Məhkəmə qərarları › İş №2(102)-2087/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2087/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2087/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-72/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən İddi açı (Vəkil X3) tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2019-cu ilin aprel ayında çənə sümüyündə əmələ gəlmiş ağrı ilə bağlı cavabdeh "xxxx" MMC-yə müraciət etmiş, İddiaçı razılığı ilə dişlərinin müayinə və müalicəsi prosesi başlamış, ona cərrahi yardım göstərilmiş və xx.xx.2020-ci il tarixdə bitmişdir. 2. “AQS” X5 Klinikasına Şabran şəhər sakini İddiaçı tərəfindən ünvanlanaraq xx.xx.2020-ci il tarix qeyd olunmuş Pretenziyada göstərilmişdir ki, “məlumat üçün bildirirəm ki, 2019-cu ilin aprel ayında çənə sümüyümdə əmələ gəlmiş ağrı ilə bağlı Sizə müraciətim olmuşdur. Həkimlər müayinədən sonra mənə bildirmişdir ki, üst və alt dişlərin kökündə şi ş əmələ gəlmişdir. Əlverişli müalicə üsulu kimi mənə bildirilmişdir ki, hazırda istifadə etdiyim körpü sökülməli, üst və alt dişlər üçün implant dişlərdən istifadə olunmaqla yeni körpü hazırlanmalıdır. Rentgen çəkilişləri və müvafiq analizlərdən sonra 10 implant və 6 diş qapaqlarına görə ümumi razılaşmaya görə ilkin mərhələ üçün 5.000 manat ödəməklə implant dişlərin qoyulması əməliyatına başlanılmasına qərar verilmişdir. Bütün işlərin üç ay ərzində yekunlaşacağı bildirildiyindən klinika tərəfindən edilən təkliflə razılaşmışam. Davam edən müddət ərzində, mövcud körpü söküldükdən sonra, 10 ədəd implant diş razılaşdırıldığı kimi bir dəfəyə deyil, altı ay müddətində qoyulmuşdur. Birinci mərhələ üçün "xxxx" Diş Klinikasına əvvəlcədən 6.000 manat pul ödəmişəm. Lakin müxtəlif səbəblər əsas gətiri lərək, əməliyyatın tez bir müddətdə yekunlaşması mümkün olmamışdır. Bir il keçdikdən sonra, israrla tələb etdiyimə görə ikinci mərhələyə başlanılmışdır. İkinci mərhələ üçün "xxxx" Diş Klinikasına əlavə 3.000 manat pul ödənilmişdir. İkinci mərhələ də kifayət qədər üzücü olmaqla yanaşı keyfiyyətsiz bir sonluqla yekunlaşmışdır. Nəticədə zövqsüz görünüş və keyfiyyətsiz materiallardan istifadə olunmaqla dişlər hazırlanmışdır. Hazırlanmış dişlərin görünüşü ondan xəbər verir ki, işi heç də peşəkar həkimlər və səriştəli texniklər görməmişdir. Dəfələrlə klinikaya etdiyim zənglərə qətiyyən əhəmiyyət verilməmişdir. Ona görə də dişlərin yenidən müalicə edilməsi üçün başqa daha təcrübəli həkimlərə müraciət etmişəm. Mənə bildirilmişdir ki, mənim təhvil aldığım dişlərin düzəldilməsində kifayət qədər səhv ə yol verildiyi üçün yenidən işlənilməsinə zərurət vardır. Buna görə əlavə xərclərim meydana çıxmışdır. Bir ildən çox müddətdə olan yarıtmaz fəaliyyətinizə görə sizə ödənilmiş ümumi məbləğin 5.000 manatını 10 gün müddətində Şabran Poçt filialı vasitəsilə geri qaytarılmasını tələb edirəm. Əks halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aidiyyəti hüquq mühafizə orqanlarına və daha sonra məhkəməyə müraciət olunacaqdır.” 3. "xxxx" MMC-nin Baş Direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “AQS” dentai center” MMC-nin müdiriyyəti təqdim elədiyiniz Pretenziya ilə bağlı xx.xx.2020-xx.xx.2020-ci il tarixlər arasında Sizə uyğun olan gün və saatı öncədən bizə telefonla bildirmək şərtilə Sumqayıt şəhəri 13 mkr Babək prospekti 241-də yerləşən "xxxx" MMC-yə dəvət olunursuz. 4. "xxxx" MMC-yə İddiaçı tərəfindən tarix göstərilmədən ünvanlanmış Pretenziyada göstərilmişdir ki, xx.xx.2020-ci il tarixində Sizin rəhbərlik etdiyiniz diş klinikasına pretenziya ünvanlayaraq, məsul şəxslərin yarıtmaz fəaliyyətinə görə klinikaya ödənilmiş ümumi məbləğin 5.000 manatını 10 gün müddətində Şabran Poçt filialı vasitəsilə geri qaytarılması tələb edilmişdir. Qeyd etmək istəyirəm ki, pretenziyanın göndərilməsinə səbəb xidmət personalının səhlənkar mövqeyi səbəb olmuşdur. Müraciətimlə bağlı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 673 №li məktubu daxil olmuşdur. Məktubda məni, pretenziya ilə bağlı Sumqayıt şəhəri 13 mkr Babək prospekti 241 ünvanında yerləşən "xxxx" MMC-yə dəvət edirsiniz. Bildirmək istəyirəm ki, bu müddət ərzində Sizin əmək daşlarınızla mənim çoxsaylı telefon danışıqlarım olmuşdur. Mənə bildirilmişdir ki, diş klinikası bu vaxta qədər yol verdiyi nöqsanları aradan qaldırmağa hazırdır və müalicənin davam etdirilməsini təklif edir. Qeyd etməyi zəruri hesab edirəm ki, klinikanın fəaliyyətində peşəkarlıq baxımından ciddi qüsurlar vardır. Bu səbəbdən müalicəmin Sizin rəhbərlik etdiyiniz klinikada davam etdirilməsi istisna olunur. Müalicəmin daha əlverişli və peşəkar xidmət göstərən digər diş klinikasında davam etdirilməsi ilə bağlı qəti qərar qəbul edilmişdir. Sizin xx.xx.2020-ci il tarixli 673 №li məktubunuza cavab olaraq, "xxxx" MMC-nə ödənilmiş ümumi məbləğin 5.000 manatını təxirə salınmadan Şabran Poçt filialı vasitəsilə geri qaytarılması növbəti dəfə tələb olunur.”

5. Azərbaycan Respublikasının İqtisadiyyat Na zirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanlanmış 09 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “AQS Dental-Center“ adlı dış klinikasında dişlərinizin müalicəsi zamanı keyfiyyətsiz materiallardan istifadə olunduğu haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: İN-D/0-075/2020, 18.11,2020-ci il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmış, müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda klinikada dişlərin individual olaraq hər bir şəxs üçün ayrıca və yüksək keyfiyyətli materiallardan hazırlandığı, həmçinin bəyənmədiyiniz dişlərin yenidən düzəldil məsi məqsədilə klinikaya təkrar dəvət edildiyiniz bildirilmişdir. "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilərsiniz.” İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15.000 manat maddi, 5.000 manat mənəvi zərər, eləcə də 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən fakti ki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 2019-cu ilin aprel ayında çənə sümüyündə əmələ gəlmiş ağrı ilə bağlı cavabdeh MMC-yə məxsus diş klinikasına müraciəti olmuşdur. Həkimlər müayinədən sonra ona bildirmişlər ki, ən əlverişli müalicə üsulu kimi hazırda istifadə etdiyi körpü sökülməli, üst və alt dişlər üçün implant əkmə altlıqlardan istifadə olunmaqla yeni körpülər hazırlanmalıdır. Rentgen çəkilişləri və müvafiq analizlərdən sonra 10 implant (alt və üst hissəsi ilə birlikdə) və 6 diş qapaqlarına görə ümumi razılaşmaya görə ilkin mərhələ üçün 5.000 manat ödəməklə implant dişlərin qoyulması əməliyatına başlanılmasına qərar verilmişdir. İmplant dişlərin üst hissəsinin də tamamlanmasını nəzərdə tutan bütün müalicənin üç ay ərzində yekunlaşacağı bildirildiyindən klinika t ərəfindən edilən təklifi qəbul etmişdir. Davam edən müddət ərzində, mövcud körpü söküldükdən sonra, 10 ədəd implant diş razılaşdırıldığı kimi bir dəfəyə deyil, altı ay müddətində qoyulmuşdur. Birinci mərhələ üçün cavabdeh MMC-yə əvvəlcədən 6.000 manat pul ödəməyinə baxmayaraq, əməliyyatın İ mərhələsinin razılaşdırılmış müddətdə yekunlaşması diş klinikasının laqeydliyi səbəbindən mümkün olmamışdır. Bir il keçdikdən sonra, israrla tələb etdiyinə görə ikinci mərhələyə başlanılmışdır. İkinci mərhələ üçün cavabdeh MMC-yə əlavə 3.000 manat pul ödənilmişdir. İkinci mərhələ də kifayət qədər üzücü olmaqla yanaşı keyfiyyətsiz bir sonluqla yekunlaşmışdır. Nəticədə zövqsüz görünüş və keyfiyyətsiz materiallardan istifadə olunmaqla, eləcə də iki sağlam dişin sinirini öldürməklə dişlər hazırlanmışdır. Ha zırlanmış dişlərin görünüşü ondan xəbər verir ki, işi heç də söz verildiyi kimi peşəkar həkimlər və səriştəli texniklər görməmişdir. Dəfələrlə klinikaya etdiyi zənglərə qətiyyən əhəmiyyət verilməmişdir. Ona görə də dişlərin yenidən müalicə edilməsi üçün başqa daha təcrübəli həkimlərə müraciət etmişdir. Ona bildirilmişdir ki, onun təhvil aldığı dişlərin düzəldilməsində kifayət qədər kobud səhvlərə yol verildiyi üçün, yol verilmiş qüsurların aradan qaldırılmasına görə onların peşəkar tibb mütəxəssisləri tərəfindən yenidən işlənilməsinə və müalicəsinə zərurət vardır. Bir ildən çox müddət ərzində cavabdeh MMCnin yarıtmaz fəaliyyəti onun peşəkar fəaliyyətinə də öz mənfi təsirini göstərmişdir. Belə olduğu üçün öz fəaliyyətində dayanmalar olmuş və keçən müddət ərzində onlarla dəfə Şabran şəhəri ndən Sumqayıt şəhərinə pandemiya səbəbindən digər nəqliyyat olmadığına görə yalnız taksi fəaliyyətindən istifadə etdiyi üçün əlavə həm vaxt, həm də maddi itkiləri olmuşdur. xx.xx.2020-ci il tarixində cavabdeh MMC-yə məktub ünvanlayaraq, məsul şəxslərin yarıtmaz fəaliyyətinə görə klinikaya ödənilmiş ümumi məbləğin 5.000 manatını 10 gün müddətində Şabran Poçt filialı vasitəsilə geri qaytarılması tələb edilmişdir. Müraciəti ilə bağlı cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 673 №li məktubu daxil olmuşdur. Məktubda Sumqayıt şəhəri 13 mk/rn, Babək prospekti 241 ünvanında yerləşən cavabdeh MMC-yə müzakirə üçün dəvət edilmişdir. Bununla bağlı öz qəti mövqeyini xx.xx.2020-ci il tarixli növbəti müraciətini cavabdeh MMC-yə ünvanlasa da ikinci məktubuna münasibət bildirilməmişdir. Keçən müddət ərzin də çoxsaylı müşahidələri nəticəsində ona məlum olmuşdur ki, diş klinikası kimi fəaliyyət göstərən bu müəssisənin məqsədi heç də ona müraciət edən xəstələri müalicə etmək deyil, əksinə olaraq onları həmin klinikanın daimi qazanc mənbəyinə çevirməkdir.

8. Şabran Rayon Məhkəməsinin qərardadı ilə iddiaçıda aparılan müalicə və əməliyyatlara qiymət verilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilərək mütəxəssis rəyi alınmışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərdiyi Stomatologiya bölməsinin müdiri X1 rəydə qeyd edilmişdir ki, dişlərin hündürlüyünün çox olması xəstənin dişlərinin qalxmasına səbəb olacaq, bu da sonradan əlavə fəsadlar törədəcək, 23 diş üzərindəki keramik qapaq diş ətinə tam oturmayıb. Qalan taxmalarda elə problem görünmür və xəstənin özünü qane etmir. Şikayətçi qoyulan implantlardan şikayət etmir, implantlar fərqli vaxtlarda qoyulduğu üçün normal sayıla bilər. Şikayətçinin əvvəlki dişlərini görmədiyi üçün o barədə tam məlumat verə bilmir. İmplantların hər birinin sertifikatı xəstəyə verilmişdir. Standartlara uyğun implantlardır.

9. Şabran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(031)-482/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın qismən təmin edilməsi, cavabdeh MMC-dən 9.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericil iklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, “..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəli r. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.”

11. Məhkəmə qeyd etmişdir ki, özəl tibbi yardımın göstərilməsi tibbi xidmət göstərən subyektlə vətəndaş arasında bağlanan müqaviləyə əsasən həyata keçirilməli, həmçinin bu müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini, həmçinin müqavilə şərtlərinin pozulması üzrə tərəflə rin məsuliyyətini əks etdirməlidir. Müqavilə şərtlərinin pozulması dedikdə tərəflərin öhdəsinə götürdüyü işləri görməməsi və ya razılaşdırılmış formada görməməsi, həmçinin xəstənin arzuladığı nəticənin əldə olunmaması və s. halları başa düşülür. Müqavilə geniş mənada xəstə ilə tibb müəssisə arasında tibbi xidmət göstərilməsi barədə razılaşma olduğundan tərəflər arasında olan bütün münasibətləri yazılı formada əks etdirməlidir. Vacib məqamlardan biri odur ki, xəstəyə tibbi müdaxilədən əvvəl tibbi müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.

12. Birinci instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanu nun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərm ək “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 16-cı maddəsində özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsi kimi müəyyən etmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən 9.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 16, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1099.1, 1114.1-ci maddələrinə, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 7-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə klinikaya müraciət edərək, stomatoloji yardıma ehtiyacı olduğunu bildirmişdir. Müayinələrdən sonra ona müvafiq müalicələr və cərrahi yardım məsləhət görülmüşdür. İddiaçının razılığı ilə müalicə prosesi başlamış, cərrahi yardım göstərilmiş və xx.xx.2020-ci ildə bitmişdir. Daha bir həftə sonra iddiaçı son dəfə nəzarət məqsədi ilə klinikaya müraciət etmiş və onda hər hansı bir patologiya aşkar edilməmişdir. Üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra iddiaçı klinikaya təkrar müraciət etmiş və ətrafdakılardan kiminsə ona estetik cəhətdən dişlərin yaraşmadığını bildirmişdir. Habelə müraciət zamanı o, estetik görünüşdən başqa hər hansı bir patoloji halın olduğunu qeyd etməmişdir. Bu zaman klinikada ona körpünün sökülərək təkrar düzəldilməsi təklif edilsə də, iddiaçı yalnız ödədiyi pulları geri tələb etmişdir. Bundan sonra iddiaçı müxtəlif təşkilatlara şikayətlər ünvanlamış və sonda Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçıda aparılan müalicə və əməliyyatlara qiymət verilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmçinin bu zaman məhkəmə icraatı rəy alınanadək dayandırmışdır. Mütəxəssis rəyi məhkəməyə daxil olmadan məhkəmə icraatı yeniləmiş və özü mütəxəssis vəzifəsini üzərinə götürərək, ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin qətnamədə iddianın qismən təmin edilmə sinin səbəbi məlum olmur. Belə ki, hansı səbəbdən məhz 9.000 manat zərərin müəyyən edilməsi qətnamədə bildirilmir. Hesab edir ki, hakim bu halda mütəxəssisin yerinə müalicənin keyfiyyətsiz olduğunu təyin etmiş və zərəri hesablamışdır. Bu isə birbaşa prosessual pozuntudur və qətnamənin ləğvinə əsasdır. Habelə qətnamədən 9.000 manatın maddi və ya mənəvi zərər olmasını aydınlaşdırmaq olmur. Aparılmış müalicənin və əməliyyatın keyfiyyəti müəyyən edilmədiyi üçün dəymiş hər hansı bir zərərdən söhbət gedə bilməzdi. Bu isə öz növbəsində iş üçün bütün faktiki halların aydınlaşdırılmamasına və əhəmiyyətli halların sübut edilməməsinə bariz sübutdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 12 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

18. İddiaçı apellyasiya instansiya məhkəməsinə ekspert rəyinin alınmasına yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmışdır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM maddə 78.1). MMC-nin “müalicəsinin” nəticəsi olaraq keyfi yyətsiz, allergik reaksiyalara səbəb olan materiallardan hazırlanmış və daha sonra yenidən qopmuş abatmentlər, bu fəsadların aradan qaldırılması üçün müraciət etdiyi başqa klinikada tamamilə sökülmüş, peşəkar uzman həkim tərəfindən müalicə edilərək, toxumalarla bioloji uyğunluq xüsusiyyətlərinə malik olan implant əkilməklə yenidən işlənmişdir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinə həvalə edilmiş məhkəmə tibbi ekspertizasına əsasən həmin publik hüquqi şəxs xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, qarşıya qoyulmuş suallara cavab verilməsi üçün şəxsin özünün və "xxxx" MMC-də adına tərtib edilmiş tibbi sənədlərin əsillərinin təqdim edilməsi xahiş olunsa da, hal-hazıra kimi təqdim edilmədiyindən qərar icrasız geri q aytarılır.

20. Apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad icra olunması üçün təkrar olaraq “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinə göndərilmiş, həmin təşkilatın xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubları ilə şəxsin özü ekspertizaya təqdim edilmədiyindən, qərardad icrasız olaraq geri qaytarılmışdır.

21. İddiaçı daha sonra tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş məlumatda xx.xx.2023cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinin inzibati binasında şöbə rəisi Cavid Cahangirli ilə görüşdüyünü, həmin gün ekspertizanın keçirilməsi üçün digər tərəf zəruri məlumatları təqdim etmədiyinə görə məhkəmənin qərard adı icra olunmadan geri qaytarıldığını, iddiaçının onlara MMC-də aparılmış tamamilə keyfiyyətsiz müalicə işləri barədə ətraflı məlumat verdiyini, bu fəsadların aradan qaldırılması üçün müraciət etdiyi başqa klinikada peşəkar uzman həkim tərəfindən müalicə olunaraq keyfiyyət tələblərinə cavab verən materiallardan istifadə edilərək implant əkilməklə yenidən işlənildiyi barədə ətraflı bildirildiyi qeyd edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrarən məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.

23. Bundan sonra məhkəmə kollegiyası tərəfindən iddiaçıya təyin olunmuş vaxtda ekspertizanın keçirilməsində iştirak etmək üçün məlumat verilsə də, sonuncu ekspertizanın keçirilməsi üçün Anatomiya Birliyinə getməmi., “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubu ilə, suallara cavab verilməsi üçün şəxsin özünün məhkəmə-tibbi ekspertizaya təqdimedilməsinin zəruriliyi haqqında yazıb bildirmələrinə baxmayaraq, hal-hazıra qədər təqdim edilmədiyi göstərilərək, qərardad icrasız olaraq təkrar geri qaytarılmışdır.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-72/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Almaz Süleymanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdeh ə qarşı maddi zərərin ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qanunvericilik şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ümumi əsaslarla ödənilməsi nəzərdə tutsa da, ilk növbədə zərərin vurulduğu öz təsdiqini tapmalı, bunun nəticəsi olaraq zərər vuran həmin zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirməlidir. Bunun üçün də iddiaçı ona zərər vurulduğunu sübut etməli, cavabdeh isə məsuliyyətdən azad olunması üçün həmin zərərin məhz onun tərəfindən vurulmadığını təkzib etməlidir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı göstərilən tibbi xidmətin keyfiyyətsiz olması və bunun nəticəsində cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin iş materialları ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinə həvalə edilmiş, həmin publik hüquqi şəxs xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, şəxsin özü və MMC-də adına tərtib edilmiş tibbi sənədlərin əsilləri təqdim edilmədiyindən, qərardad icrasız olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası tərəfindən qərardad icra olunması üçün təkrar olaraq “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinə göndərilmiş, həmin təşkilatın xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubları ilə şəxsin özü ekspertizaya təqdim edilmədiyindən, qərardad icrasız olaraq geri qaytarılmışdır. Bundan sonra məhkəmə kollegiyası tərəfindən yaranmış mübahisənin tam, hərtərəfli araşdırılması və obyektiv nəticəyə gəlinməsi üçün mülki iş üzrə təkrar məhkəmə tibbi ekspertiza təyin edilmiş, iddiaçıya təyin olunmuş vaxtda ekspertizanın keçirilməsində iştirak etmək üçün məlumat verilsə də, sonuncu ekspertizanın keçirilməsi üçün Anatomiya Birliyinə getməyəcəyini bildirmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubu ilə şəxsin özü ekspertizaya təqdim etməməsi əsası ilə qərardad icrasız olaraq təkrar geri qaytarıldığı qeyd edilmişdir. Tərəf ekspertizanı n keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (Mülki Prosessual Məcəllənin 97.5. maddəsi).

28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, bu normanın tətbiqi üçün məhz tərəflər ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməli və ya onun keçi rilməsinə mane olmalıdırlar. Söhbət burada tərəfin hərəkətsiz davranışından gedir. Əgər tərəf ekspertizanın keçirilməsində iştirakından imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə həmin tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyildirsə, məhkəmə imtina edənin hansı tərəf olmasından, habelə imtinanın həmin tərəf üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilməsi üçün əsas olması faktı təsdiq edilmiş və ya rədd edilmiş hesab edə bilir. Tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ekspertiza keçirilməsindən yayınması (ekspertizanın keçirilməsi üçün getməməsi) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məktubuna əsasən Stomatologiya bölməsinin müdiri Elçin Məmmədovun birinci instansiya məhkəməsinə göndərdiyi rəydə qeyd edilmişdir ki, dişlərin hündürlüyünün çox olması xəstənin dişlərinin qalxmasına səbəb olacaq, bu da sonradan əlavə fəsadlar törədəcək, 23 diş üzərindəki keramik qapaq diş ətinə tam oturmayıb. Qalan taxmalarda elə problem görünmür və xəstənin özünü qane etmir. Şikayətçi qoyulan implantlardan şikayət etmir, implantlar fərqli vaxtlarda qoyulduğu üçün normal sayıla bilər. Şikayətçinin əvvəlki dişlərini görmədiyi üçün o barədə tam məlumat verə bilmir. İmplantların hər birinin sertifikatı xəstəyə verilmi şdir. Standartlara uyğun implantlardır. Rəydə də iddiaçıya zərərin dəyməsi öz təsdiqini tapmır. Qeyd olunmalıdır ki, ziyanın mövcud olması hissəsində sübutetmə yükü üzərinə düşən iddiaçı ona ziyanın vurulduğunu iddia etsə də, bu halı təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki iddiaçı zərərin əvəzinin ona ödənilməsini tələb etməsi üçün ilk növbədə zərərə məruz qaldığını sübut etməlidir.

31. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ziyanın mövcud olması hissəsində sübutetmə yükü üzərinə düşən iddiaçı ona ziyanın vurulduğunu iddia etsə də, bu halı təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki iddiaçı zərərin əvəzinin ona ödənilməsini tələb etməsi üçün ilk növbədə zərərə məruz qaldığını sübut etməlidir. Bu baxımdan məhk əmə kollegiyası hesab etmişdir ki, iddiaçı ona maddi zərər vurulduğunu təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbi mübahisələndirilən hissədə təmin edilə bilməz.

32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1112-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 76.1, 97.5, 106.1, 384.0.2, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsininin tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş və icra vərəqi verilmiş qətnaməsinin dərhal icra olunması məqsədilə, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında müvafiq yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunanlar göstərilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə hansı xidmətlərinə görə belə böyük vəsait ödənilməsini təftiş etməmiş, ümumiyyətlə onların fəaliyyət istiqamətinin qanunvericiliyə uyğun təşkil olunub-olunmamasını araşdırmamışdır. Cavadeh tərəfindən verilmiş apellyasiya şikayətini qanunsuz icraata götürməkdə məqsəd həqiqəti üzə çıxarmaq deyil, yalnız birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini cavabdehlə sövdələ şildiyi üçün ləğv etmək olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərdiyi məktubda da keyfiyyətsiz iş gördüyünü etiraf etmiş və mübahisələndirməmiş, dişlərin yenidən işlənilməsi üçün iddiaçıya “dəvət” məktubu göndərmişdir. Cavab məktubunda faktiki olaraq etiraf olunmuşdur ki, tələb olunan vəsaiti əldə etmələrinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Halbuki, cavabdehə çoxsaylı müraciətlər edilməsinə, uzaq yol qət edərək onlarla dəfə ora getməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə onu bezdirməyə çalışmışlar. Birinci instansiya məhkəməsində məhkəmə baxışı yekunlaşdıqdan və xx.xx.2021-ci il tarixində qəbul edilmiş qətnamə qanuni qüvvəyə minərək icraya göndərildikdən sonra, cavabdeh M MC-nin “müalicəsinin” nəticəsi olaraq, keyfiyyətsiz, allerqik reaksiyalara səbəb olan materiallardan hazırlanmış və daha sonra yerindən qopmuş abatmentlər, bu fəsadların aradan qaldırılması üçün müraciət etdiyi başqa klinikada tamamilə sökülmüş, peşəkar uzman tərəfindən müalicə edilərək, toxumalarla bioloji uyğunluq xüsusiyyətinə malik olan implant əkilməklə yenidən işlənilmişdir. Bununla bağlı məhkəmə kollegiyasına arayış təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi araşdırma apararkən cavabdehin qanunun tələbini pozmaqla fəaliyyət göstərdiyini müəyyən etmiş və buna iddianı qismən təmin etməklə hüquqi qiymət vermişdir. Lakin apellayasiya instansiyası cavabdehi müdafiə etməyə köklənmişdir. Sanki cavabdehin qanunları pozmaqla fəaliyyət göstərməsinin, ora müraciət etmiş şəxsləri müalicə d eyil, talamaqla məşğul olmasının təqsirkarı kimi birinci instansiya məhkəməsi göstərilmişdir. Vacib məqamlardan biri odur ki, xəstəyə tibbi müdaxilədən əvvəl tibbi müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir. Cavabdeh MMCnin məqsədi onlara müraciət etmiş vətəndaşların sağlamlığına xidmət göstərmək deyil, əksinə həmin şəxsləri şikəst edərək, özlərinin həmişəlik gəlir mənbəyinə çevirmək olmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi mülki məhkəmə icraatı haqqında qanunvericiliyə, mülki məhkəmə icraatının vəzifələrinə və iş üzrə məhkəmə baxışının prinsiplərinə uyğun qəbul edilməmiş, apellyasiya instansiyasında qanunsuz icraata götürməklə iş üzrə qəbul edilmiş məhk əmə qətnaməsi hakimlərin özlərinin qulluq mövqeyinə görə irəli sürdükləri hüquqi dəlillərlə əsaslandırılmışdır. Cavabdeh məhkəmə təhqiqatına heç bir sübut təqdim etməmiş və yalnız məhkəmə kollegiyasının təkidi ilə apellyasiya instansiyasına internet səhifələrindən oğurlanmış sənəd şəkillərini sübut kim təqdim etmiş və bu “sübutları” nə üçün birinci instansiya məhkəməsinə təqdim etmədiyini əsaslandırmamasına baxmayaraq, məhkəmə kollegiyası formal təyin etdiyi ekspertizadan məhz bu “sənədlər” əsasında cavabdehin xeyrinə rəy verməsini ora göndərdiyi məktubda tələb etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasi ya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının verdiyi kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, kassasiya şikayətində yalnız işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması qanunun tələblərinə uyğun olaraq əsaslandırılmamış, hansı maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ətraflı və aydın şəkildə və iş materiallarına istinad edilməklə izah edilməmi ş və məhkəmələrin işin qanuni, düzgün və ədalətli həlli üçün hansı maddi və prosessual hüquq normalarını tətbiq etməli olması göstərilməmiş, kassasiya şikayətinin “dəlillərini” təsdiq edən heç bir sübuta istinad edilməmiş və kassasiya şikayətinin “dəlillərinin” əsasını yalnız subyektiv mülahizələr və fikirlər təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.

41. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlaml ığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Özəl tibbi fəaliyyət” haqqında Azərbaycan Respublikasının Qanunu.

42. Maddə

9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

43. Maddə

16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əl də etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı o lmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

52. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasa siya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 63. a) Qanunda elə bir müddəa olmal ıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 64. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

65. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 66. “M. Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

67. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan maddi və mənəvi zərər tələbi ilə bağlı iddiası üzrə işə baxarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi ziyan cavabdeh MMC-nin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəmə si tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

73. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-72/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar