Məhkəmə qərarları › İş №2(102)-2120/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2120/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2120/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-576/2023 nöm rəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə işə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan mənzil Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildir.

2. Sözügedən mənzil MTK tərəfindən 20 dekabr 2006-cı il tarixli müqavilə əsasında X3 36464 dollara satılmış, mənzilin dəyəri hissə-hissə olmaqla tam ödənilmişdir. 3. 02 aprel 2011-ci il tarixli Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzil 44080 manata alıcıya satılmışdır. 4. 02 aprel 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağı maliyyə arayışı verilmişdir. 5. 10 aprel 2015-ci il tarixdə X4 MTK-ya müraciət edərək mübahisəli mənzili satmaq istədiyini bildirmiş, mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında Cavabdeh1 MTK ilə iddiaçı arasında 10 aprel 2015-ci il tarixli müqavilə bağlanmış, müqavilədə addan ada dəyişmə ilə bağlı qeyd göstərilmiş, mənzilin dəyəri 38287 manat məbləğində müəyyən edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi ilə bağlı 10 aprel 2015-ci il tarixli maliyyə arayışı verilmişdir. 6. 08.06.2018-ci ildə "xxxx" ASC ilə Cavabdeh2 arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağla nan Müqavilə” imzalanmışdır. 7. 27.06.2018-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır. 8. 14.12.2018-ci ildə “Azəriqaz” İB BRSD ilə Cavabdeh2 arasında mübahisəli mənzil üzrə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mə rtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili "xxxx" müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən öz adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Laki n həmin vaxt mənzil təmirsiz olduğundan, ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzil MTK tərəfindən ona satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bun unla da o, pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 saylı, xx.xx.2021ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)3947/2022 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

13. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur və hər hansı faktiki və hüquqi əsasa malik deyildir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən in şa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzil xx.xx.2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən onun tərəfindən alınmış və mənzilin dəyəri kimi 44.080 manat ödənilmişdir. Kooperativ tərəfindən mənzilin pay dəyərinin tam ödənilməsi barədə həmin tarixli arayış təqdim edilmişdir. Sözügedən mənzil 2014-cü ildə ona təhvil verilərkən boş və təmirsiz olmuş, orada heç kim yaşamamışdır. Mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmətlərdən istifadəyə görə haqq da ödəmişdir. İddiaçı mübahisəli mənzili xx.xx.2015-ci ildə aldığını bildirsə də, heç bir dəfə də mənzilə baş çəkməmiş, oradakı vəziyyətlə maraqlanmamışd ır. Ən azından satıldığı zaman mənzil alıcı İddiaçı təqdim edilməli, mənzilin şəraiti ilə tanış edilməli idi. Lakin keçən 10 il ərzində iddiaçı və ya başqa şəxslər həmin mənzilə gəlməmiş, ona dair hər hansı tələb irəli sürülməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli müqavilə 145 saylı mənzilə dair onunla Kooperativ arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlandıqdan və mənzilə dair sahiblik və istifadə hüququ yarandıqdan 4 ildən çox müddət keçdikdən sonra bağlanılmışdır. Qanunun tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, Cavabdeh1 MTK artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq, əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız əqddir. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlandmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alın dıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satq müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətb: edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə al ınmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilə bağlanılmasında və onun alıcıya təhvil verilməsində ilkinlik ona məxsus olduğundan, iddiaçının həmin mənzilin boşaldılması və ona təhvil verilməsi tələbi təmin edilə bilməz. İddiaçı onunla Kooperativ arasında bağla nılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından və müqavilənin tərəfləri əqdi mübahisələndirmədiyindən hazırki iddia tələbi əsasında xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilə bilməz. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə da ir nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Habelə, iş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2021-ci il tarixli, M/H-75 saylı məktubu hazırki iş üzrə həlledici rol oynamır. İlk növbədə, Kooperativ adından təqdim edilən məktub səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məktubu imzalayan S.Alışov adlı şəxsin kimliyi məlum deyil və onun İdarə heyətinin sədri olan C.Alışovu kooperativin idarəçiliyi ilə bağlı təmsil etmək səlahiyyəti yoxdur. Məktuba əlavə edilmiş etibarnamə kooperativin idarə heyətinin sədri kimi deyil, fiziki şəxs olaraq C.Alışovun müxtəlif orqanlar və şəxslər qarşısında təmsil edilməsinə səlahiyyət verilməsinə dəlalət edir. Məktu bda Cavabdeh1 MTK ilə X5 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanıldığı və sonradan mənzilin İddiaçı adına keçirilməsi haqqında ərizə verildiyi qeyd edilsə də, onunla bağlanmış müqavilə onun barəsində heç bir qeyd edilmədən məktuba əlavə edilmişdir, Əlavə edilmiş xx.xx.2011-ci il tarixli müqavilədə “Payçı” qismində əks olunan imza ona aid deyil və aşkar şəkildə imzasından fərqlidir, Təqdim edilən sənədlər tam deyil. Mənzilə dair pay haqqının onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı da Kooperativ tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 MTK ilə X5 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilə və mənzilin İddiaçı adına keçirilməsinə dair razılıq ərizəsində mübahisəli mənzilin nömrəsi üzərində düzəliş edilməklə ilkin yazılmış nömrə silinmiş, qaralanma qla, sonradan “145” nömrəsi qeyd edilmişdir, Habelə, müqavilə və razılıq ərizəsində X1 imzası kimi əks olunan imzalar da fərqlidir. Onlardan biri həqiqətən Əhmədov tərəfindən çəkilmişdirsə, digərinin onun tərəfindən çəkilmədyi açıq-aşkar müəyyən olunur. Görünən odur ki, hazırda məhkəməyə təqdim edilən sənədlər kooperativin rəhbəri kimi özünü təqdim edən şəxslərlə əlbir olaraq mənzilin qanunsuz yollarla ələ keçirilməsinə çalışanların qanunsuz məqsədlərinə xidmət edən saxta sənədlərdir. Bu səbəbdən həmin sənədlər mötəbər sübut kimi qəbul edilə və mübahisəli mənzilə dair əvvəllər X1 və ya onunla əldə olunmuş razılaşmaya əsasən iddiaçının hər hansı hüquqununun mövcud olduğu qənaətinə gəlinə bilməz. Yuxarıdakılara əsasən məhkəmədən iddia tələbiniın rədd edilməsi haqqında qətnamə çıxarılmasını x ahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmumununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xİyabani küçəsində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m.-dən ibarət 2 otaqlı, 145 saylı mənzili "xxxx" xx.xx.2015ci il tarixli müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən öz adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə iddiaçıya xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan iddiaçı ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra mənzilə baş çəkmişdir. Növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarın dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzilin MTK tərəfindən iddiaçıya satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da iddiaçı kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mülkiyyətin tam həcmdə müdafiəsi hüququ dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətandaş hüquqları və azadlıqları arasında xüsusi ilə vurğulanmışdır. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və X6 haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Y uxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

15. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən 2011-ci ildə mübahisəli mənzil alınmış, 2014-cü il tarixdə onlara təhvil verilmiş və 2015-2017-ci illərdən orada təmir etdirərək yaşamağa başlamışlar. Onlar bunu təsdiq etmək üçün qonşuları şahid kimi məhkəmə iclasına dəvət edə bilərlər. Həmin mənzili təxmini 44000 manat məbləğində pul ödəyərək almışlar. Hazırda mübahisəli mənzil onların istifadəsindədir. Mə nzili ilk alarkən bina tam təhvil verilmədiyindən, mənzildə hər hansı bir kommunal xəttlər olmamış, onun təşəbbüsü ilə həmin xəttlər sonradan çəkilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə ə çıxarılmasını xahiş etdi.

16. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, eyni məzmunda izahat verərək bildirmişdir ki, dəyişdirmə yolu ilə də mənzil almaq cinayət deyildir. İlk öncə Cavabdeh2 179 saylı mənzil təklif edilmişdir. Həmin 179 saylı mənzilə aid müqavilə və maliyyə arayışı mövcuddur. Bundan sonra 179 saylı mənzildə problem olduğundan hazırki mübahisəli mənzil ilə dəyişdirilmişdir. Buna dair yeni müqavilə və maliyyə arayışı Eminovaya təqdim edilmişdir. 2011-ci ildə sözü gedən bina yarımçıq olmuşdur. İddiaçının mübahisəli mənzi lin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Ümümiyyətlə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur.

17. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın n ümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2006-cı ilin dekabr ayında MTK tərəfindən mənzil Natiq Əhmədova satılmışdır. Onda olan məlumata görə, Əhmədov Natiqin ərizəsi əsasında sözü gedən mənzil 2015-ci ilin aprel ayında hazırki iş üzrə iddiaçı Qəndəf xanıma satılmışdır. İddiaçı rayonda yaşayır. Qəndəf xanımın ailəsində bəzi problemlər yaşanmışdır. Qəndəf xanım mənzilinə baxış keçirərkən mənzilinin zəbt edildiyini aşkar etmişdir. Cavabdeh2 verilmiş müqavilə ilə bağlı bildirə bildirir ki, evin tikintisi gedən dövrdə Tahir adlı təsisçi olmuşdur. Həmin təsisçi ilə MTK tərəfindən müqavilə bağlanmışdır və Tahir tərəfindən verilmiş beton və sair tikinti materiallarının haqqı ödənməzsə hazırki iş üzrə mübahisəli mənzil Tahirə veriləcəkdir. Lakin, Tahir ö z öhdəliklərini yerinə yetirmədiyindən həmin müqavilə yarımçıq qalmışdır. Müqavilə Şəhanə xanımla deyil, Tahirlə bağlanmışdır, ola bilər Tahir həmin müqaviləni Şəhanə xanıma imzalatdırmışdır. Heç Şəhanə xanıma verilmiş müqavilənin əsli MTK-da yoxdur. 2017-ci ildə Cavabdeh2 sözü gedən mənzilə daxil olmuşdur, MTK işçıləri Şəhanə xanımı Qəndəf xanım bilmişlər. Sonradan isə Şəhanə xanım evin onun olduğunu bildirərək, onun adına olan müqaviləni MTK-nın əməkdaşlarına təqdim etmişdir. Həmin dövrdə MTK-nın sədri Alışov həbs edildiyindən bütün sənədlər hüquq mühafizə orqanları tərəfindən götürülmüşdür. Bu qarışıqlıqdan istifadə edərək Eminova mübahisəli mənzili zəbt etmişdir. Cavabdeh2 MTK tərəfindən mənzil təhvil verilməmişdir, o, özü mənzilin qapısının açarlarını dəyişərək mənzilə daxil olmuşdur. Üzvlüyə qəbul edilməsi barədə Qəndaf xanıma münasibətdə protokol mövcuddur. Lakin Şəhanə xanıma münasibətdə üzvlüyə qəbul protokolu mövcud deyildir. Qəndaf Məlikova tərəfindən MTK-ya mənzilin tam haqqı ödənilmişdir və mənzil iddiaçıya təhvil verilmişdir.

18. Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov, iş N e-2(004)-3947/2022) iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh2 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl X5 ilə MTK arasın da tərtib edilmiş müqavilə əsasında bağlanmış olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh2 sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil Cavabdeh2 sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, MTK Cavabdeh2 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gə lmişdir.

20. İddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonradan da, mənzilin ona təhvil verilməsini, lakin bir müddət sonra Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia etsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə mübahisəli mənzilin üzün illərdi və hal-hazırda Cavabdeh2 istifadəsində olması, mənzilin 2015-2016-ci illərdə onun tərəfindən təmir ediməsi, mənzilə dair sonuncu ilə kommunal xidmətlərin (qaz, su, elektrik) həyata keçirilməsi ilə bağlı 2018-ci il tarixli müqavilələrin imzalanması və ötən müddət (illər) ərzində heç bir müdahisə bildirilmədən sahiblik və istifadəsində olması müəyyən edilmişdir.

21. Məhkəmə iddiaçının bu illər ərzində ailə problemləri və qayğıları ilə əlaqədar olaraq mənzilə b aş çəkə biməməsi və bu səbəbdən də, mənzildə başqa şəxslərin məskunlaşmasından xəbərdar olmamsı ilə bağlı izahatına tənqidi yanaşaraq, qeyd olunan xüsusatların inandırıcı olmamaqla işin hallarına da, uyğun gəlməməsi qənaətinə gəlir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)-88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar).

23. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzil nə xx.xx.2 006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında X1, nə də ki, xx.xx.2015-ci il tarixli müqavilə əsasında hazırki iş üzrə İddiaçı faktiki sahiblik və istifadələrinə verilmədiyindən, digər tərəfdən isə, Cavabdeh2 lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh2 verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmənin qeyd edir ki, işin müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir.

24. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 452.1, 567, 568, 575.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin157.8, 165, 337, 340.1,340.2 567, 568.1, 575.2, 452.1-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir, bundan əlavə Cavabdeh2 adına verilmiş formal müqavilənin etibarsızlığı işin halları ilə tam sübut olunur, iddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi faktı həm müqavilədə, həm də maliyyə arayışında təsdiqlənmişdir, nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili "xxxx" müqaviləyə əsasən, ilkin olaraq MTK-a ilə X5 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış, ödənişlər sonuncu tərəfindən edilmiş, və mənzil ona təhvil verilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən İddiaçı adına keçirmiş dir, göründüyü kimi, hazırki mülki iş X5 hüquq və vəzifələrinə toxunur və bu səbəbdən onun cəlb olunması mütləq və zəruri idi, bu barədə tərəflərindən vəsatət verilsə də məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir, X1 dəvət edilərək şahid qismində dindirilməsi barədə vəsatət verməklərinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir, məhkəmə iddia ərizəsinə cavabdehin etirazını qətnaməyə köçürməklə kifayətlənmiş və bu səbəbdən də iddia tələbinin hansı əsaslarla təmin edilməməsini əsaslandıra bilməmişdir.

27. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Rəş ad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva, iş N 2(103)-576/2023) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hanslı sübut təqdim etməmişdir.

30. İş üzrə digər cavabdeh olan Cavabdeh1 MTK-nın nümayəndəsinin mənzilin Cavabdeh2 təhvil verilməməsi, onun mənzili özbaşına olaraq tutması, MTK-nın əməkdaşlarının Cavabdeh2 İddiaçı ilə səhv salmaları ilə bağlı bildirdiklərini də kollegiya işin hallarına uyğun hesab etmir.

31. Belə ki, yaşayış sahəsinin təhvil verilməsi zamanı sahəni təhvil alan şəxsin şəxsiyyəti yoxlanılmadan və mənzilə aidiyyatı müəyyən edilmədən yaşayış sahəsinin verilməsi ağlabatan deyildir.

32. MTK-nın nümayəndəsi Cavabdeh2 mübahisəli mənzilin qapısının açarlarını özbaşına dəyişməklə mənzili zəbt etdiyini bildirsə də, keçən müddət ərzində mənzili zəbt etmiş şəxsə qarşı heç bir tədbir görülməməsinə (onun mənzildən çəxarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, məhkəmədə iddia qaldırılması və s.) aydınlıq gətirməmişdir.

33. Bundan başqa, Cavabdeh2 uzun illər ərzində mübahisəli mənzildə yaşaması, orada təmir işləri aparması, kommunal xidmətlər ödəməsi şəraitində onun şəxsiyyətinin qeyri-müəyyən olaraq qalmasının da ağlabatan izahı yoxdur.

34. Qeyd edilənlərlə yanaşı, iş materiallarından da göründüyü kimi, mübahisəli mənz ilə kommunal xidmətlərin (qaz, su, elektrik, telekommunikasiya) göstərilməsi ilə bağlı Cavabdeh2 ilə əlaqədar qurumlar arasında 2018-ci il tarixli müqavilələr imzalanmışdır ki, bu da qeyd edilən mənzilin ona təhvil verilməsini və ötən müddət (illər) ərzində heç bir mübahisə olmadan onun sahiblik və istifadəsində olmasını bir daha təsdiq edir.

35. Beləliklə, mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi araşadırma zamanı öz təsdiqini tapır.

36. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 324.1, 234.2, 324.5, 337.1, 337.2, 567, 568.1, 575.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi faktı həm müqavilədə, həm də maliyyə arayışında təsdiqlənmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin müqavilələrin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa koo perativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

40. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsini hazırki mübahisəyə iddia tələbinin rədd edilmə əsası olaraq tətbiq etməsi yalnışdır. Məhkəmə öz qətnaməsində qeyd edir ki, həmin (MM-nin 452.1) normanın dispozisiya şərtlərinə görə, mübahisəni həll edən məhkəmə ilk növbədə fərdi – müəyyən əşya olan mənzilin kimin mülkiyyətinə verilməsi məsələsini müəyyən etməli, yalnız bundan sonra mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasını nəzərə almalıdır. Bu haları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir.

41. Normanın disp ozisiya şərtlərində olan hər üç hal iddiaçıya aiddir. Belə ki, mənzil ilk olaraq Natiq Əhmədova təhvil verilmiş, sonradan isə İddiaçı təhvil verilmişdir.

42. Məhkəmə nəzərə ala bilməmişdir ki, əmlak üzərində sərəncam vermək (alqısatqı, özgəninkiləşdirmə və s.) öz-özlüyündə təhvil verilmənin bir hissəsidir. Belə ki, dəyərini ödəmiş olduğu və ona təhvil verilmiş mənzili N.Əhmədov İddiaçı göstərməklə satırsa və MTK bu rəsmiləşməni aparırsa artıq bu hal mənzilin kimə təhvil verilməsini təsdiq edir. Cavabdeh2 isə artıq ilkin olaraq N.Əhmədova təhvil verilmiş mənzilə açarı dəyişməklə daxil olması mənzilin ona təhvil verilməsi hesab edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 ilə müqavilə 2011-ci ildə bağlansada ödəniş barədə maliyyə arayışı 2016-cı ildə verilmişdir. Nəzərə alsaq ki, hə min müqavilə üzrə MTK-nın öhdəliyi, Cavabdeh2 əmlakın dəyərinin ödənilməsinə dair öhdəliyini icra etdikdən sonra yaranırdı. Cavabdeh2 öhdəliyini icra etmədən (əmlakın dəyərini ödəmədən) mənzilin ona təhvil verilməsi mümkün deyildi. Cavabdeh2 adına maliyyə arayışı verildiyi tarixə qədər isə (2016-cı il) artıq mübahisəli mənzil 2006-ci ildə ilkin olaraq N.Əhmədova, 2015-ci ildə isə İddiaçı təhvil verilmişdir. Göründüyü kimi MM-nin 452-ci maddəsi iddianın təmin olunması halına tətbiq edilməli idi.

43. İş materiallarında iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara deyil, mövcud olmayan hallar yalnlış hallar müəyyən etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında tədqiq olunmuş subutları məhkəmə təhrif edərək əsassız olaraq tən diqi yanaşmış və bu səbəbdən də zəruri əsaslandırma apara bilməmişdir.

44. Hazırki mülki iş X1 hüquq və vəzifələrinə toxunur və bu səbəbdən onun cəlb olunması mütləq və zəruri idi. Bu barədə vəsatət verilsə də, məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir.

45. Məhkəmə iclasında X1 dəvət edilərək şahid qismində dindirilməsi barədə vəsatət verməyinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir

46. Mübahisəli mənzil Cavabdeh2 birbaşa təhvil verilməmişdir və onun mənzilə məhz 2017-ci ildə özbaşına daxil olması halı öz təsdiqini tapır. Bu faktı məhkəmə özü də dolayısı ilə etiraf edərək (səhifə 10/11, 43-cü bənd) qeyd etmişdir ki, qısa zaman kəsiyində (ola bilsin mənzil 2017-ci ilin sonunda zəbt olunduqdan sonra 2018-ci ilin əvvəlindən etibarən), yəni 2018-ci ildə Cavabdeh2 t ez-tələsik kommunal xidmətlərə dair qurumlarla müqavilələr bağlamışdır. Lakin məhkəmə kommunal xidmətlərə dair müqavilələrin bağlanmasını əsassız olaraq MTK-nın mənzilin məhz ona təhvil verməsi kimi qiymətləndirmişdir.

47. Kassatorun mövqeyinə görə, MM-nin 386.1, 448.1, 405.1, 442, 421.1, 421.2, 422.2, MPM-in 14.2, 217.1, 218.1-ci maddələrin tələblərinin pozulmasına istinad edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

48. Cavabdeh2 kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, binanın tikintisi istismar qaydalarına uyğun başa çatdırılmamış, Kooperativ tərəfindən payçılar aldadılmış, bina atılaraq məsul şəxslər aradan çıxmış və bəziləri cinayət məsuliyyətinə cəlb olunaraq cəza almışlar. Ala-yarımçıq vəziyyətdə mənzillə r payçılara, o cümlədən 2014-cü ilin ortalarında Eminovaya təqdim olunmuşdur. Payçılar öz vəsaitləri hesabına binada xeyli işlər görərək, lift quraşdıraraq müəyyən şərait yaratmış, öz hesablarına ümumi istifadəli yerlərin və mənzillərin təmirinə başlamış, həyətdə səliqə-sahman yaratmışlar. Eminova oğlunun toyu ərəfəsində mənzilində əsaslı bəzək-tamamlama işləri aparmışdır. 2014-cü ilin sonlarından başlayaraq həmin mənzildən özü, ailə üzvləri və qohumları yaşayış üçün istifadə etməyə başlamış və bu gün də istifadə edirlər. Mənzildən istifadə etmə və orada yaşama ilə əlaqədar onlara heç vaxt heç kəs müraciət etməmiş və narazılıq bildirməmişdir.

49. Mənzilin elektrik enerjisi, su, qaz və kommunal xidmətlərlə təminatı Kooperativin sənədlərinə əsasən həll olunmuş, fərdi qaydada sayğaclar quraşd ırılmış və ödənişlər aparılmışdır.

50. İddiaçı qarmaqarışıq ifadələrlə mənzilin Eminova tərəfindən qanunsuz zəbt edildiyini, guya Məlikovanın sahibliyində olan mənzilin zorla ələ keçirildiyini bildirsə də, öz mövqeyini təsdiq edən heç bir sübut təqdim edə, 7 ildən çox müddət ərzində nə Kooperativə, nə Eminovaya, nə də əlaqədar orqanlara müraciət etməməsinin səbəblərini izah edə bilməmiş, mənzilin “istifadəsində, sərəncamında və mülkiyyətində” olmasının əsaslarını və anlamını izah edə bilməmişdir.

51. Mənzilin 10 aprel 2015-ci ildə alınması və sənədləşdinmə aparılması da həqiqətə uyğun deyil və bu iddiaçı tərəflə Kooperativin məxsusi ənənəvi iş üslubunun birgə təntənəsi kimi qiymətləndirilməlidir. Tərtib olunmuş mötəbər olmayan sənədlərdən də görünür ki, iddiaçı mənzili fiziki şəxsdən deyil. Kooperativdən qəbul etmişdir və həmin vaxt Eminovanın istifadəsində olan və onun tərəfindən yol verilmədən mənzilə daxil olmağın mümkün olmadığı halda, mənzilə baxmadan onun dəyərini ödəməsi olduqca böyük təəccüb və inamsızlıq yaradır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

52. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

53. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

54. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanm ış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

58. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icr a edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

59. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

60. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

61. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı b u Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

63. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

64. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2015-ci il tarixli qərarı

65. A lqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.

73. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

75. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, 76. - iddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hanslı sübut təqdim etməmişdir. 77. – mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi araşadırma zamanı öz təsdiqin i tapır. 78. - məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

79. Kassasiya şikayətinin dəlillərinə görə, mənzil ilk olaraq Natiq Əhmədova təhvil verilmiş, sonradan isə İddiaçı təhvil verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, əmlak üzərində sərəncam vermək (alqı-satqı, özgəninkiləşdirmə və s.) öz-özlüyündə təhvil verilmənin bir hissəsidir. Belə ki, dəyərini ödəmiş olduğu və ona təhvil verilmiş mənzili N.Əhmədov İddiaçı göstərməklə satırsa və MTK bu rəsmiləşməni aparırsa artıq bu hal mənzilin kimə təhvil verilməsini təsdiq edir. Cavabdeh2 isə artıq ilkin olaraq N.Əhmədova təhvil verilmi ş mənzilə açarı dəyişməklə daxil olması mənzilin ona təhvil verilməsi hesab edilə bilməz. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 ilə müqavilə 2011-ci ildə bağlansada ödəniş barədə maliyyə arayışı 2016-cı ildə verilmişdir. Nəzərə alınsa ki, həmin müqavilə üzrə MTK-nın öhdəliyi, Cavabdeh2 əmlakın dəyərinin ödənilməsinə dair öhdəliyini icra etdikdən sonra yaranırdı, Cavabdeh2 öhdəliyini icra etmədən (əmlakın dəyərini ödəmədən) mənzilin ona təhvil verilməsi mümkün deyildi.

80. Mülki işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil ilkin olaraq Natiq Əhmədova xx.xx.2006-cı il tarixdə satılmış, mənzilin dəyəri tam ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Natiq Əhmədov mənzili satmaq niyyətilə ərizə vermiş və bu ərizə əsasında mənzil İddiaçı adına rəsmiləşdiril mişdir. Məhz bu imtina əsasında iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, mənzil addan ada keçmiş, həmin tarixdə də mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir.

81. Həmçinin müəyyən edilir ki, MTK xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Hazırda mübahisəli mənzildə Cavabdeh2 yaşayır. Həmçinin iş materialları ilə onun 2017-ci il tarixdən etibarən mənzildə yaşaması müəyyən olunur.

82. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzillə bağlı münasibətlər 15 dekabr 2017-ci il tarixdən əvvəl yarandığından onları tənzimləyən hüquq münasibətləri Mülki Məcəllənin həmin tarixdən əvvəlki redaksiyasının təsir dairəsinə düşür. Həmin dövr qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 83. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüqu qu olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

84. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

85. Məhkəmələr nəzərə almamışlar ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etmişdir. xx.xx.2015-ci ildə isə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satmışdır. İşin göstərilən halları onu təsbit edir ki, xx.xx.2011-ci il tarixli müqavilə əsasında MTK öz mülkiyyətində olmayan mənzili Cavabdeh2 satmışdır.

86. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxılarkən “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də nəzərə alınmalıdır.

87. Belə ki, həmin işdə mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı "xxxx" MTK M.Hüseynov adlı şəxslə bağladığı 1 may 2005-ci il tarixli müqavilə ilə çoxmənzilli binada inşa etdiyi 3 otaqlı mənzili alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və E.Bağırlı adlı şəxslə bağladığı 6 iyul 2011-ci il tarixli müqavilə ilə həmin mənzili sonuncuya satmışdır. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı M.Hüseynovun verdiyi 3 otaqlı mənzilin M.Hüseynova təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi barədə tələb apelyasiya i nstansiyası məhkəməsinin 17 fevral 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə Azərbaycan Respulikası Ali Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə bağlı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, "xxxx" MTK mübahisə predmeti olan mənzili 1 may 2005-ci il tarixli müqavilə ilə M.Hüseynova satdıqdan və sonuncu mənzilin dəyərini tam ödəməklə MM-nin müqavilə bağlanan vaxt qüvvədə olan 178.8-ci maddəsi ilə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən MTK-nın həmin mənzil üzərində 6 iyul 2011-ci ildə yenidən sərəncam vermək hüququ, yəni, E.Bağırlı ilə müqavilə bağlamaq hüquq u olmamışdır.

88. Göründüyü kimi, hazırkı icraatda olan işdə mənzilin dəyərini tam ödəməklə N.Əhmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Daha sonra əmlakını iddiaçıya satmışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Ş.Emimova ilə 2 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

89. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

90. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi).

91. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.

92. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 2 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MTK həmin binada dəyəri ödənilmiş iki otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşd ür.

93. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz Cavabdeh1 MTKnın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə Cavabdeh2 təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə biləcək tələb nəzərə alınmalıdır.

94. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin göstərilənləri çəkişmə prinsipinə uyğun olaraq yoxlamadan, yuxarıda göstərilən formal mülahizələrlə iddianı rədd etmələri qanuni və əsaslı olmamışdır.

95. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

96. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

97. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermə dən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

98. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X6 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir

99. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

100. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndiri lməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

101. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

102. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

103. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar