Məhkəmə qərarları › İş №2(102)-2117/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2117/2019

08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2117/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(102)-10584/2018saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Teymur Qurbanov) 12 iyul 2018-ci il tari xli qətnaməsi ilə, iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış icarə müqailəsinin etibarsız hesab edilməsi, İddiaçı tərəfindən Cavabdeh firmasına ödənilmiş 2000 manat pulun, və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2030 manat pulun Cavabdeh firmasından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Azad İmanov) 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh firmasına qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələXXXXX dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, necə illərdi ki, məvaciblərini yığaraq güzaranlarını yaxşılaşdırmaq üçün topladıqları pulla "Cavabdeh" firmasına məxsus yeni bazardan mağaza almaq üçün müdiriyyətə müraciət etmişdir. Onunla "Cavabdeh" firması arasında bir kvadrat metri 550 manata hesablanmaqla 12-ci sırada 47-ci sırada 20 kvadrat metrlik anbarın icarəyə verilməsinə dair müqavilə yazılmışdır. O, 20 kvadrat metrə 550 manatdan hesablayaraq 11000 manat pulu "XXXXX" Ticarət mərkəzinin müdiri Kəbirə xanıma vermişdir. Kəbirə xanım həmin pulu qəbul edərək ona 12-ci sırada 47 saylı anbarın icarəyə verilməsinə dair müqavilə vermişdir. Sonradan 2008-ci ilin yanvar ayının 23-də ondan 2000 manat açar və 1000 manat jalyuz üçün pul istəmişlər və o, da əlavə olaraq 3000 manat pulu vermişdir. Daha sonra isə yenidən ondan 3350 manat təmirə pul istəmişlər. O, həmin pulu da verməklə Kəbirə xanım öz xətti ilə müqavilənin arxasına qeydlər apararaq ondan cəmi 17350 manat almasını 21.06.2009-cu ildə təmirə 550 manat borclu qalmasını yazmışdır. Lakin indiyə kimi nə anbar tikilib ona təhvil verilməmiş, nə də pulunu qaytarmamışlar. Göründüyü kimi, cavabdeh təşkilatın təqsiri üzündən ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh təşkilatla 2007-ci ildə müqavilə bağlayaraq anbar almaq üçün cəmi 17350 manat pul vermişdir. Lakin qarşı tərəf müqavilə şərtlərinə əməl etməyərək icarəyə verməli olduğu sahəni ona icarəyə verməmiş və möcvud olmayan bir yerə qanunsuz olaraq onunla icarə müqaviləsi bağlayaraq ondan pul almışlar. Bundan başqa cavabdeh təşkilat onunla bağlanmış icarə müqaviləsi üzrə mağaza verməməsi nəticəsində narahatlıq hissi keçirmiş və hətta buna görə müxtəlif xəstəliklər keçirmişdir. Ailəsində narahatçılıq yaranmışdır. Pulu veməməsi səbəbindən müalicələrini apara bilməmişlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qarşı tərəf bilməliydi ki, əgər mağaza hazır deyilsə və həmin mağazada alver edib pul qazana bilmirsə, bu onun maddi ziyana düşməsi ilə nəticələnə bilər. Qarşı tərəf hazır olmayan mağazaya görə ondan 17350 manat pul alaraq müəyyən fayda götürmüş, o isə bu məbləği itirməklə ziyana düşmüşdür. Əgər həmin pulu o banka ən aşağı faizlə qoysaydı xeyli gəlir əldə etmiş olardı. Cavabdeh müqavilə şərtini pozmuşdur. Cavabdeh təşkilatın 2007-2009-cu illərdə ondan cəmi 17350 m anat pulu hazır olmamış mağazaya icarə verməsi adı altında ondan alaraq bu müddət ərzində icarəyə mağaza verməməklə və nə də pulunu qaytarmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin bu müddət ərzində ona dəymiş maddi ziyanın aradan qaldırılmasına cəhd etməməsi mənəvi sarsıntı və izdirab keçirməsinə və mənəvi zərər dəyməsinə səbəb olmuşdur. Dəymiş maddi zərəri 10000 manat və mənəvi zərəri 10000 manat kimi qiymətləndiririr. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh təşkilatın vəkili birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, “İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, pul, maddi və mənəvi ziyan təbXXXXX dair iddiası ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən onunla MMC arasmda imzalanmış icarə müqaviləsinə görə Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerbşən «BİNƏ» ticarət mərkəzinin 12 sırasının, 3-cü blokunun, 47 saylı, sahəsi 20 kvadrat metr olan ticarət obyektinin ona icarəyə verilməsinə dair razılığa gəlinmiş və ona bununla əlaqədar olaraq icarə müqaviləsi verilmişdir. Tərəflər müqavilə imzalayarkən ticarət mərkəzinin inşası başa çatmadığı üçün həmin müqavilədə tarix və sıra nömrəsi qeyd edilməmişdir. Məqsədi isə ondan ibarətdir ki, ticarət obyekti tam yararlı vəziyyətdə tərəfə təqdim edildiyi anda müqavilə üzrə öhdəliklərin icrası başlamalı idi və həmin tarixdə müqaviləyə nömrə və tarix qoyulmalı idi. Lakin dünyada və Respublikada baş verən iqtisadi problemlər həmin hissənin tikintisini ləngitmiş və ticarət sıralarında olan bir neçə ticarət obyekti tikilib hazır vəziyyətdə olsa da, sıralarda ticarət olmadığı üçün bu obyektlər baxımsız qalaraq yararsız hala düşmüşdür. İddiaçı firmaya müraciət etdikdə onunla icarə müqaviləsi üzrə göstərilən ticarət obyektinin mərkəzin fəaliyyətdə olan ərazisində eyni ölçülü ticarət obyekti ilə əvəzləşdirilməsi təklif edilmiş, lakin tərəf heç bir razıl ığa gəlməmişdir. İcarə müqaviləsi imzalayarkən müştərilərdən yalnız qapının quraşdırılması üçün və açarın qoyulması üçün cəmi birlikdə 2000 manat pul vəsaiti alınmışdır. Həmin pul vəsaitinin alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «XXXXXx» sözləri qeyd edilmişdir. MMC tərəfindən iddianı bu hissədə etiraf etmişdir. Digər tərəfin iddia ərizəsində göstərdiyi pul vəsaitinə gəldikdə isə, həmin ticarət obyekti təhvil verilsəydi və ona istifadə aktı təqdim edilsəydi kommunal ödənişlər və digər təmir pulu alınmış olardı. Alınmış pula dair “Kassa mədaxil orderi” verilməli idi. Lakin İddiaçı belə bir sənəd təqdim edilməmişdir və o pulun verilməsinə dair heç bir subut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddianı həmin hissədə qəbul etmir və rədd olunması nı xahiş edir. İddianın maddi və mənəvi hissəsinə gəldikdə isə pul vəsaiti ziyan vurulmamışdırsa hansı maddi ziyandan söhbət gedə bilər. Tərəfin təqdim etdiyi iddia ərizəsindən də görünür ki, onlar hüquqlarının pozulmalarını, yəni ticarət obyektinin hazır olmadığını və onlara təhvil verilmədiyini 2008-ci ildə bilmişlər və həmin dövrdən məhkəməyə müraciət etməmişlər. Belə olduğu halda iddia müddəti tətbiq edilməli və bu əsaslada iddia rədd edilməlidir.” Cavabdeh pul vəsaitinin alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə “qapı pulu verdi” və “XXXXXx”sözəri qeyd edilmişdir. Cavabdeh firması bu hissədə iddianı etiraf etmişdir. Cavabdeh firması tərəfindən anbar (mağaza) tikilirsə bu anbarın qapısı, eləcə də qapının da açarı olmalıdır. Necə ola bilər ki, anbara görə pul alınmadan qapısına görə, sonra da qapının açarına görə pul alınır. Cavadehin nümayəndəsi öz çıxışında bildirmişdir ki, o, (iddiaçı) firmaya müraciət etdikdə icarə müqaviləsi üzrə göstərilən ticarət obyektinin mərkəzin fəaliyyətdə olan ərazisində eyni ölçülü ticarət obyekti ilə əvəzləşdirilməsi təklif edilmiş, lakin iddiaçı razılığa gəlməmişdir. Əgər o, pulu ödəməsəydi cavabdeh firma mərkəzin fəaliyyət göstərən ərazisində eyni ölçülü ticarət obyekti təklif etməzdilər. Bunlar bir daha göstərir ki, iddia ərizəsində göstərdiyi 17350 manat məbləğində pul ödənilmişdir. Cavabdehin nümayəndəsi açara görə pul alındığını etiraf etmişdir. Cavabdeh Qaradağ rayon məhkəməsinin 12 iyul 2018ci il tarixli qətnaməsindən tam razı qalmış və Bakı Apellyasiya Məhkəməsində də iştirak edərkən Qaradağ rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bazarda yerin 1 kvadrat metr sahəsi 550 manat olmaqlaq 20 kvadrat metr yeri 11000 manat almışdır. Həmin vaxtı bazarda yerin bir kvadrat metri 500-600 manat arası dəyişirdi. Əgər o, pulu ödəməsəydi onunla müqavilə bağlanılmazdı. Müqavilə bağlandıqdan sonra da ondan qapı pulu, daha sonra isə açar pulu alınmazdı. Qapı və açar pulundan əlavə ondan jaluzə görə 1000 manat və təmirə görə 3350 manat alınmışdır. Alınan cəmi pul 17350 manat təşkil edir. Anbarın pulunu vermədən açarın pulunu verməsi inandırıcı deyil. Göründüyü kimi cavadehin arqumentləri tam əsasızdır. Bundan başqa cavabdehin vəkili müqavilənin tarix və sıra nömrəsinin qoyulmamasına səbəb kimi yerin hazır olmadığna görə baş verdiyini bildirmişdir. O, ilk dəfədir ki, müqavilə bağlayır. Müqavilədə tarix və sıra nömrəsinin olmamasına görə məsuliyyəti də cavabdeh daşımalıdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələXXXXX görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallar ından görünür ki, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış «İcarə müqaviləsinə əsasən, Cavabdeh firması Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Qəsəbəsinin cənub-şərq hissəsində “Yeni bazar” adlanan ərazidə, sahəsi 20 kvadrat metr olan anbarı müddətsiz olaraq İddiaçı icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin «İcarə Müqavilə»si «KM» Ticarət Mərkəzinin Təsisçisi K.M.Məmmədovaya məxsus dairəvi möhürlə təsdiqlənmişdir. «İcarə Müqaviləsi»-nin 2.6-cı bəndindən görünür ki, icarəçi müqavilədə göstərilən şərtlərlə əlaqədar müqavilə bağlandıqdan sonra iddia qaldırmaq hüququna malik deyil. İddiaçı həmin icarə müqaviləsinin şərtlərinin cavabdeh firma tərəfindən yerinə yetirilmədiyini göstərərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və tələbini iddia ərizəsində göstərilənlərlə əsasla ndırmışdır. Cavabdeh firmanın səlahiyyətli nümayəndəsi iddia tələbini qismən qəbul edərək bağlanmış müqaviləyə görə iddiaçıdan 2000 manat pul alındığını etiraf etmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan icarə müqaviləsində müqavilənin nömrəsi, müddəti, hansı tarixdə bağlanması və icarənin qiyməti barədə heç bir məlumat yoxdur. Hətta iddiaçı tərəfindən cavabdehə ödənilməli olan məbləğ barədə müqavilədə heç bir qeyd aparılmamışdır. Həmin icarə müqaviləsinin şərtlərinə görə cavabdeh «Yeni Bazar» ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikməyi, tikinti başa çatdıqdan sonra isə 20 kvadrat metr anbarı müddətsiz icarəyə verməyi öhdəsinə göt ürmüşdür. İddiaçı isə cavabdehə müəyyən ödəniş edərkən düşünmüşdür ki, gələcəkdə həmin mağaza onun mülkiyyətinə veriləcəkdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi tərəflər arasında mövcud olmuş münasibətləri əks etdirməmişdir. Tərəflərin razılaşdığı müddət ərzində cavabdeh tərəfindən mağazanın inşası başa çatdırılmamış və iddiaçının istifadəsinə verilməmişdir. İddiaçı hazırki müqaviləni bağlayarkən hesab etmişdir ki, anbar razılaşdıqları müddət ərzində inşa olunaraq onun istifadəsinə veriləcəkdir. Sonradan isə razılaşdıqları müddət ərzində anbar inşa edilməmiş, ona məlum olmuşdur ki, müqavilə bağlayarkən yanılmışdır. Müqavilə bağlanarkən cavabdehin sərəncamında nə mağaza, nə də anbar olmamışdır. Cavabdeh iddiaçının vəsaiti hesabına anbarı (mağazanı) tikməyi planlaşdıraraq, həmin ma ğazanın açar pulunu da iddiaçıdan almışdır. Ona görə də, iddia tələbi qismən təmin edilərək müqavilə etibarsız hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 2000 manat pul və 30 manat ödənilmiş dövlət rüsmunun əvəzi tutulmalıdır. İddianın təmin edilən hissələri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən müb ahisələndirilən hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı ilə cavabdeh firma arasında Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerbşən «BİNƏ» ticarət mərkəzinin 12 sırasının, 3-cü blokunun, 47 saylı sahəsi 20 kvadrat metr olan ticarət obyektinin iddiaçıya icarəyə verilməsinə dair razılığa gəlinməsi və bu barədə tərəflər arasında müqavilə bağlanması işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə edilən halı həmin müqavilə əsasında cavabdeh firmaya ödənilən pulla bağlıdır. İddiaçı müqaviləyə görə cavabdeh firmaya ümumilikdə 17350 mamat pul ödədiyini bildirir. İddiaçı cavabdehdən həmin pulu, dəymiş maddi ziyana görə 10000 manat və mənəvi ziyan a görə isə 10000 manat pul tələb edir. Cavabdeh firmanın isə iddiaya etirazının dəlili ondan ibarətdir ki, dünyada və Respublikada baş verən iqtisadi problemlər ticarət mərkəzinin həmin hissəsinin tikintisini ləngitmiş və ticarət sıralarında olan bir neçə ticarət obyekti tikilib hazır vəziyyətdə olsa da, sıralarda ticarət olmadığı üçün bu obyektlər baxımsız qalaraq yararsız hala düşmüşdür. İddiaçı firmaya müraciət etdikdə onunla icarə müqaviləsi üzrə göstərilən ticarət obyektinin mərkəzin fəaliyyətdə olan ərazisində eyni ölçülü ticarət obyekti ilə əvəzləşdirilməsi təklif edilmiş, lakin tərəf heç bir razılığa gəlməmişdir. İcarə müqaviləsi imzalayarkən müştərilərdən yalnız qapının quraşdırılması üçün və açarın qoyulması üçün cəmi birlikdə 2000 manat pul vəsaiti alınmışdır. Həmin pul vəsaitin in alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «XXXXXx» sözləri qeyd edilmişdir. İşə baxan məhkəmələr iddia tələbini etiraf edilən hissədə təmin edərkən qalan hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişlər. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini 2000 manat pulun tutulması hissədə qismən təmin edərkən cavabdehin nümayəndəsinin verd iyi izahata əsaslanmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş yazılı etiraz ərizəsində qeyd olunmuşdur ki, həmin pul vəsaitinin alınmasına dair icarə müqaviləsinin üzərində əlyazma ilə «qapı pulu verdi» və «XXXXXx» sözləri yazılmışdır. Cavabdehin nümayəndəsi də bu halı məhkəmə iclaslarında öz izahatı ilə təsdiq etmişdir. İşə baxan məhkəmələr həmin müqavilənin üzərində qeyd olunmuş digər qeydlərə diqqət verməmişdir. Belə ki, müqavilənin arxa tərəfində 3 ayrı hissədə aşağıdakı qeydlər aparılmışdır: 1) “2007 = 11000”, “23.01.2008 - 2000 açar, 1000 jalyuz, 800, 2000”, 2) 20x550 = 11000” 3000, 3350 =17350”, 3) “21.06.2009” “тəмир 550 ман борч”. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 20 kvadrat metrə 550 manatdan hesablayaraq 11000 manat pulu "XXXXX" Ticarət mərk əzinin müdiri Kəbirə xanıma vermişdir. Kəbirə xanım həmin pulu qəbul edərək ona 12-ci sırada 47 saylı anbarın icarəyə verilməsinə dair müqavilə vermişdir. Sonradan 2008-ci ilin yanvar ayının 23-də ondan 2000 manat açar və 1000 manat jalyuz üçün pul istəmişlər və o, da əlavə olaraq 3000 manat pulu vermişdir. Daha sonra isə yenidən ondan 3350 manat təmirə pul istəmişlər. O, həmin pulu da verməklə Kəbirə xanım öz xətti ilə müqavilənin arxasına qeydlər apararaq ondan cəmi 17350 manat almasını 21.06.2009cu ildə təmirə görə 550 manat borcu qalmasını yazmışdır. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, həqiqətin müəyyən edilməsi üçün həmin müqavilədəki yazıların kimə məxsus olmasını, iddia edilən pulların ödənildiyi qeyd olunan “KM” Ticarət Mərkəzinin təsisçisi Kəbirə Məmmədova adlı şəxsin məhkəməyə dəvət edilməsini, bu halın aydınlaşdırılmasını, zərurət olduğu halda onun xətt nümunələrini götürərək məhkəmə-xəttşunaslıq ekspertizasının keçrilməsini müzakirə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam h üquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzm unu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. İddia tələbinin 1000 manat maddi ziyan və 1000 manat mənəvi ziyan hissədə təmin etməyən məhkəmə bu hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etməməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu barədə heç bir əsaslandırma aparmamış, heç bir maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəh bər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbini təmin edilməyən hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələXXXXX görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10584/2018 nömrəli iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən iddianın təmin edilməyən hissədə ləğv edilsin və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar