Məhkəmə qərarları › İş №2(102)-2118/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2118/2020

03.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2118/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-13269/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev, iş № 2(001)-4425/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 4000 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti isə qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tutulması qət olunmuş pulun məbləğinə aid hissədə dəyişdirilərək, Cavabdeh1 iddiaçının xeyrinə 8000 manat tutulması qət edilmişdir. İşin halları: 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkiyə Respublikasından geyim əşyaları alıb-satmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Cavabdeh1 təklifi ilə ona və Cavabdeh2 birgə fəaliyyət üçün 2013-cü ilin noyabr ayında 17.500 manat və 2000 ABŞ dolları, 2014-cü ilin fevral ayında isə 10.000 manat məbləğində pul verməsini, həmin məbləğdən Cavabdeh1 tərəfindən ona gəlir kimi 2000 manat qaytarılsa da, qalan məbləğin qaytarılmamasını, bununla əlaqədar Bakı şəhəri Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət etsə də mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun ona izah olunmasını əsas göstərərək cavabdehlərdən əsas borca görə 25.500 manat və 2000 ABŞ dolları, gecikdirməyə görə 2550 manat və 200 ABŞ dollarının – cəmi 28.550 manat və 2200 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası mə hkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında 2013-cü ildə şifahi borc müqaviləsi bağlanmış, 2019-cu ildə iddiaçı borcun qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı borcun məbləğinin 25.500 manat və 2000 ABŞ dolları olduğunu iddia etsə də, cavabdeh bunu inkar edərək, iddiaçıdan cəmi 10.000 manat məbləğində borc aldığını göstərmiş və həmin məbləği də faizləri ilə birlikdə qaytardığını bildirmişdir. Tərəflər arasında yaranmış borc münasibəti rəsmiləşdirilmədiyindən və cavabdehin iddiaçıdan ondan tələb olunan məbləğdə borc alması barədə mübahisəsiz sübutlar müəyyən olunmadığından məhkəmə kollegiyası düzgün olaraq borcun məbləğinin 10.000 manat olması barədə nəticəyə gəlmişdir. Qətnamədən işdən göründüyü kimi, yalnız cavabdeh kasasiya şikayəti vermiş və şikayətində borcun tam qaytarmasını bildirmişdir. İşdə cavabdeh tərəfindən 10.000 manat məbləğində borcun qaytarılması barədə sübutlar olmadığından, lakin iddiaçı aldığı borcdan cavabdehin ona 2000 manat qaytarmasını etiraf etdiyindən, kollegiya iddianın qismən – 8000 manat həcmində təmin edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən vəziyyətdə cavabdehin iddiaçı qarşısında icra olunmamış öhdəliyi qaldığından, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə əsaslanaraq iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 borcun qaytarılmasını sübuta yetirə bilmədiyi üçün kollegiya kasasiya şikayəti ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar