Məhkəmə qərarları › İş №2(102)-2120/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2120/2020

10.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2120/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10727/2019 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-2360/2019) İddiaçı Cavabdeh mağazasının rəhbəri, “xxxxx” MMC-nin direktoru Nya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Ndan maddi zərərə görə 2000 manat alınaraq İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh mağazasının rəhbəri “xxxxx” MMC-nin direktoru Bayram Ulunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) Bayram Ulunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkiyə Respublikasından mebel dəstinin gətirilməsi barədə sifarişin N tərəfindən icra olunması ilə əlaqədar ödədiyi 15.000 manat ı geri tələb etdikdə sonuncunun ona yalnız 13.000 manat qaytarılmasını əsas göstərməklə ondan qaytarmadığı 2000 manatın cavabdehin hərəkəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə 1800 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh N qarşılıqlı iddia verərək İddiaçı 19.000 manat dəyərində yeni mebel verməsini, sonuncunun 19.000 manat dəyərində yeni mebel verməsini, sonuncunun 15.000 manat ödəyib qalan 4000 manatı sonra ödəyəcəyini vəd etməsini, həmin mebeli Türkiyədən gətirərkən İddiaçı əvəzinə 5000 ABŞ dolları məbləğində ilkin ödəniş etməsini, lakin onun həmin mebeldən imtina etdiyi üçün mebelin təmir edilib satışa qoyulması üçün 2000 manat xərc çəkməsini və bununla əlaqədar İddiaçı həmin məbləği çıxaraq 13.000 manat qaytarmas ını və s. əsas göstərməklə İddiaçı əvəzinə ödədiyi 5000 ABŞ dollarının ondan tutulmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı X1 şikayəti verərək qətnamənin sübutlarla düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər mebel dəstinin alqı-satqısı barədə razılığa gəlsələr də, son nəticədə münasibətləri pozulmuş və İddiaçı mebelə görə ödədiyi pul məbləğini geri tələb edərkən N ödədiyi puldan 2000 manatı ona qaytarmamış və bunun səbəbini həmin pulu qaytarılmış mebelin təmirinə sərf etməsi ilə izah etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi İddiaçı tərəfindən mebelə görə ödənilmiş pul məbləğinin 2000 manatının ona qaytarılmaması Nun etirafı ilə öz təsdiqini tapmışdır. Bayram Ulu həmin vəsaiti mebelin təmirinə sərf etməsini iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir mötəbər sübut təqdim etməmişdir. Mebelin alqı-satqısının baş tutmaması ilə əlaqədar satıcı qismində çıxış edən Bayram Ulu mebelə görə aldığı pul məbləğini sifarişçiyə tam ödəməməklə ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəm əyi öhdəsinə götürür. Tərəflər arasında son nəticədə həmin müqavilə baş tutmamaqla orada müəyyən olunmuş nəticələr yaranmadığından, məhkəmə İddiaçı tərəfindən tələb olunan 2000 manatı Ndan tutmaqda haqlı olmuşdur. Bayram Ulu mebelin alqı-satqısına görə İddiaçı əvəzinə 5000 ABŞ dolları ödəməsinə əsaslanıb həmin məbləği ona dəymiş ziyan kimi Nvdan tələb edərkən Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, mübahisə sübutlara düzgün qiymət verilməklə və qanunun tələbinə əməl edilməklə çıxarıldığından kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar