbir olaraq nəzərdə tutulduğu və zəruri hallarda tətbiq edilməsinin tələbənin təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirilməsinin düzgün olmadığı nəzərə alınmamışdır. Təhsil hüququ təməl hüquq olsa da, bu hüquqdan sui-istifadə edilməməli, ondan fayda götürmək üçün istifadə edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı dəfələrlə qaydaları pozmuş, buna görə şiddətli xəbərdarlıq almış, daha sonra universitetdə yenə kobud rəftar etmişdir ki, bu halları təsdiq edən şahid ifadəsi olsa da məhkəmə bu hala qiymət verməmişdir. İddi açı təhsil aldığı müddətdə “Təhsil haqqında” Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan vəzifələrini dəfələrlə pozmuş, tələbələr sırasından xaric etmə intizam tənbehi tətbiq edilmədən qısa müddət əvvəl vəzifə səlahiyyətlərini yerinə yetirən fakültə dekan müavininə, onun müavininə və müəllimə “şərəfsizlər” kimi ağır bir ifadə işlətməklə şərəf və ləyaqətlərini ağır təhqir etmişdir. Apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutları nəzərə almamış, kassasiya məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişləri tam icra etməmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki proses sual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Cavabdeh apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 32. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə
4. Təhsilin əsas məqsədi 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dün yagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. Maddə
32. Təhsilalanların hüquq və vəzifələri 32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır: 32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 32.5.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 32.5.1-2. sağlam həyat tərzi keçirmək; 32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək; 32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatl ar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassa siya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək y ekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri ilk olaraq iddiaçının təhsil müəssisəsinin daxili intizam qaydalarının pozulması və bu səbəbdən mübahisələndirilən əmrin əsaslı olması ilə əlaqələndirilmişdir. Lakin, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirməklə, iddiaçının X1 pozulması halının təsdiq olunmaması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulması müəyyən olunmur.
37. Kassasiya şikayətinin digər dəlili Ali Məhkəmənin əvvəlki qərarının tam icra olunmaması ilə bağlıdır.
38. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh tərəf işə mahiyyəti üzrə baxılması mərhələsində işin icraatını müba hisələndirməmiş, bu hal cavabdehin etirazının və ya şikayətlərinin predmetini təşkil etməmişdir. Odur ki, apellyasiya məhkəməsi işin hallarını, məhkəmə araşdırmasının uzun müddət davam etməsini, iddiaçının tələbə olmaqla təhsil hüququnun bərpa olunası əhəmiyyətini nəzərə alınmaqla, əsaslı olaraq iş üzrə yekun məhkəmə qərarı qəbul etmişdir.
39. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Bakı Mühəndislik Universiteti” X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(105)-307/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.