Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2126/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, qeyri-yaşayış sahələrinin, hasarın sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhmədov Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 2(103)807/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi: İşin halları
1. İşin hallarına görə, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolu, mülkiyyətdə olan 4.2 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 1263.16 kv.metr, əsas sahəsi 1068.46 kv.metr, köməkçi sahəsi 194.7 kv.metr olan 80 saylı qeyriyaşayış binası (yardımçı təsərrüfat) mülkiyyət hüququ üzrə "xxxx" Şirkətinin adına qeydə alınıb və bu barədə sonuncunun adına Reyestr Xidməti tərəfindən 25 iyul 2008-ci il tarixli Çıxarış verilib. 2. 31 iyul 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, "xxxx" Şirkətinin adından Şirkətin təsisçiləri X12 və X5 ünvan 1 ünvanda yerləşən 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini 49.200 manata X2 və 1.2 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb.
3. Həmin alqı-satqı müqaviləsinə əlavə edilmiş və notarial qaydada təsdiq olumuş bölgü eskizinə əsasən 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsi naturada ayrılmaqla alıcı X9 təhvil verilib, qalan 3.0 ha torpaq sahəsi isə "xxxx" Şirkətinin mülkiyyətində qalıb və sonuncunun təsisçiləri X12 və X5 bölgü sxemi ilə razılaşaraq, bu qaydada bölgüyə etiraz etmədiklərini və şikayətlərinin olmadığını göstərib bölgü eskizinə imza atmışlar. 4. 13 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən, 1.1906 ha torpaq sahəsi X10 mülkiyyətinə keçib və bu barədə sonuncunun adına Reyestr Xidməti tərəfindən 19 noyabr 2015-ci il tarixli Çıxarış verilib. 5. 13 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin mü lkiyyətində olan, Balaxanı qəsəbəsində yerləşən, 2.7508 ha torpaq sahəsi X10 daimi istifadəsinə verilib və həmin torpaq sahəsinə dair sonuncunun daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və bu barədə Reyestr Xidməti tərəfindən onun adına 19 noyabr 2015-ci il tarixli Çıxarış verilib. 6. 01 iyun 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, X15 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən, ümumi sahəsi 1.1906 ha olan torpaq sahəsini 78.000 manata Cavabdeh MMC-nə satıb, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonunun adına qeydə alınıb və bu barədə Reyestr Xidməti tərəfindən Cavabdeh MMC-nin adına 07 iyun 2017-ci il tarixli Çıxarış verilib. 7. 01 iyun 2017-ci il tarixli notari al qaydada təsdiq edilmiş “Daimi istifadə hüququnun alqı-satqısına dair” müqaviləyə əsasən, X15 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən, 2.7508 ha torpaq sahəsinə daimi istifadə hüququnu 66.000 manata Cavabdeh MMC-nə satıb və həmin torpaq sahəsinə dair sonuncunun daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və bu barədə Reyestr Xidməti tərəfindən Cavabdeh MMC-nin adına 07 iyun 2017-ci il tarixli Çıxarış verilib. 8. 27 sentyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-ti, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 1263.16 kv.metr, əsas sahəsi 1068.46 kv.metr, köməkçi sahəsi 194.7 kv.metr olan qeyri-yaşayış binasından, yalnız ümumi sahəsi 378.95 kv.metr, ə sas sahəsi 320.54 kv.metr, köməkçi sahəsi 58.41 kv.metr olan qeyri-yaşayış sahəsini və mülkiyyətdə olan 3 ha torpaq sahəsindən yalnız 0.9 ha torpaq sahəsini 900.000 manata İddiaçı2; ümumi sahəsi 252.63 kv.metr, əsas sahəsi 213.69 kv.metr, köməkçi sahəsi 38.94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 600.000 manata X6; ümumi sahəsi 252.63 kv.metr, əsas sahəsi 213.69 kv.metr, köməkçi sahəsi 38.94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 600.000 manata X13; ümumi sahəsi 378.95 kv.metr, əsas sahəsi 320.54 kv.metr, köməkçi sahəsi 58,41 kv.metr olan qeyriyaşayış sahəsini və 0.9 ha torpaq sahəsini 900.000 manata İddiaçı1 satıb.
9. Həmin qeyri-yaşayış sahələri və torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkyyət hüqüqu üzrə onların adlarına qeyd ə alınıb və Reyestr Xidməti tərəfindən onların adlarına 02-04-09 oktyabr 2019-cu il tarixli Çıxarışlar verilib. 10. 06 mart 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252.63 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 700.000 manata İddiaçı2; X18 isə mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252.63 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 700.000 manata İddiaçı2 satıb. 11. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1263.16 kv.metr olan qeyri-yaşayış sahəsi və 3 ha torpaq sahəsi- paylı mülkiyyət hüququ üzrə ümumi sahəsi 378.95 kv.metr olan qeyri-yaşayış sahəsi və 0,9 ha torpaq sahəsi hissəsində mülkiyyət hüqüqu üzrə İddiaçı1; ümumi sahəsi 884.21 kv.metr olan qeyri-yaşayış sahəsi və 2.1 ha torpaq sahəsi hissəsində mülkiyyət hüququ üzrə İddiaçı2n adlarına qeydə alınıb və bu barədə onların adlarına Reyestr Xidməti tərəfindən 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlar verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh MMC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 4299 kv.metr hissəsinin boşaldı lması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın sonuncunun hesabına sökülməsi, torpaq sahəsinin koordinatlarına uyğun yenidən cavabdehin hesabına hasarlanması və 4299 kv.metr torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması və cavabdehdən vurulmuş maddi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, göstərilmiş hüquqi yardıma görə 1.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolu, 80-saylı ünvanda yerləşən 3.0 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş 1263.16 kv.metr qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə paylara bölünməklə o nların mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün 17 oktyabr 2019-cu il tarixdə Reyestr Xidmətinə müraciət etmişlər. Reyest Xidmətinin 29 oktyabr 2019-cu il tarixli məktubu ilə onlara bildirilmişdir ki, qeyd olunan topraq sahəsinin koordinatları yerində müəyyən edilib və 3 ha torpaq sahəsinin 0.4131 ha hissəsinin qərb tərəfdən qonşunun hasarı daxilində yerləşdiyi müəyyən edilib. Onların mülkiyyətlərində olan torpaq sahəsinin qərb tərəfdən qonşusu isə cavabdehdir. Onların mülkiyyətlərində olan torpaq sahəsinin 0.4131 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunması, onlar tərəfindən cavabehə göndərilmiş pretenziya məktubunun müzakirəsi (görüş zamanı) zamanı da öz təsdiqini tapıb. Əvvəlki mülkiyyətçilərdən X11 və X3 əmlakda olan öz paylarını alqı -satqı müqavilələrinə əsasən İddiaçı2 satmışlar. 14. 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlara əsasən həmin əmlakın 0.9 ha torpaq sahəsi, ümumi sahəsi 378.95 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı1, 2.1 ha torpaq sahəsi və ümumi sahəsi 884.21 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı2 paylı mülkiyyətlərindədir.
15. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsinin 0.4131 ha hissəsi cavabdehin istifadəsində olan torpaq sahəsinə birləşdirilərək hasara alınıb. Bunun nəticəsində onlar öz mülkiyyətlərinin bir hissəsindən qanunsuz məhrum edilmişlər və onlara məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu tam həyata keçirə bilmirlər.
16. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək göstərib ki, cavabdeh mülkiyyətində olan 1. 2 ha torpaq sahəsini 31 iyul 2008 ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Şirkətinin təmsilçiləri X12 və X1 alıb. Həmin alqı-satqı müqaviləsi əvvəl Cavabdeh MMC-nin təsisçisi X7 adına rəsmiləşib. Müqavilə üzrə tərəflərin arasında 16 avqust 2008-ci il tarixdə notariat kontorunda "xxxx" firmasına məxsus 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsinə dair cizgi-plan sənədi təsdiq edilib. Satıcı "xxxx" Şirkətinin təsisçiləri X12 və X8 1.2 ha torpaq sahəsini özləri ölçüb cavabdehə təhvil veriblər və bundan sonra torpaq sahələri arasında mərclənmə nişanları qoyulub. Ona görə də cavabdehə məxsus torpaq sahəsinin bütövlüyü təmin edilmədən bu işə baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud v əziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilib verilməsi vəzifəsi Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulub və qərar qanuni qüvvəsini alıb. Hər iki tərəfə torpaq sahəsini satan "xxxx" Şirkəti işə cəlb edilməli və hazırki mübahisəli məsələyə münasibəti öyrənilməlidir.
17. İddiaçılar tərəfindən sözügedən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi üçün 17 oktyabr 2019-cu il tarixdə Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilib və sonuncunun 29 oktyabr 2019-cu il tarixli məktubunda bildirilir ki, həmin topraq sahəsinin koordinatları müəyyən edilib və 3 ha torpaq sahəsinin 0.4131 ha hissəsinin qərb tərəfdən qonşu torpaq sahəsinin hasarı daxilində yerləşdiyi və sərhədlərin tərəflər arasında düzgün bölünmədiyi müəyyən edilib. Sonradan, iddi açılara Reyestr Xidməti tərəfindən bölgü sxemi təqdim edilib.
18. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş 06 may 2021-ci il tarixli rəyə əsasən, 3,0 ha torpaq sahəsinin (yəni, iddiaçıların mülkiyyətində olan) plan-ölçü sənədi (çıxarışın əlavəsi-koordinatlar qeyd olunan) təqdim edilmədiyindən, həmin sahənin koordinatlarını müəyyən etmək mümkün olmayıb, lakin elektron kadastr bazasında reyestr nömrəsi **********72 olan Çıxarışın yerləşmə mövqeyinə görə sözügedən 3,0 ha torpaq sahəsinin 4299 kv. metr hissəsi cavabdehin faktiki istifadəsində olan (tikililər yerləşən) ərazi ilə üst-üstə düşür.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 20 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə görə, İddiaçı2 mülkiyyətində olan sahə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşir və sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış tikililəri mövcuddur. Həmin rəyə əsasən cavabdehin faktiki istifadəsində 39.654 kv.metr, iddiaçıların faktiki istifadəsində isə 25.701 kv.metr torpaq sahələri vardır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən, mübahisəli 4299 kv metr torpaq sahəsi 07 iyun 2017-ci il tarixli Çıxarışa əsasən, cavabdehin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin daxilində deyil, Reyestr Xidməti tərəfindən iddiaçıların adlarına verilmiş 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlara əsasən iddiaç ıların mülkiyyətlərinə verilmiş 3 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Həmçinin, 07 iyun 2017-ci il tarixli Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsi, iddiaçılarla ümumi sərhəddin (hasarın) sol tərəfindən (mübahisəli 4299 kv.metr sahədən sonra) başlayır. Cavabdehin mülkiyyətində və daimi istifadəsində olan (1.1906 + 2.7508) ha torpaq sahəsinin bütövlüyünün bərpa edilib-edilməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyil.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli məlumatına görə, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 0,4299 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,190 6 ha sahənin plan-ölçüsü daxilində yerləşmir və həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,1906 ha torpaq sahənin şərq tərəfində yerləşir. Cavabdehin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahələri həmsərhəd olsa da, onların bötövlüyünün bərpa edilməsi, birləşdirilməsi mümkün deyil. Belə ki, sözügedən torpaq sahələrindən biri bələdiyyənin mülkiyyətindədir.
22. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-1419/2022 saylı qərarı ilə Cavabdeh MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsinin reyestr xidmətinin üzərinə qoyulması” barədə iddiası təmin edilərək, Cav abdeh MMC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb.
23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e2(008)-139/2022 saylı qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilərək, iddiaçıların **********72- 06301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən 4299 kv.metr hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin, eləcə də hasarin cavabdehin hesabına sökülməsi, 4299 kv.metr torpaq s ahəsinin iddiaçılara qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar qanuni mülkiyyətlərində olan torpaq sahələrinə dair plan və ölçüsü sənədini ala bilmirlər, çünki həmin torpaq sahəsinin 4299 kv metr hissəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşir.
25. Məhkəmə hesab etmişdir ki, mübahisəli 4299 kv metr torpaq sahəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşdiyindən həmin torpaq sahəsi boşaldılmalı, üzərindəki tikililər və hasar sökülməli (tikililərə dair cavabdehin Çıxarışı mövcud deyil) və torpaq sahəsi iddiaçılara geri qaytarılmalıdır.
26. Cavabdehin mülkiyyətində və istifadəsində olan ümumi sahəsi 3,9414 ha torpaq sahəsinin bütövlüyünün bərpa edilməsinə dair mə hkəmə aşağıdakıları qeyd etməyi zərüri hesab etmişdir.
27. Əvvəla, bu hal hazırki işin predmetinə aid deyil. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, satıcı "xxxx" Şirkətini təmsil edən X12 və X5 ilə alıcı X14 arasında bölgü sxemi tərtib edilmiş və təsdiq edilmişdir. Adıçəkilən bölgü sxeminə əsasən 1,2 ha və qalan 3,0 ha torpaq sahələrinin koordinatları göstərilməklə, aralarındakı hasarın da uzunluğu və istiqaməti göstərilmişdir.
28. Göründüyü kimi, həmin bölgü sxemində 3,0 ha torpaq sahəsinin koordinatları göstərilmiş, həmin torpaq sahəsi bütövlükdə mövcud olmuşdur, lakin hazırda həmin 3,0 ha torpaq sahəsinin 4299 kv metr hissəsi əksikdir. Hər iki torpaq sahəsi (1,2 ha və 3,0 ha) arasında hasarın məhz bölgü sxemində göstərilən koordinatlara riayət edilməklə çəkilməsinə dair cavabdeh tər əfindən məhkəməyə sübut təqdim edilməmiş və həmin hasarın buna səlahiyyəti olan Əmlak Komitəsinin mütəxəssislərinin iştirakı ilə çəkilməsinə dair akt mövcud olmamışdır. Hazırda cavabdehin 3,9414 ha torpaq sahəsinin bütövlüyünün pozulmasının səbəbi ondan ibarət ola bilər ki, mərzçəkmə səhv həyata keçirilmiş və bunun nəticəsində sonradan bələdiyyə torpağına daimi istifadə hüququ rəsmiləşdirilərkən olmalı olduğundan daha çox əraziyə sənəd alınmışdır.
29. Məhkəmə bildirmişdir ki, hər bir halda cavabdehin faktiki istifadəsində 3,9414 ha torpaq sahəsindən artıq torpaq sahəsi varlır (mütəxəssi rəyinə əsasən 3,9654 ha). Bu hal bir daha iddiaçının çatışmayan torpaq sahəsinin cavabdehin hasarı daxilində olduğuna dəlalət edir.
30. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə əla qədar məhkəmə bildirmişdir ki, həmin qərar qanuni qüvvəsini almış olsa da, bu günədək icra edilməmiş, yeni plan-ölçü sənədi tərtib edilməmişdir. Məhkəmə, mövcud və elektron baza sistemində olan plan-ölçü sənədini nəzərə alaraq işə baxmışdır. Lakin, məhkəmə hesab etmişdir ki, qətnamənin nəticə hissəsindən “qanunsuz olaraq zəbt olunmuş” ifadəsi çıxılmalıdır.
31. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə torpaq sahəsinin yenidən hasarlanması vəzifəsi qoyula bilməz, belə ki, onun belə bir öhdəliyi nə qanunvericilikdə, nə də tərəflər arasında olan münasibətlərdə nəzərdə tutulmamışdır.
32. Daha sonra məhkəmə hesab etmişdir ki, iddia vurulmuş 100.000 manat ziyanın tutulması hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçılar tərəfindən buna dair hər-hansı bir sübut məhkəməyə təq dim edilməmişdir.
33. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 180.1, 180.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat
34. Cavabdeh iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən аpellyаsiyа şikаyəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 2(103)-807/2023 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 5 ünvanda yerləşən 3,0 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətindədir. Bu barədə reyestr çıxarışı var. Mübahisə predmeti olan 4.299 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin (yəni 3,0 ha torpaq sahəsinin) kordinantları daxilində yerləş ir, lakin faktiki olaraq cavabdehin istifadəsindədir. Bu barədə ekspert rəyi var. O, cümlədən həmin ekspert rəyi ilə müəyyən edilib ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi iddiaçılarla olan ümumi sərhəddin sol tərəfindən (mübahisəli 4.299 kv.m torpaq sahəsindən sonra) başlayır. Göründüyü kimi, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edib.
38. Məhkəmə kollegiyası Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Odur ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə is tinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassator, kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh 1.1906 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş 01 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Coşqun Əliyevdən satın alıb və həmin torpaq sahəsi 07 iyun 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzr ə cavabdehin adına qeydə alınıb. Həmin torpaq sahəsinin üzərində ilk bölgü sxemi 16 avqust 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən aparılıb. Sözügedən 4299 kv.metr torpaq sahəsi 07 iyun 2017-ci il tarixdən cavabdehin qanuni sahibliyindədir. 2008-ci il tarixli bölgü sxemində hazırda cavabdehin aldığı 1.2 ha və qalan 3 ha torpaq sahələrinin koordinatları mövcud hasarın ölçüləri və istiqamətləri bölgü sxemində göstərilib. Yəni, həmin bölgü sxemində 4.2 ha sahədən 1.2 ha hissəsinin əvvəlki mülkiyyətçilərinin və mütəxəssislərin iştirakları ilə koordinatları müəyyən edilib və heç bir mübahisəli hal yaranmayıb. Cavabdeh 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini ilkin satıcıdan alıb, qalan 3 ha torpaq sahəsini isə mülkiyyətçi sonradan iddiaçılara satıb. Son radan 3 ha torpaq sahəsini satan əvvəlki mülkiyyətçi cavabdeh və ya əlavə cavabdeh qismində işə cəlb edilməyib. 2008-ci il tarixli bölgü sxemi üzrə 1.2 ha torpaq sahəsinin cavabdehə satılan hissəsini müəyyən edən sənədlər naturada torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edib-etməməsi yoxlanılmayıb. Həmin bölgü sxemindəki 1.2 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan sahənin 3 ha olub-olmaması bölgü sxemində olan ölçülərlə naturada müəyyən edilməyib. Cavabdeh tərəfindən əldə edilmiş 1.2 ha torpaq sahəsinin yerləşmə yerindən asılı olmayaraq, ilkin alıcıya məxsus olan 4.2 ha torpaq sahəsinin tərkibində yerləşibyerləşməməsi, ondan kənara çıxıb-çıxmaması ilə bağlı suallara ekspert aydınlıq gətirməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə dair etiraz ər izəsi daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları
43. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxıd hüquqdan sui-istifadə olmasın.
48. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
49. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
50. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim e tməyi tərəflərə təklif edə bilər.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırki kassasiya şikayətində cavabdeh qətn aməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.
61. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, satıcı "xxxx" Şirkəti notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini naturada ayırmaqla alıcı X, sonuncu alıcı Coşqun Əliyevə, sonuncu isə alıcı "xxxx" MMC-nə satıb.
62. İşdən görünür ki, 4.2 ha torpaq sahəsinin naturada 1.2 ha və 3.0 ha hissələrə ayrılmasına dair bu cür bölgü eskizini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi ü zrə ilkin olaraq satıcı "xxxx" Şirkəti ilə alıcı X razılaşdırmışlar.
63. Belə ki, "xxxx" Şirkətinin təsisçiləri xv və X bölgü eskizi ilə razılaşaraq, bu qaydada bölgüyə etiraz etmədiklərini və gələcəkdə şikayətlərinin olmayacağını bildirib bölgü eskizinə imza atmışlar.
64. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək 4299 kv.metr torpaq sahəsinin cavabdehin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədinin koordinatları daxilində deyil, iddiaçıların mülkiyyətində olan 3.0 ha torpaq sahəsinin koordinatları daxilində yerşləşdiyini göstərib birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, həmin ekspert rəyini məhkəmə iclasında tədqiq etməyib və onu digər sübutlarla, o cümlədən 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı "xxxx" Şirkəti ilə alıcı x bəyənib imzaladıqları sözügedən bölgü eskizi, habelə cavabdehin nümayəndəsinin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları ilə yanaşı qiymətləndirməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
65. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
66. Həmin Məcəllənin 106.1-ci maddəsində isə göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymət ləndirilməlidir.
67. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yalnız qətnamənin nəticə hissəsində cavabdehin apellyasiya şikayətini təmin etmədiyini qeyd etməklə öz vəzifəsini bitmiş hesab edib və apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməyib. Bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini də pozub.
68. Həmin normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyə borcludur.
69. Bundan başqa işdən görünür ki, Cavabdeh MMC məhkəmədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 1.2 ha torpaq sahəsinə mövcud vəzi yyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması barədə” iddia qaldırıb və Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-1419/2022 saylı qərarı ilə iddia təmin edilərək, Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb.
70. Apellyasiya instansiyası məhkəməsi, sözügedən qərarla müəyyən edilmiş faktların hazırki mübahisənin obyektiv həlli üçün əhəmiyyət daşıyıb-daşımadığı, cavabdehin mülkiyyətində olan 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun planölçü sənədinin verilib-verilmədiyini, mövcud vəziyyə uyğun plan-ölçü sənədi verildikdən sonra iddiaçıların iddia etdikləri 4299 kv.metr torpaq sahəsinin cavabdehin mülkiyyətində olan 1.19 ha torpaq sahəsinin koordinatları daxilinə düşüb-düşmədiyini və sair halları araşdırmadan, boşaldılması qət olunan 4299 kv.metr torpaq sahəsində uzun müddət mövcud olan tikililərin, qeyri-yaşayış sahələrinin, hasarın hüquqi vəziyyətinə aydınlıq gətirmədən, habelə iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqularının sonradan əmələ gəldiyini, 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsindən sonra müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 4.2 ha torpaq sahəsinin faktiki olaraq 1.2 ha və 3.0 ha torpaq sahələrinə naturada ayırmaqla, həmin torpaq sahələrinin arasından hasar çəkməklə, sonradan 1.2 ha torpaq sahəsind ə müvafiq tikinti işlərinin aparıldığını nəzərə almadan, iddianın qeyri-yaşayış sahələrinin və hasarın sökülməsi hissəsində əsaslılığını Mülki Məcəllənin 152.5, 152.6, 240.1, 240.3-cü maddələrinin tələbləri baxımından yoxlamadan, 1.2 ha torpaq sahəsinə dair həm "xxxx" Şirkəti ilə X arasında, həm sonuncu ilə Coşqun Əliyev arasında, həm də sonuncu ilə cavabdeh arasında müqaviləyə qədərki danışıqlara əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
71. Bundan başqa işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, "xxxx" Şirkəti 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X satdıqdan sonra, tərəflərin adlarına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədi notarial qaydada təsdiq edilmiş bölgü eskizinə uyğun tərtib edilməyib.
72. Həmçinin cavabdeh, iddiaya etiraz edərək qeyd etmişdir ki, inşa etdiyi qeyriyaşayış sahələri bölgü eskizinə əsasən ona məxsus olan torpaq sahəsində yerləşir və bölgü eskizi tərtib edildikdən sonra torpaq sahələrinin arasından eskizdə göstərilən ölçülərə uyğun hasar çəkilib və orada qeyri-yaşayış sahələri inşa edilib.
73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sü butları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.
75. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
76. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 2(103)-807/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.