Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2115/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı nümayəndəsi X7 və vəkili X1, Cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X4, Üçüncü şəxs X2 vəkili X1nun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10315/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayo n məhkəməsinin (hakim Nigar Nəbizadə) 21 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Azad İmanov) 06 avqust 2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli ləğv edilmiş və ərizə üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Binəqədi Rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin 22.05.2018-ci il tarixli qərardadı ilə iddia inzibati ic raat qaydasında baxılan iddia hesab olunmadığından iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin 22.05.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərardadı qismən ləğv edilmiş, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia mümkün hesab edilər ək icraata qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırkı işə iddia icraatı qaydasında baxıla bilməzdi və İddiaçı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarından “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən şikayət verə bilərdi. Məhkəmənin qeyd edilən mövqeyi əsassızdır və İddiaçı məhkəməyə müraciət etmək hüququ kobud şəkildə pozur. Belə ki, İddiaçı tərəfindən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 10.04.2017-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə ilk dəfə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2018-ci il tarixli, 2-1(81)-2536 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış və Komitə tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli Qərarına uyğun olaraq icra vərəqini vermiş məhkəməyə müraciət olunmalı olduğu bildirilmişdir. Baxmayaraq ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun 04.04.2012-ci il tarixli Qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2012-ci il tarixli Qərarına zidd qərardad qəbul edilməsinə baxmayaraq İddiaçı həmin qərardaddan verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli, 2-1(103)-1756 nömrəli qərardadı ilə təmin edilməmiş, eyni əsaslarla birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İdd iaçı tərəfindən qeyd edilən məhkəmə qərardadlarına uyğun olaraq Binəqədi rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət olunmuşdur. Lakin bu dəfə də Bakı Apelyasiya Məhkəməsi tərəfindən əsassız olaraq 06.08.2019-cu il tarixli, 2(103)-10315/2019 nömrəli qərardadla iş üzrə icraata xitam verilmişdir. Halbu ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2012-ci il tarixli Qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Beləliklə, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsində icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən icra məmurunun olduğu yerin məhkəməsinə şikayət verilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2012-ci il tarixli Qərarı ilə qeyd edilən maddəyə izah verilərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olduğu müəyyən edilmişdir. Bu səbəbdən, İddiaçı icra qurumunu n qanunsuz qərarını şikayət qaydasında deyil, iddia icraatı qaydasında mübahisələndirməkdə haqlı olmuşdur. Üçüncü şəxs X2 vəkili X1 kasasiya şikayətinə yazılı etiraz göndərərək kasasiya şikayətionin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X7 və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs X2 vəkili X1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istina d etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izhatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırda icra mərhələsində olan icra sənədi üzrə icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Binəqədi rayon məhkəməsi işə iddia icraatı qayd asında baxaraq yekun qərar qəbul etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırkı işə iddia icraatı qaydasında baxıla bilməz. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin 17 yanvar 2017-ci il tarixli qərardadı ilə icra icraatı zamanı hüquqi varisliyin həll edilməsi vəzifəsinin Binəqədi Rayon İcra və Probasiya şöbəsinin üzsərinə qoyulması qərara alınmışdır. Həmin qərar əsasında icra icraatı zamanı Binəqədi Rayon İcra və Probasiya şöbəsi 10.04.2018-ci il tarixli qərarla İddiaçı “xxxx” ASC-nin hüquqi varisi müəyyən etmişdir. Müvfiq qərar icra məmuru tərəfindən məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmişdir. Hazırkı tələb icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar hərəkətlərindən şikayətlə bağlıdır. Bu halda iddiaçı həmin qəra rdaddan şikayəti icra icraatı qaydasında verməli idi. “İcra haqqında” qanunun 87.1-ci maddəsisə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə nin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Daha sonra iddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, inzibati icraat qaydasında müraciət etmiş, ərizəsi qeyri mümkün hesab edilmiş, apellyasiya şikayəti təmin edil məmiş və məhz bu səbəbdən icra qurumunun qanunsuz qərarından şikayət qaydasında deyil iddia icraatı qaydasında mübahisalandirmakdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə nə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, nə mübahisənin predmeti və nədəki hüquq münasibətlərinin xarakteri mübahisənin ümumi məhkəmədə baxılması üçün əsas deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10315/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2115/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2115/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver