Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2137/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2137/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12787/2019 saylı qətnaməsindən iddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.X.Nəbiz adə, iş № 2(001)-3667/2019) iddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh X4 qarşı artıq ödənilmiş kompensasiyanın geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli 1408 saylı Sərəncamının icrası ilə əlaqədar “Xocasən-Avtovağzal” mənzil tunellə rinin üzərindəki evlərin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar X2 dövlət büdcəsindən kompensasiya formasında 154.710 manat ödənilməsi qərara alınmışdır. Həmin kompensasiyanı Na tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli etibarnamə əsasında onun oğlu X5 almışdır. xx xxxxxx 2017-ci il tarixdə Na vəfat etmişdir. Həmin ərazidə yaşayan X6 iddiası əsasında işə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Zərifə Allahverdiyevanın evinin yardımçı sahəsi kimi göstərdiyi 98,37 kv.metrdən ibarət tikili Sevinc Məmmədovaya məxsus fərdi yaşayış evi olmuş və nəticədə Nya həmin sahəyə görə 35.413,00 manat məbləğində artıq kompensasiya ödənilmişdir. Bununla əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mərhum X1 Zahid Arif oğlundan 35.413,00 manatı n onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti kasasiya şikayəti verərək tələb olunan pul məbləğinin Nə verilməsini, onun isə anasının ölümündən sonra faktiki olaraq vərəsəliyi qəbul etməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilib iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni sayarkən anasının ölümündən sonra Nin mirası qəbul etməsinin iş ma terialları ilə sübuta yetirilmədiyini əsas göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmənin həmin nəticəsi səthi yoxlanılmış sübutlara söykəndiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İşdən görünür ki, mərhum Na üçün ayrılmış kompensasiya onun oğlu N tərəfindən 2016-cı ilin dekabr ayının 30-da alınmış, N isə xx xxxxxx 2017-ci il tarixdə, yəni 1 ay 3 gündən sonra vəfat etmişdir. Ödənilən kompensasiyanın ümumi məbləğinin 154.710 manat təşkil etməsi həmin vəsaitin Na tərəfindən qısa bir müddət ərzində xərclənməsi qənaətinə gəlmək üçün əsas vermir. Eləcə də, onun tərəfindən bu müddət ərzində hər hansı bir qiymətli əmlakın əldə edilməsi iş materiallarından görünmür. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin pul başqası tərəfindən ələ keçirilmişdir. İddiaçının qənaətin ə görə mərhum Na həmin pul məbləğinin bankdan götürülməsini oğlu Nə etibar etdiyi üçün və o, anası ilə birlikdə yaşadığı üçün mirası qəbul etmiş vərəsə kimi pul ondan tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin mirası qəbul etməməsi barədə nəticəyə gələrkən Nin adına vərəsəlik işinin açılmamasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxx 2019-cu il tarixli məktubuna əsaslanmışdır. Məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sa yılır. Həmin norma mirasın faktiki qəbul edilməsi imkanını da nəzərdə tutduğundan, cavabdehin adına vərəsəlik işinin açılmaması iddianın rədd edilməsi üçün əsas verməmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə instansiyaları iddianı əsassız sayarkən mübahisəyə səbəb olmuş pul vəsaitinin taleyi ilə əlaqədar heç bir ciddi araşdırma aparmamış və bu barədə cavabdehə suallar verməklə alınmış kompensasiyanın yoxa çıxmasının səbəblərini aydınlaşdırmamışdır. Anasının ölümündən sonra yoxa çıxmış küllü miqdarda kompensasiyanın cavabdeh tərəfindən ümumiyyətlə axtarılmaması və bununla əlaqədar heç bir orqana müraciət olunmaması onun pul vəsaitinin taleyindən xəbərsiz olmasına şübhə yaradır. İş üzrə həqiqətin müəyyən e dilməsi üçün zəruri olmasına baxmayaraq kompensasiyanı aldıqdan sonra onu anasına verib – verməməsi, mərhumun ölümünün son günlərini kiminlə yaşaması müəyyən olunmamışdır. Göstərilən vəziyyətdə iddianın əsassız olması barədə nəticəyə gəlmək üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2137/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2137/2020
02.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver