Məhkəmə qərarları › İş №2(102)-2102/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2102/2021

27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2102/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı qızının Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2102/21 (Açar sözlər: mülkiyyət hüququnun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı qızı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-111/2020 saylı qətnaməsindən iddiaçı Həsənov Zina Həsən qızının kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehin torpaq sahəsindən çıxarılması barədə iddia qaldırıb və tələbini belə əsaslandırıb ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “A saylı fərdi ev ona məxsusdur. Sözügedən evə dair onun adına qeydiyyat vəsiqəsi ilk dəfə 19 oktyabr 2005-ci il tarixdə verilib. Həmin evin yerləşdiyi torpaq sahəsi 0,0039 ha-dır. Ev torpaq sahəsinin 29,5 kv.metr hissəsindədir. Torpaq sahəsinin 0,0019 ha hissəsini Heybət Abbasov zəbt edib və orada 3 ədəd ev tikərək kirayəyə verib. 2007-ci ildə Heybət Abbasov həmin evi əvvəlcə Cavabdeh1 kirayə verib, sonradan isə torpaq sahəsini ona 9.000 manata satıb. Beləliklə, mülkiyyətçisi olduğu 0,0039 ha torpaq sahəsinin 0,0019 ha hissəsini Cavabdeh1 zəbt edib və mülkiyyətçisi olduğu torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirib. Hazırda Cavabdeh1 mülkiyyətçisi olduğu torpaq sahəsində yaşayır. Cavabdeh1 öz etirazını bildirib və torpaq sahəsinin mülkiyyətçisi olduğunu onun nəzərinə çatdırıb. Cavabdeh1 qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozur və torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik törədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.İsmayılov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər qonşudurlar, cavabdeh öz mülkiyyətin də olan evdə, iddiaçı isə öz mülkiyyətində olan evdə yaşayırlar. Tərəflərin yaşadıqları evlərin ayrıca giriş-çıxış qapıları vardır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi mülki iş materialları ilə istisna olunur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 178.1, 203.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 240.1, 240.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apel yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsi nin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyay a) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələri). Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şə rti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-c i maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasas iya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər qonşudurlar. 16 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, dövlət mülkiyyətində olan 0,0039 ha torpaq sahəsində yerləşən 388 “A” saylı fərdi yaşayış evi iddiaçının, 02 fevral 2016-cı il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, mülkiyyətdə olan 0,017 ha torpaq sahəsində yerləşən 388 “C” saylı fərdi yaşayış evi isə cavabdehin xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 “A” saylı fərdi yaşayış evinin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməyib. Hazırda iddiaçı, 0,0039 ha torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu, cavabdehin həmin torpaq sahəsinin 0,0019 ha hissəsini özbaşına zəbt etdiyini göstərib, cavabdehin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “A” saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmasını iddia edir. Cavabdeh isə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “C” saylı fərdi yaşayış evinin yerləşdiyi 0,017 ha torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu göstərib iddiaya etiraz edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspertin rəyini araşdırıb haqlı ola raq qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan 0,0019 ha torpaq sahəsini zəbt etməsi mülki iş materialları ilə istisna olunur. Əksinə, işə əlavə edilmiş sübutlarla, habelə 02 fevral 2016-cı il tarixli Çıxarışla müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “C” saylı fərdi yaşayış evi, o cümlədən həmin evin yerləşdiyi 0,017 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, kasasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddənin mənasına görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninki ləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmi şdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Çünki iddiaçının iddia etdiyi cavabdehin mülkiyyətində olan sözügedən torpaq sahəsinə dair sonuncunun adına aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddiaçının irəli sürdüyü arqumentlər əsaslı sayıla bilməz. Digər tərəfdən iddiaçının adına verilmiş 1 6 dekabr 2013-cü il tarixli Çıxarışa görə ümumiyyətlə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi 388 “A” saylı evin yerləşdiyi 0,0039 ha torpaq sahəsi onun deyil, dövlət mülkiyyətindədir və iddiaçının həmin torpaq sahəsindən yalnız istifadə hüququ var. Mülki qanunvericiliyə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən ar aşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-111/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar