Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-213/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X5rş iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-213/2024 (Açar sözlər: qeyri-hökümət təşkilatları arasında mübahisələr, ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Gül əhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X5rşı “ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Təhsil Şurası” X36 Heyəti (vəkil Nümayəndə) verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdir. Qurumun icra orqanı idarə heyətidir. Qurumun icra orqanının tərkibi, idarə heyətinin üzvləri: X10 (sədr), X11 (sədr müavini) və X7 (katib) ibarətdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanının hazırki tərkibi, Cavabdeh1 (sədr), X19 (s ədr müavini), Əsədov Seyyub əsəd oğlundan, X8 (digər üzvlər) və X7 (katib) ibarətdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanı olan İdarə Heyətinin sədri Cavabdeh1, sədr müavinləri X42, X23, X32, X15r. Həmiçinin, birliyin 19 üzvü var, X2. 4. “Təhsil Şurası” İctimai X30 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdə, saat 19-00-da “Təhsil Şurası” X52 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara al ınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya votsap vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. 5. “Təhsil Şurası” İctimai X30 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2022-ci il tarixdə, saat 12-00-da “Təhsil Şurası” X52 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya votsap vasitəsi ilə göndərilməsi ona təklif edilmiş dir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. 6. “Təhsil Şurası” İctimai X30 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclasının protokoluna və protokoldan çıxarışa əsasən X53 Yığıncağının həmin tarixdə keçirilmiş iclasının gündəliyinə daxil edilmiş 4-cü məsələ üzrə qəbul edilmiş qərara əsasən İctimai Birliyinin 40 nəfər üzvü, o cümlədən İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmişlər. 7. “Təhsil Şurası” X39 Yığıncağının xx.xx.2022-ci il tarixli, 1 nömrəli iclas protokoluna əsasən Ümumi Yığıncağın gündəliyinə 7 məsələ, o cümlədən
1. Təhsil Şurası” X 52 Heyətinin sədrinin 2021-ci ildə görülmüş işlərlə bağlı hesabatı; 2. ”Təhsil Şurası” X39 Yığıncağının xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması); 3. xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyətinin sədrinin, sədr müavininin və katibinin istefa ərizələrinə baxılması; 4. “Təhsil Şurası” İctimai X30 yeni tərkibinin açıq səsvermə yolu ilə seçilməsi (5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə və səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir); 5. “Təhsil Şurası” X52 Heyətinin sədri, sədr müavinləri və k atibinin 5 il müddətinə seçilməsi (5.10. İdarə heyətinin sədri, müavinləri və katibi X40 tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir); 6. “Təhsil Şurası” X29-Təftiş Komissiyasının yeni tərkibinin və sədrinin açıq səsvermə yolu ilə seçilməsi (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakəlar aiddir: Birliyin NTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi);
7. Cari məsələlər daxil edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2716/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X14 iddiası təmin edilmiş, Təhsil Şurası ictimai X30 xx.xx.2018-ci il tarixli, 1 nömrəli və xx.xx.2018-ci il tarixli, 2 nömrəli iclas protokolları etibarsız hesab edilmiş və həmin iclasların nəticələri ləğv edilmişdir.
9. Bakı şəhəri Səbail R ayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəliı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdehlər X24, “Təhsil Şurası” İctimai Birliyinə, X43 və Axundova Sevda Hidayət qızına qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “protokolun və yekun qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-677/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəli, 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, “Təhsil Şurası” X3 9 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4454/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehlər “Təhsil Şurası” İctimai Birliyinin, X20, X35 və Axundova Sevda Hidayət qızının kassasiya şikayəti təmin edilməmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilmiş, “Təsil Şurası” X39 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “Təhsil Şurası” İctimai X30 sədri Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) cavadehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh), “Təhsil Şurası” İctimai Birliyinə (bundan sonra ikinci cavabdeh və ya İctimai Birlik) (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “Təhsil Şurası” X39 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İctimai Birlik 20 il öncə, yəni xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidən hazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır. Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X41 sədri, X6 Heyətinin sədr müavini və X4 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Birliyin növbəti Ümumi Yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunu və onun əsasında qəbul edilmiş qə rarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-677/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 X49çiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox ictimai Bbrliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirdərək, xx.xx.2021-ci il tarixində ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. Daha sonra, xx.xx.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. X39 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə tərəflərindən iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilmiş və X39 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab edilmiş və iclasın nəticələrinin ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 İctimai Birliyin xx.xx.2021-ci il tar ixli Ümumi Yığıncağın etibarsız hesab edilməsi barədə məhkəmə qərarından sonra, apellyasiya məhkəməsi tərəfindən qərarın qəbul edilməsinə 9 gün qalmış yenidən saxta Ümumi Yığıncaq keçirmiş və həmin yığıncaqda saxta qərarlar qəbul etmişdir. Hesab edirlər ki, X39 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələri ləğv edilməlidir. Belə ki, İddiaçı1 2012-ci ildən İctimai Birliyinin üzvüdür, lakin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə adlı siyahı göndərilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda qəbul edilmiş qərarda və həmin qərara əlavə edilmiş adlı siyahıda B irliyin üzvü kimi adı qeyd edilmişdir. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 4.11-ci bəndinə əsasən Birliyin üzvünə aşağıdakı hallarda xitam verilir: Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda, Birliyin üzvlüyündən çıxarıldıqda və 4.12-ci bəndinə əsasən Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. 4.14-cü bəndinə əsasən Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Onun üzvlükdən çıxması ilə bağlı hər hansı ərizə mövcud deyil, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Başqa sözlə, onun İctimai Birliyin üzvlüyündən çıxarılması tam əsass ız və qanunsuzdur. Bundan əlavə heç bir məlumat və səbəb bildirilmədən 116 nəfər Birliyin üzvlüyündən xaric edilmişdir. Qeyd olunan məqam sorğu əsasında əldə edilmiş sənədlərdə öz əksini tapır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağın tarixi, yeri və vaxtı barədə heç kəsə məlumat verilməmişdir. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.3-cü bəndinə əsasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaq kimi tərəfindən çağırılması barədə də heç kəsin məlumatı olmamışdır. Yeganə təsisçi İddiaçı2 X40 barədə ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Niz amnaməsinin 5.2-ci bəndinə əsasən X44 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
15. Bundan sonra İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda X36 Heyətini də cavabdeh qismində işə cəlb edərək, göstərmişdir ki, İctimai X30 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə o, Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyinin üzvlüyündən azad edilmişdir. Onun üzvlükdən azad olunmasına dair qəbul edilmiş qərar onun ümumilikdə İctimai X22 protokolunu və qəbul edilmiş qərarları mübahisələndirməsini məhdudlaşdırır. Bu səbəbdən iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qəbul edilmiş qərar barədə onun ümumiyyətlə xəbəri olmamış və həmin qərar İctimai Birliyi tərəfindən ona göndərilməmişdir. Məlumatı olmamasını əks etdirən əsas məqam ondan ibarətdir ki, İddiaçı1 tərəfindən X39 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bir dəfə olsun bu barədə məhkəməyə məlumat verməmiş və ya təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ümumiyyətlə həmin İdarə Heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin İdarə Heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. Bundan başqa, İctimai Birliyin üzvü Nizamnamənin 4.12-ci bəndinə əsasən üzvlükdən azad oluna bilər. Həmin əsaslar Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırmaqdan ibarətdir. Lakin onun tərəfindən belə hallara yol verilməmiş, əksinə o, Birliyin işlərində fəal iştirak etməyə çalışmış, buna sübut olaraq isə qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilməsini göstərmək olar. Göstərilənlərə əsasən, İctimai X22 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi və İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə onun Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyin üzvlüyündən azad edilməsi bar ədə qərarın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Cavabdeh Samir Mehti-zadə iddiaya qarşı yazılı etiraz və bundan sonra etiraza əlavə təqdim edərək, göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, saxta sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Birliyi ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin saxta iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qət namə qanuni qüvvəsini almışdır (xx.xx.2021-ci il tarixli qətnamə). Aşağıdakı faktlara əsasən iddia tələbi təmin edilməməlidir: -Belə ki, ərizədə istinad edilən apellyasiya instansiya məhkəməsinin 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ona hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmiş və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X22 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin N izamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl, xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir (İdarə Heyətinin qərarından Çıxarış təqdim edilir). Birliyin digər üzvü İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əv vəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur), xx.xx.2022-ci il tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X41 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunur). Bundan əlavə, İddiaçı1 İctimai X41 xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilmişdir. Bu səbəbdən onun prosesdə iddiaçı qism ində iştirak etməyə subyektiv hüququ yoxdur. Bu fakt nəzərə alınmalıdır. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli X56 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2057/2 022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməsi, “Təhsil Şurası” X39 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi, “Təhsil Şurası” İctimai X30 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsi qət olunmuşdur.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022ci il tarixdə İctimai X40 keçirilmiş və həmin yığıncaqda bir sıra qərarlar qəbul edilmişdir. Lakin Birliyin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmiş, Birliyin yeganə təsisçis i olan İddiaçı2 isə Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Yuxarıda qeyd olunan hallarla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddia tələbi İctimai X22 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, İctimai X41 1 №-li, xx.xx.2021-ci il tarixli iclas protokolu ilə İctimai Birliyinin 40 nəfər üzvünün, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə İctimai Birliyin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Lakin həmin qərar barədə İddiaçı1 məlumatı olmamış və qərar İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Eyni zamanda, İddiaçı1 tərəfindən İctimai X22 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin iddiaya baxılan zaman məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddiaçının üzvlükdən azad olunduğu barədə məhkəməyə məlumat verməmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. İddiaçı1 Birliyin işlərində fə al iştirak etməyə çalışmış, qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi də əsaslıdır və təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,, 77.1, 88, 217.4-cü, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən ikinci cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, qanunsuz sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Birliyi ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin qanunsuz iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Aşağıdakı faktlara əsasən, iddia tələbi təmin edilməməli idi. Belə ki, ərizədə istinad edilən apellyasiya instansiya məhkəməsinin 2(103)1028/2022 nöm rəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi onlara hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmişlər və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X22 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl – xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin icl asına qatılmaq üçün ona məlumat verilmişdir. Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir. Birliyin digər üzvü – İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir. xx.xx.2022-ci tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərinin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X41 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı1 İctimai X41 xx.xx.2021ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilib. Bu səbəbdən İddiaçı1 prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bi faktı məhkəmə nəzərə almamışdır. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyi nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli X56 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uy ğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən, “Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur”. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd edilən faktları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkməsi işə obyektiv baxmamış, ədalətli qətnamə qəbul etməmiş, məhkəmə iddianı təmin edərkən qətnamədə bunları əsaslandıra bilməmişdir. Ona görə də həmin qətnamə lağv olunmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əs assız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İctimai X41 formalaşdırılması barədə Ümumi Yığıncağın protokolunun və qərarının etibarsız hesab edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh1 həmin qərardan apellyasiya şikayəti verərək, qərarı mübahisələndirmişdir. Lakin onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin mülki iş üzrə məhkəmə prosesi davam edərkən səlahiyyəti olmayan İdarə Heyəti tərəfindən yenidən Ümumi Yığıncaq təşkil edilərək, saxta qərarlar qəbul edilmişdir. Həmin iş üzrə məhkəmə prosesində qarşı tərəf köhnə tarixlə Ümumi Yığıncağın iclas protokolunu və qərarını gətirərək, guya mübahisələndirdikləri iclasa qədər İddiaçı1 üzvlükdə n xaric edildiyini bildirmişdir. Onlar isə iddia tələbinin həcmini artıraraq onu da mübahisələndirmişlər.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev və Fərrux Qasımov) ikinci cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ikinci cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İctimai Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müx təlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X54 formalaşdırılmış (üzvləri seçilmişdir). Lakin sonradan xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş iclasların nəticələri məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə həmin iclasların protokolları və onların əsasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edilmiş və iclasların nəticələri ləğv edilmişdir.
26. X22 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qə rarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X25, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X42, X23, X32 və X26 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X22 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X22 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X22 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş yekun qərarlar iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə B akı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh İctimai X41 sədri Cavabdeh1 apellyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır. Bu qətnamələrin qanuni qüvvəsini almaması barədə dəlillərlə bağlı qeyd olunmuşdur ki, hazırkı iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 05 sentyabr 2022-ci il tarixdə verilmiş və qeyd edilən məhkəmə qətnamələri iş materiallarına əlavə edilməklə, iddiada bu aktlara istinad edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçılarla yanaşı, həmçini n Cavabdeh1 də iştirak etmiş və iddia barədə məlumatlı olmuşdur. Eyni zamanda, iş materialları da onun üçün əlçatımlı olmuşdur. Hazırda da həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə kollegiyası həm bu, həm də digər halları nəzərə alıb, bu qətnamələrin qanuni qüvvəyə minməməsi barədə dəlilləri əsassız hesab etmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X22 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edildiyindən, iclasın nəticələri isə ləğv olunduğundan, həmin iclasda seçilmiş İdarə Heyəti fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməzdi. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli iclas nəinki buna hər hansı səlahiyyəti olmayan, ümumiyyətlə mövcud olmayan İdarə Heyəti tərəfin dən çağırılmışdır. Bu səbəbdən X53 Yığıncağın çağırılması, o cümlədən bu barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməsi ilə bağlı hərəkətləri birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun hesab edilə bilməz. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və həmin iclasın nəticələrinin ləğv edilməsini şərtləndirir.
29. Apellyasiya instansiya məhkəməsinin X22 xx.xx.2022-ci il tarixli iclasının nəticələrinin ləğv edilməsinə dair qətnaməsinin xx.xx.2022-ci il tarixdə, yəni iclas keçirildikdən 9 gün sonra qəbul edilməsi isə bu iclası və iclasda qəbul edilmiş qərarları etibarlı hala gətirmiş olmur. Hər bir halda, qeyd edilən məhkəmə aktları həmin İdarə Heyətinin seçildiyi, yəni xx.xx.2021-ci il tarixdən hər ha nsı, xüsusilə də Ümumi Yığıncağın iclasını çağırmaq və yeni İdarə Heyəti formalaşdırmaq səlahiyyətlərinə malik olmadığını müəyyən etmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin bu barədə də dəlillərinin əsassız olduğunu təsdiq edir.
30. Məhkəmə kollegiyası bildirmişdir ki, mübahisə barədə tam məlumatlı olan və apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda iştirak edən X41 sədri Cavabdeh1 xx.xx.2022-ci il tarixli Ümumi Yığıncaq və orada qəbul edilmiş qərarlar, o cümlədən İdarə Heyətinin yenidən formalaşdırılması və onun sədr seçilməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
31. Məhkəmə kollegiyası X41 xx.xx.2021-ci il tarixli iclasına münasibətdə də yuxarıda göstərilən mövqedən çıxış etmiş və 4 nömrəli qərarının nəinki İddiaçı1 aid hissədə, ümumiyyətlə bütövlükdə ləğv edilməli olması qənaətinə gəlmişdir. Lakin iddia tələbinə uyğun olaraq yalnız ona aid hissədə hüquqi qiymət vermiş və birinci instansiya məhkəməsinin bu hissədə də nəticəsi ilə razılaşmışdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, idarə heyəti həmin iclası çağırmağa səlahiyyətli olsa belə, bu iclasın 4 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilməlidir. Belə ki, Birliyin nizamnaməsində üzvlükdən çıxarılması qaydası və proseduru təsbit edilmiş və bu məsələyə X41 iclasında baxılması müəyyən edilmişdir. Prosedura uyğun olaraq Birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxslər (üzvlər) bu məsələnin müzakirəyə çıxarıldığı İdarə Heyətinin iclası barədə məlumatlandırılmalı, bu şəxsin arzusundan asılı ol araq məsələ ilə bağlı onun öz fikirlərinin İdarə Heyətinin iclasında bildirmək hüququ təmin edilməlidir. Bundan əlavə üzvlükdən çıxarılması üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilməlidir. Nəticədə qəbul edilmiş qərar üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunur və bu şəxsin qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmək hüququ vardır. Lakin buna baxmayaraq, iddiaçının üzvlükdən çıxarılması prosedurana riayət edilməmiş və məhkəmənin qənaətinə görə iddiaçının üzvlüyünə hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan, həqiqətdə X41 sədri ilə yaranmış şəxsi prinsipial münasibətin nəticəsi olaraq xitam verilmişdir. Belə ki, tərəflər arasında münasibətlər gərgindir. Hazırkı mübahisə onların arasında yaranmış yeganə məhkəmə mübahisə deyil. Digər tərəfdən xx.xx.2021- ci il tarixli protokol üzrə qəbul edilmiş 4-cü qərarda iddiaçının birliyin nizamnaməsinin 4.9-cu bəndinin tələblərini (birliyin tədbirlərində iştirak etmək, birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduğu göstərilir. Lakin iddiaçının hər hansı iclasa dəvət edilməsini, onun birliyin işində iştirak etməkdən boyun qaçırmasını təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut, o cümlədən birliyə və ya iclasa dəvət məktubunu təqdim edə bilmir. Yalnız iddiaçının xx.xx.2021-ci il tarixli iclasa dəvət edilməsi barədə (iclasa 8 gün qalmış) bildiriş təqdim edilir ki, bu da onun üzvlüyünə xitam verilməsi üçün əsas ola bilməz. Əksinə iddiaçıların X22 qərarlarını məhkəmə qaydasında mübahisələndirməsi də onların Birliyin fəaliyyəti ilə maraqlanması və onun fəaliyyətində iştirak et mək niyyətində olması kimi qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu qənaət iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlillərini də əsassız edir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 11.5, 17.1-ci, Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 10.2, 13.1, 25.2, 25.3, 25.6, 25.7, 26.1ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən ikinci cavabdeh “Təhsil Şurası” X36 Heyəti (vəkil Nümayəndə) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamənin 24-cü bəndində məhkəmə qeyd edir ki, Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verməsə də, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Nümayəndə İctimai Birliyin adından apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti əsasında işə baxılmışdır. Lakin məhkəmə əsassız olaraq qeyd edir ki, o, apellyasiya şikayəti verməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, qanunsuz sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Birliyi ələ keçirməyə cəhd etmişlər. Lakin onlar tərəfindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin qanunsuz iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Aşağıdakı faktlara əsasən, iddia tələbi rədd olumalı idi:
37. Belə ki, ərizədə istinad edilən apelyasiya insyansiya məhkəməsinin 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi Nümayəndə hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmiş və həmin qətnamə qanuni qüvvəsini almadığına gör ə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X22 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunmuşdur). xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl - xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir. Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etm əmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir. Birliyin digər üzvü İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X41 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat apar ılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunmuşdur). İddiaçı1 İctimai X41 xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilib. Bu səbəbdən İddiaçı1 prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bu faktı məhkəmə nəzərə almamışdır. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyini məhkəmənin diqqətinə çatdıraraq nəzərə alınmağı xahiş edilir. 38. xx.xx.2022-ci il tarixli X56 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur.
39. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən, ‘Ümumi Yığınca q yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur”. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz.
40. Məhkəmə işə obyektiv baxmamış, ədalətli qətnamə qəbul etməmiş, məhkəmə birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən qətnamədə bunları əsaslandıra bilməmişdir. Ona görə də həmin qətnamə ləğv olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
42. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə ba xmaqdan imtina etməsinə əsas verə bilməz.
43. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu.
44. Maddə 10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.
45. Maddə 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.
46. Maddə 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
47. Maddə 25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
48. Maddə 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın ye ri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.
49. Maddə 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.
50. Maddə 26.1. Birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə ikinci cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qi smən razılaşmır.
65. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini, İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv etməsinə münasibətdə dəyişdirmədən saxlayarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etsə də, İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab etməsi və iclasın nəticələrini ləğv etməsinə münasibətdə dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
66. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ikinci cavabdeh İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddianın təmin edilməsinə münasibətdə ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ikinci cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Məhkəmə kollegiyası İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsassız ol ması barədə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 31-32-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilən hissədə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi, İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnamsəini dəyişdirmədən saxlayarkən, tərəfləri n təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
69. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, İctimai X41 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində iddianın təmin edilməsinə münasibətdə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırki qərarın 31-32-ci paraqraflarında göstərilən hissədə ləğv edilməsi və id dianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.
70. Məhkəmə kollegiyası həmçinin ikinci cavabdehin kassasiya şikayətinin İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsassız olması barədə dəlili ilə bağlı qeyd edir ki, ikinci cavabdeh eyni məzmunlu dəlilini apellyasiya şikayətində də vurğulamış, apellyasiya instansiya məhkəməsi isə qətnamədə həmin dəlilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətin in xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmiş, Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X25, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X42, X23, X32 və X26 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər. X22 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X22 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X22 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş y ekun qərarlar iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh İctimai X41 sədri Cavabdeh1 apellyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır.
71. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X22 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edildiyindən, iclasın nəticələri isə ləğv olunduğundan, həmin iclasda seçilmiş İdarə Heyəti fəaliyyət göstərə, o cüm lədən Ümumi Yığıncaq çağıra bilməzdi. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli iclas nəinki buna hər hansı səlahiyyəti olmayan, ümumiyyətlə mövcud olmayan İdarə Heyəti tərəfindən çağırılmışdır. Bu səbəbdən X53 Yığıncağın çağırılması, o cümlədən bu barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməsi ilə bağlı hərəkətləri birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun hesab edilə bilməz. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və həmin iclasın nəticələrinin ləğv edilməsini şərtləndirir. Apellyasiya instansiya məhkəməsinin X22 xx.xx.2022-ci il tarixli iclasının nəticələrinin ləğv edilməsinə dair qətnaməsinin xx.xx.2022-ci il tarixdə, yəni iclas keçirildikdən 9 gün sonra qəbul edilməsi isə bu icla sı və iclasda qəbul edilmiş qərarları etibarlı hala gətirmiş olmur. Qeyd edilən məhkəmə aktları həmin İdarə Heyətinin seçildiyi, yəni xx.xx.2021-ci il tarixdən hər hansı, xüsusilə də Ümumi Yığıncağın iclasını çağırmaq və yeni İdarə Heyəti formalaşdırmaq səlahiyyətlərinə malik olmadığını müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunanlara istinad edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materiallarına uyğun yoxlayaraq apellyasiya instansiya məhkəməsinin qeyd olunan hissə ilə bağlı gəldiyi nəticəsi ilə razılaşmır.
73. Belə ki, X22 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsi barədə Bakı şəhəri Səbai l Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli qətnaməsi 29 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəyə minməmiş, həmin qətnamə yalnız apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıldıqdan sonra, sonuncu tarixdə qanuni qüvvəyə minmiş, bununla da birliyin icra orqanı olan İdarə Heyətinin - X31 çağırılması barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdə, habelə iclasın keşirildiyi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir.
74. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi X22 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul e dilmiş yekun qərarların məhkəmə qaydasında etibarsız hesab edilməsi, iclasın nəticələrinin isə ləğv olunması, habelə həmin iclasda seçilmiş İdarə Heyətinin fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməməsi barədə qanunsuz nəticəyə gəlmişdir.
75. Göründüyü kimi, X22 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli qətnaməsinin 29 sentyabr 2021-ci il tarixdə qəbul edilməsinə, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməs i ilə dəyişdirilmədən saxlanılmasına, bununla da X22 iclasının çağırıldığı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin hələ qanuni qüvvəyə minməməsinə, həmin qətnamənin dərhal icra olunmalı qətnamələrə aid olmadığına, hazırki işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, qüvvəyə münməmiş məhkəmə aktının hər hansı hüquqi nəticə yaratmamasına diqqət qetirilməmişdir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4, 355-17.3, 355-18.4, 355-19.3 və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
77. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 11.2-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, dərhal icra olunma halları (Azərbaycan Respublikası MPM-nin 234.2-ci maddəsi) istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
79. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinin qəbul edildiyi gündən 1 ay keçməsi yalnız o halda onun qanuni qüvvəyə minməsi üçün əsasdır ki, qətnamədən apellyasiya şikayəti verilməsin. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdirsə və bu şikay ət əsasında qətnamə ləğv olunmamışdırsa, yəni apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, şikayəti isə təmin etmədən saxlamışdırsa, apellyasiya instansiyası məhkəməsinin bu barədə müvafiq qərar qəbul etdiyi andan deyil birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin sona çatması ilə qüvvəyə minir.
80. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli X50 Heyətinin xx.xx.2021ci il tarixli qərarı ilə çağırılmasının Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun olubolmamasını araşdıraraq düzgün hüquqi qiymət verməmişdir.
81. Bununla da apellyasiya instansiyası məhkəməsi İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
82. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan və hüquqi qiymət vermədən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və əsaslı deyildir.
83. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutl arla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
84. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
85. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, ikinci cavabdehin kassasiya şi kayətində mübahisələndirilən İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
86. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
87. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənli yi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
89. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, ikinci cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmədiyi - “İctimai X22 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi” hissəsində ləğv e dilərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
90. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, zərurət yarandığı halda digər maraqlı şəxslərin işəcəlb edilməsi məsələsini həll etməli, həmin hissədə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Təhsil Şurası” X36 Heyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ““Təhsil Şurası” X39 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.