Məhkəmə qərarları › İş №2(102)-2091/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2091/2024

28.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2091/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-820/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 avqust tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasındakı nikah Bakı şəhər i, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 25 mənzil 30; Yeni qaydalarla AZ 1100, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 65, M 8, mənzil 2 İddiaçı adına 05 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Bakı şəhəri, M.Hadi küçəsi, ev 152-də yerləşən 3 saylı mənzil Cavabdeh adına 14 avqust 2004-cü ildən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 25, mənzil 30 ilə bağlı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, Cavabdeh mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərinə son qoyulması və onun mənzildən çıxarılması, hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 100 manat, cəmi 600 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, Cavabdeh keçmiş həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdəaralarındakı nikah pozulmuşdur. Ailə münasibətləri pozulduğu andan cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 25, mənzil 30-da yaşayır. İddiaçı isə iki övladı ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, M.Hadi küçəsi, ev 152, mənzil 3-də ya şayır. Cavabdeh mülkiyyətində olan mənzildən çıxmadığı üçün mülkiyyət hüquqlarını pozur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) e-2(004)4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını tələb etsə də, işin mübahisəsiz halı odur ki, mənzil birgə nikah dövründə alınmışdır. Mənzil birgə nikah dövründə əldə edildiyindən, hazırki dövrədək tərəflər arasında əmlak bölgüsü həyata keçirilmədiyindən, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməlidir. Belə olan halda iddiaçının qeyd olunan əsaslarla cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddiası əsassızdır.

8. Məhkəmə bildirmişdir ki, işin hallarından göründüyü kimi tərəflər arasında nikah 2019-cu ildən pozulsa da, ötən müddət ərzində onlar arasında əmlak bölgüsünə dair iddia qaldırılmamış və ya rəsmi notariat qaydada razılıq əldə edilməmişdir. Tərəflərin şifahi razılığına əsasən iddiaçı cavabdehə məxsus, cavabdeh isə iddiaçıya məxsus evdə yaşamışdır. Tərəflərin gəldiyi razılaşma hər iki tərəfin iradə ifadəsini əks etdirdiyindən istər iddiaçı, istərsə də, cavabdeh ötən müddət ərzində aralarında olan razılaşmaya əsasən biri digərinin mülkiyyətində olan mənzillərdə yaşamaqla əmlak bölgüsünə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər.

9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, həmçinin cavabdehin tərəflər arasında nikah pozulduqdan sonra üç il ərzində əmlak bölg üsünə dair iddia qaldırmadığından, əmlak bölgüsünə dair iddia müddətini ötürdüyündən iddianın təmin edilməsi barədə mülahizəsinə münasibətdə qeyd etmişdir ki, hazırki mübahisənin predmeti ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlakın bölgüsü deyil, mənzildən çıxarılmadır. Belə olan halda məhkəmə əmlak bölgüsünə dair 3 illik iddia müddətinin ötürülüb-ötürülməməsinin müzakirəsini məqsədə müvafiq hesab etmir. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin axımı tərəfin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır.

10. Mənzildən çıxarılma ilə bağlı iddia hal-hazırda irəli sürüldüyündən, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin də hüquqlarının pozulduğunu bildiyi andan əmlak bölgüsü tələbi ilə müraciət etmək hüq uqu onun subyektiv hüququdur. Lakin belə bir iddia olmadığından və nə qədərki əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirilmədiyindən, eləcə də, tərəflər arasında əmlak bölgüsünə dair saziş olmadığından, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və beləliklə də, tərəflərin ümumi paylı mülkiyyəti sayıldığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135.2, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 33.1, 36.1, 36.3, 36.9-cu m addələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra– MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə işin faktiki hallarına əsasən qanuna uyğun olmamaqla, ədalətsizdir və mülkiyyətinə qəsd kimi qiymətləndirir. Məhkəmə mülkiyyət hüququnun pozulmasını aradan qaldırmamış, hətta mülkiyyətinə edilən qəsdi qanuniləşdirmişdir. Məhkəmə onun əsaslı tələbini rədd etməklə Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qətnaməyə görə o, mübahisəli mənzili n mülkiyyətçisi olsa da, cavabdehi mülkiyyətində olan mənzildən çıxara bilmir, öz istədiyi kimi mülkiyyətinə sahib ola və ondan istifadə edə bilmir. Cavabdehin sübutsuz söz yığımını məhkəmə qəbul edib belə nəticəyə gəlmişdir ki, onların arasında razılıq olduğu üçün cavabdeh mənzildən çıxarıla bilməz. Əvvəla, bununla bağlı onların arasında heç bir razılıq olmayıb. İkincisi, daşınmaz əmlakla bağlı hər hansı razılıq (müqavilə) notariat qaydasında təsdiq edilməlidir. Əks halda, hüquqi nəticələr yaratmır. Cavabdeh hər dəfə söz verirdi ki, mənzilindən çıxacaq. Hətta mənzilini ondan almağa belə əvvəl razı olsa da, sonradan fikrini dəyişmişdir. Bu fakt məhkəmə iclasının video yazısı ilə təsdiqlənir. Beləliklə, məhkəmə onların arasında olan mübahisəni həll etməmiş, absurd və qanunsuz qətnamə çıxarm ışdır. Onun və cavabdehin mülkiyyətində olan mənzillər nikah pozulduqdan sonra bölünmədiyi üçün hər birinin adına olan adına dövlət qeydiyyatına alınan hər birinin mülkiyyəti hesab edilir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) 2(103)-820/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yalnız cavabdehin çıxarılmasını tələb etdiyi mənzil mülkiyyət hüququ əsasında adına qeyd olunduğu üçün hazırki iddianı irəli sür müşdür. Lakin nəqədərki qeyd olunan mənzil tərəflərin birgə nikahı dövründə əldə edilib və bu fakt işin mübahisəsiz halıdır, mənzilin bölünməsinə dair iddia həll edilməyənədək hazırki iddia əsaslı ola və təmin edilə bilməzdi.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırki iddianın əsaslılığı baxımından iddianın yalnız müddətin keçməsinə görə təmin edilməsi də ədalətli hesab edilə bilməz. Çünki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdirsə və ümumi birgə mülkiyyətdədirsə, yalnız ümumi mülkiyyətin rejiminin dəyişməməsinə, yəni nikah pozulduqdan sonra mənzilin ümumi birgə mülkiyyətdən yalnız üç illik müddət ərzində bölünməklə paylı mülkiyyətə keçmədiyinə görə cavabdehin həmin mənzil üzərindəki ümumi birgə mülkiyyət hüququnu itirməsi faktı mahiyyət et ibarı ilə mülkiyyət hüququnun fəlsəfəsinə zidd olardı. Çünki, yalnız üç illik müddətin keçməsi daşınmaz əmlak üzərində həqiqətən yaranmış ümumi birgə mülkiyyət hüququnun itirilməsinə səbəb ola bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qətnaməni ədalətsiz hesab edib mülkiyyətinə qəsd kimi qiymətləndirsə də cavabdehin də həmin mənzil üzərində birgə mülkiyyət hüququ olduğunu unudub yaxud unutduğunu nümayiş etdirmək istəyir. Ona görə də mənzilin mülkiyyət hüququ əsasında adına qeydə alınması həmin mənzilə birgə mülkiyyət hüququ olan cavabdehi hazırki vəziyyətdə mənzildən çıxara bilməsi üçün əsas deyildir. Tərəflər arasında birgə nikah dövründə əldə etdikləri mənzillərlə bağlı ayrı-ayrı vaxtlarda danışıqların və müəyyən razılıqların olması da iş materiallarından g örünür. Ən azından belə danışıq və razılıqlar olmasaydı iddiaçı cavabdehin, cavabdeh isə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzillərdə bugünədək yaşamazdılar. Şərt deyil ki, bu cür razılıq notariat qaydasında təsdiq edilmiş olsun.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, artıq cavabdeh tərəfindən qeyd olunan mənzilin bölünməsinə dair məhkəmədə iddia qaldırıb. Əlbəttə ki, hazırkı iş üzrə iddiaçının göstərdiyi dəlillər, yəni üç illik iddia müddətinin keçməsi qeyd olunan işdəkeçərli olacağı təqdirdə bu işdəki iddiaçının yeni əsasla, hazırki iddia ilə eyni məzmunlu iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ yaranacaqdır.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.2, 225.1, 225.6-cı mad dələrinə, habelə Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.1. və 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir

22. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin iddiaçıya məxsus olan həmin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozmuş və birbaşa onun mülkiyyət hüquqlarınnı həyata keçirməsinə qəsd etmişdir. İddiaçıməsələni qanuna uyğun olaraq həll etmək məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Lakin həm Yasamal Rayon Məhkəməsi, həm də BakıApellyasiya Məhkəməsi cavabdehin iddiaçının mülkiyyətinə qəsd etməsi halını qanuniləşdirmiş və bu hala qanuni don geyindirmişdir. Cavabdeh öncəki məhkəmələrdə mənzillərlə bağlı tərəflər arasında razılığın olmasını bildirsə də, bu barədə heç bir sübut təqdim edilməmişdir. Hər hansı sübutun təqdim edilməməsinə baxmayaraq məhkəmə cavabdehin bu fikrinə əsaslanaraq razılıq olduğunu düşünmüşdür. Məhkəmənin bu qənaətə necə və haradan gəldiyi anlaşılan deyil. Halbuki, tərəflər arasında olan yazışmalar bu fikrin həqiqətəuyğun olmadığını açıq göstərməkdədir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində məhkəmənin özünün də qeyd etdiyi kimi iddia tələbi “mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma” tələbi olsa da, məhkəmə iddia tələbindən kənara ç ıxaraq iddiaya fərqli mövqedən yanaşmış və sanki “əmlak bölgüsü” iddiası üzrə sözügedən mənzilin bölgüsünü apararaq cavabdehin həmin mənzilə hüquqlarını tanımış və dəfələrlə həmin mənzilin birgə nikah dövründə əldə edildiyini vurğulamış, hətta əmlak bölgüsü üzrə iddia müddəti məsələlərinə də hüquqi qiymət vermiş və iddiaya digər mövqedən yanaşaraq hüquqi dəyərləndirmə aparmışdır. Hazırda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlıməhkəmə prosesi Xətai Rayon Məhkəməsində X1 icraatındadır. Cavabdeh bu barədə apellyasiya məhkəməsinin iclasında vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, bu halı apellyasiya məhkəməsi qətnamədə xüsusi olaraq qeyd etmişdir. Qətnamədən də göründüyü kimi əmlak bölgüsü məsələ si həll edilməyənədək hazırki iddia əsaslı ola bilməz və yekun məhkəmə aktı çıxarılmamalı idi. Bu səbəbdən də Xətai Rayon Məhkəməsində davam edən iş üzrə çıxarılacaq yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək BakıApellyasiya Məhkəməsinin 2(103)-820/2024 saylı işi üzrə icraat dayandırılmalı idi. BakıApellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əməl etmədən hazırki qətnaməni qəbul etmiş və bu prosessual hüquq normasının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sər əncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya ba şqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

31. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanm ış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

32. Maddə

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

33. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan payla r və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

34. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

35. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

36. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məh kəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2.Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yalnız cavabdehin çıxarılmasını tələb etdiyi mənzil mülkiyyət hüququ əsasında adına qeyd olunduğu üçün hazırki iddianı irəli sürmüşdür. Lakin, nə qədərki qeyd olunan mənzil tərəflərin birgə nikahı dövründə əldə edilib və bu fakt işin mübahisəsiz halıdır, mənzilin bölünməsinə dair iddia həll edilməyənədək hazırki iddia əsa slı ola və təmin edilə bilməzdi.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddianın əsaslılığı baxımından iddianın yalnız müddətin keçməsinə görə təmin edilməsi də ədalətli hesab edilə bilməz. Çünki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdirsə və ümumi birgə mülkiyyətdədirsə, yalnız ümumi mülkiyyətin rejiminin dəyişməməsinə, yəni nikah pozulduqdan sonra mənzilin ümumi birgə mülkiyyətdən yalnız üç illik müddət ərzində bölünməklə paylı mülkiyyətə keçmədiyinə görə cavabdehin həmin mənzil üzərindəki ümumi birgə mülkiyyət hüququnu itirməsi faktı mahiyyət etibarı ilə mülkiyyət hüququnun fəlsəfəsinə zidd olardı. Çünki, yalnız üç illik müddətin keçməsi daşınmaz əmlak üzərində həqiqətən yaranmış ümumi birgə mülkiyyət hüququnun itirilməsinə səbəb ola b ilməz.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qətnaməni ədalətsiz hesab edib mülkiyyətinə qəsd kimi qiymətləndirsə də cavabdehin də həmin mənzil üzərində birgə mülkiyyət hüququ olduğunu unudub yaxud unutduğunu nümayiş etdirmək istəyir. Ona görə də mənzilin mülkiyyət hüququ əsasında adına qeydə alınması həmin mənzilə birgə mülkiyyət hüququ olan cavabdehi hazırki vəziyyətdə mənzildən çıxara bilməsi üçün əsas deyildir. Tərəflər arasında birgə nikah dövründə əldə etdikləri mənzillərlə bağlı ayrı-ayrı vaxtlarda danışıqların və müəyyən razılıqların olması da iş materiallarından görünür. Ən azından belə danışıq və razılıqlar olmasaydı iddiaçı cavabdehin, cavabdeh isə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzillərdə bugünədək yaşamazdılar. Şərt deyil ki, bu cür razılıq notariat qaydasında təsdiq edilmiş olsun.

53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, artıq cavabdeh tərəfindən qeyd olunan mənzilin bölünməsinə dair məhkəmədə iddia qaldırıb. Əlbəttə ki, hazırkı iş üzrə iddiaçının göstərdiyi dəlillər, yəni üç illik iddia müddətinin keçməsi qeyd olunan işdə keçərli olacağı təqdirdə bu işdəki iddiaçının yeni əsasla, hazırki iddia ilə eyni məzmunlu iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ yaranacaqdır.

54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qi ymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2024-cü il tarixli, 2(103)-820/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar