Məhkəmə qərarları › İş №2(102)-2134/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2134/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2134/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan iba rət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)196/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İmanova (Şükürova) Gülnarə Sərdar qızının adına “X10”da tərtib edilmiş xx.xx.2018-ci il tarixli transvaginal USM-də ona “Endometriyanın hiperplaziyası (polipə şübhə)” diaqnozu qoyulmuşdur.

2. Cavabdeh2ndə X3 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ginekologiya üzrə müayinədə ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu, xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinədə ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu, xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinədə “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu, xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinədə “Endometriyanın hiperplaziya əlaməti. Sağ yumurtalıqda follikullar izlənilir” diaqnozu, xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə zamanı “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu, xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinədə ona “Sol yumurtalıqda follikullar izlənilir” diaqnozu, xx.xx.2020-ci il tarixli ginekologiya üzrə müayinə zamanı “Endometriyanın hiperplaziyası” diaqnozu, xx.xx.2021-ci il tarixli ginekologiya üzrə müayinədə “Endometriyanın hiperplaziyası, sol yumurtalığın follikullyar kistası” diaqnozu qoyulmuşdur. 3. “X11”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli transvaginal USM cavabına əsasən, ona “Endometrial polip. Sol tərəfli follikullyar kistası” diaqnozu qoyulmuşdur. 4. “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə “Endometrial polip, vaginal qanaxma” diaqnozu ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə venadaxili anesteziya altında operativ histereskopiya əməliyyatı icra olunaraq, Polip və mioma xaric edilmiş və ağırlaşma olmamışdır. 5. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyə əsasən, “orta differensiasiyalı (G2) endometrioid adenokarsinoma. Endometrial polip ilə uyğun fraqmanlar” müəyyən edilmişdir. 6. “Zəfəran Hospital”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli çanaq MRT rəyinə əsasən, endometrium qalınlığı 7,5 mm qədər olmuşdur. 7. “Milli Onkologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, uşaqlıq cismində malign xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, yüksək hipermetabolik limfa düyünləri aşkar edilmişdir. 8. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyinə əsasən, “Uşaqlıq cismində orta defferensiasiyalı (G2) endometrioid adenokarsinoma” müəyyən edilmişdir. Qeyd: “materialda rezidual tümor (invaziya) izlənməmişdir (karsinoma kütləsi qaşıntı zamanı eksizyon olunmuşdur)”.

9. İddiaçı xx.xx.2021-ci il tarixdə “X4”na biopsiya nəticəsi endometrium karsinoma olması ilə müraciət etmiş, həmin tarixdə “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum bi opsiya” əməliyyatı icra olunmuşdur. Ağırlaşma olmamış, xx.xx.2021-ci il tarixdə xəstə evə yazılmışdır. Son klinik diaqnoz: “Endometrium karsinoması”.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlığına dəymiş ziyana görə 20000 manat, ona dəymiş maddi ziyan və mənəvi zərərə görə isə 30000 manat olmaqla, ümumilikdə 50000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq, iddiaçıya ödə nilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı UZİ-də “matkada saçaqdan sallanmış polip” aşkar edilməsi ilə əlaqədar 2018-ci il tarixdə Cavabdeh2ndə işləyən Cavabdeh1 müraciət etmiş, sonuncu onu UZİ-də müayinə etdikdən sonra “polip deyil, aybaşı qanı olduğunu və qalınlaşdığını, dərmanla sovrulub gedəcəyəni” bildirərək, “Dufaston” adlı dərman yazmışdır. Ona qeyd edilən dərmanı 2 ay ərzində qəbul etməsi barədə bildirsə də, o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmişdir. Sonradan başqa həkim mütəxəssisin yanına getdikdə həkim “polip”in həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmişdir. O, “Oksigen” Klinikasında “polip”in götürülməsi barədə cərrahi əməliyyat olunmuş, həkim məsləhəti ilə əkdirilməyə göndərild ikdə “polip”in gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuşdur. Cavabdeh1 buraxdığı səhvin, düzgün müayinə və müalicə etməməsi nəticəsində “2G”-nin (bəd xassəyə çevrilmiş şişin) olması səbəbindən onun əməliyyat edilməsi zamanı matka və yumurtalıqları götürülmüş, analıq olma hüququndan məhrum olmaqla bərabər, dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ciddi zərər dəymişdir.

13. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı polip diaqnozunu 3 il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına daş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xə bərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi “guli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabı vasitəsilə yazılmış məlumatların şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilərək, “guli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabı vasitəsilə ondan rəsmi qaydada üzr istənilməsi, İddiaçı maddi zərər kimi sağlamlığına vurulmuş zərərə görə 5000 manat pulun tutularaq ona ödənilməsi, mənəvi zərər kimi 100000 manat pulun tutularaq “Heydər Əliyev” Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçı Cavabdeh2ndə ginekoloq işləyir. xx.xx.2021-ci il tarixdə İddiaçı müayinə edərkən sonuncuda “endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası nın” olduğunu müəyyən etmiş, lakin hər hansı tibbi preparatlar təyin etməmiş və müalicə etməmişdir. Bir müddət sonra İddiaçı özünə məxsus olan “güli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabından Cavabdeh1 məxsus “renahasanaliyeva” instaqram hesabına “Gülnarəyə polip diaqnozunu 3 il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına düş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi ifadələri yazaraq onu şərəf və ləyaqəti alçaldıcı sözlərlə təhqir etmişdir. Tanınmış ginekoloq olmaqla onun bu cür şəkildə təhqir edilməsi cəmiyyət içərisində onu nüfuzdan salır və pasiyentlərin ona qarşı o lan inamını azaldır. Bundan başqa, o, işlədiyi illər ərzində heç bir pasiyentlə problem yaşamamış, əksinə müxtəlif şəxslər tərəfindən təşəkkürlər edilməsi onun instaqram və digər hesablarından görünür. Lakin İddiaçı qoyulan “endometriyanın hiperplaziyası” uşaqlığın patoloji morfofunksional vəziyyəti olub, adətən endometriumun funksional, nadir hallarda isə bazal qatında, daha çox vəzili strukturun diffuz və ya lokal böyüməsi ilə özünü göstərir. “Poliplər” endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. USM müayinəsində “polip” diaqnozunun müəyyən edilməsi zamanı da ya nlışlıq ola bilir. Bu zaman sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə olunur. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyələrində yerləşə bilər və onların əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. İddiaçı tərəfindən diaqnoz qoyulmuş, hər hansı müalicə dərman preparatları isə yazılmamışdır.

15. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2021-ci il tarixli rəyə əsasən, 1980-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən onun uşaqlığında polip törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən olunmamış, bu da USM nəticəsində və USMfotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı folikullar (kistalar) aşkar edilmiş, bu da USM nəticə və foto-printlərində öz əksini tapmışdır.

2. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən qeyd edilən tarixlə rdəki USM-fotoprintlərinə uyğun olaraq diaqnozlar düzgün təyin olunmuşdur.

3. Endometriyanın hiperplaziyasi ilə polip eyni diaqnoz deyildir.

4. Endometrial polip bəd xassəli proses deyildir. Polipdən bəd xassəli törəmələrin əmələ gəlmə ehtimalı şansı azdı və endometrial polipin 40 yaşdan sonra qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biri olması səbəbi ilə polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir. Kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Konservativ müalicə effektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat göstəriş sayılır.

5. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə ona xx.xx.2019-cu il tarixdə 10 gün, xx.xx.2020-ci il tarixdə isə 14 günlük “Dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddət li qəbul hesab olunmur. “Dufaston” dərman preparatı ilə yanaşı xəstəyə nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” dərman preparatının qəbulu bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə sayılmır.

6. Bəd xassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır, bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsa da tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyildir. İddiaçı Cavabdeh2ndə aparılan müayinələrlə onda endometrium karsinomasının əmələ gəlməsi arasında səbəbli əlaqənin olması istisna edilir.

7. İddiaçı üzərində icra olunmuş “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum biopsiya” cərrahiyyə əməliyyatı zamanı götürülmüş uşaqlıq (sağ və sol yumurtalıq) histoloji müayinəyə g öndərilmişdir. Müayinə zamanı və əməliyyat öncəsi çəkilmiş PEK/KT müayinəsində bəd xassəli prosesin yalnız mübahisə predmeti olan polipdə deyil, uşaqlığın cismində və bir neçə kənar limfa düyünlərində və s. yerlərdə olduğu öz əksini tapmışdır. 8. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdə qeyd olunan proseslər inkişafa başlamış olsa idi, daha ağır nəticələrə, yəni limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.

16. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli rəyə əsasən, 1980-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlər və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uy ğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən onun uşaqlığında (sağ və ya sol yumurtalıqlarında) polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmişdir. Bu da onun adına tərtib edilmiş USM nəticədə və USM-fotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma) aşkar edilmiş, yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar (kistalar) aşkar edilmişdir. (USM nəticə və fotoprintlərində əksini tapmışdır).

2. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 xx.xx.2019, xx.x x.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn düzgün diaqnoz qoyulmuşdur.

3. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün çatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.

4. Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır. Ümumiyyətlə endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri probləmlərindən biridir. Buna görə də polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə ed ilir. Əgər müşahidə və müalicə effektsiz olduqda polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir.

5. İddiaçı adına tərtib edilmiş tibbi sənəd və iş materillarında əks olunan həkim tərəfindən xx.xx.2019-cu tarixində 10 gün, xx.xx.2020-ci tarixində 14 günlük “Dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul deyildir. “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” qəbulu 2G bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə deyildir.

6. İddiaçı sağlamlığının hazırki vəziyyəti onun xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməsi ilə h ər hansı əlaqəsi yoxdur.

7. Götürülmüş uşaqlığın (sağ və sol yumurtalığın) əməliyyatdan sonra histoloji müayinəyə göndərildiyi həkim Qəmbərov Məhəmməd tərəfindən xx.xx.2021-ci il tarixində xəstəlik tarixi vərəqəsinə qeyd edilsə də, xəstəlik tarixi vərəqəsində nəticə haqqında hər hansı qeyd və ya histoloji rəy cavabı yoxdur. Lakin iş materiallarında olan “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında lokal kompleks arteriyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. 8. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə v ə ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsa da daha ağır nəticələrə gətirib çıxarıb, limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.

9. İddiaçı xx.xx.2021-ci il tarixdə “Oksigen Klinikasında kliniki diaqnozda endometrial karsinoması və endometriyanın hiperplaziyası sual altında qoyulmuşdur. Afa Kərimova xx.xx.2018-ci il tarixdə Gülnarə İmranovaya endometriyanın polipi və endometriyanın hiperplaziya diaqnozunu sual altında qoymuşdur. Nərmin Xasayeva xx.xx.2018-ci il tarixdə İddiaçı çanaq nativ və intravenoz KT-nin nəticəsindən məlum olur ki, onda hər iki yumurtalıqların ölçüləri, forması və parenximasının strukturu norma daxilindədir, uşaqlığın ölçüləri norma daxilindədir, strukturu qeyri -həmcins, konturları nahamar olub parenximasının strukturası qeyrihəmcins və heterogendir. Endometrium qalınlaşmış olub daxilində hipodens strukturlu ocaqlar qeyd olunur. Həsən İsayevin xx.xx.2021-ci il tarixli çanaq MRT-də İddiaçı endometriyanın qalınlığının 7,5 mm olduğu və dib hissədə bir qədər hitrogen siqnalda olduğunu qeyd etmişdir. Elmar Axundovun xx.xx.2018-ci il tarixli USM-nin nəticəsində Gülnarə İmranovanın endometriumunun 16,6 mm, hetrogen, dib nahiyəsində hiperexogen əlavələr izlənildiyini qeyd etmişdir. Max-3,2mm. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endo metrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. Cavabdeh1 İddiaçı təyin etdiyi diaqnozlar düzgün olmuş və USM fotopritlərdə öz əksini tapmışdır.

10. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.

11. İddiaçı 2018-ci ilin dekabr ayından xx.xx.2021-ci ilədək Cavabdeh2ndə müayinədə olarkən ona endometriyanın hiperplaziya diaqnozu təyin edilmişdir və bu cavab USM fotoprinterlərdə öz təsdiqini tapmışdır. Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onkoginekoloqa yönləndirmişdir. “Vita Med” Hospitalın xx.xx.2021-ci il tarixli USM-dən bəlli olur ki, İddiaçı endometrial polip, sol tərəfli follikulyar kista aşkar olunmuşdur. İş materialında olan 18.02.202İ-ci il tarixinə aid olan “Oksigen” Tibb mərkəzinin USM nəticəsində uşaqlıq boşluğunda 2-2,5 sm olan polip? Mioma? izlənilmiş və histereskopiya tövsiyə olunmuşdur.

12. Menstruasiyanın 5-7-ci günləri arasında endometriyanın 21,5-26 mm olması ilə bağlı şübhənin aradan qaldırılması məqsədilə Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olar ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirmişdir. Lakin iş m aterialında xəstənin “Milli Onkologiya Mərkəzi”nə müraciət edib-etməməsi barədə, əgər etmişsə aparılmış müayinə və müalicə barəsində heç bir material əlavə olunmamışdır. Eyni zamanda “Oksigen” Tibb Mərkəzinin xx.xx.2021-cİ il tarixli epikrizindən məlum olur ki, İddiaçı sual altında endometrial polip və ya mioma diaqnozu qoyulduğundan ona operativ histeroskopiya əməliyyatı icra olunmuşdur. Bədxassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır. Bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsa da, tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyil. 13. xx.xx.2021-ci ildə Cavabdeh2ndə aparılmış müayinənin nəticəsində xəstəyə endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası diaqnozu qoyulmuş, USM printlərlə diaqnoz öz əksini tapmışdır. Cavabd eh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə Milli Onkologiya Mərkəzinə onko-ginekoloqa yönləndirmişdir.

14. Polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilməlidir. Əgər müşahidə və müalicə effektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat üçün göstəriş verilir. 15. “Milli Onkologiya Mərkəzi”nin “Nüvə” Təbabət şöbəsinin xx.xx.2021-ci il tarixli PET/KT raportundan görünür ki, uşaqlıq cismində maliqn xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, sağ infraklavikulyar, sağ üst mediastinal (İR) ilə sağ üst və alt paratraxeal (2R,4R) lokalizasiyada yüksək hipermetabolik limfa düyünləri aşkar olunmuşdur. “Zəfəran” Hospitalda xx.xx.2021-ci il tarixli çanağın MRT-dən müəyyən olunur ki, ilik zəncirdə çoxu incə korteksli limfa düyünləri ilə yanaşı hər iki tərəfdə bir ədəd external ilikdə orta səviyyədə posterior yerləşmiş qısa ölçülü 7,5 mm olan limfa düyünləri qeyd edilir. Son tərif edilən iki ədəd limfa düyününün müşahidəsi məsləhət görülmüşdür. PEK/KT-i nəticələrinə əsasən xəstəyə limfodissensiya əməliyyatı icra olunmalı idi (histoloji müayinə üçün). Lakin həkim Məhəmməd Qəmbərov tərəfindən pasientə histeroektomiya və ovariekiomiya tövsiyə olunmuşdur, xəstə limfodisseksiyadan imtina etmişdir. xx.xx.2021-ci il “Bakı Patologiya Mərkəzi”nin rəyində G2, endometriyanın adenokarsenoması diaqnozu qoyulmuşdur, lakin sonuncu xx.xx.2021-ci il yekun rəydə materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya izlənmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(006)192/2022 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan sübutlarla iddiaçının sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş mü alicə arasında hər hansı səbəbli əlaqənin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda isə, onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

19. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, iş materiallarından göründüyü kimi o, həmin cavabdehə qarşı iddia qaldırmaqda həm də Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə haqlı olmamışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 iddiaçını müalicə edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. O, cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmişdir. Bu faktlar məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən də öz təsdiqini tapmışdır. İrəli sürülmüş iddia tələbləri həm də Cavabdeh1 iddiaya cavab verməli olan subyekt olmadığından təmin edilə bilməz. Cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.

20. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki, iddiaçı tərəfindən şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması istinad edilən instagram hesablarının İddiaçı məxsus olması, bununla da, baş verməsi ehtimal edilən zərərin məhz qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096, 1097.1, 1099, 1112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İlk iddia üzər iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(103)-5122/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellya siya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş təkrar ekspertizanın rəyi kifayət qədər əsaslandırılıb, bir daha təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdeh2 MMC-də ginekoloq Cavabdeh1 tərəfindən aparılan müalicə zamanı iddiaçının sağlamlığına zərər vurulması müəyyən olunmur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

25. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(102)-5326/2023 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(103)-5122/2022 nömrəli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb ilə bağlı xüsusi bilik tələb olunan suallar meydana çıxdı ğından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Çünki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər.

28. Baxılan iş üzrə alınmış təkrar məhkəmə-tibbi ekspert rəyinin araşdırılması zamanı ekspertlər tərəfindən ziddiyyətli, bir-birinə uyğun olmayan, ehtimal xarakterli və məhkəmə tərəfindən qoyulmuş suallara konkret olmayan cavablar verilməsi müəyyən olunur ki, belə olan halda, həmin ekspert rəyinə əsaslanaraq qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab oluna bilməz.

29. Belə ki, ekspert rəyində birinci suala cavabdan görünür ki, Cavabdeh2 MMC-də müayinə edilərkən iddiaçının uşaqlığında polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmiş, uşaqlığın daxilində endometri qatında hiperplaziya aşkar edilmişdir. Qoyulmuş üçüncü suala cavabdan isə görünür ki, polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır. Yəni, ekspert rəyində Cavabdeh2 MMC-də müayinə edilərkən iddiaçıda polip aşkar olunmadığı bildirilsə də, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya qoyulmuş diaqnoz əslində polipin aşkar olunması ilə bağlı olmuşdur. Ekspertlər qoyulmuş birinci suala tam cavab verməmiş, məhkəmənin “polip olmasının aşkar edilməməsi nəticəsində iddiaçının vaxtında müalicə olunmaması bu xəstəliyin inkişafına və kəskinləşməsinə necə təsir göstərə bilər?” sualı cavabsız qalmışdır.

30. Digər tərəfdən, ekspert rəyində 4-cü suala cavabda qeyd edilənlərdən (endometrial polip bədxassəli proses deyildir, polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır) görünür ki, polipdən bədxassəli törəmələrin əmə lə gəlmək ehtimalı mövcuddur və iddiaçıda aşkarlanmış polipdən bədxassəli törəmənin əmələ gəlmiş olması ehtimalı da istisna oluna bilməz. Çünki, ehtimalın az olması, ehtimalın ümumiyyətlə mövcud olmamasını ehtiva etmir.

31. Həmçinin, ekspert rəyində 6-cı suala cavabda qeyd edilənlər (iddiaçının hazırkı vəziyyəti ilə aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməməsi ilə hər hansı əlaqə yoxdur) həqiqət kimi qəbul oluna bilməz. Şübhəsizdir ki, hər hansı müayinənin düzgün həyata keçirilməməsi, xəstənin səhhətində yaranmış problemin səbəbinin müayinə ilə düzgün müəyyən olunmaması, nəticədə düzgün diaqnoz qoyulmaması və düzgün müalicənin təyin olunmaması xəstənin vəziyyətini yalnız ağırlaşdıra və onun sağlığında daha böyük problemlərin yaranmasına səbəb ola bilər. Əks yanaşma məntiqi o lmamaqla, absurd sayılmalıdır ki, bu da ekspert rəyinin düzgün tərtib olunmamasının digər göstəricisidir.

32. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 iddiaçıya hər hansı müalicə dərman preparatları yazılmadığını bildirsə də, iş materiallarında olan dərman reseptləri ilə müəyyən olunmuşdur ki, iddiaçıya “Dufaston” adlı dərman preparatı yazılmışdır. Lakin, məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmamışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya qoyulmuş “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu zamanı müalicə məqsədilə sözügedən dərman preparatı qəbul olunmalıdırmı?.

33. Bunlarla yanaşı, ekspert rəyində 8-ci suala cavabda qeyd edilənlərlə (xx.xx.2018-ci il tarixdən polip, törəmə və ya şiş inkişafa başlamış olsaydı, daha ağır nəticələrə çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı) həmin rəydə 15-ci suala cavabda qeyd edilənlər (PEK/KT-i nəticələrinə əsasan xəstəyə limfodisseksiya əməliyyatı icra olunmalı idi) ziddiyyət təşkil edir.

34. Göründüyü kimi, ekspert rəyində əvvəlcə iddiaçı üzərində limfodisseksiya əməliyyatının icra olunmasına səbəb olmadığı üçün aşkar olunmuş polipin xx.xx.2018-ci il tarixdən inkişafa başlamadığı qeyd olunsa da, sonuncu suala cavabda iddiaçı üzərində limfodisseksiya əməliyyatının icra olunmalı olması bildirilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıda aşkarlanmış polipin yaranma vaxtının müəyyən olunması barədə də ekspert qarşısında sual qoyulmalıdır.

35. Digər tərəfdən, ekspert rəyində 15-ci suala cavabda qeyd edilmişdir ki, xəstə limfodisseksiyadan imtina etmişdir. Halb uki, iddiaçı üzərində əməliyyatların icra olunduğu “X4” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş epikrizdən və xəstənin əməliyyat öncəsi yazdığı izahatından aydın görünür ki, müalicə həkimi tərəfindən iddiaçıya kilo və yaddaş xəstəlikləri səbəbi ilə sadəcə histerektomiya və overektomiya tövsiyə olunmuş, onun limfodisseksiya olunmayacağı bildirilmişdir.

36. Ekspert rəyində 8-ci suala cavabda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsaydı, daha ağır nəticələrə gətirib çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.

37. Qeyd olunmalıdır ki, iddiaçının limfodisseksiya yox, hi sterektomiya və overektomiya əməliyyatları keçirməsi, həmin əməliyyatların ağır əməliyyatlar olmaması anlamına gəlmir. Ekspert rəyinin ehtimala əsaslanan həmin mövqeyi Cavabdeh1 həyata keçirdiyi müayinələrin düzgünlüyü kimi də şərh edilə bilməz. Belə ki, iddiaçı üzərində aparılmış əməliyyatlarla onun uşaqlığı və yumurtalıqları götürülmüşdür. O da vurğulanmalıdır ki, iddiaçının sağlamlığına bundan daha ağır zərər vurulmamasının səbəbi Cavabdeh1 əmək fəaliyyətinin nəticəsi deyil, iddiaçının müayinə üçün başqa klinikalara müraciət etməsidir.

38. Belə ki, xx.xx.2021-ci il tarixdə “X4” MMC-də həyata keçirilmiş USM nəticəsində iddiaçının uşaqlıq boşluğunda endometrial polip? mioma? izlənilmiş, histereskopiya əməliyyatı tövsiyə olunmuşdur. Lakin, həmin tarixdən 1 ay əvvəl - xx.xx.2021-ci il tarix də müayinə aparmış Cavabdeh1 iddiaçıya əməliyyat tövsiyə etməmiş, sadəcə Milli Onkologiya Mərkəzinə yönləndirmişdir (bu barədə həkim tərəfindən tibbi göndəriş vərəqəsi verilməsi də iş materialları ilə təsdiqini tapmır). Halbuki, cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər eyni şikayətlərlə müraciət edən xəstəyə daha diqqətlə yanaşaraq, şikayətlərinin səbəbini öyrənmək üçün ilk növbədə kompleks müayinə aparmaq olmalı idi.

39. Ümumiyyətlə, iddiaçı üzərində aparılmış müayinə cavablarının xronoloji ardıcıllığından işin mübahisəsiz halı olaraq müəyyən olunur ki, iddiaçı mütəmadi olaraq yoxlanışdan keçmişdir. Buna görə də, iddiaçının səhhətində müsbət istiqamətdə dəyişiklik olmadığı və eyni şikayətlərlə cavabdehə müraciət etməyə davam etdiyi halda, Cavabdeh1 tərəfindən nəyə görə daha dəqiq diaqnozun qoyulması və iddiaçının sağlamlığının qorunması üçün kompleks müayinələrin keçirilməməsi, iddiaçının əlavə yoxlanış üçün digər klinikalara yönləndirilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, ekspert rəyində tədqiqatların hansı metodla və hansı formada aparılması da təsvir olunmamışdır.

40. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yenidən araşdırma zamanı təkrar ekspertiza təyin etməli, ekspert qarşısında hazırkı qərarda şərh edilən nöqsanlara uyğun suallar qoymalıdır. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, diaqnozun vaxtında dəqiq qoyulmaması nəticəsində iddiaçının konstitusion hüququ pozulmuş, nəticədə o ana olmaq imkanından məhrum olmuşdur.

41. Kassasiya kollegiyası xüsusilə vurğulamı şdır ki, apellyasiya instansiyası məhkəməsi təkrar araşdırma zamanı hazırkı qərarda şərh edilən göstərişlərə uyğun araşdırma aparmalı, iddiaçının səhhətinə vurulmuş zərərdə Cavabdeh1 təqsirini müəyyən etdikdə, xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məsələsini müzakirə etməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. İkinci apellyasiya icraatında iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin olunmuş və, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 21 iyul 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki,

1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın da xilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifolikulyar yumurtalığa məxsus çoxsaylı folikulyar kistalar aşkar edilmişdir. Qeyd edilən diaqnozlar USM nəticə və foto-printlərində öz əksini tapmışdır.

2. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materialına əlavə olunmuş resept blanklarına əsasən, ona “X12 Mərkəzi MMC”-də təyin edilmiş diaqnoza uyğun olaraq həkim tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuşdur (Ədəbiyyat: Нарушения менструального цикла и дюфастон. 2006; Межевитинова Е.А., Ревазова Ф.С., Куземин А.А.).

3. Hormonal disbalans ilə əlaqədar yaranmış endometriyanın hiperplaziyası və poliplərin müalicəsinin proflaktikası məqsədi ilə “Dufaston” dərman preparatının təyini məqsədə müvafiq olub, təyin edilmə müddəti və dozalanması polipin və endometriumun ölçülərindən deyil, qeyd edilən patologiyalara səbəb olan hormonal (estrogen, progesteron) balansının pozulmasına uyğun təyin edilir. “Dufaston” dərman preparatının istifadə təlimatında, beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi, əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcək ağırlaşmaları haqqında yoxlama (təcrübə) məlumatları mövcud olsa da, uzunmüddətli qəbulu ilə əlaqədar hər hansı ağırlaşmanın baş verə biləcəyi və bu ağırlaşmanın nədən ibarət olacağı haqda statistik məlumatlar mövcud deyildir. “Dufaston” dərman preparatı hormonal balansda baş verən dəyişikliklərdən asılı olaraq hər müalicə kursu 3 aydan 6 aya q ədər, menstrual tsiklin ikinci fazasında isə 10 və ya 14 günlük təyin olunur. İddiaçı təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. “Dufaston” dərman preparatının təyinatı təqdim olunan resept blankına əsasən, 3 il qəbulu təsdiq olunmur. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-yə müraciət etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək onun Cavabdeh2 MMCnə müraciəti ilə bağlı və dərman preparatının qəbulu ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmiş, növbəti müraciət bir il sonra, yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixlərdə olmuşdur. Ümumilikdə təqdim olunan tibbi sənədlərə əsasən, müayinə və müalicə dövrü 12-13 ay davam etmişdir.

4. İş materiallarına əlavə olunmuş müayinə sənədlərindən görünür ki, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmişdir. Dərman preparatlarının dozalanması, müddəti və hormonal testlərin təkrar edilmə müddəti icra edilmiş testlərin nəticəsinə uyğun olaraq həkim tərəfindən təyin edilir.

5. İddiaçı Cavabdeh2 MMC-də aparılmış müayinələr zamanı hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometrium - qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilm iş və diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. İş materialına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin cərrahi müdaxilə konservativ müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır.

6. İddiaçı adına təqdim olunan tibbi sənədlərə əsasən, “X13 Mərkəzi” MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuşdur. USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazdığı müddətdə endometriyanın qalınlaşması m üsbətə doğru dəyişmiş, endometriyanın qalınlığı norma daxilində izlənmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə müsbət nəticə verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriyanın qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmişdir. Ambulator kartaya əsasən, diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambulator müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəssisəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin qeyd edilən tarixlərd ə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir.

7. İddiaçı aşkarlanmış polipin hansı tarixdən yaranması bəlli deyildir.

8. Təsnifata görə polip endometriyanın hiperplaziyasının iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya). Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı az olub, total hiperplaziya ilə eyni risk qrupuna aid edilir. Endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biridir. Buna görə də polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda, polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir.

9. İddiaçı 2018-ci il tarixdən 2021-ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır. Bədxassəli proseslərin yaranmasına səbəb (etiologiyası) ocaq amilin nə olması haqqında bir çox nəzəriyyələr mövcud olsa da, bu prosesə dəqiq nəyin səbəb olduğu tam aydın deyildir.

10. Uşaqlığın endometrium qatı mensturasiya tsiklində hər ay dövri olaraq 15-18 mm kimi qalınlaşır və mensturasiya zamanı isə ayrılaraq xaric olur (4-5 gün). Növbəti ay (28 gün) isə bu proses təkrarlanaraq 0 mm-dən 18 mm kimi qalınlaşır (23-24 gün ərzində). Qeyd olunan hal normal fizioloji haldır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC- də aparılan USM əsasən, İddiaçı endometriyanın qalınlığı 21,5 mm olmuş (endometriyanın hiperplaziyası hesab olunmuş) və diaqnostik qaşıntı aparılmadığı halda endometriyanın qalınlığı 26 mm və daha da çox ola bilərdi. 11. xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq aşkar edilmişdir. “Zəfəran” Hospitalda aparılan MRT müayinə nəticəsində böyümüş limfa düyünləri aşkar edilmiş, müşahidəsi məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta differensiasialı adenokarsinomanın Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qe yd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir.

43. İddiaçı nümayəndəsi və vəkili ekspert rəyinə etiraz təqdim etmiş, həmçinin məhkəmə iclasında vəsatət təqdim edərək xx.xx.2023-cü il tarixli, KEŞ-358 nömrəli ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 04 dekabr 2023-cü il tarixli ekspert rəyin də göstərilmişdir ki, İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmişdir. Qeyd edilən diaqnozlar USM nəticə və fotoprintlərində öz əksini tapmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materiallarına əlavə olunmuş resept blanklarına əsasən ona “X12 Mərkəzi MMC”də təyin edilmiş diaqnoza uyğun olaraq həkim tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuşdur (Ədəbiyyat: Нарушения менструального цикла и дюфастон. 2006; Межевитинова Е.А., Ревазова Ф.С., Куземин А.А.).

3. Hormonal disbalans ilə əlaqədar yaranmış endometriumun hiperplaziyası və poliplərin müalicəsinin profilaktikası məqsədi ilə “Dufaston” dərman preparatının təyini məqsədəmüvafıq olub, təyin edilmə müddəti və dozalanması polipin və endometriumun ölçülərindən deyil, qeyd edilən patologiyalara səbəb olan hormonal (estrogen, progesteron) balansının pozulmasına uyğun təyin edilir. “Dufaston” dərman preparatının istifadə təlimatında beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcək ağırlaşmaları haqqında yoxlama (təcrübə) məlumatları mövcud olsa da, uzunmüddətli qəbulu ilə əlaqədar hər hansı ağırlaşmanın baş ver ə biləcəyi və bu ağırlaşmanın nədən ibarət olacağı haqqında statistik məlumatlar mövcud deyildir. “Dufaston” dərman preparatı hormonal balansda baş verən dəyişikliklərdən asılı olaraq hər müalicə kursu 3 aydan 6 aya qədər, menstrual tsiklin ikinci fazasında isə 10 və ya 14 günlük təyin olunur. İddiaçı təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. “Dufaston” dərman preparatının təyinatı təqdim olunan resept blankına əsasən, 3 il qəbulu təsdiq olunmur. Eyni zamanda, İddiaçı xx.xx.2018-ci il ta rixdə Cavabdeh2 MMC-yə müraciət etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək onun Cavabdeh2 MMC-nə müraciəti ilə bağlı və dərman preparatının qəbulu ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmiş, növbəti müraciət bir il sonra, yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixlərdə olmuşdur. Ümumilikdə, təqdim olunan tibbi sənədlərə əsasən, müayinə və müalicə dövrü 12-13 ay davam etmişdir.

4. İş materiallarına əlavə olunmuş müayinə sənədlərindən görünür ki, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmişdir. Dərman preparatlarının dozalanması, müddəti və hormonal testlərin təkrar edilmə müddəti icra edilmiş testlərin nəticəsinə uyğun olaraq həkim tərəfindən təyin edilir.

5. İddiaçı qızma Cavabdeh2 MMC-də aparılmış müayin ələr zamanı hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmiş və diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin, cərrahi müdaxilə konservativ müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır.

6. İddiaçı adına təqdim olunan tibbi sənədlərə əsasən, Cavabdeh2 MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2 019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuşdur. USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazıldığı müddətdə endometriumun qalınlaşması müsbətə doğru dəyişmiş, endometriumun qalınlığı norma daxilində izlənilmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə öz müsbət nəticəsini verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriumun qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmişdir. Ambulator kartaya əsasən, diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambula tor müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəssisəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin, qeyd edilən tarixlərdə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir.

7. İddiaçı aşkarlanmış polipin hansı tarixdən yaranması məlum deyildir.

8. Təsnifata görə polip endometriumun hiperplaziyasının iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya). Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı az olub, total hiperp laziya ilə eyni risk qrupuna aid edilir. Endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometrium problemlərindən biridir. Buna görə də polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olarsa və polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir.

9. İddiaçı 2018-ci il tarixdən 2021-ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır. Bədxassəli proseslərin yaranmasına səbəb (etiologiyası) ocaq amilin nə olması haqqında bir çox nəzəriyyələr mövcud olsa da, bu prosesə dəqiq nəyin səbəb olduğu bu gün də tam aydın deyildir.

10. Uşaqlığın endometrium qatı menstruasiya tsiklində hər ay dövri olaraq 15-18 mm kimi qalınlaşır və menstruasiya zamanı isə ayrılaraq xaric olur (4-5 gün). Növbəti ay (28 gün) isə bu proses təkrarlanaraq 0 mm-dən 18 mm kimi qalınlaşır (23-24 gün ərzində). Qeyd olunan hal normal fizioloji haldır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də aparılan USM əsasən, İddiaçı endometriumun qalınlığı 21,5 mm olmuş (endometriumun hiperplaziyası hesab olunmuş) və diaqnostik qaşıntı aparılmadığı halda endometriumun qalınlığı 26 mm və daha da çox ola bilərdi. 11. xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq aşkar edilmişdir. “Zəfəran Hospital”da aparılan MRT müayinə nəticəsində böyümüş İimfa düyünləri aşkar edilmiş, müşahidəsi məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqo-ooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir.

12. İddiaçı adına tərtib edilmiş Milli Onkologiya Mərkəzi Nüvə Təbabəti şöbəsinin xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasİyalı xəfif hipermetabolik İimfa düyünü, sağ infraklavikulyar, sağ üst medi astinal (1 R) ilə sağ üst və alt paratraxeal (2 R, 4 R) lokalizasiyada yüksək hipermetabolik İimfa düyünləri aşkar olunmuşdur. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Orta diferensiasiyalı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. Xəstəyə qeyd olunan diaqnoz təyin olunduğu halda ona histerektomiya və ovarektomiya ilə yanaşı limfadisseksiya da (Vertgeym əməliyyatı) icra olunmalı, bundan sonra xəstəyə kimya terapiya və şüa terapiya təyin olunaraq onkoloji xəstə kimi Onkoloji Mərkəzdə qeydiyyata alınmalıdır.

13. İddiaçı adına tərtib edilmiş Milli Onkologiya Mərkəzi Nüvə Təbabəti şöbəsinin xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokal izasiyalı xəfif hipermetabolik limfa düyünü, sağ infraklavikulyar, sağ üst mediastinal (1R) ilə sağ üst və alt paratraxeal (2R, 4R) lokalizasiyada yüksək hipermetabolik limfa düyünləri aşkar olunmuşdur. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Orta differensiasialı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. “X4”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona təyin olunmuş diaqnoza əsasən, histerektomiya və overektomiya əməliyyatı icra olunmuşdur. Lakin limfadisseksiya (Vertgeym əməliyyatı) icra olunmamışdır. Bu əməliyyat icra olunmadığı halda xəstəyə şüa və kimya terapiya təyin olunmamış və onkoloji xəstələr üçün nəzərdə tutulan mütəmadi olaraq MRT müayinəsindən keçməsi ilə bağlı tibbi sənədlərdə hər hansı bir qeydiyyat a parılmamışdır. Əməliyyatdan sonrakı tibbi sənədlərdə təyin olunmuş diaqnoza əsasən, qeyd olunan halda metastaz verməli idi.

14. Hiperplaziyanın sadə vəzili, vəzili-kistoz, vəzili stromal və atipik formaları vardır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də həkim Cavabdeh1 tərəfindən hiperplaziyanın növünün təyin edilməsi üçün (iş materiallarına əlavə edilmiş ambulator kartadakı qeydə əsasən) Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir. Hiperplaziyanın iki əsas müalicə - konservativ (hormonal) – hestagen preparatı və cərrahi üsulu vardır. Hiperplaziya konservativ müalicəyə tabe olmadığı təqdirdə cərrahi müdaxilə (endometriumun ablaziyası və ya uşaqlığın ekstripasiyası) oluna bilər. 15. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də həkim Cavabdeh1 tərəfindən İddiaçı təyin olunmuş “Endometr iyanın hiperplaziyası”, xx.xx.2021-ci il tarixdə “X11”da “Endometrial polip”, xx.xx.2021-ci il tarixdə “X4”nda isə “Polip (ocaqlı hiperplaziya) və ya mioma” diaqnozları uzun müddət sürən hormonal disbalans nəticəsində yaranır.

45. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş ekspert komissiyasının sədri X2 göstərmişdir ki, iş üzrə 4 dəfə ekspertiza keçirilib. Ekspertiza tədqiqatına USM həkimi radioloq Zümrüd Axunzadə cəlb olunmuşdur. İddiaçı 2018, 2019 və sonrakı illərdə rəydə göstərilən xronologiya üzrə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa məxsus uşaqlığın daxilində endometri qatında hiperplaziya, yəni qalınlaşma, yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı follikullyar kistalar aşkar edilmişdir və bu diaqnozların qoyulması USM klinik v ə laborator tədqiqatların nəticələrinə əsasən düzgün hesab edilir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnoz variantı saymaq olar. Bəzi ədəbiyyatlar müxtəlif yazır. Uşaqlığın endometriyasının hiperplaziyasının əmələ gəlmə etiologiyası var. Hiperplaziya orada olan toxumanın strukturunun və onun hüceyrələrinin çoxalmasıdır. Əgər toxuma və hüceyrənin miqdarı yox, həcmi artarsa hipertrafiya adlanır. Ancaq bu halda hiperplaziyadır. Burada uşaqlığın boşluğunun selikli qişası qalınlaşır və o, hiperplaziyaya uğrayır. Onun içərisində xırda poliplərin aşkar olunması da mümkündür. Demək olar ki, eyni struktura malikdir. Baxmayaraq ki, onlardan biri ayaqcıq üzərində oturur, hiperplaziya isə onun səthini örtən hüceyrədir. Hiperplaziyanın nəticəsi polip ola bilər. Lakin polip hiperplaziya ola bilməz. Hiperplaziya bütün sahələrin səthini tutur, ocaqlı isə onun orada ocaq şəklində, xırda dənəciklər formasında olan dəyişikliyidir. Hiperplaziya varsa, deməli polip orada yaranıbdır. Bunlar hər biri risk qrupuna aid olan prosesdir. Bəzi ədəbiyyatlarda yazılır ki, hiperplaziyanın özünü də atipik gediş kimi düşünmək olar. Ancaq atipizmin yaranmasını sübut etmək mümkün deyil. Aybaşı olmalıdır ki, qadın hamilə qalsın. Qalınlaşan yerdən aybaşı qanı xaric ola bilmir. Ona görə müalicə təyin edilməlidir. “Dufaston” dərmanı tsiklin yaranması üçün təyin edilir. Hər bir halda həmin dərman verilməlidir. Pasient həkimə müraciət etdikdə onun ancaq hansı xəstəlikdən şikayət etdiyi nəzərə alınmır. Onun yaşı, sağlamlıq vəziyyəti, həyat tərzi və digər məsələlər nəzərə alınır. Qadın cinsiyyət üzvünə ai ddirsə, ona aid suallar verilməlidir və ona uyğun müalicə yazılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hamilə qalmaq üçün həkimə müraciət etmişdir. Cərrahi müdaxilə qalınlaşma minimum 15-18 mm olduqda mamaginekoloq onu qaşınmaya göndərməlidir. Qaşınma əməliyyat sayılır və tibbi manipulyasiyadır. Qaşıntı kütləsi götürüldükdən sonra onu potestoloji tədqiqata göndərilməlidir. Tsikl dövründə, başlananda və ya başlayıb başa çatanadək qalınlaşma arta, azala bilir və ya heç dəyişmir. Qalınlaşma qaldıqda, daha da üstünə gəldikdə, təsirin olmadığı görüldükdə səbəbin müəyyənləşdirilməsi qaşıntıdan görünür. “Dufaston” dərmanından sonra normallaşma baş verməlidir. Normallaşma baş vermirsə, deməli burada hansısa proses var, bu patoloji prosesin mənşəyi isə qaşınma vasitəsi ilə müəyyənləşdirili r. Qaşıntı götürüldükdən sonra histoloji tədqiqata göndərilir və onun cavabından sonra hansı tədbir, hansı forma seçilməlidirsə seçilir. Konkret olaraq iddiaçıya münasibətdə onun görüntüsündən də müəyyən olunur ki, onun maddələr mübadiləsi pozğunluğu var. Həmin şəxslərdə aparılan müalicə effekt vermirsə, normadan kənara çıxmadır. Normadan kənara çıxma varsa, sonrakı etaplarda onu ya özü qaşıyıb göndərməlidir, ya da qaşıntıya göndərməlidir. İşin gedişində aşkar olunan qalınlığı olmuşdur. O qalınlıqdan sonra qaşıntıya getməli idi. Ola bilsin ki, dərmanla normallaşsın, hətta hamiləlik də baş versin. Lakin hamiləliyin həmin vəziyyətdə baş verməsi konkret hal üçün böyük riskdir. “Dufaston” dərmanı sxemlə 10-14 gün verilir. 10 il, 5 il, fərqi yoxdur. “Dufaston” dərmanının təyinatı aybaşı tsikl ini yaratmaqdır. Olandan sonra digər müayinələrə keçirlər. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən yoxlanılan zaman qalınlıq 15-18 mm olub. 15-18 mm olması hələ qaşınmaya göndərilməsi üçün göstəriş deyil. Növbəti ay 28-ci günü 0 mm bərabər olub. xx.xx.2020-ci il tarixdə həkimə göndəriş üçün siqnal olub, göndərə bilər, lakin məcbur deyil. Bir az gözlənilə bilər. “Dufaston” dərmanının hansı müddətə təyin olunması ilə bağlı ədəbiyyatda və ya nəzəriyyədə məlumat yoxdur. “Dufaston” dərmanının ziyanı yoxdur. Orqanizm özünə uyğun terapevtik dozanı qəbul edir, lazım olmadığını sidiklə xaric edir. Orqanizm özü bunu tənzimləyir. Hiperplaziya normal proses sayılmır, normadan kənara çıxmadır. Əgər “Dufaston” verilirsə və normallaşırsa, hamilə qalırsa, hamiləlik bitənə qədər verilə bilər. Günün a zaldılıbartırılması sağalmanın dərəcəsindən asılıdır. Yaxşılaşmanın getdiyi aşkar olunarsa da dərman artırılır. Sonrakı prosesi yaxşılaşdırması, hamiləliyin yaranması üçün. Belə xəstələrdə hamiləlik dövründə doğuşa qədər verilir. Qalınlaşmanın formasından, qalınlaşmanın gedişatından asılı olaraq 14 gün təyin olunub. xx.xx.2020-ci il tarixdə hiperplaziyada qalınlaşmanın artması və ya azalmasını qaşınmanın nəticələri göstərir. İddiaçının orqanizmi xərçəng risk qrupuna daxil olan orqanizmdir. Onun hormonlarında dəyişikliklər, mübadilə pozğunluğu var. Aparılan müalicələr isə onun riskini yüksəltməyib. Söhbət “Dufaston” dərmanından gedirsə, o dərman bu prosesi yaratmayıb, bu mümkün deyil. Dərman o vaxt qəbul edə bilməzdi ki, süd vəzlərində xərçəng ehtimalı olsun. Digər hallarda “Dufaston” dərma nın verilməsi labüddür və həkimin vəzifə borcu idi. Orqanizm elə bir formaya gətirib çıxardır ki, istər həkim əvvəldən ilk aparılan müalicə dövründə lap 5 mm olanda da qaşıntını həkim göndərsə idi, sonrakı nəticəni verəcəkdi. Polip olsaydı dərhal götürülərdi. Polip sovrulduqda qadın hamilə də qalır. İddiaçıda polip olmayıb. Hiperplaziya polipi gizlədə bilər. Qalınlaşma təmizlənməli idi. Lakin təmizlənmədi. Əgər təmizlənsə idi, polip də təyin olunardı, kələ-kötürlük də görünərdi. USM müayinəsində bu məlum olmayıb. Bu dəqiqələrlə, günlərlə ölçülən bir məsələdir. Artıq atipik vəziyyət yaranıb. Atipik törəmə hüceyrənin orada strukturu dəyişir və miqdarı artır və bu insana əks təsir etməyə başlayır. “Dufaston” dərmanı isə bunun qarşısının alınması üçün verilir. “Dufaston” dərmanı onun üzərinin ərpinin tez təmizlənməsi və aybaşı tsiklinin əmələ gəlməsi üçün verilib. 28 gündə aybaşı tsiklinin əmələ gəlmədiyini görəndən sonra həkim onu mazok götürməyə göndərir və onun cavablarına uyğun həkim seçimi olunur. Hansı ki, əməliyyatlar olunub, uşaqlıq və yumurtalıq götürülüb. Uşaqlığın götürülməsi qadına məxsus ən böyük orqanın götürülməsidir. Ancaq bu məcburiyyət orqanizmin öz istəyidir. Son nəticə illərlə yarana bilər. “Dufaston” təyinatı nəticəsində xərçəng əmələ gələ bilməzdi. İddiaçıda əmələ gələn hiperplaziya ilə bağlı aparılan müalicələrin onun sonrakı dövrdə ağırlaşmasına gətirib çıxarması Rəna həkimin müalicəsi ilə bağlı deyil. Heç bir ləngimədən söhbət gedə bilməz, bu orqanizmin proseslərə verdiyi qiymətdir. O hissələr və orqanizmin vəziyyəti onun sonrakı fəsadlara gətirib çıxar tmasına meyillik yaradıb. Müalicə dövrü isə qanaxmanın qarşısının alınması üçün aparılan profilaktik tədbirlərdir. Hansı ki, hiperplaziya azalsın və orada aybaşı tsikli yaransın. Hiperplaziya atipik hüceyrənin yaranmasıdır. xx.xx.2020-ci il tarixdə 18 mm polipin böyüməsini gördükdə qaşınmaya göndərməli idi. Cavabdehin yanvarda göndəriş verməsinin təsdiqi kimi mamaginekoloqun izahatını tibbi sənəd kimi qəbul etməyə borcludur. Qalınlığın 18 mm-ə qədər artması normal sayıla bilməz. Xərçəng yoxdur demək bir qədər doğru deyil. Polip özü bədxassəli şiş hesab edilmir, o xoş xassəli şişdir. Qaşınmaya ona görə göndərilir ki, atipikə çevrilə bilər, yoxsa yox. Ondan sonra əməliyyat aparılır. Polip var deyə kimsə onu kəsib götürmür. Həmçinin, USM müayinə aparılan zaman onun qalınlığı ölçülür. İnsanın USM aparatının altında formalaşması var və onun hansı vəziyyəti verməsi var. O, dəqiq forma deyil. Ola bilər ki, bəzi yerlər 19 mm olub, bəzi yerlər 12 mm ola bilər. Elə bir forma verir ki, onu heç vaxt dəqiq götürmək olmaz. Şüadır, şüanı verdiyin anda istiqamətində qalınlaşmanın üzərinin kələ-kötürlüyü ola bilərdi. Göstərilən prosesin sonrakı etaplarda xərçəngə çevrilmə ehtimalı düşünülsə, orada kələ-kötürlük olmalıdır, onun forması dəyişməlidir. Lakin, USM müayinəsində ilkin müayinələrdə hamar görünüb. Hamar olduğuna və hər yanda eynicinsli olduğuna görə, eləcə də 16 mm və ya 18 mm-dirsə dərhal deyil, bir az da gözləmək mümkündür. Ən patoloji proses 20 mm-i keçsin, ondan sonra bilinərdi. Yəni insan orqanizminə patoloji proses kimi ziyan göstərmir. O qaşıntını bir həftə sonra da, bir ay sonra da götürmək olar. Bu həkimin seçiminə və pasientin öz sağlamlığına necə yanaşmasıdır. Təcrübəsində apardığı meyit müayinələrindən də görür ki, ən çox təqsir orqanizmin özündədir. Orqanizm özü-özünü neytrallaşdıra bilmir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-196/2024 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(006)-192/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəm əsinin göstərişlərinə uyğun olaraq iki dəfə təkrar ekspertiza təyin edilmiş, ekspertlər qarşısında kassasiya instansiyası məhkəməsinin qərarında əks olunan göstərişlərə uyğun, habelə tərəflərin təqdim etdikləri suallar qoyulmuş, ekspert qrupunun tərkibinə onko-ginekoloq və USM həkimlərinin cəlb edilməsi qərara alınmış, keçirilmiş ekspertizanın nəticələrini əks etdirən xx.xx.2023-cü il tarixli rəy alındıqdan sonra rəylə bağlı ekspert komissiyasının sədri məhkəmə iclasında məhkəmə kollegiyasının və tərəflərin suallarını cavablandırmışdır.

48. İddiaçının iddiasına görə, o, 2018-ci il tarixdə transvaginal USM zamanı uşaqlığında polip aşkar edilməsi ilə əlaqədar Cavabdeh2ndə işləyən həkim Cavabdeh1 müraciət etmiş, sonuncu onu USM etdikdən sonra, polip deyil, aybaşı qanı olduğunu və qalınlaşdığı nı, dərmanla sovrulub gedəcəyəni bildirərək, “Dufaston” adlı dərman yazmış, o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmiş, sonradan başqa həkim mütəxəssisin yanına getdikdə, həkim polipin həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmiş, o, “Oksigen” Klinikasında polipin götürülməsi barədə cərrahi əməliyyat olunmuş, sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə polipin gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuş, bu səbəbdən ikinci dəfə əməliyyat edilməli olmuş, uşaqlıq və yumurtalıqları götürülmüş, ana olma hüququndan məhrum olmaqla bərabər dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ciddi zərər dəymişdir.

49. İş üzrə alınmış ekspert rəyinə əsasən, iddiaçı Cavabdeh2 MMC-də müayinə edilərkən horm onal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmişdir. İddiaçıya Cavabdeh2 MMC-də təyin edilmiş diaqnoza uyğun olaraq həkim Cavabdeh1 tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuş, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmiş, iddiaçıya diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. Qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin cərrahi müdaxilə konserva tiv müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, iddiaçının adına təqdim olunan tibbi sənədlərə əsasən, ‘X12 Mərkəzi” MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuş, USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazıldığı müddətdə endometriumun qalınlaşması müsbətə doğru dəyişmiş, endometriumun qalınlığı norma daxilində izlənilmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə öz müsbət nəticəsini verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda en dometriumun qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmiş, həkim tərəfindən diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambulator müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəssisəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin qeyd edilən tarixlərdə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir. Polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olarsa və polip böyüməyə davam etdikdə əməliyyata göstəriş ve rilir. İddiaçı 2018-ci il tarixdən 2021-ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır. Rəydə həmçinin qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta differensiasialı adenokarsinomanın Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq, “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqo-ooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Orta diferensiasiyalı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. Xəstəyə qeyd olunan diaqnoz təyin olunduğu halda ona histerektomiya və ovarektomiya ilə yanaşı limfadisseksiya da icra olunmalı, bundan sonra xəstəyə kimya terapiya və şüa terapiya təyin olunaraq onkoloji xəstə kimi Onkoloji Mərkəzdə qeydiyyata alınmalıdır.

50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, son klinik diaqnoz olaraq “Endometrial polip, Mioma” “?” işarəsi ilə qeyd edilmişdir.

51. Bundan başqa, iddiaçı iddia ərizəsində “Oksigen” Klinikasında polipin götürülməsi barədə cərrahi əməliyyat olunduğunu, sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə polipin gec ə məliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulduğunu bildirsə də, işdə olan “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, ondan əməliyyat zamanı götürülmüş material histoloji müayinədən keçirilmiş, lakin materialda rezidual tümör (invaziya) izlənməmişdir.

52. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olmamışdır.

53. Apellyasiya kollegiyası həmçinin qeyd edir ki, ilkin iddiaçı tərəfindən CD disklərdə təqdim edilmiş sosial şəbəkələrdə fərqli həkimlərin iddiaçının suallarına işdə olan tibbi sənədlər nəzərdən keçirilmədən verdikləri cavablar haz ırki iş üzrə nəzərə alına bilməz.

54. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə İddiaçı səhhətində yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqə mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

55. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-196/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6, 11, 21, 1096, 1097, 1099, 1112-ci, Mülki Prosessual Məcəllənin 77, 80, 81, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur.

57. Kassasiya şikayəti işin faktiki hallarına, işdə olan sübutlara istinad olunmaqla belə əsaslanıdırılmışdır ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini icra etməmiş, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası rəyləri ziddiyyətli və əsassız olmuş, ekspert rəyini verən bütün ekspertlər məhkəməyə gəlməmiş və ifadə verməmişlər, məhkəmədə dindirilmiş ekspert isə məhkəmənin ziddiyyətli və natamam ifadə vermiş, cavabdehi müdafiə etməyə çalışmışdır.

58. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

59. Cavabdeh “X12 Mərkəzinin” adından nümayəndəsi, vəkil Nümayəndə1 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

60. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam araşdırma aparmış, kassasiya şikayətinin formal mülahizələrlə əsaslanmışdır. Kassasiya baxışının hədləri:

61. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

62. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia rədd olunsa da, qətnamə həmin hissədə apellyasiya qaydasında mübahisələndirilməmiş və apellyasiya baxışının hədlərini yalnız qətnamənin ilk iddianın rədd olunmuş hissəsində yoxlanılması təşkil etmişdir.

63. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvur an tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, hə m də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən iki dəfə təkrar məhkəmə-tibbi ekspertizaları təyin edilərək rəylər alınmış, iddianın mahiyyətinə aid sualların aydınlaşdırılması məqsədi ilə ekspert məhkəmə iclasında dindirilmiş və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

68. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Xüsusən, iş üzrə alınan ekspert rəylərinin əsassız olmasını iddia edir.

69. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə alınmış ekspert rəylərinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir. Xüsusən nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi rəylərə alternativ olan başqa ekspert və ya mütəxəssis rəyi təqdim olunmamışdır.

70. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki tələbin qanuni əsasını ziyan təşkil etdiyindən, iddianın təmin olunması üçün ilk olaraq cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizlikləri müəyyən olunmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

71. Lakin, bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş sübutlara və məhkəmənin topladığı digər sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmamışdır.

72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olun ması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə ə sasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzər iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-196/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar