Məhkəmə qərarları › İş №2(102)-2115/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2115/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2115/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)824/2023 saylı qətnaməsindən cavabdeh X verdiyi kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. Tərtər Hərb i Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(098)-121/2022 saylı qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3, 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna qaytarılması qərara alınmışdır.

2. Tərtər Hərbi Prokurorluğunun 30 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 329.2.1 və 341.1- ci maddələri ilə təqsirləndiilməsi ilə bağlı istintaq olunan 18206003 saylı cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın surətinin İddiaçı və o nun müdafiəçisi X2 göndərilməsi, tərəflərə cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. 3. 14 sentyabr 2021-ci il tarixli “psixoterapevtik müayinə haqqında” rəyə əsasən, İddiaçı səbrsizlik, əsəblik və aqressivlik müşahidə olunur və onun davamlı psixoloji reabilitasiyaya ehtiyacı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X (bundan sonra cavabd eh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100.000 manat, maddi zərərə görə 14.700 manat olmaqla, cəmi 114.700 manat kompensasiyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarda qeyd edilmiş faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, 7 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaymışlar. Bəyanatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi baş lamışdır. Sonradan məlum olmuşdur ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmişdir. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilmişdir, amansız işgəncələrə məruz qalmış və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölmüşdür. İddiaçı da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitlər kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılmış və ağır işgəncələrə məruz qalmışdır. İddiaçı zabit kimi 2006-cı ildən etibarən müxtəlif hərbi hissələrdə çalışmışdır. 2017-ci ilin may ayında hadisələr baş verən zaman o, N saylı hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağ ımının komandiri vəzifəsində işləmiş, eyni zamanda bölük komandiri vəzifəsini icra etmiş, rütbəsi isə baş leytenant olmuşdur. 2017-ci ilin may və iyun ayının əvvəllərində Tərtər rayonu, Marquşəvan kəndində yerləşən hərbi tikilinin binasında ağır işgəncələrə məruz qalmışdır. Onun paltarı cırılaraq əynindən çıxarılmış, əlləri və ayaqları “skoç”la bağlanmış, bundan sonra mütəmadi olaraq çoxsaylı yumruq, təpik zərbələri və plastik borularla döyülmüş, bədənin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilmiş, dırnaqları arasına iynə yeridilmiş və sair. Məhkəmə tibbi ekspertizasının 23 iyun 2017-ci il tarixli, 255/09 saylı rəyindən göstərilmişdir ki, iddiaçının bədəni üzərində hər iki yuxarı və aşağı ətraflarda, qarının ön divarında, gövdənin arxa səthində, cəmi 32 ədəd piqmentasiya və piqmentsiz ləşmiş sahələr, sağ bazunun yuxarı 1/3-də 2 ədəd çapıq piqmentasiya və sol saidin aşağı 1/3-nin ön- iç səthində 1 ədəd yara izi aşkar edilmişdir. Bunlardan piqmentasiya və piqmentsizləşmiş sahələr həmin nahiyələrdə olmuş qançır və sıyrıqların, çapıq piqmentasiyalar isə yaraların izləri olmuş, qançır və sıyrıqlar bərk küt əşyaların təsirindən törənməklə müddətləri ekspertizanın keçirildiyi tarixdən təxminən 1-2 ay əvvələ uyğun gələ bilər, istər ümumilikdə, istər ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsrətlərə aid olduğundan dərəcələri təyin edilmir. Yara izləri olan çapıq-piqmentasiyaların yetirilməsindən uzun müddət keçdiyinə görə onların xarakteri və mənşəyi barədə dəqiq fikir söyləmək mümkün deyildir, lakin bəzi morfoloji əlamətlərinə görə, onların ekspertiza keçirildiyi tarixdən təxm inən 1-2 ay əvvələ əmələ gəlməsini güman etmək olar və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorunun müavininin təqdimatına əsasən, Tərtər Hərbi Məhkəməsinin 13 may 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 29 yanvar 2018-ci il tarixli qərarı ilə CPM-nin 39.2-ci maddəsinə əsasən, təqsiri sübuta yetirilmədiyindən bu ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, şərti adı “Tərtər işi” adlanan cinayət işi çərçivəsində iddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış, qanunsuz azadlıqdan məhrum edilmiş və 2017-ci i lin may- iyun aylarında ona amansız işgəncələr verilmiş, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Bununla da iddiaçı fiziki, maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmiş, özü və ailəsi hazırda da stress və sarsıntı keçirir. Bu səbəbdən ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçı kompensasiya almalıdır. İddiaçı xidmət dövründə aylıq 1.200 manat əmək haqqı almış, onun 2006-cı ildə zabit olaraq bağladığı müqavilənin müddəti 25 il idi. Ancaq 2017-ci ilin may ayında amansız işgəncələrə məruz qalmasından sonra 2018-ci ilin may ayında hərbi xidmətə uyğunsuzluq maddəsi ilə ordudan tərxis edilmiş, son əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Beləliklə, 0, 2017-ci ilin aprel ayından 2031-ci ilin aprel ayına kimi ümumil ikdə 168 aylıq qazancından məhrum olmuşdur. Bu isə 201.600 manat edir. Eyni zamanda, saxlanılarkən ondan götürülən 1.400 manat dəyəri olan “Vaceron Constantin” saatı və cibindəki 475 manat nəğd pulu hələ də geri qaytarılmamışdır. Bundan əlavə, sözügedən cinayətlərin törədilməsi nəticəsində öz səhhətinə dəyən xəsarətləri müalicə etdirmək üçün 2.000 manat, bu hadisələr nəticəsində beyin insultu keçirən anasının müalicəsinə 20.000 manat pul xərcləmişdir. İddiaçının maddi ziyana görə tələbi 225.475 manat təşkil edir.

6. Cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə yazılı etiraz ünvanlamış və etirazı onunla əsaslandırmışdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası CPM-nin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçı kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlid ir. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçıya qarşı ilk öncə cinayət işi başlanmış, lakin həmin cinayət işinə hansı formada xitam verilməsi, iddiaçının həmin cinayət işi üzrə hansı formada cinayət məsuliyyətindən azad edilməsi barədə məsələlər iddia ərizəsində göstərilməmişdir. Bununla yanaşı, iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraat ı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin, mülki iş materiallarında iddiaçı barəsində cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyil. Bununla yanaşı, iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilmə si haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 5-ci hissəsinə “şəxsin qanunsuz həbs olunması” hissəsinə istinad edilir. Şəxsin həbs olunması məhkəmə qərarı ilə mümkün olur, halbuki mülki iş materiallarında belə bir qərar mövcud deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 07 may 2017-ci il tarixli bəyanat yaymışlar. Bu baxımdan yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 08 saylı Qərarına əsas ən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabat an və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə Kompensasiya almaq hüququ müəyyən edilmişdir. Hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa, iddiaçı məcburi ərizə yazdırılaraq işdən çıxdığını id dia etmiş və maddi zərərə görə kompensasiya tələb etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.

7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)563/2022 saylı qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə maddi zərərə görə 14.400 manat və mənəvi ziyana görə 20.000 manat olmaqla, ümumilikdə 34.400 manat pulun tutularaq iddiaçıya verilməsi və qalan hissələrdə iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçının cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması barədə ona dəymiş ziyanın qaytarılması hissəsində qeyd etmişdir ki, iddiaçı 12 ay ərzində (cinayə t məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci il aprel ayından- xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14.400 (1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır.

9. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının cərimə məbləğinin ondan tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ilk öncə qeyd olunan cərimə məbləğinin dövlət büdcəsinə ödənilməsi barədə qəbz əlavə edilməmiş, həmçinin, əlavə edilmiş olsaydı da belə bununla bağlı ilk öncə cavabdeh orqana rəsmi mürac iət etməli, cərimə məbləğinin ödənilməsi barədə imtina olunduqdan sonra bu iddianı irəli sürə bilərdi.

10. Birinci instansiya məhkəməsi mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 20.000 manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının 11 ay azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə tam ödənilməsi kifayət qədər ağlabatan deyil.

11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası CPM-nin 4, 5, 6, 39.1.3, 39.1.4, 39.1.10, 39.1.11, 39.1.12, 39.2, 56.0.2, 56.0.3, 176, 177-ci maddələrinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməsinin 1-ci maddəsinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 3, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehin nümayəndəsi Yusifov Cavanşir Əmiralı oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikas ödəməlidir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüquqdan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxsi m əhkəmə prosessinə cəlb etməli idi. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 20.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Hesab etmişlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 300 manatdır. CPM-nin norması kontekstində iddiaçıya mənəvi zərərə görə 20.000 manat kompensasiya hesablanması tamamilə əsassızdır. Eyni zamanda ona dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassızdır. X Azərbaycan Respublikası Milli Məclisi tərəfində n hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. X kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və X onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədar lıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. X heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq X iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Lakin, bu qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın cavabdehdən tutulmasını qət etmişdir. İddiaçı tərəfindən iddia etdiyi maddi zərərlə bağlı xərclər barədə hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdir. Eyni zamanda, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(10 3)-824/2023 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismənmənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 11.000 manat pulun tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi zərərlə bağlı dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması iddiaçıya dəymiş ziyanın qaytarılması hüququnu verir. İddiaçı 12 ay ərzində (cinayət məsuliyyətinə cəlb edilməzdən əvv əl sonuncu dəfə 2017-ci il aprel ayından- xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14.400 (1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır.Odur ki, bu hissədə məhkəmə kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.

16. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mənəvi zərərin müəyyən etdiyi məbləğlə razılaşmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətənd aşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vur ulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

17. Bundan başqa, birinci instansiya məhkəməsinin mənəvi zərərə görə müəyyən etdiyi kompensasiya məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə uyğun deyildir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının həbsdə qaldığı 11 ay üçün ona mənəvi zərər olaraq 11.000 manat məbləğində kompensasiya ödənilməlidir.

19. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası CPM-nin 56.0.2, 56.0.3ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və digər maddi, prosessual hüquq normalarının istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin nümayəndəsi X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kas sasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.Cavabdeh tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi ha lda, məhkəmə cavabdeh qismində X tanımış və iddia tələbini ona yönəltmişdir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 11.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Qətnamədən göründüyü kimi məhkəmə baxışı zamanı maddi və mənəvi zərərlə bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar (şəxsin fiziki və mənəvi iztirabları barədə) mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş də iştirak edən şəxslərin izahatları

23. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 68 (İİ hissə). Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

27. Maddə 56.0.2 və 56.0.3. Bu məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1. 10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş olsa da, iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləğini dövlət büdcəsinin vəsaiti hesabına deyil, cavabdehdən tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir.

40. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Tərtər Hərbi Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(098)-121/2022 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3, 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna qaytarılması qərara alınmışdır.

41. Tərtər Hərbi Prokurorluğunun 30 iyun 2022-ci il tarixli “Cinayət işi üzr ə icraata xitam verilməsi haqqında” qərarına əsasən, iddiaçının Azərbaycan Respublikası CM-in 329.2.1 və 341.1- ci maddələri ilə təqsirləndiilməsi ilə bağlı istintaq olunan 18206003 saylı cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın surətinin iddiaçıya və onun müdafiəçisi X2 göndərilməsi, tərəflərə cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. 42. 14 sentyabr 2021-ci il tarixli “psixoterapevtik müayinə haqqında” rəyə əsasən, iddiaçıda səbrsizlik, əsəblik və aqressivlik müşahidə olunur və onun davamlı psixoloji reabilitasiyaya ehtiyacı vardır.

43. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 3-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı i ldə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində və Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

44. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ona ödənilməsi hüququ vardır.

45. Nəzərə alınmalıdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmununa əsasən, şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz.

47. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin maddi zərərlə bağlı dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması ona dəymiş ziyanın qaytarılması hüququnu verir. İddiaçı 12 ay ərzində (cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci il aprel ayından- xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14.400 (1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır. Odur ki, bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.

48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin müəyyən etdiyi mənəvi zərərin məbləği ilə razılaşmayıb qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qər arına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zər əri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

49. Lakin, birinci instansiya məhkəməsinin mənəvi zərərə görə müəyyən etdiyi kompensasiya məbləği analoji işlər üzrə məhkəmə təcrübəsinə uyğun deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının həbsdə qaldığı 11 ay üçün ona mənəvi zərər olaraq 11.000 manat məbləğində kompensasiya ödənilməlidir.

50. Kassasiya instansiyası məhkəməsi, maddi və mənəvi zərərin məbləğinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsini də nəzərə alır.

51. Lakin, kassasiya instansiyası məhkəməsi işə baxan məhkəmələrin iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini dövlət büdcəsinin vəsaiti hesabına deyil, bilavasitə cavabdehdən tutmaqda yanlışlığa yol vermişdir.

52. Belə ki, X iş üzrə cavabdeh ola bilməməsinə dair kassatorun kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olan orq anları həyata keçirirlər.

53. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X haqqında” Əsasnamənin İ hissəsinin 1-ci bəndinə əsasən, X Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

54. Ona görə də hazırkı iş üzrə iddiaçı ilə X arasında hər hansı mülki hüquqi münasibətlərin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən X tərəfindən icra edilməlidir.

55. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulmuşdur.

56. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

57. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, məhz cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən dəymiş maddi zərərə görə 14.400 manat, mənəvi zərərə görə 11.000 manat olmaqla, cəmi 25.400 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)-824/2023 saylı qətnaməsinə dəyişiklik edilsin, cavabdeh X vasitəsil ə Azərbaycan Respublikasının dövlət büdcəsindən dəymiş maddi zərərə görə 14.400 manat, mənəvi zərərə görə 11.000 manat olmaqla, cəmi 25.400 manat məbləğində pul tutulub İddiaçı verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar