Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2135/2020 02.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, X nömrəli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xnun qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 10 və xx xxxx 2020-ci il tarixli məktubl arla həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayəti...icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, Xnömrəli qətnaməsindən Xun kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2135/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2135/2020
02.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver