Məhkəmə qərarları › İş №2(102)-2087/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2087/2022

27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: avtomobilin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin hal ları: 21 noyabr 2008-ci il tarixdə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə 90.720 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi İddiaçı məxsus 2008-ci il buraxılışlı “Porshe Cayenne GTS” markalı avtomobil ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 21 noyabr 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün bankın iddiası əsasında işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuş və həmin məhkəmənin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı bankın xeyrinə cəmi 36.732,87 manat tutulması və tutmanı n ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və avtomobilin hərraca çıxarılması ilə əlaqədar avtomobilin 4 dəfə qiymətləndirilməsi həyata keçirilmiş və "xxxx" MMC-nin 06 dekabr 2018-ci il tarixli son qiymətləndirmə rəyi ilə avtomobilin 2013-cü ilin mart ayına olan bazar dəyəri 78.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məxsus avtomobil üzərinə həbs qoyulması ilə əlaqədar 2013-cü ilin yanvar ayında ondan alınmış və avtomobilin hərracdan satışı indiyə kimi təmin edilməməklə müxtəlif dayanacaqlarda saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin sentyabr ay ında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan kredit borcunun tutulmasına dair işə Nəsimi rayon Məhkəməsində baxılarkən 2013-cü ilin yanvar ayında avtomobilin ondan alınaraq dayanacağa yerləşdirilməsini, həmin dövrdə avtomobilin dəyərini ən azı 100.000 manat təşkil etməsini, lakin avtomobilin uzun illər ərzində müxtəlif dayanacaqlarda saxlanılması və bankın əməkdaşları tərəfindən istifadə edilməsi nəticəsində avtomobilin öz dəyərini itirməsini əsas göstərməklə ona məxsus avtomobilin saz vəziyyətdə ona qaytarılması və ya cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 65.000 manat maddi zərərə görə, 20.000 manat mənəvi zərərə görə olmaqla cəmi 85.000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) -88/2019 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: P.A.Hüseynov) iddia qismən təmin edilərək cavabdeh Beynəlxalq Bankı” ASC-dən İddiaçı xeyrinə maddi zərərə görə 65.000 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək avtomobilin banka təhvil verilməsi barədə işdə sübutların olmamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bankın problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsini və bununla əlaqədar İddiaçı borcu üzrə bütün sənədlərin QSC-yə verilməsini, onlardan iddiaçının xeyrinə 65.000 manat tutulmasının əsaslandırılmamasını və s. əsas göstərməklə qə tnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsinin qismən-maddi zərərə aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin maddi ziyana aid hissədə qismən təmin edilib "xxxx" ASC-dən İddiaçı xeyrinə 62.000 manatın tutulması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində biri nci icraat İş üzrə cavabdeh "xxxx" ASC qətnamə ilə razılaşmayaraq onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-836/21 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) bankın kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4967/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnam əsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) bankın apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib "xxxx" ASCdən iddiaçının xeyrinə tutulmalı olan 62.000 manatdan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə tutulması qət olunan 36.732,87 manatın çıxılmaqla qalan 25.267,13 manatın tutularaq İddiaçı ödənilməsi və “Porshe Cayenne” markalı avtomobilin iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək işdə mübahisəli avtomobilin məhz bankın əməkdaşına təhvil verilməsi barədə sübutların olmamasını, bankın iddiaçıya qarşı delikt törətməsi barədə nəticəsinin əsassız olmasını, avtomobilin iddiaçıdan qanunsuz alınması və bununla əlaqədar bankın təqsiri nəticəsində ona maddi ziyan dəyməsinin sübuta yetirilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4967/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurdu ğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyin dən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin edərkən avtomobilin 2021-ci ilin mart ayına olan bazar dəyərinin 82.000 manat təşkil etdiyi halda hazırkı bazar dəyərinin 20.000 manat təşkil etməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli rəyinə əsaslanaraq iddiaçıya 62.000 manat məbləğində ziyan dəyməsi (82.000-20.000=62.000) nəticəsinə gəlmiş və həmin məbləğdən iddiaçının banka olan 36.732,87 manat məbləğində borcu çıxıldıqdan sonra (62.00036.732,87=25.267,13 manat) bankdan iddiaçının xeyrinə borcların əvəzləşdirilməsi qaydasında 25.267,13 manatın tutulması və avtomobilin iddiaçıya qaytarılması barədə qətnamə qəbul etmişdi r. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçıya 62.000 manat məbləğində ziyan ona qarşı törədilmiş delikt nəticəsində dəymişdir. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 1096, 1097, 1099 və 1114-cü maddələrinin qüvvəsini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya qarşı delikt törədilməsi nəticəsində ona ziyan dəyməsini müəyyən etsə də, həmin hüquq pozuntusunun (deliktin) bank tərəfindən törədilməsini və həmin pozuntunun nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi, işdən göründüyü kimi, iddiaçıya həqiqətən də dəymiş ziyana səbəb olan halların tam və hərtərəfli araşdırılmasını təmin etməmiş, onlara 88-ci maddənin tələbləri baxımından qiymət verməmişdir. İşdən görünür ki, bank 03 dekabr 2012-ci il tarixdə iddiaçıya kredit borcunun ödənilməyəcəyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün ipoteka qoyulmuş avtomobilə tutmanın yönəldiləcəyi barədə bildiriş göndərmişdir. İddiaçı iddia etməsinə görə 2013-cü ilin yanvar ayında avtomobil bankın əməkdaşları tərəfindən ondan alınmışdır. Borcun tutulması tələbi ilə isə bank məhkəməyə 2015-ci ildə müraciət etmiş və bununla əlaqədar İddiaçı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. İd diaçının göstərdiklərindən məlum olur ki, avtomobil bankın işçiləri tərəfindən müvafiq məhkəmə qərarı olmadan ondan alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq avtomobilin kimin tərəfindən, nə zaman iddiaçıdan alınması və haçandan bankın nəzarətində olan dayanacaqlarda saxlanılması, bu barədə müvafiq sənədin tərtib edilib-edilməməsinin yoxlanılması və həmin məsələyə aydınlıq gətirmək istiqamətində araşdırmalar aparmalı olduğu halda aparmamışdır. Avtomobilin iddiaçıdan bankın əməkdaşları tərəfindən 2013-cü ildə alınması sübut olunsa belə, işdən görünür ki, 13 oktyabr 2015-ci il tarixli qətnamənin icraya yönəldiyi vaxtdan sonra da avtomobilin açıq hərracdan satılması təmin edilməmiş və ondan sonra keçən müddətdə avtomobil öz dəyəri ni itirməkdə davam etmişdir. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş ziyanın bankın əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində dəyməsi istisna olunmasa da, işin hallarının olduqca səthi araşdırılması bankın təqsirinin olması barədə birmənalı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlə rlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə təkrar apellyasiya qaydasında baxılarkən bankın bu barədə məlumatlı olan əməkdaşlarının, icra və probasiya şöbəsinin qətnamənin icrasını həyata keçirən əməkdaşının, həmin dövrdə avtomobilin saxlanıldığı dayanacaqlarda işləyən işçilərinin dindirilməsi təmin olunmaqla mübahisənin qanuni və əsaslı həlli təmin olunmalıdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasi ya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar