Məhkəmə qərarları › İş №2(102)-2107/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2107/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2107/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəs və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı adına olan xx.xx.2024cü il tarixli ********** qeydiy yat nömrəli Çıxarışın və onun əsasında ünvan 1 ünvandakı 23 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması üzrə əqdin (müqavilənin) etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1722/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvandakı 23 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35A, giriş 1, mənzil 35 İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə ümraciət edərək, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və 550 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin 550 manat pulun cavabdehdən tutulması hissəsindən imtina etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qaraj sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, həmin sahə cavabdeh tərəfindən zəbt edilmişdir.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və onun əsasında ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə mülkiyyə t hüququnun yaranması üzrə əqdin (müqavilənin) etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən qaraj sahəsi uzun illərdir ki, Cavabdeh məxsusdur. Cavabdeh öz avtomobilini həmin qaraj sahəsində saxlayır. Qarşılıqlı iddia üzrə cavabdeh sözügedən qaraj sahəsinə qanunsuz əsaslarla mülkiyyət hüququ əldə etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4163/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və 550 manat pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata hissəvi, yəni “550 manat pulun tutulması” hissəsində xitam veril

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4163/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrinin tamlığı prezumpsiyasını əsas götürərək hesab etmişdir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, qeyri-yaşayış sahəsi "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli protokoldan çıxarışa və maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında bildirdiklərinə əsasən, sözügedən əmlak uzun illərdir ki, cavabdehə məxsusdur, cavabdeh avtomobilin həmin qaraj sahəsində saxlayır və bu hal iddiaçıya məlumdur. Deməli, sözügedən daşınmaz əmlakın hazır da cavabdehin faktiki sahibliyində olması mülki işin mübahisəsiz halıdır. Mülkiyyətçinin dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməli, cavabdehin sözügedən əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin mahiyyəti ilə bağlı prosessual yanlışlıq olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbinin mülkiyyət hüququnun yaranmması əsasının etibarsız hesab edilməsi olması və mülkiyyət hüququnun əldə edilmə əsasının "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli protokoldan çıxarışı və maliyyə arayışının olması nəzərə alınmaqla, həm də sonuncu (MTK) mülki iş üzrə cavabdeh qismində müəyyən edilməli idi. Lakin, qarşılıqlı iddia tələbi üzrə cavabdeh qismində yalnız İddiaçı olmuşd ur. Tələb üzrə müvafiq qərarı qəbul etmiş hüquqi şəxs (MTK) mülki işə iddiaçı tərəfindən məhz cavabdeh qismində cəlb edilməli idi (məhkəmə tərəfindən sübutların təmin olunması ilə bağlı mülki iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir). MTK-nın mülki iş üzə potensial (əsl) cavabdeh olması iş materiallarında olan sübutlara və işin faktiki hallarına əsasən məhkəmə hazırlıq mərhələsindən tərəflərə və məhkəməyə bəlli idi. Məhz bu səbəbdən, sübutların təmin edilməsi barədə qərardad qəbul edilərək münafiq sənədlərin həmin subyektdən tələb edilməsi qərara alınmışdır. Bu hal məhkəmə tərəfindən hazırlıq mərhələsində tərəflərin nəzərinə çatdırılmışdır. Müvafiq protokol və maliyyə arayışı məhz MTK-nın qəbul etmiş olduğu hüquqi sənəd olmaqla sonuncunun maraqları na birbaşa toxunduğundan və hərəkətlərinin nəticəsi olduğundan cavabdehin (MTK) prosessual hüquqları tam təmin edildikdən sonra (cavabdeh qismində cəlb edildikdə) mübahisəyə dair qərar qəbul etmək mümkündür.

11. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)4163/2024 nömrəli qərardadı ilə sübutların təmin edilməsi qərara alınsa da, icra orqanı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən tələb edilən sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmin arayış binanın hazırki idarəçiliyini həyata keçirən "xxxx" MMMC tərəfindən tərtib edilmişdir. Məhz yuxarıda göstərilən prosessual nöqsan səbəbindən (əsl cavabdeh) həmin qərardadın icra edilməsi nəticəsində əldə ediləcək sübutlar hazırki mülki işin nəticəsində hər hansı təsir göstərməyəcəkdir. Odur ki, məhkəmə mü bahisəyə baxaraq yelun qərar qəbul etməyi əsaslı hesab edir, mülki proses üzrə “prosessual qənaət” prinsipinə zidd olaraq araşdırma aparılması (əgər işin nəticəsinə təsir etməyəcəksə) məbqul hesab edilmir. Bundan əlavə, qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə əsassız olmasına dair (mülkiyyət hüququnun yaranma əsasının etibarsız hesab edilməsi) sübutlar hazırda mövcud deyildir

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 146.1, 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 50.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1722/2025 nömrəli, 1 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4163/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh qaraja sahibliyinin qanuni olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə hesab olunur ki, qaraja qanunsuz sahiblik edir. Qaraj üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeyd alındığına görə o, mülkiyyətçi hesab olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasə n, İddiaçı Cavabdeh qarajdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh qaraj üzərində İddiaçı mülkiyyət hüququnun yaranma əsasını (əqdi və s.) mübahisələndirmək hüququna malik deyildir, çünki qaraja münasibətdə özünün hər hansı hüququ və ya qanunla qorunan marağı mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, məhkəmə müdafiəsinin obeyekti hüquq, azadlıq və qanunla qorunan maraqdır. Odur ki, əqdin etibarsızlığını tələb etməklə məhkəmə müdafiəsindən istifadə etmək istəyən şəxs müvafiq hüquqa, azadlığa və ya qanunla qorunan marağa malik olmalıdır.

17. Həmçinin, Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, Cavabdeh qaraja hüququnun əmələ gəlməsi üçün həmin maddədə müəyyən edilmiş əsasların heç biri mövcud de yildir. Belə ki, MTK-nın xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, MTK tərəfindən Cavabdeh həmin binada qaraj sahəsi verilməmiş, qeyd olunan qarajı MTK-dan İddiaçı əldə etmişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, qarajı əldə etmək üçün binanın komendantına pul ödəmiş, lakin ödəniş sənədi almamışdır. Cavabdeh ödədiyi pulun qaytarılmasını və zərərin ödənilməsini pulu ödədiyi şəxsdən tələb edə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellaysiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

19. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə "xxxx" MTK (MTK) artıq binada fəaliyyət göstərə və orada nəyisə sata bilməzdi. Mənzil Məcəllənin 109.5-ci (18 dekabr 2018-ci il tarixli mövcud redaksiyasına əsasən) və Mülki Məcəllənin 349-cu maddələrinin tələblərinə əsasən MTK səlahiyyətsiz olmuşdur. Lakin, məhkəmə bu arqumentə münasibət bildirməmişdir.

20. Məhkəmə İddiaçı sənədlərinə dair pozuntulara münasibət bildirməmişdir. Digər tərəfdən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin aşkar şəkildə qeyriobyektiv və qərəzli olması, işi hərtərəfli və tam araşdırmadan yayınmasına dair sübutlarına biganə yanaşaraq, onun yanaşmasına şərik olmuşdur. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, müvafiq əqdin surətinin təqdim olunması barədə İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə artıq müraciət (sorğu) olunmuşdur (surətini kuryer qəbzi ilə bərabər Məhkəməyə əvəvldən təqdim etmişdik). Yəni o, əqdin digər tərəfini dəqiq bilmədiyi üçün onu qarşılıqlı iddia ərizəsində göstərmişdir. Həmin müraciətə də müvafiq qurum tərəfindən cavab verilməmişdir. Məhz buna görə də məhkəmə özü həmin quruma sorğu ilə müraciət etmişdir. Qətnamənin özündə də həmin qurumun cavabına istinad edilmişdir. Həmin cavab məhkəməyə xx.xx.2024-cü il tarixdə, sonuncu iclasdan iki gün əvvəl daxil olmuşdur. Məhkəmə isə artıq xx.xx.2024-cü il tarixdə icraatı tam əsassız olaraq baxış mərhələsinə keçirmişdir. Halbuki, sübutların tam olmaması ona bəlli idi. Məhkəmənin sübutları toplamadan icraatı baxış mərhələs inə keçirməsi və qarşılıqlı iddia tələbinə dəqiqləşmə verməyə imkan yaratmaması həmçin ondan görünür ki, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə qaraja dair bağlanmış bütün alqı-satqı müqavilələrinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri, maliyyə arayışları və digər məlumatların 10 gün ərzində "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilməsini istəmiş və icra vərəqəsi vermişdir. Lakin qərardad icrasız qalmışdır.

21. Həmin qeyri-yaşayış sahəsininin cavabdehin MTK-dan almasını təsdiq etmək üçün həmin binanın sakinləri X2 (MTK adından qarajı satıb Adıgözəlovdan pul almış şəxs), X5, X1 şahid qismində iştirak etməsi üçün məhkəməyə vəsatət verilmişdir, lakin vəsatət təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə baxılması müddə ti 2 (iki) ay müddətinə uzadılsa da, məhkəmə tələmtələsik xx.xx.2024-cü il tarixdə qətnamə qəbul etmişdir. Elə həmin gündə, məhkəmə həmçinin İddiaçı iddiası üzrə "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və 550 manat pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata hissəvi, yəni “550 manat pulun tutulması” hissəsində xitam verilməsi barədə qərardad da qəbul edilmişdir. Qərardaddan 10 günlük şikayət müddəti ola-ola qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası da eyni yanaşma sərgiləyərək məsələni araşdırmamışdır.

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 140.1. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsa sında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

25. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyu lmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya m əhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edə rək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Məhkəmə kollegiyası yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1722/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar