Məhkəmə qərarları › İş №2(102)-2106/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2106/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2106/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 28 oktyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar Rayon Məhkəməsinin 21.12.20 17-ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş 13 may 2009-cu il tarixli, MH seriyalı, ******* saylı çıxarış etibarsız hesab edilmiş, həmin məhkəmənin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçıla və X7 arasında Qusar Rayon Notariat Kontorunda bağlanmış 24.08.2017-ci il tarixli, 4Ə-1418 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh X3 adına Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xaçmaz Ərazisi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, Qusar rayonu, Gilahoba kəndində yerləşən 3.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X3 və İddiaçı sahibliklərindən və istifadələrindən alınaraq Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyinə və i stifadələrinə qaytarılması, İddiaçı Cavabdeh2 qarşı əqd üzrə aldıqlarının qaytarılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

2. Hazırkı işdə iddiaçı torpaq sahəsinin alınması üçün verilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 24.000 manat məbləğində pulun, 5000 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər ondan aldıqları 6400 manat pulu devalvasiya nəzərə al ınmaqla, həm də ona dəymiş maddi ziyanı və mənəvi ziyanı ödəməlidirlər. Cavabdehlərə ödədiyi 6400 manat pul 2007-ci ildə dolların manata nisbətdə kursu 0,78 olmuşdur. 6400 manat həmin dövrdə 8205 ABŞ dolları təşkil etmişdir. Hazırda 1 ABŞ dolları 1,7 manat təşkil edir, bu hesabla 8205 manat ABŞ dolları 13948 manat təşkil edir. 2007-ci ildə 1,0 ha torpaq sahəsinin bazar qiyməti 2000-2500 manat civarında idisə hazırda 1,0 ha torpaq sahəsinin bazar qiyməti 8000-10000 manat civarındadır. Cavabdehlərin ona qarşı etdikləri qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanı (çıxarışların alınmasına, müqavilənin təsdiqinə, üç il ərzində məhkəmələrə gedib gəlməsinə və s.) 5000 manat və mənəvi zərərə görə dəymiş ziyanın 10.000 manat qiymətləndirir.

5. Cavabdehlər birinci instansiya məhkəməsind əki icraat zamanı iddiaya qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişlər.

6. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) 25 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 6400 manat və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 12 il müddət üçün illik 5 faiz olmaqla 3840 manat olmaqla, cəmi 10240 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manat pulun isə cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi verilən günədək keçən 12 il ərzində 6400 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 28 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam həcmdə təmin olunmasını və iddia tələbinin hər iki cavabdehə yönəldilməsi barədə yeni qərar qəbul edilm əsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Kassator hesab edir ki, iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət tərəfindən təqdim olunan akt əsasında ona və ailə üzvlərinə verilmiş pay torpaqdır. Həmin torpaq sahəsinin satılması və pulun ona verilməsi tamamilə yalandır. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsində şahidlərin verdiyi ifadələr həqiqətə əks etdirmir. Digər tərəfdən hal-hazırda torpaq sahəsinin bir hektarının bazar qiymətini müəyyən edən ekspertiza rəyi yoxdur. İddiaçı ilə aralarında heç bir rəsmi müqavilə olmadığı halda əlavə olaraq 5 faiz pulun hesablanması qnuna uyğun deyildir. Çünki məhkəmə qətnaməsi ancaq iki şahidin şifahi sözlərinə əsaslanmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etm ək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

20. Maddə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdi r.

28. Xaçmaz rayon yalama kənd sovetliyindən 24 avqust 1961-ci ildə verilmiş AZ seriyalı, 068860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 iyul 1961-ci ildə doğulmuşdur, şəhadətnamənin ata qrafasında X8, ana qrafasında X9 qeydi aparılmışdır.

29. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 11 avqust 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 758923 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15.06.2015-ci il tarixdə “qara ciyər çatışmazlığından” ölmüşdür.

30. Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsinin 21.05.2020-ci il tarixli, 225 nömrəli arayışdan görünür ki, mərhum X6 Xaçmaz rayonu, Yalama kəndində vəfat edən günədək atası İddiaçı ilə eyni ünvanda birgə yaşamışdır.

31. Notarial qaydada təsdiq olunmuş notariat ofisində yazılmış ərizədə İddiaçı göstərmişdir ki, Rusiya Federasiyasının Dərbənd şəhərində yaşamış oğlu X6 15.06.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış əmlak: Xaçmaz rayonu ərazisində yerləşən daşınmaz əmlaklardan ibarətdir. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

32. Qusar Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli, X nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş 13 may 2009-cu il tarixli, MH seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

33. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli, X saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, X saylı qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(102)5057/18 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Qusar Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, X saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı, X7 və Qusar Rayon Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması tələbinə dair ilk iddia təmin edilib, cavabdehlər İddiaçı və X7 arasında Qusar Rayon Notariat Kontorunda bağlanmış 24.08.2017-ci il tarixli, 4Ə1418 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazisi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, Qusar rayonu, Gilahoba kəndində yerləşən 3.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X3 və İddiaçı sahibliklərindən və istifadələrindən alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyinə və istifadələrinə qaytarılması, İddiaçı Cavabdeh2 qarşı əqd üzrə aldıqlarının qaytarılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

36. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2(105)2755/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər İddiaçı və x oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş Qusar Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(029)-216/2019 saylı qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(102)-8265/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdehlər İddiaçı və x oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, x saylı qətnaməsi dəyişdirilmədə saxlanmışdır.

38. Sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsini 2007-ci ildə oğlu Xanlar Zaidov vasitəsi ilə Cavabdeh2 6400 manat pul ödəyərək aldığını bildirmişdir. İşin tədqiq olunan faktiki hallarına və şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alınması üçün göstərilən pul məbləği mərhum Xanlar Zaidov tərəfindən t orpağın mülkiyyətçisi Cavabdeh2 yox, onun qohumu X2 ödənilmişdir. Həmin pulun sonradan Cavabdeh2 ödənilməsinə dair isə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilməmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki M əcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.

40. Bununla yanaşı birinci və apellyasiya instansiya məhkəmələri belə qənaətə gəlmişlər ki, iddiaçı ona əlavə maddi və mənəvi ziyanın dəyməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

42. İşin yuxarıda qeyd olunan hallarına əsasən işə baxan məhkəmələr belə qənaətə gəlmişlər ki, 6400 manat pulun iddiaçıya qaytarılması ilə bağlı iddia ərizəsi verilən günədək keçən 12 il ərzin də cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

43. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı etibarsız sayılmış müqavilə üzrə verilmiş pul və onun gecikdirmə faizindən başqa iddia etdiyi digər zərərləri təsdiqləyən mötəbər sübutları təqdim edə bilmədiyi üçün apellyasiya məhkəməsinin iddianın təmin olunmayan hissələri ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 28 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar