Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2109/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı2 və onun vəkili Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “xxxx” X4 ASC) vəkili X1 iştirakı ilə, İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13057/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Rəna Qafarova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 “xxxx” İKB ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə, “xxxx” MMC-yə və Sabunçu rayon İcra Şöbəsinə qarşı “borcun hesablanması, öhdəliyə və ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipotekadan azad olunması və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş in halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 “xxxx” İKB ASC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Sabunçu rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə bank arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 2904(G) saylı kredit müqaviləsinə və İddiaçı2 ilə bank arasında Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0,069615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 88,9 kvadrat metr yaşayış, 178,4 kvadrat metr köməkçi sahədən ibarət 42 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx xxxxxx 2011-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, həmin yaşayış evinin ipotekadan azad olunması, hərracın yekunları barədə xx.x x.2015-ci il tarixli 10/07 saylı Protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, xx xxxxxx 2011-ci il tarixdə İddiaçı1 ilə bank arasında 2904(G) saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Tünzalə Hüsevnovaya 12 ay müddətinə ******* (bir milyon beş yüz səksən min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, kreditin, ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi X6 ilə bank arasında R.Musayevə məxsus Bakı şəhəri, Nərimanovrayonu, Ələsgər Qayıbov küçəsində yerləşən 0,69993 ha torpaq sahəsi və üzərind ə yerləşən 1 mərtəbəli, ümumi sahəsi 492,4 kvadrat metr olan qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli 2904-A(İ) saylı ipoteka müqaviləsi, İddiaçı2 ilə bank arasında İddiaçı2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0,069615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88,9 kvadrat metr yaşayış, 178,4 kvadrat metr köməkçi sahədən ibarət 42 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli 2904-B(İ)saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit məbləğini ödəmək imkanı olmadığından borclu borcun ipotekaya yönəldilməsi barədə banka yazılı müraciət etmiş, əvvəlcə yönəltmə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən 0,69993 ha t orpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, ümumisahəsi 492,4 kvadrat metr olan qeyri-yaşayış binasına edilmiş və həmin əmlak keçirilmiş hərrac nəticəsində 1692562,50 manata bank tərəfindən alınmışdır. Borclunun banka olanborcu bitmədiyindən 46 saylı Dövlət notariat kontorunun verdiyi icra qeydi əsasında İddiaçı2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0,069615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88,9 kvadrat metr yaşayış, 178,4 kvadrat metr köməkçi sahədən ibarət 42 saylı fərdi yaşayış evinə tutma yönəldilmiş, bu məqsədlə hərracın yekunları barədə 10/07 saylı xx.xx.2015-ci il tarixli Protokol tərtib edilmişdir. İpotekada olan əmlakın hərracda satılması nəticəsində bank həmin əmlakı 76500 manat dəyərində qəbul etmişdir. Hesab edirlər ki, İddiaçı2 məxsus fərdi yaşayış evinə dair keçirilmiş hərrac və onun nəticələrinə dair sənədləşmə tamamilə qanunsuz olduğundan etibarsız sayılmalıdır. Belə ki, xx xxxxxx 2011-ci il tarixdə İddiaçı1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin təmini üsulu kimi ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən 492,4 kvadrat metr ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin və 0,69993 ha torpaq sahəsinin hərrac yolu ilə satışından əldə olunmuş 1 692 562,50 manat pul İddiaçı1 banka olan ******* manat məbləğində borcunu tam ödəmişdir və bank tərəfindən ikinci ipoteka predmetinə yönəltmənin həyata keçirilməsi tam əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı2 kassasiya şikayət i verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “xxxx” X4 ASC) vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təm in edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında olmayan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi İddia çı2 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxxxx 2011-ci il tarixdə İddiaçı1 ilə bank arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Tünzalə Hüsevnovaya 12 ay müddətinə ******* (bir milyon beş yüz səksən min) manat məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən 0,69993 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 492,4 kvadrat metretr olan qeyri-yaşayış binası və İddiaçı2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0,069615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 88,9 kvadrat metr yaşayış, 178,4 kvadrat metr köməkçi sahədən ibarət 42 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən kredit müqaviləsi bağlandıqdan qısa müddət sonra (1 ay keçməmiş) İddiaçı1 banka müraciət edərək kredit müqaviləsi üzrə ödəmə qabiliyyətində olmadığını bəyan etmiş və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmiş, bu müraciətdən altı ay sonra bank tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi prosedurlarına başlamış, əmlakların satışı ilə bağlı müəyyən icra hərəkətləri edilmiş, birinci əmlakın hərracı keçirilmişdir. İşdən daha sonra müəyyən edilir ki, 2013-cü ildə iddiaçılar banka, Azərbaycan Respublikasının Mərkəzi Bankına və 46 saylı notariat ko ntoruna qarşı “müqavilələrin etibarsız hesab edilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsinə dair icra qeydlərinin ləğv edilməsi” tələbi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, bu qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən də dəyişdirilmədən saxlanılmış, bundan sonra bank ipoteka ilə yüklü edilmiş evə dair icra proseduruna başlamış, ev hərracda satılmadığına görə evi 76500 manat dəyərində mülkiyyətinə qəbul etmiş, ipoteka ilə yüklü edilmiş digər əmlak isə 1692562,50 manat dəyərində bankın mülkiyyətinə keçmişdir. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı2 “xxxx” İKB ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunaraq “xxxx” MMC-nin hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli 10/07 saylı protokolu və həmin protokol əsasında hərracın yekunları üzrə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı2 ilə “xxxx” İKB ASC arasındabağlanılmış Bakı şəhəri, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən 42 saylı fərdiyaşayış evinin ipoteka ilə yüklü edilməs inə dair xx xxxxxx 2011-ci il tarixli 2904-B(İ) saylısonrakı ipoteka müqaviləsinə xitam verilməsi, həmin müqavilə əsasında ipoteka iləyüklü edilmiş əmlakın ipotekadan azad edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Kassasiya instansiyası tərəfindən də qüvvədə saxlanılmış həmin qətnaməsində Bakı Apellyasiya Məhkəməsi öz qənaətini aşağıdakı göstərilənlərlə əsaslandırmışdır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Bank tərəflə külli miqdarda vəsait barəsində kredit müqaviləsi b ağlamış və müqavilə şərtlərinə uyğun olaraq həmin müqavilədən qazanc əldə etmək barədə gözləntiləri olmuşdur. Belə ki, kredit müqaviləsi 12 ay müddətinə illik 18% qaytarmaq şərti ilə verilmişdir. Lakin kreditmüqaviləsi bağlanandan bir neçə gün sonra borc götürən ödəmə qabiliyyətinə malikolmadığını bəyan edərək tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədəprosedurlara başlanmasını xahiş etmişdir. Həmin faktın mövcudluğu borc götürəninhüquqdan sui-istifadəyə yol verməsi kimi şərh oluna bilər. Çünki qeyd olunan məbləğdəkredit müqaviləsi bağlayan tərəfin səkkiz gün sonra heç bir fövqəladə hala istinad etmədənödəmə qabiliyyətinin olmadığına istinad edərək tutmanın ipoteka ilə yüklü edilmiş əmlakayönəldilməsi barədə müraciət etməsi o anlama gəlir ki, müqavilə tərəfi müqaviləba ğlayarkən onun şərtlərinə riayət etmək qabiliyyətində olmadığını əvvəlcədən bilmişdir.Çünki borclu tərəf müqavilə bağlanandan keçən səkkiz gün ərzində maddi vəziyyətində baş vermiş dəyişikliyin hər-hansı fövqəladə halla bağlı olmasına dair dəlil irəli sürməmişdir. Mülki iş materiallarından görünür ki, borclu tərəf sonrakı mərhələdə kredit müqaviləsini, icra qeydlərini mübahisələndirmiş, kredit müqaviləsi üzrə ona vəsait verilmədiyini bildirmiş və həmin mübahisə 2014-cü ilin fevral ayınadək davam etmişdir. Konkret halda müqavilə bağlanandan səkkiz gün sonra borclunun müraciəti daxil olandandərhal sonra bankın borcun ipotekaya yönəldilməsi barədə prosedurlara başlamalı olmasına dair iddiaçının dəlilləri əsassızdır. Bank belə bir vəzifə daşımır. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəl dilməsi ipoteka saxlayanın vəzifəsi deyil, hüququdur. Əksinə, bankın altı aydan sonra, icra prosedurlarına başlaması kredit müqaviləsinin məbləği nəzərə alınsa ağlabatan müddət hesab edilməlidir. Ona görə işə baxan məhkəmənin Mülki Məcəllənin 16.1-ci və 560.2-ci maddələrinə istinad etməsi əsassız olmuşdur. İpoteka ilə yüklü edilmiş 1-ci əmlakın 1692562,50 manat dəyərində borcun əvəzi olaraq bank tərəfindən qəbul edilməsi ilə öhdəliyə tam olaraq xitam verilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit 12 ay müddətinə illik 18% qaytarmaq şərti ilə verilmişdir. Həmin şərtlər nəzərə alınsa borclu il ərzində ******* (bir milyon beş yüz səksən min) manat əsas və 284400 manat faiz, cəmi 1864 400 manat ödəniş etməli idi. İpoteka ilə yüklü edilmiş iki ədəd əmlakın hərracdan alınmas ının ümumi dəyəri (1692562,50 + 76 500 = 1769062,50) qaytarılmalı olan əsas və faiz məbləğini ödəmir. Ona görə 1-ci əmlakın alınmasıilə öhdəliyin tam olaraq ödənilməsi barədə dəlil də əsassız hesab edilmişdir”. Göründüyü kimi, iddiaçıların hazırkı iddia tələblərinin əsasını təşkil edən faktiki hallara qanuni qüvvəsini almış məhkəmə aktı ilə artıq qiymət verilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddi a tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Qeyd edilənlərə əsasənapelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən id diaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 13057/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2109/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2109/2020
11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver