Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2089/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2089/21 (Açar sözlər: təmir xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(105)-1622/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv. metr olan 55 saylı mənzilinin təmiri üçün xərclədiyi 26.922 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehdən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv.metr olan 55 saylı mənzil in təmiri üçün xərclədiyi 26.861 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli 3 otaqdan ibarət mənzili alqı-satqı yolu ilə “xxxx” MMC-dən alarkən müqavilədə ona təmirli mənzil verilməsi nəzərdə tutulsa da, həmin mənzilin təmiri kafi vəziyyətdə olub. İddiaçı mənzildə yenidən öz hesabına təmir edib. İddiaçının həmin mənzili təmir etdirməsi mülki iş materiallarında olan qaimələrlə, “xxxx” MMC direktorunun, cavabdehin atası Seyidağa Mirzəyevin notariat qaydasında təsdiq edilmiş ərizəsi, həmin mənzildə təmir işlərini aparan ustaların ərizələri, “x xxx” MMC-nin 19 noyabr 2019-cu il tarixli qiymətləndirici rəyi ilə də öz təsdiqini tapır. İddiaçının mənzildə apardığı təmir xərcləri 26.861 manat təşkil edir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 dek abr 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansıyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Aytən Quliyeva kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı o lmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallar ından görünür ki, 14 aprel 2014-cü il tarixli müqaviləyə əsasən “xxxx” MMC Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 110,7 kv.m olan 55 saylı mənzilini İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin bir kvadrat metrinin dəyəri 587 manat, ümumi dəyəri 65.000 manat olmaqla “xxxx” MMC təhvil verməyi öhdəsinə götürüb. “xxxx” MMC 14 aprel 2014-cü il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilib. Bundan sonra, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” MMC İddiaçı və digərlərinə qarşı iddiası təmin edilərək, “xxxx” MMC ilə İddiaçı sözügedən mənzilə dair bağlanmış 20 aprel 2014-cü il və 14 aprel 2014-cü il tarixli m üqavilələrin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi qət edilib. Sonradan həmin işə apelyasiya və kasasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Daha sonra, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 14 aprel 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və Cavabdeh istifadəsinə təhvil verilməsi, qətnamənin tərəflər üçün eyni vaxtda, yəni mənzilin alınmasına görə ödənilmiş pulun geri qaytarılması ilə mənzilin boşaldılmasının eyni vaxtda icra edilməsi qət edilib. Sonradan həmin işə apelyasiya və kasasiya qaydasında bax ılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. İşə əlavə edilmiş “xxxx” MMC 19 noyabr 2019-cu il tarixli qiymətləndirici rəyindən görünür ki, mübahisəli mənzildə aparılmış təmir işlərinin 2014-cü il iyul ayına hesablanmış bazar dəyəri 26861 manat təşkil edir. Eyni zamanda, “xxxx” MMC direktoru Pünhan Qurbanovun ərizəsindən görünür ki, o, 2013-cü ildən “xxxx” MMC-nin direktoru vəzifəsində çalışır. 2014-cü il aprel ayında Cəmiyyətin Ceyranbatan qəsəbəsində inşa etdiyi yüksək mərtəbəli binanın 10-cu mərtəbəsində 55-ci mənzili qarşı tərəfin razılığı ilə İddiaçı alqı-satqı yolu ilə satın alıb. Müqavilədə mənzilin təmirli olduğu göstərilsə də, sonradan baxış zamanı məlum olub ki, mənzil tam təmirli deyildir. İddiaçı mənzili əsaslı şəkildə yüksək səviyyədə təmir etdirib. Həmçinin, Seyidağa Mirzəyevin notarial qaydada təsdiq edilmiş 16 sentyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh onun oğludur, sözügedən mənzili “xxxx” MMC pulunu verərək o, alıb və müqaviləni Cavabdeh adına rəsmiləşdirib. Həmin vaxt Cavabdeh cəmi 19 yaşı var idi, heç bir gəlir mənbəyi yox idi. Mübahisəli mənzili Cavabdeh razılığı ilə İddiaçı satıb. İddiaçı mənzili satan alarkən demək olar ki, mənzil təmirsiz olub. İddiaçı mənzili satın aldıqdan sonra orada təmir işləri aparıb və təmir işlərinə böyük məbləğdə pul xərcləyib. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzili alqı-satqı yolu ilə “xxxx” MMC alarkən müqavilədə ona təmirli mənzil verilməsi nəzərdə tutulsa da, həm in mənzilin təmiri kafi vəziyyətdə olub və o, həmin mənzildə yenidən öz vəsaiti hesabına təmir işləri aparıb. İddiaçının sözügedən mənzildə təmir işləri aparması mülki iş materiallarında olan qaimələrlə, “xxxx” MMC-nin direktorunun, habelə cavabdehin atası Seyidağa Mirzəyevin notarial qaydada təsdiq edilmiş ərizəsi, həmin mənzildə təmir işlərini aparan ustaların ərizələri və “xxxx” MMC 19 noyabr 2019-cu il tarixli qiymətləndirici rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdeh kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində sözügedən mənzildə təmir işlərini öz vəsaiti hesabına apardığını, iddiaçının həmin mənzildə heç bir təmir işləri aparmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər mülki iş materialları ilə öz təsdiqini tapmır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavbdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(105)-1622/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2089/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2089/2021
27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver