Məhkəmə qərarları › İş №2(102)-2114/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2114/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2114/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçınə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Naziliyi Enerji X2nin Bakı Filialı) qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2nin Bakı Filialı) qarşı "borcun silinməsi" barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-346/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İddiaçı ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13 mart 2020-ci il tarixli müqavilə imzalanmışdır.

2. İddiaçı iş 21148,93 manat məbləğində borcun tutulmasını tələb edir. İş materiallarına xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 n oyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 202 3-cü il tarixli, ******* nömrəli aktlar əlavə edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi digər aktlar iş materiallarına əlavə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 21148,93 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 154,65 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 21703,58 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankının Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh ara sında xx.xx.2020-ci il tarixində 03-779 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X8”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəs inə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X8nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016--ci il üzrə 2 akt olmaqla cəmi 341,40 manat, 2017- ci il üzrə 5 akt olmaqla cəmi 762,20 manat, 2018ci il üzrə 12 akt olmaqla cəmi 2419,80 manat, 2019- ci il üzrə 9 akt olmaqla cəmi 631,80 manat, 2020-ci il üzrə 6 akt olmaqla cəmi 1756,80 manat, 2021- ci il üzrə 12 akt olmaqla cəmi 4010,40 manat, 2022- ci il üzrə 12 akt olmaqla cəmi 6281,28 manat, 2023- cü il üzrə 9 akt olmaqla cəmi 4760,64 manat, ümumilikdə 20964,32 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-nə 184,61 manat məbləğində qaz sərfiyyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 21148,93 manat təşkil etməkdədir.

5. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsini, İddiaçı İB tərəfindən onun abonent koduna hesablanmış 21148,93 manat borcun silinməsini, 2016-cı ildən 2023-cü ilə qədərki dövr üzrə sərf edilməsi mümkün olan qazın ödəniş məbləğinin hesablanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, daimi olaraq Azərbaycanda yaşamır. O, hərdən Azərbaycana gəlir və çox zaman bir neçə gün Azərbaycanda o lur. Evin faktiki sahibi kimi ona məlumat verməklə məsələnin qarşısını almaq mümkün olardı. Hadisənin qarşısını almaq məqsədi ilə tədbir görülməli idi. Ödənilməli olan qaz sərfiyyatının məbləği orta hesabla aylıq 50-60 manat, illik 600-700 manat hesablanmalı idi. Aktlar tərtib olunarkən təyin olunan cərimələr əsaslandırılmamış və dəyişkən olmuşdur. Akt tərtib edən İddiaçı İB-nin əməkdaşları aktı ya evin faktiki sahibi kimi Cavabdeh, ya da onun səlahiyyətli nümayəndəsinə təqdim etməli idilər. Heç bir aktda nə Cavabdeh özünün, nə də onun səlahiyyətli nümayəndəsinin imzası yoxdur.

7. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçınə borcunun olduğunu etiraf etmiş, təbii qazdan istifadəyə görə debitor borcunun və təbii qazdan sayğacdan kənar istifadəyə görə ödəməli olduğu məbləğin 3000 manat olduğunu bildirmişdir.

8. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1284/2024 nömrəli 01 may 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə 3000 manat borc və 21,93 manat dövlət rüsumu olmaqla cəmi 3021,93 manatın tutularaq İddiaçı hesabına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən təbii X8nın pozulmasına görə Cavabdeh (abonent kodu: **********10000) hesablanmış 18148,93 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X4)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və m ötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirafına əsasən cavabdeh tərəfindən 3000 manat dəyərində təbii qazdan istifadə olunmuş və 3000 manat məbləğində dəymiş zərər Cavabdeh alınıb İddiaçı İB-nə ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardım üçün 400 manat məbləğində pulun ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi iş materialları ilə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.

10. Məhkəmə qarşılıqlı iddianın ilkin iddia ilə birbaşa əlaqəli olduğunu nəzərə almaqla qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə 21148,93 manat borcun silinməsinə dair iddia tələbi 3000 manat borcun silinməsi hissəsində təmin oluna bilməz.

11. Məhkəmə gə ldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X8»nın 5.2, 5.5-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X8»nın 6.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77.1, 119, 216-220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(003)-1284/2024 nömrəli qətnaməsini dəyişdirərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icla sında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçınə borcunun olduğunu etiraf etmiş, təbii qazdan istifadəyə görə debitor borcunun və təbii qazdan sayğacdan kənar istifadəyə görə ödəməli olduğu məbləğin 3000 manat olduğunu bildirmişdir. İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki, hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmyan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. Hazırki məhkəmə də yerli baxış təy in etsə yuxarıda qeyd edilən halları açıq aşkar müəyyən edəcəkdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktları abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz-sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Əslində məhkəmənin başqa araşdırmalarına lüzum yox idi sadəcə məhkəmə müşahidə etdiklərini məhkəmə qətnaməsində qeyd etməli və iddianı təmin etməli idi.

14. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2nin Bakı Filialının nümayəndəsi X6 çıxış edərək bildirir ki, ümumi olaraq 15.949 manat hesablanmışdır. Məbləğin səbəbi qoşulan qurğulardan və hesabat formasından asılıdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2024-cü il tarixli, 3-16-16/2-3/1613 nömrəli ekspert rəyində qeyd edilir ki, tədqiqat obyekti olan boruya 05 dekabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evə baxış keçirildi. Tədqiqata bir ədəd boz rəngli plastmasaoxşar materialdan hazırlanmış qaz sayğacı və boru təqdim edilmişdir. Tədqiqata təqdim edilən boruya adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək təqdim edildi. Bu zaman qeyd olunan borunun üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqatın nəticəsi olaraq qeyd edilir ki, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

16. Energetika Nazirliyi Enerji X2 Bakı Filialı tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2264/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, abonentin qaz sərfinə dair saldosundan (GAZREP) görünür ki, istehlak olunan təbii qaza görə istehlakçı tərəfindən 2016-2022-ci illər ərzində ödəniş edilməmişdir. Bu səbəbdən də qeyd olunan illər üzrə orta aylıq qaz sərfini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il t arixli qərarı ilə təsdiq edilmiş “X8nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 kub.m, 1 ədəd dəmir sobanın qaz sərfi 1,4 kub.m, 1 ədəd İran istehsalı olan istilik sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr, 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 kub metr, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli plitəsi üçün – 1,2 kub metr x 12 saat x 360 gün = 5164 kub metr; su qızdırıcısı üçün – 1,5 kub metr x 12 saat x 360 gün = 6480 kub metr, 1 ədəd dəmir sobanın (qış mövsümü nəzərə alınmaqla) qaz sərfi – 1, 4 kub metr x 12 saat x 150 gün = 2520 kub metr; İran sobası üçün (qış mövsümü nəzərə alınmaqla) – 1,5 kub metr x 12 saat x 150 gün = 2700 kub metr; Ümumilikdə 2016- cı il ərzində sayğacdan kənar, qaz xəttinə qeyri-qanuni qoşulma halında istehlak edilmiş təbii qazın həcmi 5184 kub metr + 6480 kub metr + 2520 kub metr + 2700 kub metr = 16880 kub metr, 2017-ci il ərzində 16880 kub metr, 2018-ci il ərzində 16880 kub metr, 2019-cu il ərzində 16880 kub metr, 2020-ci il ərzində 16880 kub metr, 2021-ci il ərzində 16880 kub metr, 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları ərzində 5628 kub metr və orta aylıq qaz sərfi – 1407 kub metr təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı ildə qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2 016-cı il tarixli 18 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 2200 kub metr (2200 kub metr daxil olmaqla) olan hissəsi) olan hissəsi üçün hər 1 kub metri 0,10 manat, illik hesabat həcminin 2200 kub metrdən yuxarı hissəsi üçün hər 1 kub metr 0,20 manat qiymət təyin edilməsini nəzərə alaraq 2016- cı il ərzində hesablanan 16880 kub metr qaz həcminin dəyərinin 3156 manat (2200 kub metr x 0,10 manat = 220 manat; 14680 kub metr x 0,20 manat = 2936 manat; 220 manat + 2936 manat = 3156 manat), 2017-ci ildə 3156 manat, 2018-ci ildə 3156 manat, 2019-cu ildə 3156 manat, 2020-ci ildə 3156 manat, 2021-ci ildə 3156 manat, 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə 169 manat olmasını nəzərə alaraq bu illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında zərərin miqdarı ümumilikdə 15949 manat məbləğində müəyyən edilə bilər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-346/2025 nömrəli 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1284/2024 nömrəli 01 may 2024-cü il tarixli qətnaməsi qismən - ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın qismən təmin olunan hissəsində ləğv edilərək, ilkin iddia tələbinin qismən təmin edilməsi, 2087.16 manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, 2087.16 manat məbləğində borcun silinməsi ilə bağlı qarşılıqlı iddia tələbinin təmin edilməməsi, 20.87 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmşidir. (X1 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə)

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2016-ci il tarixli akt üzrə cavabdehə 341.40 manat məbləğində borc, 2017-ci il tarixli 5 akt üzrə 762.20 manat məbləğində borc yazılmışdır. Lakin 2016 və 2017-ci illər üzrə tərtib edildiyi qeyd edilən aktlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda 2016 və 2017-ci illər üzrə tərtib edilmiş aktlara əsasən hesablanmış borcun 341.40 + 762.20 = 1103,60 tutulması üçün heç bir əsas yoxdur. İlkin iddia tələbi həmin hissədə əsassızdır.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vu rulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh İddiaçı istinad etdiyi 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktlar nömrəli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, 31 may 2022-ci il - 28 aprel 2023-cü il tarixli aktlar üzrə borc tutulmalı deyildir.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X2 Bakı Filialı tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2264/2024 saylı mütəxəssis rəyinə əsasən iddiaçıya 2018-ci il üzrə 3 akta görə 263x3 = 789 manat, 2019-cu il üzrə 1 akta görə 263 manat, 2020-ci ildə 3 akta görə 789 manat, 2021-ci il üçün 11 akta görə 2893 manat, 2022-ci ilin ilk 4 ayı üzrə 169 manat itirilmiş qaz sərfiyyatı olmuşdur. O cümlədən iddiaçı qeyd edir ki, 184.16 manat isə debitor borcudur. Beləliklə, kollegiya hesab edir ki, ilkin iddia tələbi 5087,16 manat məbləğində borcun tutulması hissəsində əsaslı olmuşdur.

21. Apellyasiya məhkəməsinin qənaətinə görə, qarşılıqlı iddia ilkin idd ia ilə birbaşa əlaqəli olduğu üçün Cavabdeh təbii qazdan istifadəyə görə 21148,93 manat borcun silinməsinə dair iddia tələbi 5087,16 borcun silinməsi hissəsində təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini 18148,93 manat borcun silinməsi hissəsində təmin etməklə düzgün olmayan qənaətə gəlmişdir. Qarşılıqlı iddia tələbi 18148,93 manat - 2087,16 manat = 16061,77 manat borcun silinməsi hissəsində əsaslıdır. Belə ki, ilkin iddia tələbi 21148,93 manat məbləğində dəymiş ziyanın tutulması ilə bağlıdır, məhkəmə 5087,16 manat dəymiş ziyanın tutulmasını əsaslı hesab etmişdir. Belə ki, 16061,77 (21148,93 - 5087,16 = 16061,77) manat məbləğində borc cavabdehə əsassız olaraq hesablandığı üçün silinməlidir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X8”na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2025-ci il tarixli 2(103)-346/2025 nömrəli qətnaməsini ləğv edərək, ilk iddianın təmin olunmasına və qarşılıqlı iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti, ilkin iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsas landırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh İddiaçı İB-nin mülkiyyətindəki qazı qanunsuz yolla əldə etməklə əsassız varlanmış, cavabdehin vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iş üzrə ekspertiza təyin edərək qaz xəttinə müdaxilənin olmadığını qeyd etmiş, halbuki qoşulma illər əvvəl olduğundan, qaz xəttində izlərin yoxa çıxması təbii hal olmaqla yanaşı, ekspertizaların isə texniki imkanları olmadığından, subyektiv amillərə söykənən müdaxilənin izlərini müəyyən edə bilmədikləri üçün qeyri-mümkün olduğundan, ekspertiza rəyi əsassız olmaqla işin həlli üçün əhəmiyyətsizdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib ç ıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X8”

30. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

31. Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

32. Maddə 6.1.4. qaz paylayıcısının istehlakçıya v erdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər.

33. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 13.8-1. Qanunsuz qoşulma halları a şkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini is tehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X8 ilə tənzimlənir.

35. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyiş dirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandı r. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğ un çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların po zulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-346/2025 nömrəli iş üzrə 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar