Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-209/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: Əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın yaxşılaşdırılması xərclərinin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 310/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. İşdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Hazırkı iş üçün preyudisial əhəmiyyəti olan Abşeron Rayon Məhkəməsinin 2(012)126/2021 saylı, 16 may 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində İddiaçı at ası X2 tərəfindən iki yaşayış evi və 1 köməkçi tikili inşa edilmişdir.
3. İddiaçının atası Sakit Haxverdiyev xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində yerləşən 0.069.3 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin bazar qiyməti olaraq 205.000 manat pulun iş üzrə Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası mərhum X8 rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha mübahisəli torpaq sahəsini Cavabdeh 2001-ci ildə almış və o etibarnamə əsasında torpağı satmışdır. Cavid Haxverdivevin atası Haxverdiyev Saki t sağlığında iki ədəd fərdi vaşayış evinin eskiz layihəsini 2011-ci ildə hazırlatmış və bundan sonra X10 adına 3-cü və sonuncu etibarnaməni 10 illik vermişdir, 2017-ci il tarixdə İddiaçı atası Haxverdiyev Sakit sənədləşdirmələrini məcburiyyətdən Xaliqin adına aparmış, lakin ümumi xərci atası Haxverdiyev Sakit çəkmişdir. Sənədlərin düzəliş edilməsi və ailə üzvlərindən birinin adına satılmasını nəzərdə tutmuşdur. Əvvəlcə həyətdə 1 mərtəbəli, 1 ev tikilmiş və ailəlikcə orada yaşamışlar. Sonradan eyni torpaqda digər qardaşı üçün daha 2 mərtəbəli ev tikilmişdir. İddiaçı 19 il həmin evdə və torpaqda yaşamış və bu vaxtacan heç kəs onları narahat etməmişdir. Lakin Cavabdeh 20 fevral 2018-ci il tarixdə atası Haxverdiyev Sakitin ölümündən sonra, “torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edil məsi və torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı, onun ailə üzvlərinin və digər şəxslərin guya iddiaçıya məxsus olan ünvan 1i ərazisində yerləşən 0.0693 ha torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin Cavabdeh tərəfindən tikdirilməsini İddiaçı qəbul etməmiş, İddiaçı və dindirilən şahidlər isə həmin tikilinin İddiaçı atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlar Sakit Haxverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsin in üzərindəki tikililər Sakit Haxverdiyev tərəfindən tikilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1164/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin əvəzi olaraq 192.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutulması qət edilmişdir. 7. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tik ilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 76,23 kv.metr və 162,77 kv.metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,0693 ha torpaq sahəsinin 25 may 2022-ci il tarixinə bazar dəyəri 192.000 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin cavabdehə aid olması, iddiaçı tərəfindən isə öz vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi işin mübahisəsiz halıdır. Həmçinin, iş materiallarında olan müvafiq məhkəmə qətnaməsi əsasında İddiaçı mübahisə predmeti olan torpaq sahəsində çıxarılması qət edilmişdir. İndiki halda iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin cavabdeh (həmin torpaq sahəsinin sahibi qismində çıxış edən) tərəfindən ona geri qaytarılmasını tələb edərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəfindən isə iddia tələbi üzrə məhkəməyə heç bir sübut vasitəsi təqdim edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehə aid olduğundan və iddiaçı tərəfindən qanuni əsas olmadan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi aparıldığından və indiki halda müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı həmin torpaq sahəsində çıxarıldığından, iddiaçının həmin torpaq sahəsində (qanuni əsas olmadan əldə etdiyi əmlak üzrə) apardığı yaxşılaşdırmaların, gördüyü işlərin, ç əkdiyi xərclərin (həmin əmlakdan ayrılması mümkün olmadığından) ona qaytarılmasını tələb etmək hüququ yaranmışdır.
10. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən cavabdehə məxsus torpaq sahəsində gördüyü işlər (fərdi yaşayış evinin tikintisi üçün), çəkdiyi xərclərin dəyərinin 205.000 manat olduğunu qeyd etsə də, məhkəmə araşdırması çərçivəsində qeyd edilən halın müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekspert rəyi əsasında mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyərinin 192.000 manat olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin dəyəri məhz qeyd edilən ekspert rəyi əsas götürülməklə, müəyyən edilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 21.2, 1091.1, 1091.2, 157.6, 157.7, 1092.1, 1092.2, 1093.1, 1094-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 119.1, 216-220, 238-242-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e -2(005)-1164/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmiş, işdə mövcud olan sübutlara əsaslanmadan qərar qəbul edilmişdir. Şübhəsiz ki, məhkəmə qərar qəbul edərkən Cavabdeh mübahisələndirilən obyektlər üzərindəki mülkiyyət hüququnun mövcudluğunu və bunun hüquqi nəticəsinə əhəmiyyət verməmişdir. ünvan 1i ərazisində yerləşən 0.0693 ha mübahisəli torpaq sahəsi vaxtilə Cavabdeh məxsus olmuşdur. 2001-ci ildə o, İddiaçı atası mərhum Sakit Haxerdivevə etibarnamə verərək onun adından həmin torpaq sahəsində müəyyən işlər görməyi etibar etmişdir. Daha sonra cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmiş, bu torpaq sahəsində tikinti aparılan zaman, həmin tikintidə cavabdeh İddiaçı mərhum atası Sakit Haxverdiyev usta kimi çalışmışdır. Sonradan bu əmlakların cavabdehin adına rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sözü gedən torpaq sahəsində aparılan tikililər Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra oğlu, hazırki iş üzrə iddiaçı ailəsi ilə birgə həmin fərdi yaşayış evində məskunlaşaraq cavabdehi mülkiyyət hüququndan məhrum etmişlər. Hazırkı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair çıxarışlarda mülkiyyət hüququnun cavabdehə məxsus olduğu göstərilir. Yəni bu o deməkdir ki, torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililər hazırda onun xüsusi mülkiyyətindədir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin torpaq sahəsi üzərindəki tikililərin iddiaçı tərəfindən inşa edilməsinə dair gəldiyi nəticə cavabdehin mülkiyy ət hüququnu təsdiq edən çıxarışla nəinki ziddiyyət təşkil edir, hətta bu sənədin heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini bildirir. Deməli, etibarnamənin mövcudluğu alğı-satqı münasibətlərinin sadəcə şəxsi fərziyyələrə əsaslandığını açıq-aşkar nümayiş etdirir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Rəsmi qaydada Cavabdeh heç bir məhkəmə bildirişi göndərilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istinad etdiyi məhkəmə qərarı heç bir məcburi qüvvəyə malik deyildir və preyudisial əhəmiyyət daşımır. Ona görə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahis ələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki qətnamənin çıxarıldığı vaxt – xx.xx.2022-ci tarixdə işə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmaqda idi. Həmin iş üzrə yekun qərar isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1164/2022 saylı qətnaməsinin qəbulundan uzun müddət sonra qəbul edilmişdir. Qanuni qüvvəyə minməmiş qətnaməyə və təsdiqlənməmiş faktlara əsaslanması sözügedən qətnamənin mötəbərliyinə ciddi şüb hə yaradır.
14. İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf bildirir ki, onlar orada qanunsuz olaraq yaşayıblar, istifadə eləyiblər, cavabdehin xəbəri olmadan ekspertiza keçirilib. Əslində bu torpağı satın almayıblar, qarşı tərəf torpağı etibarnamə ilə alıb. İddiaçının rəhmətlik atası torpağı etibarnamə ilə verib. Cavabdeh pul tələbi ilə bağlı iddia qaldıra bilərdi. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin və Ali Məhkəmənin qərarına əsasən qanuni şəkildə torpaq onlara verilib, sadəcə olaraq etibarnamə əsasında verilib. Onlar sadəcə olaraq çəkdiyi xərcləri geri istəyirlər. Ekspertiza ilə bağlı bildirmək istəyir ki, tərəfin məhkəmənin gedişindən xəbəri olmuşdur. Dəfələrlə təxirə salınmışdır. Məhkəmə qiymət vermişdir ki, onlar qanuni şək ildə torpaqdan istifadə ediblər. Mülki Məcəllənin 335.2-ci maddəsi 2005-ci ildə qanunvericilikdən çıxarılmışdır. Qanunsuz sahib olmayıblar, zəbt etməyiblər. Ekspert 2 mərtəbəli ev üçün tikinti və təmir işlərinin dəyərini 81400 manat, əlavə tikili üçün 4544 manat hesablamışdır. İddiaçı vicdanlı alıcıdır, cavabdeh pulu versə iddiaçı oradan çıxar. Ali Məhkəmənin qərarı ilə tikilinin iddiaçının atası tərəfindən tikilməsi təsdiqini tapmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-1616/2-10/8960-9/9173 nömrəli ekspert rəyində qeyd edilir ki, 1-ci sual üzrə tədqiq olunan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 76,23 kv.metr, 2 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 162,77 kv.m etr təşkil etdiyini, eləcə də, ayrı-ayrı internet saytlarındak məlumatlara əsasən yeni fərdi yaşayış evlərinin tikinti və təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 450 manat başa gəldiyini nəzərə aldıqda, ünvan 1i ərazisində yerləşən 0,0693 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 38100 manat, 2 mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 81400 manat məbləğində müəyyən edilir. ünvan 1i ərazisində yerləşən 0,0693 ha torpaq sahəsində yaxşılaşdırma işlərinin aparıldığı, belə ki, torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qarşısında 116,5 kv.m hissənin tamet daşları ilə üzləndiyi, 2 mərtəbəli fərdi yaşayış evin in qarşısında 114,2 kv.m hissənin isə beton məhlulu ilə üzləndiyi, aparılmış yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 4544 manat məbləğində müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-310/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e2(005)-1164/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 124044 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 414 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissənin iddiaçının özünə aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 m anatının iddiaçıdan cavabdehin xeyrinə tutulması, qalan hissəsinin cavabdehin özünə aid edilməsi, işə birinci instansiya məhkəməsində baxılması zamanı qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutulması, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertiza xərci 100 manat məbləğində pul İddiaçı tutulması qət edilmişdir. (hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə)
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi isə torpaq sahəsi i lə birlikdə əmlakın bazar dəyəri məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması qənaətinə gəlməklə səhvə yol vermişdir.
18. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/8960-9/9173 nömrəli ekspert rəyini mötəbər sübut qismində qiymətləndirərək hesab etmişdir ki, ünvan 1i ərazisində yerləşən 0.069.3 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi və yaxşılaşdırma üçün çəkilmiş xərclərin dəyəri 124044 (38100 + 81400 + 4544) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının da pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə iclası barədə bildiriş cavabdehi n qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məktub bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq cavabdehə həmin ünvana təkrar olaraq məktub göndərilmişdir. Cavabdehə sms bildiriş isə göndərilməmişdir.
20. Məhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)3318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixdə işə baxaraq qanuni qüvvəsini almamış məhkəmə aktlarına əsasən işin mübahisəsiz hallarını müəyyən etmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6, 157.7-ci maddələrinə, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 135.2, 135.6ci m addələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il, 2(103)-310/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilib işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 359.3, 362.1-ci maddələrinin pozuntusuna istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmiş, işdə mövcud olan sübutlara əsaslanmadan qərar qəbul edilmişdir. Şübhəsiz ki, məhkəmə qərar qəbul edərkən Cavabdeh mübahisələndirilən obyektlər üzərindəki mülkiyyət hüququnun mövcudluğunu və bunun hüquqi nəticəsinə əhəmiyyət verməmişdir. Hazırki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair çıxarışlarda torpaq üzərində mülkiyyət hüququnun cavabdehə məxsus olduğu göstərilir. Yəni bu o deməkdir ki, torpaq sahəsi üzərində inşa edilmiş tikililər hazırda onun xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin torpaq sahəsi üzərindəki tikililərin iddiaçı tərəfindən inşa edilməsinə dair gəldiyi nəticə cavabdehin mülkiyyət hüququnu təsdiq edən çıxarışla nəinki ziddiyyət təşkil edir, hətta bu sənədin heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini bildirir. Halbuki “Daşınmaz əmlakıın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbay can Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
25. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
26. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
34. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
35. Hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2021 saylı, 16 may 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsi İddiaçı atası X1 etibarnamə əsasında qanuni sahibliyində və istifadəsində olarkən iki yaşayış evi və 1 köməkçi tikili inşa edilmişdir.
36. İşdəki ekspert rəylərinə əsasən qeyd edilən tikililərin torpaq sahəsi ilə birlikdə dəyəri 192.000 manat, yalnız tikintiyə çəkilmiş xərc çəkilmiş xərclərin dəyəri 124044 manat təşkil etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırda X1 vərəsəsi kimi MM -nin 157.6, 157.7-ci maddələrinə əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsində atası (vicdanlı sahib) tərəfindən inşa edilmiş tikililərə çəkilmiş 124044 manat yxşılaşdırma xərcinin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Kassasiya şikayətindəki mülahizələrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən vicdanlı sahibin əmlaka çəkilmiş yaxşılaşdırmaların dəyərini mülkiyyətçidən tələb etmək hüququ olduğundan bu mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz.
39. Mübahisələndirilən məhkəmə qətnaməsində məhkəmə iş üzrə gəldiyi nəticəni sübutlara istinad etməklə əsaslandırdığından məhkəmə qətnaməsinin əsaslandırılmadığına dair kassasiya şikayətinin dəlili də əsassız hesab edilir.
40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilmədiyindən, qəbul edilmiş qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2024-cü il tarixli, 2(103)310/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.