Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2105/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: qanunsuz hərəkətlərə qadağan qoyulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-437/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 17 saylı evin yanında yerləşən 27,6 kv.m qeyri-yaşayış sahəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması qaydalarına əsasən 07.06.2006-cı il tarixdə X1 mülkiyyətinə verilmişdir. Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 09 oktyabr 2007-ci il tarixli, 298 saylı sərəncamı ilə Bələdiyyə ehtiyat fondunun predmeti olan torpaq sahəsindən 28-ci məhəllədəki Uşaq Poliklinikasının yaxınlığındakı üzərində mağaza tikilmiş 89 kv.m. torpaq sahəsi X2 uzunmüddətli istifadə hüququ ilə ayrılm ışdır. Abşeron Rayon Məhkəmsinin 02 aprel 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi və kanalizasiya xəttinə olan maneənin aradan qaldırılmasına dair iddiası, xxxxxxX3rşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (bundan sonra – cavabdeh) atası X2 məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 17 saylı evin yanında yerləşən miras əmlakı faktiki olaraq qəbul etmişdir və hal-hazırda oradan istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus Xırdalan şəhəri 2 8-ci məhəllədə yerləşən ümumi sahəsi 101 kvadrat metr olan bir mərtəbəli qeyri-yaşayış binasının yerləşdiyi və qanuni əsaslarla icarəsində olan 197.8 kvadrat metr torpaq sahəsinin ərazisindən keçən kanalizasiya xəttinin, həmin torpaqdan istifadə etməsinə mane olan iki ədəd kondisioner motorlarının və tüstü bacasının cavabdehin öz vəsaiti hesabına çıxarılması, həmçinin, cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşuluqda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə dair kanalizasiya xətti, iki ədəd kondisioner motoru və tüstü bacası onun mülkiyyətində olan qeyri-yaşayış binasından və onun icarəsində olan torpaq sahəsindən istifadə etməsinə maneə törədir. Tər əfindən bu barədə cavabdehə dəfələrlə irad bildirilsə də, cavabdeh bu iradı qəbul etməmiş və ona qarşı aqressiv davranmışdır. Halbuki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin binasının digər üç tərəfi heç kimə mane olmur. Cavabdeh istəsə kanalizasiya xəttini, kondisioner motorlarını və tüstü bacasını özünə məxsus qeyri-yaşayış sahəsinin binasının digər üç tərəfindən birinə quraşdıra bilər, lakin bunu etməyərək onunla qərəzçilik edir. Cavabdehin qanunsuz əməlləri barədə həm yerli icra hakimiyyəti orqanına, həm də yerli polis idarəsinə dəfələrlə müraciət etmiş və hər iki orqan tərəfindən məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, tərəflərin hər ikisinə məxsus qeyri-yaşayış sahəsinin arasın da yerləşən 2,6 metr məsafədə torpaq sahəsi Xırdalan bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh həmin halı təsdiq edən sübut qismində məhkəməyə Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən ona ünvanlanan 06 iyul 2011-ci il tarixli, 560 saylı məktubu təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-3142/2019 nömrəli iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim – C.Səfiyeva) iddia tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin kanalizasiya xəttinin sökülməsi hissəsinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərə məxsus obyektlərin arasındakı 2,6 metr məsafədə torpaq sahəsi tərəflərin heç birinin nə mülkiyyətində, nə də ki, icarəsində deyildir. İddiaçı həmin torpaq sahəsinin icarəsi ndə olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı mübahisəli kanalizasiya xəttinin tam yanından mişar daşı ilə 2 metr hündürlüyündə divar qaldırmışdır. Beləliklə, kanalizasiya xəttinin iddiaçıya hər hansı maneçiliyi müəyyən olunmamışdır. Mübahisələndirilən digər predmetlərin də iddiaçıya maneçilik törətməsi məhkəmə baxışında, habelə yeri baxış zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 172.2, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2020-ci il tarixli, 10/1020 saylı rəyinə əsasən, iş üzrə iddiaçının mülkiyyətində olan Xurdalan şəhəri, 28-ci məhəllədə yerləşən ümumi sahəsi 101 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının yerləşdiyi və icarəsində olan 197,8 kv.metr torpaq sahəsinin ərazisindən cavabdehə məxsus binaya hər hansı kommunikasiya, o cümlədən kanalizasiya xəttinin keçməsi müəyyən olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-437/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) iddiaçının ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçıdan 100 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tə min olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr cavabdehin hərəkətlərini öz qonşuluq vəzifələrinin yerinə yetirilməsindən yayınma kimi qəbul etməklə iddianı təmin etməli idilər. Məhkəmə, ciddi prosessual pozuntuya yol verərək, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyini tanış olması üçün ona təqdim etməmişdir. Halbuki o, ekspert tərəfindən aparılmış ölçü işlərinin həcminə və üsuluna yerində etiraz etmişdir. Məhkəmə rəyə münasibət bildirməsi üçün ona şərait yaratmamışdır. Kassator göstərmişdir ki, məhkəmə heç bir hüquqi əsas olmadan Xırdalan Bələdiyyəsinin 06.07.2011-ci il məktubunu sübut kimi qəbul etmişdir. Əmlaka dair onun mülkiyyət hüququ hələ Bələdiyyə orqanı təşkil olunmadığı dövrdə yaranmış dır. Həmin sahə dövlət mülkiyyəti kimi qəbul edilməli və onunla həmin sahəyə dair bağlanmış müvafiq müqavilələr iddianın təmin edilməsi üçün əsas kimi götürülməlidir. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 12, 172-ci, Torpaq Məcəlləsinin 180-ci maddələrinin, MPM-in tələbləri pozulmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasınd a vəkilsiz iştirak etdiyindən MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 172.2.Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurguların qonşu sahədə tikilməsinin və ya istismarının qadagan olunmasını tələb edə bilər. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurgular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə g əlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya, həmçinin nəzərə alır ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-437/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2105/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2105/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver