Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1898/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil3) və Cavabdeh2 (Vəkil2) tərəfindən ayrı-ayrılıqda ver ilmiş kassasiya şikayətlərinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və Cavabdeh2 6 sentyabr 1997-ci il tarixdə ailə qurmuşlar və onların nikahları 18 avqust 1999-cu ildə rəsmi qeydə alınmışdır. İddiaçı və Cavabdeh2 birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü Vaqif və xx.xx.2000-ci il təvəllüdlü Xanım adlı iki övladı var. İddiaçı və Cavabdeh2 arasındakı nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Azərbaycan SSR Bakı şəhər X24 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş 190748 nömrəli orderə əsasən, Bakı şəhəri, Əhmədli qəsəbəsi 2371-ci kvartal, ev 7b-də, 9-cu mərtəbədə yerləşən 4 otaqdan, 59,21 kv.m-də n ibarət 27 saylı mənzil 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə X6 verilmişdir.
3. Notariat qaydasında təsdiq edilmiş xx.xx.2009-cu il tarixli etibarnaməyə əsasən, X12 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, buna dair müqavilə imzalamağı, bu tapşırın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Bu etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X7 qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Bakı şəhə ri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, X12 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzillə bağlı 76030 saylı order Azərbaycan SSR Bakı şəhəri X27 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ona verilmişdir. O həqiqətən həmin mənzili rəfiqəsi Məhbubənin qardaşı İddiaçı 1997-ci ildə satmış, sonra Cavabdeh2 həmin mənzilə gəlin köçmüş, onun iki övladı həmin evdə doğulmuşdur. 1997-ci ildən mənzili İddiaçı və ailə üzvlərinin faktiki sahibliyinə və istifadəsinə vermiş, lakin onun tərəfindən xx.xx.2009-cu il tarixdə İddiaçıa baş etibarnamə verilməsinə baxmayaraq, bu günə qədər İddiaçı mənzill ə bağlı öz mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir.
5. Eyni zamanda həmin qətnaməyə əsasən X5 məhkəmənin hazırlıq iclasında bildirdiyi məlumatdan və məhkəməyə təqdim etdiyi ərizədən, həmçinin mülki işdə olan sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzillə bağlı 76030 saylı order Azərbaycan SSR Bakı şəhəri X27 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə X6 verilmişdir. Cavabdeh2 İddiaçı ilə nikaha daxil olmuş və 1997-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilinə gəlin köçmüş, həmin mənzildə yaşayarkən iki övladı doğulmuş, sonradan İddiaçı ilə nikahı pozulduğundan, onun tərəfindən mənzildən qovulmuşdur.
6. X12 tərəfindən 2(011)-5931/2018 nömrəli iş üzrə məhkəməyə verilmiş ər izədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili İddiaçı və atası-anasına satdığını, sonra Cavabdeh2 həmin mənzilə gəlin köçdüyünü, iki övladının doğulduğunu, o vaxtdan bu vaxta mənzilin adında qaldığını, mənzilin adından çıxmasını istədiyini qeyd etmişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b-də yerləşən, ümumi sahəsi 81,94 kv.m. olan 27 saylı mənzil xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır.
8. X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 9. 16.10.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmiş, mərhum anası X3 miras qalan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair vərəsəlik işinin həll edilməsi ilə bağlı bütün zəruri sənədləri toplamağı, notariat ofisində vərəsəlik işinin açılması ilə bağlı ərizələr yazmağı, arayışlar almağı, lazım olan sənədləri təhvil verib qəbul etməyi, miras əmlakları qəbul etməyi, çıxarış almağı və s. hərəkətləri etməyi X9 etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixə kimi verilmişdir. 10. 29.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzildən ibarətdir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
12. Daşınmaz əmlakın alğı-satqı haqqında AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili Mamedov Japara 117.000 manat məbləğə satmışdır.
13. Cavabdeh2 və X13 notariat ofisinə ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər.
14. Daşınmaz əmlakın alğı-satqı haqqında 75030 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı Mamedov Japar Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili X20 100.000 manat məbləğə satmışdır.
15. Hüquqların dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil xx.xx.2024-cü il tarixdə X19 adına qeydiyyata alınmışdır.
16. Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərtib edilərək imzalanmış əlyazmadan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili 118.000 manata X1. Satılan məbləğin 10%-ni Cavabdeh1, yerdə qalan 90%-ni isə Cavabdeh2 götürmüşdür. Bu halları Cavabdeh2 və Cavabdeh1 öz imzaları ilə təsdiq etmişdir (iş v. 133). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mən zilin satışından əldə olunmuş 118.000 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Həqiqət Əliyevadan Bakı şəhəri, Neapol küçəsi, 7 B saylı evin 27 saylı, 4 (dörd) otaqlı mənzili almış və həmin tarixdə valideynləriylə birlikdə daimi yaşamaq üçün həmin mənzilə köçmüşlər. 6 sentyabr 1997-ci il tarixində Cavabdeh2 ilə ailə qurmuş və həmin tarixdə toyları olmuşdur. Cavabdeh2 toydan sonra həmin mənzilə gəlin köçmüş və bir müddət həmin mənzildə ailə üzvləriylə birlikdə yaşamışdır. Birgə nikahdan iki övladları anadan olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 mənzili tərk edib getmişdir. Bir müddət sonra, yəni 2016-cı ildə Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Neapol küçəsi, 7B saylı evin 27 saylı mənzilinə 1/2 hissədə pay hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9891/2016 nömrəli, 6 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Daha sonra, yəni 2018-ci ildə Cavabdeh2 “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi tə min edilmiş və yaşayış hüququ verilməklə ona mənzilin ən böyük otağı ayrılmışdır. ünvan 2 ünvanında yerləşən mənzili o, X3 mülki etibarnamə əsasında almışdır. Həmin mənzildə ***-***-**-** saylı telefon da onun adına olmuşdur. Lakin, o, maddi imkanı olmadığından mənzilə dair çıxarış almamışdır. Daha doğrusu, həmin mənzilin çıxarışı Cavabdeh2 tərəfində yoxa çıxarılmışdır. 2009-cu ilin iyun ayında o, X12 ilə razılığa gəlmiş ki, sözügedən mənzilə çıxarış ilk öncə Həqiqət Əliyevanın adına rəsmiləşdirilməli və daha sonra alğı-satqı yolu ilə onun adına rəsmiləşdirilməlidir. Nəhayət, Həqiqət Əliyeva sözügedən mənzilə dair çıxarışı xx.xx.2009-cu il tarixdə öz adına rəsmiləşdirmiş və ona mülki etibarnamə vermişdir. Sözügedən mənzil 1993-cü ildən onun sahibliyində olmuşdur. Nəhayət, 2019-cu ildə mənz ilin çıxarışını öz adına rəsmiləşdirmək üçün Həqiqət Əliyevaya müraciət etmişdir. Lakin, həmin ərəfədə Həqiqət Əliyeva ağır xəstə olduğundan mənzilin onun adına dəyişdirilməsi yubanmışdır. Daha sonra, yəni 2020-ci ilin may ayında eşitmişdir ki, Həqiqət Əliyeva 2020-ci ilin mart ayında ölmüşdür. Pandemiya olduğundan bu məsələnin həlli yenə təxirə düşmüşdür. Daha sonra, Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən, Cavabdeh1 onun yaxın dostu X10 16 mart 2021-ci il tarixdə mülki etibarnamə vermişdir. Həqiqət Əliyevanın ölümündən istifadə etməklə, Cavabdeh2 onun xəbəri olmadan X11 Əlizadəni aldadıb ki, guya həmin mənzilin satılmasından onun xəbəri var və həmin işi Cavabdeh2 həvalə etmişdir. Odur ki, Cavabdeh2 ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili Camal adlı şəxsə 118.000 manata sat maq üçün Cavabdeh1 istifadə etmiş və satışdan əldə olunmuş məbləğin 10%-ni, yəni 11.800 manatını ona verəcəyinə söz vermişdir. Nəhayət, Cavabdeh1 Cavabdeh2 təklifinə razılıq vermiş və mübahisəli mənzilə dair öz adına çıxarış əldə etdikdən sonra, mübahisəli mənzili satmış və satışdan əldə olunmuş məbləğin 10%-ni, yəni 11.800 manatını X11 Əlizadəyə vermişdir. Notariusda alğı-satqı zamanı Cavabdeh2 bildirmişdir ki, mənzilin satılmasından İddiaçı xəbəri var və o, mənzilin satılmasına etiraz etmir. Halbuki, ona məxsus mənzilin satılmasından onun ümumiyyətlə xəbəri olmamışdır. Həmin günü, yəni 13 oktyabr 2023-cü il tarixdə o, bacısı oğlunun kiçik toyunda iştirak etmək üçün bacısıgilə getmişdi. Növbəti günü, yəni 14 oktyabr 2023-cü il tarixdə evə gəlmiş və evin əşyalarının boşaldılmasının şahidi olmuşdur. Daha sonra, həmin günü axşam saatlarında Camal adlı şəxs yaxınlaşıb həmin mənzilin Aidə tərəfindən satılmasını bildirmiş və mənzili tərk etməyini tələb etmişdir. Hazırda o, evsiz qalmış, əldə etdiyi məlumata əsasən Cavabdeh2 ona məxsus mənzilin satışından əldə olunmuş pul vəsaitinin bir hissəsinə, yəni 65.000 manatına özü üçün Zabrat qəsəbəsində fərdi yaşayış evi almış və qalan pulları da özündə saxlamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlbir olaraq ona məxsus mənzil satmaqla onun mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, nəticədə o, 30 il ərzində yaşadığı və 30 il ərzində sahibliyində olan mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Nəhayət, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Qeyd olunmalıdır ki, mübahisəli mənzilin vərəsəlik qaydasında Cavabdeh 1 adına sənədləşdiriləməsinə şəxsən o, köməklik göstərmiş, tələb olunan sənədlərin toplanmasında iştirak etmişdir. Daha sonra, aralarında olan razılaşmaya əsasən Cavabdeh1 onun xahişini nəzərə alaraq mübahisəli mənzilə dair onun yaxın dostu X8 adına xx.xx.2020-ci il tarixdə mülki etibarnamə vermişdir. Lakin, qeyd olunanlara baxmayaraq, Cavabdeh2 Cavabdeh1 ilə sövdələşmiş və Cavabdeh2 təkidi ilə mənzilin satılmasının razılığını almış və ona 12.000 manat məbləğində pul verəcəyinə dair vəd vermişdir. Odur ki, Cavabdeh1 12.000 manat məbləğində pulun Cavabdeh2 tərəfindən ona veriləcəyi müqabilində ondan xəbərsiz mənzilin satılmasına razılıq vermiş, 30 il onun sahibliyində və istifadəsində olan mənzilin satışından əldə olunmuş 118.000 manat məbləğində pulu öz aralarında bölmüş və bununla da, hüq uqlarını kobud şəkildə pozmuşlar.
19. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, vaxtilə anası Həqiqət Əliyeva evi bu şəxslərə satıb. Satış məbləğindən 10% qalmış, sənədləşmə də olmamışdır. Anası rəhmətə gedəndən sonra İddiaçı ona demişdir ki, etibarnamə versin, evi satsın, qalan məbləği də ödəyəcək. O, da İddiaçı etibarnamə vermişdir. Üstündən 1 il müddət keçsə də heç bir xəbər olmamışdır. Sonra İddiaçı yoldaşı Cavabdeh2 qarşısına çıxmış, məsələnin nə yerdə olduğunu soruşmuşdur. Aidə demişdir ki, “müştəri tapacam, qalan pulu da verərəm qurtararıq.” Müştəri gəlib evə baxmış, notarius da gəlmiş və evin alğı-satqısını etmişlər. Pulunu da vermişlər. Məsələ belə olmuşdur. Aidədən soruşmuşdur ki, “Mahir nə oldu.” Demişdir ki, “mən özüməm.” O, da demişdir ki, ailədir, özlə ri həll edər. Cavabdeh1 suallara cavab olaraq bildirmişdir ki, evi 118.000 manata satmış, ona alğısatqıdan 10.800 manat pul vermişdir. Anası evi bu şəxslərə 1995-1996-cı illərdə satmışdır. Anası rəhmətə gedənə yaxın bilmişlər ki, anası evi satıb və ödənilməli olan puldan qalıb. Anası evi İddiaçı satıb. Alğı-satqı zamanı İddiaçı gəlməmiş, orada olmamışdır. Müştərini Cavabdeh2 gətirmiş, alğı-satqı zamanı da pulu Aidə xanım götürmüş, onun pulunu da vermişdir.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində bildirmişdir ki, o, Mahir müəllimin qonşusu olmuşdur. Özü 1997-ci ildən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 7/b, mənzil 26 yaşayır. Həmin vaxtdan da Mahiri tanıyır. O, həmin ünvana köçəndə, Mahir, anası Elmira xanım, atası Qafar dayı da orada yaşamışdır. Bir müd dət sonra Mahir ailə qurmuş, yoldaşı da o evə köçmüş, uzun müddət yaşamışlar. Sonra münasibətləri pozulduğuna görə, xanım uşaqları ilə birlikdə evdən getmiş, 10 ilə yaxın o evdə olmamışdır. Sonra qayıdıb gəlmiş, yenə də bir müddət yaşamış, sonra da yenidən yığışıb, getmişdir. Evin nə vaxt satıldığını bilmir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı 1992-ci ildən tanıyır. Mahir əvvəllər valideynləri ilə birlikdə 28 mayda yaşayırmış. Sonra 1993-cü ildə Mahirin atası və anası Neapol küçəsi 7/B-dən mənzil almışlar. O vaxtdan da o evdə yaşamışlar. Aidə xanımla Mahir 1997-ci ildə ailə qurmuşdur. Evin mülkiyyətçisi Əlizadə X18 yaxını olaraq ona baş etibarnamə vermişdir ki, evi Mahirin adına rəsmiləşdirsinlər. Mahir də ona e tibar edirdi, evi adına keçirtmədi. Sonra da eşitmişdir ki, yoldaşı evi satıb, gedib.
22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-1176/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin olunmuş, iddiaçının xeyrinə Cavabdeh2 106.200 manat, Cavabdeh1 10.800 manat tutulmuş, iddianın qalan hissəsi təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil Həqiqət Əliyevaya order əsasında verilmiş və onun həmin mənzilə dair mülkiyyət hüququ gözləntisi olmuşdur. Həqiqət Əliyevanın mənzilə dair mülkiyyət hüququ yalnız 2019-cu ildə qeydiyyata alınmışdır. Həqiqət Əliyeva ilə İddiaçı arasında 1997-ci ildə mənz ilin alğı-satqısına dair razılaşma əldə edilmişdir. Tərəflər arasında bağlanmış bu əqd məhkəmə tərəfindən etibarlı hesab edilir. Mənzilin dəyəri iddiaçı tərəfindən Həqiqət Əliyevaya ödənilmişdir. Həmin vaxtdan mənzil İddiaçı istifadəsində sahibliyində olmuş, nə mərhum Həqiqət Əliyeva, nə də onun vərəsəsi olan Cavabdeh1 bu hala etiraz etməmiş, əksinə bu hal Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır.
24. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 mənzilin dəyərindən 10%in İddiaçı tərəfindən ödənilmədiyini qeyd etsə də, bu hal mülki iş materillarında olan digər sübutlarda öz əksini tapmayıb. X2 və onun vərəsəsi Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün iddiaçıya etiba rnamələr vermişdir. Bu hal isə ona dəlalət edir ki, müqavilə üzrə tərəflər arasında razılaşmaya uyğun olaraq İddiaçı öz öhdəliyini tam icra etmişdir. Elə bu səbəblə də, mənzilə dair mülkiyyət hüququnun onun adına qeydiyyata alınması üçün yuxarıda qeyd edilən etibarnamələr verilmişdir.
25. Məhkəmə onu da qeyd etmişdir ki, göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil faktiki olaraq İddiaçı məxsus olmuşdur. Lakin sözügedən mənzil Cavabdeh1 və Cavabdeh2 tərəfindən satılaraq, mənzilin satışından əldə olunan vəsaitin 10%-i Cavabdeh1, yerdə qalan 90% isə Cavabdeh2 tərəfindən əsassız olaraq mənimsənilmişdir. Həmin vəsaitin cavabdehlər tərəfindən götürülməsi üçün hər hansı müqavilə və ya hüquqi əsası olmamışdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilin satışından əldə edilmiş 117.000 manat məbləğində pul vəsaitindən 10.800 manat məbləğində vəsait Cavabdeh1, 106.200 manat məbləğində vəsait isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 118.000 manatın tutulmasını tələb etsə də, müqavilə üzrə mənzilin dəyəri 117.000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddia qalan 1.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir.
28. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.11, 1091.1, 1091.2, 1092-ci, “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-in 1964-cü il tarixli 1 1 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
29. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
30. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzilin cavabdeh olaraq Cavabdeh2 atasının vermiş olduğu pulla alınması faktını gözardı edərək, yaxud bu xüsusatı araşdırmadan əqdin məhz mərhum anası Həqiqət Əliyeva ilə İddiaçı arasında bağlanmış olduğunu etibarlı hesab etmişdir. Hətta heç bir qanuni və ya müqavilə əsası olmadan mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Halbuki evin dəyərinin 90%nin məhz Cavabdeh2 atası tərəfindən ödənilmiş olması faktı, onun evin satışından əldə edilmiş pulun 90 %-ni, onun isə həmin pulun 10%-ni əldə etməyinə haqq qazandıran tam qanuni əsasdır. Bu əsas ondan əlavə, hadisə barədə təfsilatlı məlumatı olan onun ailə üzvləri – atası, bacılarının izahatları ilə təsdiq edilə bilər.
31. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə mənzilin guya 1993-cü ildə alındığı qeyd edilmişdir. Lakin, bu hal tamamilə yanlışdır. Həmin mənzil məhz Cavabdeh2 və onun keçmiş əri İddiaçı nişanlandıqan sonra, hələ toyları olmadan təxminən 1995-ci ildə tamamilə 90 faizi Cavabde h2 atası Mirnəsir Ağayevin pulu ilə alınmışdır. Qalıq 10% pul isə həmin vaxt onlara ödənilmədiyi üçün, o, evin satışından əldə edilən pulun 10 faizini özündə saxlayaraq, ədaləti təmin etmişdir. Birinci instansiya məhkəməsi qeyd edib ki, guya Mahir evi satın almış, lakin maddi imkanı olmadığından mülkiyyətinə keçirə bilməmişdir. Tamamilə yalan məlumatdır. Həmin dövrün qanunvericiliyinə görə Mahir heç maddi imkanı olsaydı belə, mənzili adına keçirə bilməzdi. Çünki həmin dövrdə hələ ilk sahib olan anası Həqiqət Əliyevanın özünün həmin mənzilə mülkiyyət hüququ qeydə alınmamışdı. Bu hüquq yalnız xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə prosesindən cavabdeh Adilə Ağayevanın ümumiyyətlə məlumatı olmamış, iclaslarda iştirak etməmiş və öz konstitusion hüquqlarını müdafiə edə bilməmişdir. Q ətnamə çıxarıldıqdan sonra, ona təqdim edilmədiyi üçün, o, həmin qətnamənin onun hüquqlarını pozmasını, ondan da pul tutulması barədə müddəanı icra məmurundan eşitmiş və apellyasiya şikayəti vermək üçün qətnaməni əldə etmək zərurəti yarandığına görə, xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə gedib, qətnaməni əldə etməklə bağlı ərizə yazmışdır. Məhz həmin ərizə nəticəsində qətnamə ona təqdim edilmişdir. Bununla bağlı məhkəmənin dəftərxanasında müvafiq sənədə imza etmişdir.
32. Cavabdeh Adilə Ağayevanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzilin cavabdeh olaraq Adilə Ağayevanın atasının vermiş olduğu pulla alınması faktını gözardı edərək, yaxud bu xüsusatı araşdırmadan əqdin məhz mərhum Həqiqət Əliyeva ilə İddiaçı ar asında bağlanmış olduğunu etibarlı hesab etmişdir. Hətta heç bir qanuni və ya müqavilə əsası olmadan mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Halbuki evin dəyərinin 90%-nin məhz Adilə Ağayevanın atası tərəfindən ödənilmiş olması faktı, onun evin satışından əldə edilmiş pulun 90 %-ni əldə etməyinə haqq qazandıran qanuni əsasdır. Bu əsas ondan əlavə, həmçinin digər Cavabdeh1 məhkəməyə təqdim edilmiş ərizəsi ilə və hadisə barədə təfsilatlı məlumatı olan onun ailə üzvləri – atası, bacılarının izahatları ilə təsdiq edilə bilər. Bundan başqa, məhkəmə 1091.2-ci maddəni düzgün tətbiq etməyib, Adilə Ağayevanı əsassız varlanmış şəxs kimi qəbul edərək, hesab etmişdir ki, atasının aldığı mənzilin satışından əldə etdiyi pul vəsaiti başqa şəxsin, yəni Adilə Ağayevanın atas ının yox, İddiaçı hesabınadır. Mənzilin pulunu vaxtilə Adilə Ağayevanın atası vermiş olsa da, bu qanuni əsas deyil. Bu qeyd edilən maddənin yanlış tətbiq edilməsinin sübutudur. Cavabdeh Adilə Ağayevanın atasının pulu ilə alınmış mənzilin satışından əldə etdiyi pulun bir hissəsini İddiaçılə birgə nikahdan doğulmuş qızı Xanımın toy və cehiz xərclərinə, digər hissəsi yenə də İddiaçılə birgə nikahdan doğulmuş oğlu Vaqifin təhsil xərclərinə sərf etmişdir. X30 Bakı şəhərində qonşusunun, bəzi hallarda isə Saatlı rayonunda atasının evində yaşayır.
33. Sözügedən işdə Adilə Ağayevanın iştirakı məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə işin tərəfi olaraq onun etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyə n etməmişdir. Hazırkı iş üzrə İddiaçı vəkili olan Vəkil1, bu mübahisə predmeti olan mənzilə Adilə Ağayevanın köçürülməyi ilə bağlı verdiyi iddia zamanı onun vəkili olmuşdur. Lakin sonradan Adilə Ağayevadan daha artıq pul istədiyi üçün, ondan Vəkillər Kollegiyasına şikayət etdi və sırf həmin qərəzlə bağlı Vəkil1 hazırda qarşı tərəfə vəkillik edir. Hesab edir ki, Vəkil1 hazırkı iş üzrə İddiaçı vəkili olması, məhkəmənin gələcəkdə ədalətli, qanuni nəticəyə gəlməsinə mane olan haldır və bu hal MPM-in 71.3-cü maddəsinin tələbini pozur. Ona görə də, hesab edir ki, ya Vəkil1 özü-özünə etiraz etməli, yaxud məhkəmə vəkilin həmin işdən kənarlaşmasını təmin etməlidir. Adilə Ağayevanın sözügedən məhkəmə prosesindən ümumiyyətlə məlumatı olmamış, bu iş üzrə hər hansı məhkəmə iclasında iştirak etməmiş, ya lnız icra məmuru tərəfindən məlumatlandırılmış və dərhal məhkəməyə gedərək, qətnaməni əldə edərək, baş verənlərdən xəbər tutmuşdur. Odur ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı hüquqlarını müdafiə edə bilməmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1898/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (Namiq Cəfərov (sədrliyi və məruzəsi ilə), İkram Şirinov və Elşən Kazımov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mənzilin dəyərinin Həqiqət Əliyevaya ödənilməsi işin mübahisəsiz halıdır. Bunu işdə iştirak edən bütün şəxslə r təsdiq edir. Odur ki, mənzilin dəyərinin kim tərəfindən ödənildiyinin müəyyənləşdirilməsində mənzilin dəyərini alan şəxsin izahatı mötəbər sübut sayılır. İşdə iştirak edən şəxslər və onların qohumları mübahisənin öz xeyirlərinə həllində maraqlı olduqlarına görə, onların verdiyi məlumatlar mötəbər sübut hesab olunmur. Mənzilin dəyərini alan şəxs - Həqiqət Əliyeva sağlığında məhkəməyə yazılı izahat göndərərək bildirib ki, mənzili iddiaçıya və iddiaçının valideynlərinə satıb. Bu izahat həmin mənzilə dair mübahisə üzrə qəbul olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunub (iş v. 15). Bundan başqa, mənzilin dəyərini alan Həqiqət Əliyevanın iddiaçının adına mənzilə dair xx.xx.2009-cu il tarixli etibarnamə (iş v. 18) vermə si, Həqiqət Əliyeva vəfat etdikdən sonra isə onun ovladı (vərəsəsi) Cavabdeh1 iddiaçının dostunun adına mənzilə dair xx.xx.2020-ci il tarixli etibarnamə (iş v. 13) verməsi də təsdiq edir ki, mənzilin dəyərini Həqiqət Əliyevaya iddiaçı ödəyib.
36. Cavabdeh2 mənzilin dəyərinin atası tərəfindən ödənildiyini bildirsə də, onun atasının Həqiqət Əliyevaya pul ödədiyini təsdiq edən sübut yoxdur. Bundan başqa, Cavabdeh2 özü yazılı şəkildə bildirib ki, mənzil iddiaçı ilə onun ailə qurmasından əvvəl (nişanlı olduqları zaman) alınıb (iş v. 163). Bu isə onu təsdiq edir ki, mənzilin dəyəri nikah müddətində ödənilməyib, yəni mənzilin dəyəri kimi ödənilən pulun ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əsas yoxdur.
37. Mənzil əldə edilməsi üçün ödənilən pul iddiaçıya məxsus olduğuna görə, mə nzilin satılması nəticəsində əldə edilən pul da iddiaçının pulu hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, cavabdehlər əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Hər iki cavabdehin imzası olan iltizama görə, mənzilin satışından əldə edilən pulun 106.200 manatı Cavabdeh2, 10 faizi isə Cavabdeh1 çatıb (iş v. 133). Müqaviləyə görə, mənzil 117.000 manat satılıb (iş v. 101). Həmin məbləğdən Cavabdeh2 verilmiş 106.200 manat çıxıldıqdan sonra qalan məbləğ 10.800 manat edir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının xeyrinə Cavabdeh2 106.200 manat, Cavabdeh1 isə 10.800 manat tutulmasını qət edib.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1191 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
39. Qətnamədən Cavabdeh1 (Vəkil3) və Cavabdeh2 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
40. Cavabdeh1 kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş materiallarına əlavə edilən sübutları mötəbər saymamaqda haqlı olmamış və həqiqətin müəyyən edilməsini təmin etmək məqsədilə Cavabdeh2 atasının izahatını dinləmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, məh kəmə onun eyni zamanda şahid qismində atasının iclasda mövqelərinin bildirilməsi üçün və evin həqiqətən Cavabdeh2 atası tərəfindən pulunun ödənilməsini təsdiq edəcək sübutların təqdim edilməsini təmin etmək əvəzinə əsassız olaraq tələmtələsik qətnamə qəbul etməsi hüquqlarını pozmuşdur. Məhkəmə iclasına Cavabdeh2 atası ilə gələrkən atasının səhhətinin pisləşməsinə görə xəstəxanaya getmək məcburiyyətində qaldığından, dərhal Cavabdeh2 zəng edərək vəziyyəti anladıb məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək hakimlərə bu məlumatın verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etməsini bildirərək, növbəti iclasda xəstəxanadan müvafiq Arayışın təqdim ediləcəyini bildirmişdir. Lakin Cavabdeh2 bu məlumatı məhkəməyə bildirsə də göründüyü kimi məhkəmə kollegiyası buna da əhəmiyyət vermədən qətnamə qəbul etmişdir.
41. Cavabdeh2 kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzilin cavabdeh olaraq Cavabdeh2 atasının vermis olduğu pulla alınması faktını gözardı edərək, yaxud bu xüsusatı araşdırmadan əqdin məhz mərhum Həqiqət Əliyeva ilə İddiaçı arasında bağlanmış olduğunu etibarlı hesab etmişdir. Hətta heç bir qanuni və ya müqavilə əsası olmadan mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Halbuki mənzilin dəyərinin 90%-nin məhz Cavabdeh2 atası tərəfindən ödənilmiş olması faktı, onun evin satışından əldə edilmiş pulun 90 %-ni əldə etməyinə haqq qazandıran qanuni əsasdır. Bu əsas ondan əlavə, həmçinin digər Cavabdeh1 n məhkəməyə təqdim edilmiş ərizəsi ilə və hadisə barədə təfsilatlı məlumatı olan onun ailə üzvləri – atası, bacılarının izahatları ilə təsdiq edilə bilər. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 1091.2-ci maddəsini düzgün tətbiq etməyib, Cavabdeh2 əsassız varlanmış şəxs kimi qəbul edərək hesab etmişdir ki, atasının aldığı mənzilin satışından əldə etdiyi pul vəsaiti başqa şəxsin, yəni Cavabdeh2 atasının yox, İddiaçı hesabınadır. Mənzilin pulunu vaxtilə Cavabdeh2 atası vermiş olsa da, bu qanuni əsas deyil. Bu qeyd edilən maddənin yanlış tətbiq edilməsinin sübutudur.
42. Məhkəmə iş materiallarına əlavə edilən sübutları mötəbər saymamaqda haqlı olmamış və həqiqətin müəyyən edilməsini təmin etmək məqsədilə Cavabdeh2 atasının, eləcə də digər Cavabdeh1 ailə üzvlərinin (atası və bacıları) izahatı nı dinləmədən əsassız nəticəyə gəlmişdir.
43. Məhkəmə iclasından bir gün əvvəl - xx.xx.2025-ci il tarixdə Cavabdeh2 müdafiəçisi Vəkil2 e-məhkəmə sistemi vasitəsilə müvafiq ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, eyni zamanda Cavabdeh2 da məhkəmədə işin vəkilinin iştirakı olmadan baxılmasına etiraz etsə də, məhkəmə qərəzli olaraq iclas keçirmiş və qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
44. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
45. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçü n ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
46. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
47. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
48. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təs diqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.
49. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
50. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 337.2. Əqd barəsində mübahisə edildikd ə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
53. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
55. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alı nanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
58. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin ) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
59. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
60. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
61. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
62. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
63. Mad də 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
64. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
65. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halla rın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.4. M əhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:
76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
78. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbinin təmin etməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan qanuni və əsaslı sayıla bilməz.
79. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mərhum anası Həqiqət Əliyevaya order əsasında məxsus olmuş mübahisəli mənzili 1993-cü ildə mərhum Həqiq ət Əliyevadan aldığını, Həqiqət Əliyevanın 2020-ci ilin mart ayında vəfat etməsindən sonra onun varisi Cavabdeh1 mənzili öz adına rəsmiləşdirdikdən sonra, Cavabdeh2 ilə sövdələşərək mənzili satılmasını, 30 il onun sahibliyində və istifadəsində olan mənzilin satışından əldə olunmuş 118.000 manat məbləğində pulu öz aralarında bölmələrini qeyd edərək, mənzilin satışından əldə olunmuş 118.000 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
80. Cavabdeh2 mübahisəli mənzilin onun atasının vəsaiti hesabına əldə olunduğunu, Mülki Məcəllənin 1091.2-ci maddəsinin düzgün tətbiq etmədiyini qeyd edərək iddiaya qarşı etiraz edir. Digər Cavabdeh1 də eyni ilə mənzilin dəyərinin Cavabdeh2 atasının vəsaiti hesabına əldə olunduğunu, Mülki Məcəllə nin 1091.2-ci maddəsinin düzgün tətbiq etmədiyini qeyd edərək iddiaya qarşı etiraz edir.
81. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, mübahisəli mənzilin X6 order əsasında verilməsini, onun həmin mənzilə dair mülkiyyət hüququ gözləntisi olmasını, Həqiqət Əliyevanın mənzilə dair mülkiyyət hüququnu yalnız 2019-cu ildə qeydiyyata alınmasını, Həqiqət Əliyeva ilə iddiaçı arasında 1997-ci ildə mənzilin alğısatqısına dair razılaşma əldə edilməsini, tərəflər arasında bağlanmış bu əqdin məhkəmə tərəfindən etibarlı hesab edilməsini, mənzilin dəyərinin iddiaçı tərəfindən Həqiqət Əliyevaya ödənilməsini, həmin vaxtdan mənzilin iddiaçının istifadəsində və sahibliyində olmasını, nə mərhum Həqiqət Əliyevanın, nə də onun vərəsəsi olan Cavabdeh1 bu hala etiraz etməmədiklərini, Cavab deh1 mənzilin dəyərindən 10%-in iddiaçı tərəfindən ödənilmədiyini qeyd etsə də, bu halın mülki iş materillarında olan digər sübutlarda öz əksini tapmadığını, əksinə Həqiqət Əliyeva və onun vərəsəsi Cavabdeh1 tərəfindən mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün iddiaçıya etibarnamələr verməsini, bu halın isə müqavilə üzrə tərəflər arasında razılaşmaya uyğun olaraq iddiaçının öz öhdəliyini tam icra etməsinə dəlalət etdiyini, bu səbəblə də, mənzilə dair mülkiyyət hüququnun onun adına qeydiyyata alınması üçün qeyd edilən etibarnamələrin verilməsini, mübahisəli mənzilin faktiki olaraq iddiaçıya məxsus olmasını, lakin mənzilin cavabdehlər tərəfindən satılaraq, mənzilin satışından əldə olunan vəsaitin 10%-in Cavabdeh1, yerdə qalan 90%-in isə Cavabdeh2 tərəfindən əsassız olar aq mənimsənilməsini, həmin vəsaitin cavabdehlər tərəfindən götürülməsi üçün hər hansı müqavilə və ya hüquqi əsasın olmadığını, müqavilə üzrə mənzilin dəyəri 117.000 manat məbləğində müəyyən edildiyindən, iddianın qalan 1.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində təmin edilməməli olmasını göstərməklə həmin nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin “əsassız varlanma” ilə bağlı 1091.1, 1091.2, 1092-ci maddələrinə, habelə 1 sentyabr 200-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin “əqdin notariat təsdiqinin məcburiliyi və buna riayət edilməməsinin nəticələri” ilə bağlı 43-cü maddəsinə əsaslanmışdır.
82. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən, mənzilin dəyərinin Həqiqət Əliyevaya ödənilməsinin işin mübahisəsiz halı olduğunu, mənzilin dəyərinin kim tərəfindən ödənildiyinin müəyyənləşdirilməsində mənzilin dəyərini alan şəxsin izahatının mötəbər sübut sayılmasını, mənzilin dəyərini alan şəxs - Həqiqət Əliyevanın sağlığında məhkəməyə yazılı izahat göndərərək mənzili iddiaçıya və iddiaçının valideynlərinə satmasını bildirdiyini, mənzilin dəyərini alan Həqiqət Əliyevanın iddiaçının adına mənzilə dair xx.xx.2009-cu il tarixli etibarnamə verməsinin, Həqiqət Əliyeva vəfat etdikdən sonra isə onun ovladı (vərəsəsi) Cavabdeh1 iddiaçının dostunun adına mənzilə dair xx.xx.2020ci il tarixli etibarnamə verməsinin də mənzilin dəyərinin Həqiqət Əliyevaya idd iaçı tərəfindən ödənilməsini təsdiq etməsini, Cavabdeh2 mənzilin dəyərinin atası tərəfindən ödənildiyini, onun atasının Həqiqət Əliyevaya pul ödədiyini təsdiq edən sübutunun olmadığını, mənzilin dəyərinin nikah müddətində ödənilmədiyini, yəni mənzilin dəyəri kimi ödənilən pulun ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əsas olmadığını qeyd edərək, mənzilin əldə edilməsi üçün ödənilən pulun iddiaçıya məxsus olmasına görə, mənzilin satılması nəticəsində əldə edilən pulun da iddiaçının pulu hesab olunması, ona görə də cavabdehlərin əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalı olmaları barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin əsassız varlanmanı tənzimləyən 1092.1-ci maddəsinə əsaslanmışdır.
83. Məhkəmə kollegiy ası aşağıdakılara əsasən hesab edir ki, cavabdehlərin iddiaya görə cavab verməli olmaları ilə bağlı məsuliyyət hədləri düzgün müəyyən edilməmiş, bu səbəbdən də məhkəmələr tərəfindən işə baxılarkən Cavabdeh2 münasibətdə iddianın təmin edilməsi zamanı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
84. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etir az və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
85. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddia tələbinin qanuni əsasını müəyyən etmək məhkəmənin bilavasitə vəzifəsidir.
86. Hazırkı iş üzrə cavabdehlərin iddiaçının hesabına konkret olaraq hansı əmlak dəyərini (daşınmaz əşyanın alınması üçün ödənilmiş pulun məbləği) əldə etdikləri, əldəetmənin hüquqi əsası, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olması (alğı-satqı, tapşırıq və s.), hətta alğı-satqı olmuşsa, əmlakın dəyərini geri tələb edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların nədən ibarət olması məhkəmələr tərəfindən düzgün müəyyən edilməmişdir.
87. İşin məhkəmələr tərə findən müəyyən edilmiş hallarından da məlum olur ki, iddiaçı özü bilavasitə cavabdehlərdən mənzil almamış, onlara mənzilə görə hər hansı vəsait ödəməmişdir. İddiaçı mənzilə görə pulu mənzilin faktiki sahibi, daha sonra isə mülkiyyətçisi olmuş Həqiqət Əliyevaya ödəmişdir. İddia tələbi iddiaçıya məxsus olan mənzilin dəyərinin cavabdehlər tərəfindən mənimsənilməsi ilə bağlıdır. Həmçinin iddiaçı mənzili mərhum Həqiqət Əliyevadan hansı məbləğə aldığını iddia ərizəsində göstərməsə də, mənzili almaq üçün ödədiyi məbləği və həmin məbləğin iddianın qaldırıldığı vaxta uyğun indeksləşdirilmiş məbləğini deyil, mənzilin xx.xx.2023-cü il tarixdə satıldığı vaxt cavabdehlərə ödənilmiş məbləği onlardan müştərək qaydada tələb edir.
88. Aydındır ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
89. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
90. Hazırkı işdə həm iddiaçının bildirdiklərinə, həm də məhkəmələrin iddiaçının dedikləri ilə eyni istiqamətdə olan “cavabdehlərin vicdanlı davranmayaraq əmlakın satılmasından əldə edilmiş pulu iddiaçıya qaytarmaqdan imtina etmələri” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bu nəticəyə gəlmək üçün əvvəlcə cavabdehlərin iddiaçı qarşısında belə bir öhdəliklərinin olması sübuta yetirilməlidir. Ona görə də mənzilə görə pulu iddiaçıdan qəbul etmiş Həqiqət Əliyevanın vərəsəsi Cavabdeh1 və digər Cavabdeh2 münasibətdə işin halları ilə bağlı ayrı-ayrılıqda dəyərləndirmə aparmalıdır.
91. Hazırkı iş üzrə iddianın təmin olunmasının əsası kimi istinad edilən, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, məhkəmələr hər bir cavabdehə münasibətdə işin müəyyən olunmuş hallarını Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə ziddiyyətli qiymətləndirmə aparmışlar.
92. Belə ki, məhkəmələr işin araşdırılması zamanı əsas diqqəti alınmış mənzilin pulunun kim tərəfindən ödənilməsini müəyyən etməyə ayırmışlar. Nəticədə mərhum Həqiqə t Əliyeva ilə iddiaçı arasında 1997-ci ildə mənzilin alğı-satqısına dair etibarlı razılaşma əldə edilməsi, mənzilə görə pul vəsaitini isə iddiaçının ödədiyini müəyyən etməklə məhkəmələr bu qənaətə gəlmişlər ki, mövcud vəziyyətdə cavabdehlərin hər ikisi mənzilin satılmasından əldə olunmuş pul vəsaitini iddiaçıya qaytarmadıqları üçün əsassız varlanmış sayılırlar.
93. Halbuki, qeyd edilənlər bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır.
94. Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
95. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü e yni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
96. Hazırkı işdə mərhum Həqiqət Əliyevadan sonra vərəsəlik qaydasında mənzilin mülkiyyətçisi olmuş Cavabdeh1 mənzilin satılmasına görə əldə etdiyi pul vəsaitini iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar cavabdehlərə münasibətdə iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin həyata keçməməsi müəyyən edilməlidir.
97. Qeyd olunan şərt ondan ibarətdir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (alğı-satqı, bağışlama və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.
98. Baxılan işdə əgər iddiaçı mənzilə görə pul vəsaitini mərhum Həqiqət Əliyevaya vermişsə, onun vərəsəsi, Cavabdeh1 əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda alğı-satqı mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
99. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc ı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci maddəsi)
100. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini mərhum Həqiqət Əliyevaya mənzilin alğı-satqısı düşüncəsi ilə verdiyinə istinad edir və mərhum Həqiqət Əliyeva, mənzilin alğı-satqısının olduğunu, yəni iddiaçıdan pulun mənzilin alğı-satqısına görə alındığını qəbul edir. X15 vərəsəsi olan Cavabdeh1 birinci instansiya məhkəməsində bu halı təsdiq etsə də, sonradan apellyasiya və kassasiya şikayətində mənzilə görə pulun Cavabdeh2 atası tərəfindən ödənildiyini qəbul edir.
101. Göründüyü kimi iddiaçı ilə mübahisəli mənzilin faktiki sahibi, daha sonra isə mülkiyyətçisi olmuş Həqiqət Əliyeva arasında hər hansı etibarlı alğı-satqı müqaviləsi mövcud olmamasına məhkəmələr düzg ün hüquqi qiymət verməmişlər. Belə ki, iddiaçı mübahisəli mənzili mərhum Həqiqət Əliyevadan 1997-ci ildə pulunu ödəməklə aldığını iddia etsə də, laqeydlik göstərərək həmin mənzilin adına rəsmiləşdirilməsini həyata keçirməmişdir. Mübahisəli mənzilin alğı-satqısının olmasını iddiaçı bildirmiş, məhkəmələr isə mənzilin alğı-satqısının sübuta yetirməsi qənaətinə gəlmişlər. Bununla belə mərhum Həqiqət Əliyeva və Cavabdeh1 mənzilin iddiaçıya satılmasını qəbul etsələr də, bu razılaşma qeydiyyatla rəsmiləşdirilmədiyindən daşınmaz əmlakla bağlı etibarlı alğı-satqı müqaviləsinin bağlanması kimi düzgün dəyərləndirilməmişdir.
102. Çünki Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xit amı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Buna baxmayaraq məhkəmələr mərhum Həqiqət Əliyeva ilə iddiaçı arasında 1997-ci ildə mənzilin alğı-satqısına dair razılaşmanı tərəflər arasında bağlanmış etibarlı əqd kimi qəbul etmişlər.
103. Beləliklə, əgər şəxs mübahisəli mənzili alğı-satqı müqaviləsi əsasında əldə etmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, alğı-satqı müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir ə sasın olmaması şərtinin təsbit olunmadığını göstərir.
104. Bu xüsusat Cavabdeh1 münasibətdə yoxlanılarkən, tərəflərin təqdim etdikləri sübutlar, pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla, iddiaçı ilə mərhum Həqiqət Əliyeva arasında etibarlı alğı-satqı müqaviləsinin mövcud olması qəbul edilmədiyi halda belə, iddiaçının mənzilə görə ödədiyi vəsaiti mənzili satdıqdan sonra ona qaytarmayan Cavabdeh1 iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanması kimi qiymətləndirilməsi mümkündür.
105. İşin hallarından o da müəyyən olunduğu kimi, iddiaçı etibarlı hüquqi əsaslarla olmasa belə mənzili əldə etmək üçün mərhum Həqiqət Əliyevaya müəyyə n məbləğdə pul ödəmişdir. Bu baxımdan iddiaçı sahiblənə bilmədiyi mənzilə görə ödədiyi məbləği mərhum Həqiqət Əliyevanın vərəsəsi kimi Cavabdeh1 tələb etməkdə haqlı olmuşdur.
106. Lakin baxılan işdə iddiaçının Cavabdeh2 hesabına əmlak əldə etməklə əsassız varlanması ilə bağlı zəruri şərti müəyyən etmədən məhkəmələrin ona münasibətdə iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı qəbul edilə bilməz. Başqa sözlə, həmin maddi hüquq norması Cavabdeh2 münasibətdə işə səhv tətbiq edilmişdir.
107. Baxılan işdə Cavabdeh1 mənzilin satılmasına görə əldə etdiyi pul vəsaitini iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu halların Cavabdeh2 həmin vəsaiti iddiaçının hesabına əldə etməsi kimi dəyərləndirilməsi düzgün deyil və Cavabdeh2 münasibətdə əsassız varlan ma çərçivəsində iddianın təmin edilməsi üçün kifayət deyil. Çünki, mənzilin satılmasına görə əldə edilmiş pul vəsaiti mənzilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən könüllü şəkildə Cavabdeh2 verildiyindən, bu halda Cavabdeh2 həmin əmlakı iddiaçının hesabına əldə etməməsi kimi dəyərləndirilməsi düzgün hesab edilə bilməz.
108. Bu baxımdan hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilə görə mərhum Həqiqət Əliyevaya ödənilmiş məbləğin, onun vərəsəsi kimi Cavabdeh1 əsassız varlanmaya görə tutulmalı olması barədə məhkəmələrin gəldiyi nəticə düzgün olmuşdür. Odur ki, pulun ondan tutulmasının qanunauyğun olmaması, Mülki Məcəllənin 1091.2-ci maddəsinin düzgün tətbiq etmədiyi barədə Cavabdeh1 kassasiya şikayətinin dəlili əsassızdır.
109. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin Cavabdeh2 münasibətdə i şin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
110. Göstərilənlər, qeyd olunan hissədə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
111. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə ş əkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 112.Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. 113.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzr ə 1994-cü il 19 aprel tarixli qərarlar). 114.Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevan ın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). 115.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 116.Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddəl ərinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. 117.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. 118.Ona görə də hər iki kassasiya şikayətində işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş olunduğundan, Cavabdeh2 kassasiya şikayəti tam, Cavabdeh1 kassasiya şikayəti isə qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 119.İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanla rı aradan qaldırmaqla yanaşı, tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, o cümlədən iddiaçının Cavabdeh2 hesabına əmlak əldə etməklə əsassız varlanması ilə bağlı işin halları araşdırılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunaraq, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.
120. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1898/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.