Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2091/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs X5nə) qarşı “su arxının və gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq kəsilmiş torpaq sahəsinə gələn su arxının və həmin arxın yanında 2 (iki metr) enində gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıiddiatələbini onunlaəsaslandırmışdır ki, o,1980-ci ildən X5 kəndinin yerli sakinidir. Ərizəsi əsasında X5nin 28 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondu torpağından sahibkarlıq məqsədi ilə 0,54 ha torpaq sahəsi almışdır. Mülkiyyətçisi olduğu həmin torpaq sahəsində, o, müxtəlif kənd təsərrüfatı bitkiləri - qarğıdalı, yonca və meyvə ağacları əkib becərir. Təxminən 3 ay əvvəl ona məxsus torpaq sahəsinə gələn su arxını X5 kənd sakini Cavabdeh özünün qanunsuz olaraq zəbt etdiyi bələdiyyə torpağından keçən hissəsindən tamamilə kəsərək, doldurub yararsız vəziyyətə salmışdır. Bunun səbəbini ondan so ruşduqda cavabdehin ona cavabı bu olmuşdur ki, “mən sizə su arxı verməyəcəyəm, bura mənim şəxsi ərazimdir”. O, bu məsələnin həll olunmasıüçün X5nin sədri X3 müraciət etmişdir. Bələdiyyə sədri onun müraciəti ilə bağlı münaqişəli əraziyə gəlib baxmış və su arxının açılması ilə bağlı Cavabdeh lazımı məsləhətlər, göstərişlər verməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Cavabdeh qanunsuz zəbt edib götürdüyü bələdiyyə torpağından ona məxsus torpağa gələn su arxını və həmin arxın yanındakı gediş-gəliş yolunu kəsmişdir. Tərtər Rayon Məhkəməsinin (hakim Həsən Qəniyev) 03 iyun 2015-ci il tarixli, X5 qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz kəsilmiş torpaq sahəsinə gələn su arxının və arxın yanından gediş-gəliş üçün iki metr enində yolun açılması tələbinə dair iddiası təm in edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Şəfiqə Əliyeva-sədrlik edən və məruzəçi, Rəhman Muradov, Zərbəli Zərbəliyev) 14 mart 2016-cı il tarixli, X5 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Tərtər Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, X5 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əsəd Mirzəliyevsədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vəfaddin İbayev) 09.08.2016-cı il tarixli, X5 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2016-cı il tarixli, X5 saylı qətnaməsinin ləğv edilərək, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Azər Bayramov-sədrlik edən və məruzəçi Loğman Süleymanov, İspəndiyar Şəfiyev) 20 iyun 2017-ci il tarixli, X5 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Tərtər Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, X5 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələsgər Əliyevsədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 06 mart 2018-ci il tarixli X5 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, X5 saylı qətnaməsinin ləğv edilərək, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi Çingiz Məmm ədov və Teyyub Muxtarov) 10 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, X5 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan X5 kəndində yerləşən 5400 kv.m olan torpaq sahəsinə gedən su arxı və onun yanında olan 2 metr gediş-gəliş yolunun açılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Cavabdeh və Nəcəfova Rasimə Hilal qızı kasasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kasasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, su arxı və onun yan-yörəsində olan 0,12 ha torpaq sahəsi onun həyat yoldaşı Nəcəfova Rasimə Hilal qızının xüsusi mülkiyyətində olmasına dair sənədlər təqdim edilmişdir. Nəcəfova Rasimə Hilal qızının ağır cərrahiyə əməliyyatı keçirməsi ilə əlaqədar, yəni üzrlü səbəbdən apelyasiya məhkəməsinin iclasına gələ bilməmişlər. Qaradağlı Bələdiyyəsi saxta arayış verməklə torpağın onların mülkiyyətlərində olması faktını gizlətmiş, nəticədə apelyasiya məhkəməsi qətnaməsinə həqiqətə uyğun olmayan faktlar yazaraq dövlətin qoyduğu qayda-qanunu inkar etmiş, bilərəkdən, yaxud bilmədən tamamilə qanunsuz qətnamə çıxarmışdır. Proses sual məsələlər: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Tərtər rayonu Qaradağlı-İ Bələdiyyəsinin 28 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən Tərtər rayonu Qaradağlı -Bələdiyyəsinin mülkiyyətində olan yararsız torpaq sahəsindən 0,54 ha torpaq sahəsi X5 kənd sakini İddiaçı satılmış, həmin torpağı satılmasına dair akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsində 05 iyun 2007-ci il tarixdə 529 nömrə ilə qeydə alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş A seriyalı, 017903 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Eyni zamanda, Tərtər rayon Qaradağlı kənd yerli aqrar islahat komissiyasının sədri İ.Səfərəliyev və R.Şirinova (əmlak payı alan) tərəfindən imzalanmış 09 dekabr 1999-cu il tarixli, 99 nömrəli “Əmlakdan pay haqqının verilməsi barədə akt”dan görünür ki, 1383978,0 (bir milyon üç yüz səksən üç min doqquz y üz yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmiş taxıl anbarı R.Şirinovaya verilmişdir. X5nin 21 yanvar 2013-cü il tarixli, 32 nömrəli arayışında göstərilmişdir ki, Nəcəfova (Şirinova) Rasimə Hilal qızına Qaradağlı kəndində 1969-cu ildə tikilmiş taxıl anbarı 1383978,0 (bir milyon üç yüz səksən üç min doqquz yüz yetmiş səkkiz) manat qiymət müəyyən edilməklə, 0,12 hektar torpaq sahəsi ilə birlikdə, islahat komissiyası tərəfindən 09 dekabr 1999-cu ildə satılmışdır. Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(061)-1490/2015 saylı qətnaməsindən və həmin məhkəmənin 15 fevral 2016-cı il tarixli məktubundan görünür ki, həmin qətnamə ilə iddiaçı X5nin sədri X1 cavabdehlər Nəcəfova Rasimə Hilal qızı və Cavabdeh qarşı onlar tərəfindən qanunsuz zəbt olunmuş bələdiyyə mülkiyyəti olan t orpaq sahəsinin cavabdehlərdən alınıb bələdiyyə mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməmişdir və göstərilən qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2017ci il tarixli, 495 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 07 saylı Bərdə LTİ-nin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarında müəyyən edilmişdir ki, Qaradağlı kolxozunun baş planına əsasən təsərrüfatın maşın traktor parkına məxsus torpaq sahəsi olmuşdur. İddiaçı sahibkarlıq məqsədilə verilmiş 0.54 ha torpaq sahəsi də həmin ərazidən verildiyinə görə nə təsərrüfatın baş planında, nə də iddiaçıya verilən sənəddə həmin torpaq sahəsinə gedən su arxı və su yolu görünmür. Mütəxəssis rəyinin məl umatlarına əsasən, Cavabdeh faktiki həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsinin ona məxsus olmasına dair heç bir rəsmi sənəd olmadığından, iddiaçı M.Hacıyevin torpaqdan istifadəsinin Cavabdeh mülkiyyət hüququnun pozub-pozmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2019cu il tarixli 5912 nömrəli əlavə məhkəmə ekspertizasının rəyindən görünür ki, mübahisələndirilən ərazi X5 kəndinin şərq hissəsində yerləşdiyi, ərazinin 2009-cu il üçün çəkilmiş ortofoto şəkillərindən göründüyü kimi, tərəflərin mübahisələndirdiyi ərazidə əvvəllər su arxı və gediş gəliş yolunun olmadığı müəyyən edilmişdir. İddia edilən mübahisələndirilən torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyi və hal-hazırda onun istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunan X5 Bələdiyyəsinin arayışında göstərilən kimi cavabdehlər Cavabdeh və Nəcəfova Rasimə Hilal qızı ilə heç bir torpaq alqı-satqısı və ya icarə müqaviləsi bağlanmayıb. Mübahisələndirilən torpaq sahəsində su arxının və gediş-gəliş yolunun açılmasının faktiki vəziyyətdə mümkün olduğu müəyyən edilmişdir. X5 bələdiyyəsinin mübahisələndirilən ərazi üzrə Baş planı olmadığı üçün ərazinin 2009-cu il üçün çəkiliş ortofoto şəkili əlavə olunur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq və əlavə məhkəmə ekspertizasının verdiyi rəyə əsaslanaraq hesab etmişdir ki, iddia edilən mübahisələndirilən torpaq sahəsi Cavabdehtərəfindən qanunsuz olaraq istifadə edildiyindən, mübahis ələndirilən torpaq sahəsində su arxının və gediş-gəliş yolunun açılmasının faktiki vəziyyətdə mümkün olduğu ekspert tərəfindən müəyyən edildiyindən və X5 Bələdiyyəsinin 47 nömrəli 10 iyul 2019-cu il tarixli arayışına əsasən İddiaçı məxsus 0,54 ha torpaq sahəsinə gedən su arxı və onun kənarında 2 metr gediş-gəliş yolunun Qaradağlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsinə etiraz etmədiyindən Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan X5 kəndində yerləşən 5400 kv.m olan torpaq sahəsinə gedən su arxı və onun yanında olan 2 metr gediş-gəliş yolu açılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq M əcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbi i axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, işdə olan ekspert rəyi digər sübutlarla öz təsdiqini tapdığından və onların qəbul edilməməsi üçün əsaslar olmadığından onlar mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətini n dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinə hüquqlarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin torpaq sahəsinin Rasimə Nəcəfovaya satılmış taxıl anbarının yerləşdiyi torpaq sahəsi olması barədə də hər hansı mötəbər sənəd iş materiallarında mövcud deyildir. Həmçinin apellyasiya instansiya məhkəməsi bütün iclaslar barədə cavabdehi lazımi qaydada məlumatlandırmış, bu barədə iş materiallarına poçt xəbərnamələri əlavə edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş R.Nəcəfovanın xəstə olmasına dair sənədlər 2019cu ilin aprel-may aylarına aid olsa da, iş üzrə sonuncu məhkəmə baxışı 10.07.2019-cu il tarixdə keçirilmişdir. Buna görə də, həmin sənədlər məhkəmə iclasında iştirak edilməməsi üçün üzürlü səbəb ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2091/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2091/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver