Məhkəmə qərarları › İş №2(102)-211/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-211/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-211/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X5 və X2 qarşı, iddiaçı Cavabdeh1 (X8 Məhərrəm oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) cavabdehlər İddiaçı1, Cavabdeh3, X5 və X2 qarşı ilkin iddiaları, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı1, X5 və X2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) qarşılıqlı iddiası üzrə iş QƏ RARİ (Açar sözlər: kassasiya şikayətindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 Muradqulu qızına, Cavabdeh3, X3 və X2 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “evin və torpağın naturada bölünməsi” tələbinə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh3, X3 və X2 qarşı (X8 Məhərrəm oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizələri, Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı1, X3 və X2 qarşı (Dövlət Xidmə ti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4651/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında Cavabdeh3 adına 0,0311 ha torpaq sahəsi, İddiaçı1 adına fərdi evdən 1/3 hissə və 0,035 ha torpaq sahəsi, Cavabdeh2 adına fərdi evdən 1/3 hissə və 0,0039 ha torpaq sahəsi, Cavabdeh1 adına fərdi evdən 1/ 3 hissə və 0,035 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 111,6 kv metr olan fərdi yaşayış evindən və 0,105 ha torpaq sahəsindən 1/3 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Mülki işə baxılması zamanı iddiaçının ərizəsinə əsasən, Cavabdeh2 X5 və X4 ilə əvəz edilmişdir.

4. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X8 Məhərrəm oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən payına düşən 0,035 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı1 və Cavabdeh2, üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən payına düşən 0,0311 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh1 və Cavabdeh3 ərizələrinə əsasən Cavabdeh2 varisləri X5 və X4 ilə əvəz edilmişdir.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-400/202 3 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(003)-400/2023 saylı mülki işlə, İddiaçı1 cavabdehlər Cavabdeh1 Muradqulu qızı və qeyrilərinə qarşı əmlakın naturada bölgüsü tələbinə dair 2(003)-70/2023 saylı mülki işin bir icraatda birləşdirilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-27/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) İddiaçı1 cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X5 və X2 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ü çüncü şəxs olmaqla) “evin və torpağın naturada bölünməsi” tələbinə dair iddiasının qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq İddiaçı1 naturada ayrılması, İddiaçı1 iddiasının qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh3, X5 və X2 qarşı (X8 Məhərrəm oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair ilkin iddiasının təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha t orpaq sahəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh1 naturada ayrılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı1, X5 və X2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,0311 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh3 naturada ayrılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Məhərrəm oğlu (iddiaçı Cavabdeh1 iddia sına münasibətdə 3-cü şəxs) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4651/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Məhərrəm oğlu (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti icraata qəbul olunandan və işdə iştirak edən şəxslərə məhkəmə bildirişləri göndəriləndən sonra elektron məhkəmə sistemi vasitəsilə üçüncü şəxs X8 Məhərrəm oğlunun kassasiya şikayətindən imtinası haqqında ərizəsi daxil olmuş, ərizədə o, işdə iştirak edən şəxslərlə barışıq əldə edildiyini, bu səbəbdən kassasiya şikayətindən imtina etdiyini göstərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

13. Maddə

410. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və iş ə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və elektron məhkəmə sistemi vasitəsilə daxil olmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.

15. Belə ki, təqdim edilmiş ərizədən görünür ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Məhərrəm oğlu işd ə iştirak edən şəxslərlə barışıq əldə etdiyini, ona görə də hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirərək kassasiya şikayətindən imtinanın qəbul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Məhərrəm oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4651/2024 nömrəli iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar