Məhkəmə qərarları › İş №2(102)-2093/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2093/2020

24.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2093/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXXoğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(076)746/2019, hakim N.Ş.Paşayev) İddiaçı Cavabdeh1, XXXoğlu, Cavabdeh2 XXX qızı, Cavabdeh6 Faxrəddin qızı və Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşıiddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1, Cavabdeh4, həmçinin XXXoğlu, Cavabdeh2 XXX qızı, Cavabdeh3 və Cavabdeh6 Şəmkir rayonu DəllərCəyir kəndində yerləşən 1.4295 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın reyestr qeydi və həmin tarixdə tərtib edilmiş “Torpaq sahəsinin Plan və Ölçüsü”nün mərhum Cavabdeh1, Cavabdeh4, XXXoğluna aid hissədə qismən ləğv edilməsi, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində yerləşən 1.4295 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Cavabdeh1 miras qalmış 1/6 hissəsinə görə Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə XXXoğlunun adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində yerləşən 1.4295 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Cavabdeh4 miras qalmış 1/6 hissəsinə görə Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə XXXoğlunun adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında 1.4295 he ktar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində XXXoğlunun 3/6 hissədə, Cavabdeh2 XXX qızının 1/6 hissədə, Cavabdeh3 1/6 hissədə və Cavabdeh6 1/6 hissədə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixdə verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestr qeydinin XXXoğlunun 3/6 hissədə payına aid hissədə qismən ləğv edilməsi qət edilmiş, ilkin iddia qalan hissədə rədd edilmiş, Cavabdeh2 XXX qızının İddiaçı və Şəmkir rayon 02 saylı notariat kontoruna qarşı iddiası qismən təmin edilmiş, İddiaçı ilə mərhum Cavabdeh1, Cavabdeh4, həmçinin cavabdehlər XXXoğlu və Cavabdeh2 XXX qızı arasında bağlanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 XXX qızına aid hissədə qismən etibarsız hesab edilməsi qət edilmiş, qarşılı qlı iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-3476/2019, hakimlər F.Ə.Mehtiyev, L.S.Süleymanov və A.V.Bayramov) İddiaçı və ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 XXX qızı və XXXoğlunun apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən XXXverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində yerləşən 1.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri Cavabdeh1, Cavabdeh4, XXXoğlu, Cavabdeh2 XXX qızı, Cavabdeh6 Faxrəddin qızı və Cavabdeh3 Faxrəddin qızının birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh4, XXXoğlu və Cavabdeh2 XXX qızı tərəfindən İddiaçı 3.000 manat satılmışdır. xx xxxxx 2017-ci il tarixdə həmin torpaq sahəsi Cavabdeh1, Cavabdeh4, XXXoğlu, Cavabdeh2 XXX qızı, Cavabdeh6 Faxrəddin qızı və Cavabdeh3 Faxrəddin qızının birgə mülkiyyəti kimi onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh4 xx xxxx 2017-ci il tarixdə, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. xx xxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində yerləşən 1.43 hektar kənd təsərrüfatı t əyinatlı torpaq sahəsi üzərində XXXoğlunun adına 3/6 hissədə, Cavabdeh2 XXX qızının adına 1/6 hissədə, Cavabdeh6 Faxrəddin qızının adına 1/6 hissədə və Cavabdeh3 Faxrəddin qızının adına 1/6 hissədə mülkiyyət hüququ qeydiyyata alınmış və həmin tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx xxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1, XXXoğlu, Cavabdeh2 XXX qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2017-ci il tarixli plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə cavabdehlərin və onların adına sənəd vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddianın həcmini artırılması barədə ərizə verərək Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə Məmmədov Fəxrədin oğlunun adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, o cümlədən XXXoğlunun əməlində qanunsuzluq olması faktına görə barəsində araşdırma aparılması üçün Şəmkir prokuroruna məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda İbrahimova X2 Ramiz Məmməd oğlu və Şəmkir Rayon 2 saylı notariat kontoruna qarşı xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edil mişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İş üzrə alınmış xx xxxxxx 2018-ci il tarixli və xx xxxxx 2019-cu il tarixli məhkəməxətşünaslıq ekspertizası rəylərində, məhkəmə qərardadına əsasən ekspert qarşısında qoyulan suallarda və verilən cavablarda qeyri-dəqiqlik, natamamlıq və ziddiyyətlər mövcuddur. Bu baxımdan yenidən ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, apellyasiya məhkəməsi əsassız olaraq həmin vəsatəti təmin etməməklə mötəbərliyinə əsaslı şübhələr olan həmin rəylərlə kifayətlənmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vək ili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbi onunla əsaslandırımışdı r ki, İddiaçı mübahisəli torpaq sahəsini xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etsə də, cavabdehlər 2017-ci ildə qanunsuz olaraq həmin torpaq sahəsini öz adlarına rəsmiləşdirmiş və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər almışlar. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman notariat orqanına mülkiyyətçilərdən heç kəs getməmiş və həmin müqaviləni heç kəs imzalamamışdır. Ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından apellyasiya məhkəməsinin qətnaməsi ilk növbədə qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertə xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsində olan imzaların kim tərəfindən icra edilməsinin müəyyən edilməsi tapşırılmışdır. xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədəki “Məmmədov” yazısı və onun qarşısındakı imza XXXoğlna və “Cavabdeh1” yazısı və onun qarşısındakı imza Cavabdeh1 məxsusdur. xx xxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən müqavilədəki “Cavabdeh4” yazısının qarşısındakı imza göstərilən şəxsə məxsusdur. Eyni zamanda, həmin torpaq sahəsinin yetkinlik yaşına çatmayan mülkiyyətçiləri Cavabdeh3 və Cavabdeh6 məxsus hissənin də alqı-satqıya daxil edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55-ci maddəsi ilə uşağın əmlak hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərin görə, uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Azərbaycan Respublikasının Mülki M əcəlləsinin 36-cı maddəsi ilə qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilmə si qaydası qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, hər hansı bir əqdin bağlanması üçün onu bağlayan şəxsin iradə ifadəsinin zəruriliyi ilə bərabər, əqdin forma və tələblərinə də riayət edilməlidir. Həmin müqavilənin Cavabdeh1, XXXoğlu və Cavabdeh4 tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığı təsdiq edilmiş və həmin şəxslərə aid hissədə torpaq s ahəsi İddiaçı mülkiyyətinə keçmişdir. Bu halda, İddiaçı məxsus torpaq sahəsinə dair aparılan hərəkələr hüquqa zidd olmaqla, Cavabdeh1, XXXoğlu və Cavabdeh4 adına verilmiş hüquq müəyyənedici sənədlər etibarsızdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1, XXXoğlu və Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsi və İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Kassatorun hazırda irəli sürdüyü və apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellya siya instansiyası məhkəməsinin kassatora aid hissədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, maddi və prosessuaı hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar