Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh MMC-yə və 3-cü şəxs AR ƏƏSMN yanında X4 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2094/21 (Açar sözlər: məcburi işburaxmaya görə əmək haqqı, mənəvi zərər) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh MMC-nin vəkili Vnun və 3-cü şəxs AR ƏƏSMN yanında X4 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nüma yəndəsi X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı2 Cavabdeh MMC-yə qarşı “əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və ExCo (icraçı komitə) iclaslarında elan edilməklə təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olunması, cava bdehdən onun xeyrinə 300000 manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması, cavabdehin ona vurduğu maddi ziyanın məbləğinin müəyyən olunması və ona ödənilməsinin təmin olunması, cavabdehin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 nömrəli, xx.xx.2018-ci il tarixli qanunsuz əmrin ləğv edilməsi, onun bütün vəzifə səlahiyyətlərinin qaytarılması, Elektron ünvan elektron ünvanının bərpa edilməsi, cəmiyyətin Lotus, Monolit, Carlsberg Sharepoint, My Carslberg informasiya sistemlərinə giriş və istifadə hüququnun bərpa edilməsi, qanunsuz olaraq əldə edilən ona aid məhkəmə qərarının ona qaytarılması, cavabdehdə və onun tərəfindən verilən digər üçüncü şəxslərdə həmin qərarın elektron və kağız üzərində olan bütün surətlər inin məhv edilməsinin cavabdehə vəzifə olaraq üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin dəyəri xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər cavabdeh tərəfindən qanunsuz olaraq ödənilməyən əmək haqqının məbləğinin və ödənişin gecikdirildiyi hər günü üçün 2% əlavə ödənişin məbləğində artırılması, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər cavabdeh tərəfindən qanunsuz olaraq ödənilməyə əmək haqqının məbləğinin və ödənişin gecikdirildiyi hər gün üçün 2% əlavə ödənişin məbləğinin məhkəmə tərəfindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması, xx.xx.2018-ci il tarixdən etibarən bu günə kimi onun tərəfindən cavabdehə ünvanlan an siyahı üzrə bütün sorğu, ərizə və müraciətlərin cavablandırılmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması haqqında iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilən, lakin iddiaçıya naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% bonus məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiril məsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətində onun tərəfindən 2016-2017-ci illərdə Baş direktorun vəzifəsini icra etdiyinə görə baş direktorun və hüquq departamentinin rəhbərinin əmək haqqı məbləğləri arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və iddiaçıya X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək onun iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əmək haqqı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, onun iş günü olmayan bayram v ə istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsinin onun ona X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, ona iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqına əlavənin məbləğinin və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilməsinin onun X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə təmin edilməsi, xx.xx.2017-ci ildə vəzifə dəyişikliyi nəticəsində Hüquq işlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133626.5 manat məbləğində əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimənin Cavabdeh MMC tərəfindən onun X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, qanun pozuntusu nəticəsində ona Cavabdeh MMC-dən 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsinin onun “Unibank”dakı AZ14UBAZ**********1010AZN001 əmək haqqı hesabına təmin edilməsi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun X10 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən etibarən Cavabdeh MMCdə (bundan sonra “Cəmiyət”) Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi zaman ərzində vəzifə səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmiş və heç vaxt nöqsan və pozuntulara yol verməmişdir. Dörd il ərzində tutduğu vəzifənin icrası ərzində Cəmiyyətin hüquq sistemində bir çox islahatlar etmiş və üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirərək Cəmiyyəti böyük məbləğlərdə cərimələrdən, reputasiya risklərindən, qanun pozuntularından qorunmasını təmin etmişdir. İddia ərizəs ində göstərəcəyi qanun və hüquq pozuntuları haqqında dəfələrlə “xxxx” MMCnin və onun Baş ofisi olan Z A/S-nin (bundan sonra Baş ofis) rəhbərliyinə xəbərdarlıq etmiş, lakin heç bir nəticəsi olmamışdr. İş o yerə gəlib çatmışdır ki, cəmiyyət tərəfindən qanunsuz üsullarla ona aid xüsusi kateqoriyalı fərdi məlumatlar (məhkəmə qərarı) araşdırılıb toplanmış və həmin məlumatın yayılması ilə, onun nüfuzdan salınması ilə hədələnməklə onunla olan əmək müqaviləsinin ləğv olunması ona təklif edilmişdir. Baxmayaraq ki, qanunsuz yollarla əldə edilən məhkəmə qərarı Cavabdeh MMC-yə işə düzəldiyindən 3 il əvvəl verilmişdir,ə Cəmiyyətə məhkumluğun olmadığına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən arayış təqdim edilmişdir. Cəmiyyət məsələ ilə bağlı artıq qərarını vermişdir və hal-hazırda Hüq uq Şöbəsinin rəhbəri olaraq onun bütün səlahiyyətləri qanunsuz olaraq ondan alınaraq, Rusiyanın Saratov şəhərindən gələn Pya verilmişdir. Şirkət rəhbərliyinə onların bu hərəkətlərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduğuna dair məlumat verdiyinə baxmayaraq, onlar qanunazidd hərəkətlərini davam etməkdə israr edirlər. Onun ərizə və məktubları cavablandırılmır, hətta, Cəmiyyətin İnsan Resursları Departamentinin rəhbəri B ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müsabiqədə iştirak etmək üçün tələb olunan və Kollegiyanın rəsmi internet səhifəsində təqdim olunan sənədlərin siyahısında yer alan “X6 Vərəqəsini” təqdim etməkdən imtina etmişdir və bununla da onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində yer alan sənədlərin surətlərini və arayışların alınma sı hüququnu pozmuşdur. Cəmiyyət onu ruhdan salmaq üçün, kollektiv qarşında alçaltmaq, illərlə zəhməti ilə qazandığı təmiz ad və yüksək kvalifikasiyalı hüquqşünas olmasını sual altına qoymaq məqsədi ilə “şirkətin etimadını itirməsi” səbəbini göstərərək onu vəzifəsiylə bağlı yerinə yetirdiyi işlərdən uzaqlaşdırmışdır. Təcili olaraq Rusiyanın Saratov şəhərindən hüquqşünas P Bakıya ezam olunaraq onun bütün səlahiyyətləri ona həvalə olunmuşdur, işçilərdən tələb edilmişdir ki, hüquq məsələləri bağlı yalnız ona müraciət etsinlər. Təbii ki, bu hal onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi deməkdir. Bu hal artıq bir aya yaxındır ki, baş verir. Ona görə də məhkəmədən onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kva rtal iclas zamanı və ExCo (icraçı komitə) iclaslarında elan edilməklə təkzib etmək üçün cavabdehin üzərinə vəzifə olaraq qoyulması, cavabdehdən onun xeyrinə 300.000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, vakant hüquqşünas vəzifəsini 3 ay müddətində icrasına görə qanunvericiliyə uyğun olaraq əlavə ödənişin məbləğinin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması, 132 saylı xx xxxxxx 2016-ci il tarixli və 02/a saylı xx xxxxxx 2017-ci il tarixli etibarnamələr əsasında Cavabdeh MMC-nin Baş direkror vəzifəsinin 20162017-ci il ərzində icra etdiyi üçün əlavə ödənişin məbləğinin məhkəmə tərəfindən hesablanması və hesablanan məbləğin "Cavabdeh” MMC tərəfindən ödənilməsinin təmin olunmasını xahiş edir. Abşeron Rayon Məhkəməsinin (bundan sonr a – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli, xxx saylı qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia tələbi qismən təmin edilərək, cavabdeh “Cavabdeh" MMC-dən İddiaçı2 xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərqin hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən xx.xx.2018-dən xx.xx.2018-c i il tarixədək olan məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının İddiaçı2 xeyrinə tutulması, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək cavabdehin Baş Direktoru işdə olmadığı halda, iddiaçı tərəfindən onu əvəzetməsi əmr əsasında öz təsdiqini tapır. Belə ki, Cavabdeh MMC-nin baş direktoru R tərəfindən verilmiş 107 saylı, xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında əmrdən görünür ki, baş direktorun mütəmadi olaraq ezamiyyətdə olduğunu nəzərə alaraq,Cavabdeh MMC-nin Baş direktoru vəzifə si üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı təqdirdə xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2018-ci il tarixinədək əsas vəzifəsindən azad edilməmək şərti ilə Hüquq İşlər üzrə menecer İddiaçı1 həvalə edilmişdir. İddiaçı1 öz vəzifəsindən əlavə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə 100 manat məbləğində əlavə ödəniş təyin olunmuşdur. Cavabdeh tərəfindən əmr bu günədək mübahisələndirilməmişdir və qüvvəsindədir. Məhkəmə hesab edir ki, iddiaçıya həmin əvəzetməyə görə aylıq 100 manat məbləğində əlavə ödəniş təyin olunması əsassız olmuşdur. Belə ki, iş materiallarında olan R ilə bağlanmış əmək müqaviləsinə əsasən baş direktorun vəzifəsinin icrasına görə İddiaçı2 vergi daxil 105 manat məbləğində aylıq əmək haqqı təyin edilmişdir. Lakin həmin əmək müqaviləsindən görünür ki, Rın əsas iş yeri Karlsberg Qazaxıstan olmuş və həmin vəzifəyə görə ona əsas iş yeri üzrə əmək haqqı müəyyən edilmişdir. Buna görə də Cavabdeh MMC-nin baş direktorunun vəzifəsinin də icrasına görə ona 105 manat məbləğində əmək haqqı təyin edilməsi, həmin vəzifəyə görə müəyyən edilmiş əmək haqqının göstərilən məbləğdə olmasına əsas deyildir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinin 2-ci bəndinə əsaslanaraq, iddiaçının maaşının baş direktorun maaşından az olduğu əsası ilə ona əvəzetməyə görə 100 manat məbləğində ödəniş təyin olunmuşdur. Halbuki qanunvericliyin tələblərindən göründüyü kimi həmin əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilə bilər. İddiaçı tərəfindən əlavənin 100 manat məbləğində müəyyən olunmasına razılıq verilməsi iş mat erialları ilə müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə araşdırması dövründə xx.xx.2016- cı il tarixdən xx.xx.2018-ci ildək Cavabdeh MMC-nin baş direktorunun orta aylıq əmək haqqının hansı məbləği təşkil etməsi barədə sənəd təqdim edilməsi dəfələrlə məhkəmə tərəfindən cavabdehdən tələb edilsə də, sonuncu tərəfindən konket olaraq həmin dövrlərdə baş direktorun orta aylıq əmək haqqı barədə mötəbər sənəd təqdim olunmamışdır. Ona görə də məhkəmə Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla ödənilməsini ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımları ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqında əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının tələbini xx.xx.2018-dən xx.xx.2018-ci il tarixədək iddiaçının iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əməkhaqq ı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsi təmin edilməsi hissəsində də qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tələbi üzrə xx.xx.2018-dən xx.xx.2018-ci il tarixədək iş yerinə buraxılmamasını iddia edərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş arayış əsasında 04-xx xxxxxx 2018-ci il tarixlərində İddiaçı2 iş yerində olmadığı, bu səbəbdən işdə olmadığı müddət üçün ona əmək haqqı hesablanıb ödənilmədiyi göstərilmiş və sübut olaraq müəssisədə quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışı arayışa əlavə edilmişdir. Mübahisə üzrə cavabdeh iddiaçının işdə olmadığını idd ia edir və iddiaçı isə işdə olmamasına səbəb olaraq mühafizəçi tərəfindən elektron buraxılış nəzarət sisteminə.axın buraxılmamasını əsas gətirir. Hazırki halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi iddiaçının həmin dövrdə məhkəmə proseslərində olması səbəbindən işə gəlmədiyini iddia etsə də, məhkəmə həmin fikri əsassız hesab edir və qeyd edir ki, həmin dövrdə iddiaçı məhkəməyə iddia ərizəsini belə təqdim etməmişdir, İddiaçının hansı əsasla işə buraxılmamasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmin dövrdə tərəflər arasında gərgin münasibətlər olduğundan məhkəmə iddiaçının qərəzli şəkildə cavabdeh tərəfindən işə buraxılmamasını daha inandırıcı və ağlabatan hesab edir. Belə olan halda həmin müddətdə tərəflər arasında əmək münasibətlər i mövcud olduğundan, iddiaçının Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək işə buraxılmadığı günlər üçün ödənilməyən əmək haqqı onun xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının tələbini cavabdehin qanunazidd hərəkətləri nəticəsində xx xxxxx 2019-ci il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq hissəsində də qismən əsaslı hesab edir. Belə ki, cavabdeh iddiaya dair verilmiş etirazına əlavədə iddiaçıya 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin verilməməsinə əsas olaraq xx.xx.2019-cu il tarixli 01 saylı əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsini əsas göstərmişdir. İşdə olan Cavabdeh MMC-nin baş direktoru tərəfindən verilmiş 01 saylı, xx xxxx 2019-cu il tarixli əmrdən görünür ki, hüquqi işlər üzrə departamentin rəhbəri vəzifəsində çalışan İddiaçı2 xx.xx.2019-cu il tarixində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Cavabdeh MMC-nin baş direktoru tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixdə verilmiş 01 saylı əmrdən görünür ki, 2018-ci ilin iş yekunlarına görə illik mükafatın korporativ hissəsinin ümumi illik mükafat həcminin 300 faizi nisbətində mükafat təyin edilmişdir. Göründüyü kimi xx xxxxx 2019-cu il tarixdə verilmiş əmr 2018-ci ilin iş yekunlarına görə illik mükafatı müəyyən edir. xx xxxx 2019-cu il tarixdə, yəni 2018-ci ildə sonra iddiaçıya verilmiş intizam tənbehinin qüvvədə olması ilə, ona əvvəlki 2018-ci il üçün ödənilməli olan mükafat məbləğinin verilməməsi əsassızdır. 2018-ci il üzrə iddiaçı barəsində hər hansı inzibati tənbeh tətbiq edilmədiyindən, göstərilən mükafatın iddiaçıya münasibətdə hesablanmaması və ödənilməməsi əsassız olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə də qismən təmin edilərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləği tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən hər üç qismən təmin edilmiş tələb üzrə ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 %-i məbləğində cərimənin hesablanması və ödən iləcək məbləğlərin onun əmək haqqı kartına köçürülməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, hazırki halda tərəflər arasında əmək mübahisəsi mövcud olduğundan, iddiaçının ödənişlərin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 %-i məbləğində cərimənin hesablanaraq ona ödənilməsi tələbləri təmin edilə bilməz. Məhkəmə araşdırması dövründə iddiaçının artıq həmin müəssisədə işləmədiyi müəyyən edilmişdir. Ona görə də ödəniləcək məbləğlərin onun əmək haqqı kartına köçürülməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində müəyyən çətinliklər yarada bilər. Həmçinin göstərilən məsələ məhkəmə qətnaməsinin icrası mərhələsində həll olunan məsələdir. Məhkəmə iddiaçının tələbini onun iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi, iddiaçıya iş vaxtından artıq işlədiyi saatlara görə əməkhaqqına əlavənin məbləği və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi və 01,08.2017-ci ildə vəzifə dəyişiklikliyi nəticəsində Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133 626.5 (yüz otuz üç min altıyüz iyirmi altı manat əlli qəpik) məbləğində əməkhaqqı və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin Cavabdeh MMC tərəfindən onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin olunması hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı məhz hansı tarixlərdə olan iş günü olmayan bayram və istirahət günlərində işəgötürən tərəfindən işə cəlb edilməsini qeyd etsə də həmin tarixləri dəqiq göstərməmiş, buna görə əlavə əmək haqqının və ödənişin ödənilməsi tələbi də təmin edilə bilməz. Məhkəmə iddiaçının tələbini mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böh tan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllərə yol verilməsini təsdiq edəcək hər hansı hərəkətə yol verilməsi sübut olunmamışdır. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd edilməsi hissəsini də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvəzetmə üzrə 2018-ci ilin dekabr ayına kimi işləmiş, məhkəməyə isə iddia ərizəsi ilə 2018-ci ilin dekabr ayında müraciət etmişdir. Göründüyü kimi 1 illik iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul və d igər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157, 162.1, 172, 290.1, 294.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarı ilə əsaslandırmışdır. Cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etmişdir. İddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) xx xxxxxx 2020-ci il tarixli, xxx saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4708 saylı rəyinə əsasən, “xxxx” MMC- nin Baş direktorunun 20162019-cu illər üçün (hər il ayrı-ayrılıqda olmaqla) orta aylıq tarif vəzifə maaşının m əbləği nə qədər olmasını, “xxxx” MMC-nin Baş direktorunun tarif vəzifə maaşı, mükafatlandırılması, əmək haqqına əlavələri, artımları və “xxxx” MMC-nin Hüquq Departamenti Rəhbərinin vəzifə tarif maaşı arasındakı fərqin nə qədər olmasını, “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan məcburi iş buraxma müddəti üçün İddiaçı2 ödənilməyən əmək haqqının məbləğinin nə qədər olmasını. İddiaçı2 2018-ci il üçün müəyyən edilmiş 25% illik mükafatının məbləği nə qədər olmasını, “xxxx” MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə olan dövrdə İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələrin düzgün hesablanıb-hesablanmamasını və “xxxx MMC-nin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi olan dövr üçün İddiaçı2 Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 borcunun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “X2” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 374 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələr düzgün hesablanmışdır. Cavabdeh MMC-də xx xxxxxx 2017-ci il tarixli 107 saylı əmrin tələbləri nəzərə alınmaqla xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə Baş direktor əvəzi vəzifəsini icra edən İddiaçı1 əmək haqqına əlavələr 441,64 (1598,78-1157,14) manat artıq ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəl ləsinin 162.1-ci maddəsinə əsasən, 2017-ci ilin yanvar ayından xx xxxxxx 2017-ci il tarixədək Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 Cavabdeh MMC-nin borcu 268,55 manat müəyyən edilir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxxx 2020-ci il tarixli, xxx saylı qətnaməsi ilə İddiaçı2 apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, xxx saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün 1331,43 manat əmək haqqının və 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ona ödənilməli olan əmək haqqına əlavələr üzrə 444,32 manatın tutulması, qətnamənin “İddia qalan hissədə təmin edilməsin ” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı2 əmək haqqısı onun müəyyən tarixlərdə əvəz etdiyi Baş direktorun əmək haqqısından az olmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə əsasən, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. İddiaçıya ve rilən əlavə haqq yuxarıda qeyd edilən cavabdehin əmri ilə müəyyən olunmuşdur, iddiaçı ilə bu barədə razılaşma olmamışdır. Cavabdehlə iddiaçı arasında müvəqqəti əvəz etməyə görə ödəniləcək əmək haqqına əlavənin məbləği barədə razılaşma olmadığından, Əmək Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilməlidir. “X2” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 374 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələr düzgün hesablanmışdır. C avabdeh MMC-də xx xxxxxx 2017-ci il tarixli 107 saylı əmrin tələbləri nəzərə alınmaqla xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə olan dövrdə Baş direktor əvəzi vəzifəsini icra edən İddiaçı1 əmək haqqına əlavələr 441,64 (1598,78-1157,14) manat artıq ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, 2017-ci ilin yanvar ayından xx xxxxxx 2017-ci il tarixədək Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 Cavabdeh MMC-nin borcu 268,55 manat müəyyən edilir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ilkin sənədlərə ( əmrlər, əmək müqavilələri, onlara əlavə edilmiş sazişlərə) əsasən İddiaçı1 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi olan dövrdə hər ay Baş direktoru əvə z etdiyinə görə 100 manat əlavə haqq alması özünün mülahizəsinə görə hüququnun pozulması barədə məlumatlı olduğunu təsdiq edir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçının xx xxxxxx 2017-ci il tarixdən əvvəlki dövrə aid əmlak tələbləri, o cümlədən 2017-ci ilin yanvar ayından xx xxxxxx 2017-ci il tarixədək Baş direktoru əvəz etdiyinə görə 268,55 manat tələb etmək hüququnu, iddia müddəti buraxılmış tələblər (hüquq) kimi qiymətləndirir. İddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının ödnilməsinin gecikdirilmiş hər gün üçün bir faiz ödənc məbləğinin hesablanması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci (Əmək haqqının verilməsi müddətləri) maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırki işdə əmək haqqının gec ödənilməsi mübahisə yaratdığından onun ödənilməsinin gecikdirilməsi üçün faiz hesablanmır. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəç i) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi iddiaçının tələb etdiyi 10.000 manat ağlabatan məbləğ kimi qiymətləndirilmədiyindən və həmin tələbin heç bir əsası olmadığına görə təmin edilməməlidir. Maddi zərərin ödənilməsi tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Əmək Məcəlləsinin 191-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsasla r müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin işəgötürən qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulması, zərərlə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması, zərər vuran işəgötürənin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Məhkəmə baxışında İddiaçı1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı2 (vəkili Vəkil Mehdi oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddianın təmin olunmayan hissələrində ləğv eidlərək, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulan sualların bir hissəsi cavabdehdən tələb edilərək alınmalı olan məlumatlardan və ya həmin məlumatlar əsasında cavab verilməsi mümkün olan suallardan ibarət idi, digər suallar isə məhkəmənin özünün qanunvericiliyə uyğun olaraq müəyyən etməli, cavab verməli olduğu suallar idi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxxx 2020-ci il tarixli, 4708 saylı rəyi ilə ekspert qarşısında qoyulmuş suallara cavab verilməsinin mümkün olm adığı bildirildi. Apelyasiya məhkəməsi, cavabdeh tərəfin özünün sifarişi ilə aldığı və məhkəməyə təqdim etdiyi "X2" MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 293 nömrəli “ekspert rəy”inə istinad etməklə kifayətləndi. Halbuki, həmin rəy Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinin tələblərinə cavab vermirdi. Məhkəmə qətnaməsində istinad etdiyi rəyi verən "X2" MMC-nin qanunvericiliyə uyğun olaraq belə fəaliyyətlə məşğul olmasına hüquq verən məhkəmə eksperti şəhadətnaməsinin mövcud olub-olmaması və qeyd edilən MMCnin “Məhkəmə Ekspertləri Reyestri”nə daxil edilib-edilmədiyi haqqında hər hansı sənədə istinad etməmişdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 1 -ci maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə eksperti (ekspert) - m əhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən, şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Göründüyü kimi, qanunverici özəl ekspertin fəaliyyətini bu barədə şəhadətnamə alması və reyestrə daxil edilməsi ilə şərtləndirmişdir. Belə tələblə cavab verməyən şəxsin rəyinə ekspert rəyi kimi istinad edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının “1-ci tələb”ini cavabdeh "Cavabdeh" MMC-də xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilə qədər müddətdə cavabdehin Baş direktoru vəzifə tarif maaşının 12688 manat olaraq müəyyən olunması və ona həmin müddət üçün hüquq departamentinin rəhbərinin əmək haqqı məbləği və baş direktorun əmək haqqı arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və ona ödənilməsi təşkil edir. Halbuki, həmin əmrdə birmənalı olaraq iddiaçının Baş Direktoru əvəz etmə müddəti konkret göstərilmişdi. Həmin əmrə dəyişiklik edilməsi və ya sonradan ləğv edilməsinə dair isə başqa bir əmr mövcud deyil. Bundan əlavə, həmin dövr ərzində bütün vergi və digər dövlət orqanlarına hesabatlar da Baş Direktor kimi iddiaçının imzası ilə göndərilmiş, bundan əlavə işçiləri n işə qəbulu, çıxarılması və s. bu kimi əmrlər də iddiaçının Baş Direktor kimi kadrlar şöbəsinin (“HR”) rəhbərinə verdiyi etibarnamə əsasında həyata keçirilmişdir. Belə olan halda, apelyasiya məhkəməsi hər hansı konkret sübuta istinad etmədən, Baş direktorun yalnız müəyyən günlərdə müvəqqəti işdə olmadığı barədə gəldiyi nəticə və bununla bağlı istinad etdiyi norma düzgün tətbiq edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinə qeyri-dəqiqlikdə nöqsan tutan apelyasiya məhkəməsi özü də hər hansı konkret sübuta istinad etmədən Baş direktorun müəyyən günlərdə işdə olmadığını qeyd etməklə cavabdeh MMC-nin binasına işçilərin giriş-çıxışını qeydə alan elektron sistemin məlumatlarını; onun həmin müddət ərzində hansı sənədlərə imza atması, hansı əmrləri verməsini təsdiq edən sübutları tə ləb etməmiş və hər hansı sübuta söykənməyən qeyrimüəyyən ifadə işlətməklə iddiaçının bu tələbini təmin etməmişdir. Halbuki, cavabdeh MMC-də belə sistemin mövcudluğu onun nümayəndəsi tərəfindən də məhkəmədə bildirilmişdi və hansı işçinin hansı tarixlərdə və saatlarda işə gəlməsi və getməsi barədə dəqiq məlumat almaq olardı. Belə məlumatlar olmadan "X2" MMC-nin verdiyi rəyin əsaslılığına məhkəmənin tənqidi yanaşması üçün kifayət qədər əsas olduğu halda, həmin rəydə yazılanların olduğu kimi qətnaməyə köçürülməsi sübutların düzgün qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Bundan əlavə, apelyasiya məhkəməsi bu məsələdə də sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla prosessual normanı düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı cavabdeh MMC-nin 107 saylı əmrinə istinad edir ki, bu əmrin mətnin dən də görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Baş Direktoru əvəz etməlidir. Belə olan halda baş direktoru əvəz etmədiyi günlər barədə sübutları cavabdeh təqdim etməli idi. Göründüyü kimi, apelyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmədən, mübahisəni suallara əsaslandırılmış cavablar verməyən ekspert rəyinə istinad etməklə həll etmişdir. İddiaçının 3-cü və 4-cü tələbləri “iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə və iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməyən əlavə əməkhaqqının və ödənişin gecikdirildiyi hər gün uçun ödənilməyən məbləğin 1% cərimənin hesablanması və ona ödənilməsi ” təşkil edir. Birinci instansiya məhkəməsi bu tələbləri təmin etməmiş və belə əsaslandırma vermişdi ki, ‘‘....iddiaçı mə hz hansı tarixlərdə olan iş günü olmayan bayram və istirahət günlərində işəgötürən tərəfindən işə cəlb edilməsini qeyd etsə də həmin tarixləri dəqiq göstərməmiş, buna görə əlavə əmək haqqının və ödənişin ödənilməsi tələbi də təmin edilə bilməz”. Apelyasiya məhkəməsi isə bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş, bununla da ilk növbədə Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələblərini, həmçinin həmin münasibətlərə aid maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki, həm birinci instansiya məhkəməsi, həm də işə tam hüquqlu məhkəmə kimi baxmalı olan apelyasiya məhkəməsi qeyd edilən pozuntuların aydınlaşdırılması üçün cavabdehdə olan sübutları - işçilərin işə gəlmə və getmə vaxtlarını qeyd edən elektron sistemdən iddiaçıya aid çıxarışları ondan tələb etməmişdir. Halbu ki, cavabdeh şirkətin nümayəndəsi məhkəmə iclasında izahat verərkən birmənalı olaraq göstərmişdir ki, “Cavabdehin iş yerinin girişində elektron buraxılış sistemi quraşdırılmışdır. İşçilər iş yerinə daxil olmaq üçün onların istifadəsinə verilmiş elektron buraxılış kartından istifadə edirlər. Həmin kartla işçi iş yerinə daxil olduqda və çıxdıqda onun isə gəlmə və işdən getmə vaxtları dəqiq sistemdə qeydiyyatı alınır.” İddiaçının “5-ci tələbi”ni xx.xx.2017-ci ildə vəzifə dəyişikliyi nəticəsində Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133626,5 məbləğində əməkhaqqı və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi yuxarıda da q eyd edildiyi kimi, iddiaçı tərəfindən bu tələbə dair sübut təqdim edilmədiyinə istinad etdi və bildirdi ki, “iddiaçı 2007-cı ihn mart ayından 2009-cu ilin may ayına qədər cavabdeh təşkilatda hər hansı konkret iş gördüyünü və bu səbəblə də əməyin işəmuzd ödənilməsi qaydasında əmək haqqı almalı olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.” Apelyasiya məhkəməsi isə bu məsələyə qanunvericiliklə müəyyən olunmuş qaydada tam hüquqlu məhkəmə kimi öz hüquqi münasibətini bildirməmişdir. Halbuki, cavabdeh hüquqi şəxsdə xx.xx.2017-ci ildə vəzifə dəyişikliyi nəticəsində iddiaçı Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133626.5 məbləğində əməkhaqqının ona ödənilməsini təsdiq edən sübut təqdim etmək yükü cavabdehin üzərinə düşür və iddiaçının bu tələbini təkzib etməyə cəhd edən cavabdeh bununla bağlı hər hansı sübutu (ödəniş tapşırığını, mühasibat sənədlərini, bank çıxarışını və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçının “6cı tələbi”ni qanun pozuntusu nəticəsində ona cavabdeh "Cavabdeh" MMC-dən 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi təşkil edir. Bununla bağlı birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 290-cı maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə, həmçinin 'Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-cı ıl tarixli, 7 saylı qərarına istinad etmiş, apelyasiya məhkəməsi də həmin mövqedən çıxış edərək, bu tələblə bağlı mənəvi zərərin yaranmadığı bildi rmiş və həmçinin Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına istinad etmişdir. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, elə özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarında həmin Məhkəmənin hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur ki: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur... Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur.” Göründüyü kimi, şəxsin mənəvi zərərə məruz qalması yalnız onun şərəf və ləyaqətinin ləyən məlumatların yayılması ilə şərtləndirilmir, həmçinin məruz qaldığı digər qanun pozuntuları nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsi də mənəvi zərər vurulmasına səbəb kimi müəyyən edilir. Bu baxımdan cavabdehin iddiaçıya münasibətdə yol verdiyi mütəmadi və çoxsaylı qanun pozuntuları nət icəsində ona mənəvi zərər dəyməsi aşkardır. Göründüyü kimi, apelyasiya məhkəməsinin Əmək Məcəlləsinin 300-cü maddəsini tətbiq etməklə, bu tələbi təmin etməməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçının “7-ci tələb”ini iddiaçıya 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün uçun 1% cərimə məbləğinin hesablanması təşkil edir. Bu tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdi. Lakin apelyasiya məhkəməsi iddiaçının bu tələbini təmin etməmişdir. iddiaçının bonus almaq hüququ 2018-ci il üzrə yaranmışdır. Belə olan halda iddiaçıya 2019-cu ilin mart avında töhmət verilməsi onun artıq mövcud olan bonus almaq hüququnu ləğv edə bilməzdi. İddiaçının “2018-ci il üçün göstəricilərinin yerinə yetirilmə si "0" faiz dəyərləndirılməsi”nə gəldikdə isə qeyd edilməlidir ki,"Carlsberg" şirkətinin X8 üzrə hüquqi funksiyaların rəhbəri tərəfindən iddiaçının 2018-ci il üçün göstəricilərinin yerinə yetirilməsi "0" faiz dəyərləndirılməsinə istinad edilməsi tamamilə əsassız olmuşdur. Digər tərəfdən, "Cavabdeh"xxxx" MMC-nin işçilərinin əməyinin ödənilməsi barədə Təlimat üzrə digər şirkətin (hətta təsisçi şirkət olsa belə) hüquqi funksiyaların rəhbərinin belə “qiymətləndirmə” aparması, “qiymətləndirmə”nin iddiaçının öz hüquqlarını məhkəmə vasitəsi ilə müdafiə etməyə başladığı tarixlərə təsadüf etməklə açıq-aşkar qərəzli olması da məhkəmənin nəzərindən yayınmışdır. Bundan başqa, İddiaçı ona ödənilməli olan əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi səbəbində Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etməklə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etmiş, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi bununla bağlı iddiaçının tələblərini təmin etməmiş və həmin maddədə göstərilmiş “bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa” müddəasına istinad etmişlər. Apelyasiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, maddənin məzmununda da göründüyü kimi, qanunverici “əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi” üçün işəgötürənin məsuliyyətini müəyyən etmişdir və mahiyyət etibarı ilə işəgötürənə tətbiq edilən cərimə xarakteri daşıyır. Apelyasiya məhkəməsi hazırkı mübahisəyə baxılmasında o qədər qərəzli olmuşdur ki, hətta işə iddiaçının xəbəri və iştirakı olmadan baxmağı d a mümkün hesab etmişdir. Belə ki, iddiaçı onun apelyasiya şikayətinə baxılmasının vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. İş materiallarında iddiaçının apelyasiya məhkəməsinin iclasına çağırılması barədə bildirişin iddiaçıya təqdim edilməsinə dair sübut yoxdur. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh ASC-nin vəkili V məhkəməyə kasasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq, etirazında göstərmişdir ki, iddiaçı tərəfindən iddia tələbində zərərin məbləği göstərilməmişdir və bu məbləğin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmə tələb edilmişdir. Abşeron rayon Məhkəməsinin xxx saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsində hesablanmanın nəticəsi məlum olmamışdır. Kompensasi yanın məbləğinin müəyyənləşdirmək üçün cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin vəsatət təmin edilməmişdir. İddiaçı belə bir vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsində iddiaçının ekspertizanın təyin edilməsi və suallar qoyulması hüququ olmamışdır. Apelyasiya məhkəməsi ümumiyyətlə iddiaçının ekspertizanın təyin edilməsi barədə vəsatətində əks etdirdiyi sualları ekspert qarşısında qoya bilməzdi. İddiaçı2 birinci instansiya məhkəməsində ekspertizanın təyin edilməsi barədə vəsatət vermədiyindən hal-hazırda da iş üzrə keçirilmiş ekspertizanın nəticələrini mübahisələndirə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin Kollegiyası məhkəm ə-mühasibatlıq ekspertizasının aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasım aparmaqdan imtina etmiş və iş materiallarını geri qaytarmışdır. Bundan sonra, Cavabdeh MMC-nin təşəbbüsü ilə “X2” MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 293 nömrəli və xx xxxxxxx 2020-ci il tarixli 374 nömrəli ekspert rəyləri təqdim edilmişdir. Qeyd edilən ekspert rəyləri apellyasiya məhkəməsinə təqdim edildikdən sonra üç məhkəmə iclası keçirilmişdir. İddiaçı2 həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Heç bir üzrlü səbəb göstərilmədən bu hal dəfələrlə təkrarlanmışdır. Buradan görünür ki, iddiaçı apelyasiya instansiyası məhkəməsində də öz prosessual hüquqlarından yararlanmam ış, məhkəmə araşdırmasına etinasız yanaşmışdır. İddiaçı məhkəmə iclaslarına gəlməməklə hər hansı əlavə vəsatət vermək, əlavə əsaslandırma gətirmək imkanından özü imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçıya ekspert rəylərinə münasibət bildirməsi üçün kifayət qədər şərait yaratmasına baxmayaraq, iddiaçı bir dəfə də olsun məhkəmə iclasına gəlməmişdir. Nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsi xxx saylı xx.xx.2020-ci il tarixli qətnaməsini İddiaçı2 iştirakı olmadan qəbul etmişdir. Beləliklə, İddiaçı1 kasasiya şikayətində gətirdiyi dəlillər tamamilə əsassızdır və qəbul edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı2 və vəkili Vəkil Mehdi oğlu məhkəmə iclasına gəlməmiş və gəl məmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 3-cü şəxs AR ƏƏSMN yanında X4 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
157. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmə sində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəhlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı iddianın təmin olunmayan hissələrində yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya M əhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissələrində ləğv edilməli və mülki iş həmin hissələrində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Əvvəla, iddiaçının iddia tələbinin ilkin hissəsi (cavabdeh "Cavabdeh" MMC-də xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilə qədər müddətdə cavabdehin Baş direktoru vəzifə tarif maaşının 12688 manat olaraq müəyyən olunması və ona həmin müddət üçün hüquq departamentinin rəhbərinin əmək haqqı məbləği və baş direktorun əmək haqqı arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və ona ödənilməsi) barədə dəlilləri üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası bu hissə üzrə iddiaçının xeyrinə 444.32 manatın tutulmalı ol ması qənaətinə gələrkən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi dövrdə cavabdehin Baş direktorunun müəyyən günlərdə müvəqqəti işdə olmadığını və məhz həmin günlərdə iddiaçının onu müvəqqəti əvəz etməsinə, əlavə haqqın xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi hesablanmasının işin hallarına uyğun olmamasına, həmin dövrdə cavabdehin Baş direktorunun əksər vaxtlarda özünün öz vəzifə funksiyalarını icra etməsinə əsaslansa da, iş materiallarında olan Cavabdeh MMC-nin Baş direktoru R tərəfindən verilmiş 107 saylı, xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında əmrdən görünür ki, baş direktorun mütəmadi olaraq ezamiyyətdə olduğunu nəzərə alaraq,Cavabdeh MMC-nin Baş direktoru vəzi fəsi üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı təqdirdə xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2018-ci il tarixinədək əsas vəzifəsindən azad edilməmək şərti ilə Hüquq İşlər üzrə menecer İddiaçı1 həvalə edilmişdir. İddiaçı1 öz vəzifəsindən əlavə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə 100 manat məbləğində əlavə ödəniş təyin olunmuşdur. Həmin əmək müqaviləsindən görünür ki, Rın əsas iş yeri Karlsberg Qazaxıstan olmuş və həmin vəzifəyə görə ona əsas iş yeri üzrə əmək haqqı müəyyən edilmişdir. Buradan göründüyü kimi, iddiaçının baş direktor vəzifəsini icra etməli olduğu dövr adıçəkilən əmrdə konkret olaraq göstərilmişdir və həmin əmrin ləğv edilməsi, dəyişdirilməsi barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Apelyasiya kollegiyası bu barədə qənətini “ X2”nin rəylərinə istinad etməklə əsasladırmağa çalışsa da, həmin rəylərin mötəbərliyi barədə hər hansı araşdırma aparmamışdır. Belə ki, işdən görünür ki, apelyasiya kollegiyası tərəfindən ilk öncə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi “xxxx” MMC-nin Baş direktorunun 2016-2019-cu illər üçün hər il ayrı-ayrılıqda olmaqla) orta aylıq tarif vəzifə maaşının məbləği nə qədər olmasını, xxxx” MMC-nin Baş direktorunun tarif vəzifə maaşı, mükafatlandırılması, əmək haqqına əlavələri, artımları və “xxxx” MMC-nin Hüquq Departamenti Rəhbərinin vəzifə tarif maaşı arasındakı fərqin nə qədər olmasını, “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarxədək olan məcburi iş buraxma müddəti ü çün İddiaçı2mna ödənilməyən əmək haqqının məbləğinin nə qədər olmasını, İddiaçı2 2018-ci il üçün müəyyən edilmiş 25% illik mükafatının məbləğinin nə qədər olmasını, “xxxx” MMC tərəfindən İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə olan dövrdə iddiaçı X1 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə haqqına əlavələrin düzgün hesablanıb-hesablanmamasını və “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi olan dövr üçün İddiaçı2 Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 borcunun olubolmamasını müəyyən etmək üçün yuxarıda qeyd edilən sənədlər (əmək haqqı ştat cədvəlləri, əmək haqqı ödəniş cədvəlləri, baş direktorun əsas iş yerində (Karlsberq Qazaxıstanda) aldığı Əmək haqqı və s. ilə bağlı sə nədlərin (tərcümə edilmiş şəkildə), əmək haqqının, əmək haqqına əlavələrin, bonusların və mükafatların verilməsinə və alınmasına dair bank hesabından çıxarışlar (baş direktora (həmçinin əsas iş yerində) vəzifəsinə, hüquq departamentinin rəhbəri və ya hüquq işləri üzrə menecer vəzifəsinə dair) və s, son haqq-hesabın hesablanmasına dair arayışlar, bonusların (bax xx.xx.2016-cı il tarixli, 312 saylı əmək müqaviləsinin 6-cı bəndinə) hesablanması cədvəlləri (1 saylı və 2 saylı əlavələr), şirkətlə baş direktor arasında bağlanmış digər illər üzrə əmək müqaviləsi (iş materialında yalnız xx.xx.2016-cı il tarixli, 312 saylı əmək müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olduğundan) və s.) olması zəruridir.” Qeyd etməklə rəy verilməsindən imtina etmişdir. Budan sonr a cavabdeh MMC özünün əldə etdiyi “X2”nin xx.xx.2020-ci il tarixli, daha sonra isə xx.xx.2020-ci il tarixli rəylərini məhkəməyə təqdim etmiş, apelyasiya kollegiyası da qənaətini həmin rəylərə istinadən əsaslandırmışdır. Lakin apelyasiya kollegiyası nəzərə almamışdır ki, Məhkəmə Ekspertiza Mərkəzi cavabdehin ekspertizaya təqdim etməli olduğu sənədləri təqdim etməməsi səbəbindən rəy verməkdən imtina etmişdir. Apelyasiya kollegiyası qeyd edilən rəyləri sübut kimi nəzərə alıb onlara istinad edərkən, "X2" MMC-nin qanunvericiliyə uyğun olaraq belə fəaliyyətlə məşğul olmasına hüquq verən məhkəmə eksperti şəhadətnaməsinin mövcud olub-olmamasını və qeyd edilən MMC-nin “Məhkəmə Ekspertləri Reyestri”nə daxil edilib-edilmədiyini aydınlaşdırmamışdır. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən, şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Budan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1ci maddəsinin 2-ci bəndinə əsaslanaraq, iddiaçının maaşının b aş direktorun maaşından az olduğu əsası ilə ona əvəzetməyə görə 100 manat məbləğində ödəniş təyin olunmuşdur. Halbuki qanunvericiliyin tələblərindən göründüyü kimi həmin əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilə bilər. İddiaçı tərəfindən əlavənin 100 manat məbləğində müəyyən olunmasına razılıq verilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda isə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımları ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqında əlavələrin, artımların arasında olan fərq hesablanmaqla iddiaçıya ödənilməli idi. Budan başqa, apelyasiya kollegiyası iddiaçıya 2018 -ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin hesablanıb verilməsinin təmin edilməməsinə dair də düzgün hüquqi mövqedə olmamış, iddia tələbinin bu hissəsi üzrə də ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. Belə ki, işdə olan Cavabdeh MMC-nin baş direktoru tərəfindən verilmiş 01 saylı, xx xxxx 2019-cu il tarixli əmrdən görünür ki, hüquqi işlər üzrə departamentin rəhbəri vəzifəsində çalışan İddiaçı2 xx.xx.2019-cu il tarixində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Cavabdeh MMC-nin baş direktoru tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixdə verilmiş 01 saylı əmrdən görünür ki, 2018-ci ilin iş yekunlarına görə illik mükafatın korporativ hissəsinin ümumi illik mükafat həcminin 300 faizi nisbətində mükafat təyin edilmişdir. Göründüyü kimi xx xx xxx 2019-cu il tarixdə verilmiş əmr 2018-ci ilin iş yekunlarına görə illik mükafatı müəyyən edir. xx xxxx 2019-cu il tarixdə, yəni 2018-ci ildə sonra iddiaçıya verilmiş intizam tənbehinin qüvvədə olması ilə, ona əvvəlki 2018-ci il üçün ödənilməli olan mükafat məbləğinin verilməməsi əsassızdır. 2018-ci il üzrə iddiaçı barəsində hər hansı inzibati tənbeh tətbiq edilmədiyindən, göstərilən mükafatın iddiaçıya münasibətdə hesablanmaması və ödənilməməsi də əsassız olmuşdur. Budan başqa, apelyasiya kollegiyası iddia müddətinin tətbiq edilməsində də səhvə yol vermiş, bununla bağlı işin hallarını da tam araşdırmamış, iddiaçının hüquqlarının pozulmasını bildiyi anı düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvəzetmə üzrə 2018-ci ilin dekabr ayına kimi işləmiş, məhkəməyə isə iddia ərizəsi ilə 2018-ci ilin dekabr ayında müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Kasasiya şikayətinin iddia tələbinin digər, yəni cərimənin hesablanması və mənəvi zərərin tutulması hissələrinə dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddia tələbinin bu hissələri üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə tələbinin bu hissələrinin təsdiqi ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən kasasiya şikayətinin bu hissələrlə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlardan göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, qətnamə qəbul edərkən qənaətini yalnız mötəbərliyi müəyyən edilməmiş, həmçinin cavabdehin öz təşəbbüsü ilə əldə edilmiş, bununla da onun mənafeyinə uyğun rəy verilməsinə şübhələr doğurmuş rəylərə istinad etməklə qənaətini əsaslandıraraq ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyat a keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin ış üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyy ətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi iddianın təmin edilməyən hissələrində (cavabdeh “Cavabdeh" MMC-dən İddiaçı2 xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, məcubi iş buraxmaya görə əmək haqqının hesablanıb tutulması və 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin hesablanıb veril məsi) ləğv edilməli və iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın qərarın əsaslandırıcı hissəsində qeyd edilmiş apelyasiya kollegiyası tərəfind ən təmin olunmayan hissələrində ləğv edilərək mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.