Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-214/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı; müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh2 qarşı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yeni tikilidə qeyri-yaşayış sahələrinin satılması, müqavilənin etibarsızlığı, öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair” tələbinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh2 qarşı “müqavilələrin etibarsı z hesab edilməsi, çıxarışların ləğv olunması, tikilinin təhvil verilməsi, tikiliyə dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən 12 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. 2. "xxxx" MMC və Cavabdeh2 ar asında bağlanmış 12 may 2007-ci il tarixli müqaviləyə əsasən, sözügedən yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 194 400 manat ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MMC və X4 arasında bağlanmış 13 may 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini sonuncuya verməyi, X4 isə müqavilənin dəyəri olan 22372 manat ödəməyi öhdəsinə götürmüşdür. 4. "xxxx" MMC və İddiaçı arasında bağlanmış 19 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini sonuncuya verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 4050 manat ödəməyi öhdəsinə götürm üşdür. 5. "xxxx" MMC və İddiaçı arasında bağlanmış 29 sentyabr 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evində ümumi sahəsi 31 kv.metr olan qarajzirzəmi sahəsini verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 8370 manat ödəməyi öhdəsinə götürmüşdür. 6. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK və İddiaçı arasında 26 aprel 2017ci il tarixdə 13 may 2008-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 MTK həmin yaşayış evinin 3-cü blokunda qeyri-yaşayış mərtəbəsində 46 kv.metr ümumi sahəni verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 26422 manatı, hazırda isə 13800 manatı ödəməyi öhdəsinə götürmüşdür. 7. "xxxx" MMC və X6 arasında bağlanmış 30 mart 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 33,5 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi, X6 isə müqavilənin dəyəri olan 28475 manat ödəməyi öhdəsinə götürmüşdür. 8. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən, həmin yaşayış evinin 3-cü blokunda 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, Cavabdeh2 isə müqavilənin dəyəri olan 118800 manat ödəməyi öhdəsinə götürmüşdür. 9. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 108 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, Cavabdeh2 isə müqavilənin dəyəri olan 59400 manat ödəməyi öhdəsinə götürmüşdür.
10. Cavabdeh1 MTK və X6 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli müqaviləyə əsasən, MTK həmin yaşayış evinin 3-cü bloku nda 36 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, X6 isə müqavilənin dəyəri olan 30600 manatı, hazırda isə 10800 manatı ödəməyi öhdəsinə götürmüşdür.
11. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 12 may 2007-ci il tarixli Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2010-cu il tarixli Cavabde h2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin evin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2010-cu il tarixli Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “Progress-2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
12. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(85)2704/2018 saylı qərarı ilə (hak im Z.Pirverdiyev) Cavabdeh2 iddiası təmin edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən, ümumi sahəsi 324 kv.m qeyriyaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
13. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 2 ünvanda yerləşən 324 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olmasına dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
14. Sonradan Cavabdeh2 həmin 324 kv.metr qeyri-yaşayış sahəsinin 108 kv.metr, 108 kv.metr və 80 kv.metr olmaqla, ümumilikdə 296 kv.metr hissələrini özgəninkiləşdirmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yerdə qalan 28.0 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir.
15. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(085)423/2019 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) Cavabdeh2 iddiası təmin edilmiş, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120.0 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 3 ünvanda yerləşən 120.0 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
17. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 3 ünvanda yerləşən 33.5 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, 34.5 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli çıxarışlar verilmişdir.
18. Sonradan ünvan 3 ünvanda yerləşən 33.5 kv.m, 34.5 kv.m və 28 kv.m qeyriyaşayış sahələri birləşdirilərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 96 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir.
19. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(085)424/2019 saylı qərarı ilə (hakim İ.Quliyev) Cavabdeh2 iddiası təmin edilmiş, "xxxx" MMCnin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.m qeyri-yaşayış sahəsinin 68 kv.m hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.
20. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakim İ.Quliyev) həmin Məhkəmənin 14 fevral 2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Progress-2016” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və onu n varisi Cavabdeh1 MTK ilə aralarında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyriyaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. S onradan, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 51.3 və 53-cü maddələrinə istinad edərək ərizə ilə məhkəməyə müraciət edib Cavabdeh3, Cavabdeh6, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X9 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində cəlb olunmasını, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin iddiaçıya məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və Cavabdeh6 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, iddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 2 9 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, "xxxx" MMC tərəfindən verilmış 13 may 2008-ci il tarixli maliyyə arayışına görə 13 may 2008-ci il tarixli, hal-hazırda Cavabdeh1 MTK-nə çevrilmiş "xxxx" MMC ilə İddiaçı anası X4 arasında müqavilə bağlanmış müqaviləsində nəzə rdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına görə 19 noyabr 2008-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə İddiaçı ilə yeni müqavilə bağlanmış, yuxarıda göstərilən 2 müqavilə birləşdirilərək, qeyri-yaşayış sahəsinə dair İddiaçı sxem də verilmişdir. Əlavə olaraq İddiaçı 13.800 manat ödəniş edilməsi tələb olunmuş. 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmış 29 sentyabr 2008-ci il tarixli maliyyə ar ayışına görə 29 sentyabr 2008-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə İddiaçı ilə yeni müqavilə bağlanmış, qeyri-yaşayış sahəsinə dair İddiaçı sxem də verilmişdir. Əlavə olaraq İddiaçı 8370 manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Həmçinin Cavabdeh2 ilə 20 may 2010-cu il tarixdə 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin İddiaçı məxsus Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsu lzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməli olduğunu, belə ki, həmin sahənin iddiaçı və onun anasına 2008-ci ildə satıldığından Cavabdeh1 MTK-nın (həmin dövrdə "xxxx" MMC) 2010-cu ildə həmin sahəni başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi 7 A ünvanda yerləşən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin də yerləşdiyi sahələri özəlləşdirmiş, həmin sahələrin bir qismini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 və Cavabdeh6 satmışdır.
24. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X6 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmı şdır ki, onun mövqeyi iddiaçının mövqeyi ilə üst-üstə düşür, ekspert rəyinə əsasən mübahisəli sahənin bir hissəsi gözəllik salonunun üzərinə düşdüyü üçün işə qoşulmuşdur. Cavabdeh2 ilə bağlanmış müqavilələrə əsasən X5 məxsus 36 kv.metr qeyri-yaşayış sahəsi olan gözəllik salonu ilə üst-üstə düşən sahəyə sənəd verilmişdir.
26. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, işin faktiki hallarında göstərilən xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 satılmış 108 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 verilməmiş, həmin 108 kv.metr qeyri-yaşayış sahəsi başqa şəxsə verilmişdir. "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən 108 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh2 zi rzəmi qatından qeyriyaşayış sahəsi verilmişdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan da görünür ki, RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində 324 kv.metr qeyri-yaşayış sahəsi olmuşdur. Həmin 324 kv.metr qeyri-yaşayış sahəsinin 108 kv.metr hissəsi özgəninkiləşdirilmiş və yerdə qalan 216 kv.metr qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra həmin çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 216 kv.metr qeyri-yaşa yış sahəsinin 108 kv.metr və 80 kv.metr hissələri özgəninkiləşdirilərək yerdə qalan 28.0 kv.metr hissə üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən **********01-05********** reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh2 ilk öncə xx.xx.2007ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən almış olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr qeyri-yaşayış sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən çıxarış almış, sonra qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş və həmin qeyri-yaşayış sahəsindən mülkiyyətində **********01-05********** reyestr nömrəli çıxarışla 28.0 kv.metr qeyri-yaş ayış sahəsi qalmışdır. Yəni Cavabdeh2 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən həmin şəxslərə satılmış qeyri-yaşayış sahələri Cavabdeh2 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən almış olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarışla almış olduğu 324 kv.metr qeyri-yaşayış sahəsidir. Həmçinin Əmlak Məsələləri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan da görünür ki, Cavabdeh2 **********01-05***-*******; **********01-05***-******* və **********01-05***-******* reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahələrini birləşdirərək vahid əmlaka, yəni 96 kv.metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixdə reyestr nömrəli çıxarış əldə etmişdir. Bundan əlavə işdə olan ekspert rəyindən də göründüyü kimi üçüncü şəxsin istifadəsində olan sahənin Cavabdeh2 satılmış və mülkiyyətində olan qeyri-yaşayış sahələrinə heç bir aidiyyəti yoxdur, üst-üstə düşmür. Buna görə də üçüncü şəxsin tələbinə münasibət bildirməyə lüzum yoxdur. Bundan başqa iddiaçının iddia tələbi isə Cavabdeh2 qarşı və onun tərəfindən özgəninkiləşdirilmiş qeyri-yaşayış sahələrinə dair tələbi isə özlüyündə absurddur. İş materiallarından da göründüyü kimi Cavabdeh2 mülkiyyətində 324 kv.metr və 68 kv.metr olmaqla ümumilikdə istifadəsində və mülkiyyətində cəmi 392 kv.metr qeyriyaşayış sahəsi olmuşdur, qalan sahələr isə digər şəxslərdədir. Həmçinin iddiaçı ilkin olaraq 31 və 15 kv.metr olmaqla 2 (iki) qeyri-yaşayış sahəsi almış, lakin həmin qeyriyaşayış sahələrinin heç bir sxemi yoxdur və mübahisəli sahənin harada yerləşdiyi bəlli deyil. Ekspert rəyindən də göründüyü kimi 31 və 15 kv.metr qeyri-yaşayış sahələrinin yerini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi iddiaçı Cavabdeh2 qarşı subyektiv hüququnun olmasını sübut etməli olmasına, ilk öncə 31 və 15 kv.metr qeyriyaşayış sahələrinin yerləşmə mövqeyinin müəyyən edilməli olmasına baxmayaraq, iddiaçı sübut edə bilmir və Cavabdeh2 qarşı heç bir subyektiv hüququ yoxdur.
27. İş üzrə əhəmiyyət kəsb edən və xüsusi bilik tələb edən halların müəyyən edilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-145/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyinə əsasən, Qərardadın birinci sualı üzrə: Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələ rinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri binanın layihəsində qeyd olunan E-K və 5-8 saylı oxlar arasında yerləşdiyi və 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.m təşkil edir; Qərardadın ikinci sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 kv.m və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.m qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15 kv.m və 31 kv.m qeyri-yaşayış sahəsi) Cavabdeh2 mülkiyy ətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyriyaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan-sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi və 31,0 kv.m. olan zirzəmi sahəsi Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunur; Qərardadın üçüncü sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvan da 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 kv.m və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.m qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15 kv.m və 31kv.m qeyri-yaşayış sahəsi) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi 7A ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK aralarında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.m qeyri yaşayış sahəsinin 31,0 kv.m hissəsi ilə və 15 kv.m hissəsi isə baxış zamanı Gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.m kənarda yerləşən qeyri yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; Qərardadın dördüncü-altıncı sualları üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müq aviləyə əsasən satılmış 31,0 kv.m və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.m qeyriyaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin qeyriyaşayış sahələrinin (15 kv.m və 31 kv.m qeyri-yaşayış sahəsi) ayrı-ayrılıqda yerləşmə mövqeləri müəyyən etmək mümkün olmamışdır.
28. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 nömrəli qətnaməsi ilə (hakim: İddiaçı) iddia qismən təmin edilmiş, iddiaçının Cavabdeh1 MTK-ya qarşı İddiaçı və "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı i lə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilmiş, iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X10 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayo n İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin iddiaçıya məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2 019-cu il tarixli və Cavabdeh6 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC və X6 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK və X6 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü bl okunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olması və hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur. Bununla da, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür.
30. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçının Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 isə Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyektiv hüquq nöqteyi-nəzərindən heç bir əsası yoxdur.
31. Birinci instansiya məhkəməsi müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddia tələbi ilə bağlı bildirmişdir ki, xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən də göründüyü kimi iddiaçı ilə Cavabdeh1 MTK arasında 26 aprel 2017-ci il tarixdə bağlanmış müqavilə və 2 oktyabr 2018-ci il tarixli maliyyə arayışı ilə verilmiş 46 kv.metr qeyri-yaşayış sahəsinə görə hazırlanmış sxemə əsasən sxemdə göstərilən qeyri-yaşayış sahəsinin 15 kv.metr hissəsi X1 və istifadəsində olan Gözəllik salonu kimi istifadə olunan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Yəni mülki iş üzrə sübutların tədqiqatı zamanı müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyekti v hüquq nöqteyi-nəzərindən də heç bir əsası yoxdur.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci 217.3, 217.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə 01 dekabr 2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
33. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, C avabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. Halbuki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, sözügedən yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv. metr təşkil edir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv. metr qeyri-yaşayış sahəsi qalır. Cavabdeh2 əlavə olaraq 324 kv. metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa, nəinki iddiaçı binanın 3-cü blokunda qeyri-yaşayış sahəsi almış, istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yerlə üst-üstə düşəcəkdir. Nəzərə almaq lazımdır ki, nə iddiaçıya, nə də Cavabdeh2 2007, 2008 və 2010-cu illərdə müqavilələr bağlanılan zaman hər hansı bir sxem verilməmişdir. İddiaçının müqavilələri isə Cavabdeh2 2010-cu ildə bağladığı müqavilələrdən 2 il əvvəl bağlanmışdır. Bu isə digər Cavabdeh1 MTK-nın artıq Cavabdeh2 ilə 2010-cu ildə 3-cü blokdakı qeyri-yaşayış sahələrinə dair müqavilə bağlamaq səlahiyyətinin olmadığını təsdiq edir. Bundan başqa, iddiaçının Cavabdeh2 ilə "xxxx" MMC arasında 20 may 2010-cu il tarixdə hər hansı bir müqavilə bağlanmasından xəbəri yox idi və ola da bilməzdi. İddiaçı bu müqavilələrin mövcudluğundan hazırkı mülki işin gedişatı zamanı xəbər tutmuş və dərhal həmin müqavilələri mübahisələndirmişdir.
35. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun ərizəsinin təmin olunmamış hissəsində ləğv, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər X3 Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyektiv hüquq nöqteyi-nəzərindən heç bir əsası yoxdursa, bu halda məhkəmə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll etməli idi. Həmçinin, "xxxx" MMC və onun hüquqi varisi "xxxx" MTK ilə alıcı/payçılar arasında mübahisəli binanın yaşayış və qeyri-yaşayış sahələrinə dair bütün müqavilələr bağlanmazdan əvvəl həmin hüquqi şəxsdə işləyən baş mühəndis rəhbərliyə həmin sahələrin tikinti norma və qaydalarına uyğun olub-olmamasına dair şifahi olaraq rəy vermişdir. Mübahisəli binanın 3-cü blokunda cəmi 524 kv. metr qeyri-yaşayış sahəsi olduğu halda, Cavabdeh2 648 kv. metr sahəyə dair müqavilə bağlamasına baş mühəndis tərəfindən müsbət rəy verilmiş olması ağlabatan dey ildir. Bu səbəbdən birinci instansiya məhkəməsi işə baxarkən, "xxxx" MMC və onun hüquqi varisi "xxxx" MTK-nın əməkdaşı olan baş mühəndisi zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs kimi işə cəlb etməli idi.
37. Sumqayıt Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 2(105)-2037/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəs işdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri - “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X5 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi” hissəsində etibarsız hesab edilmiş, qətnamə qalan hissələrdə («Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi 7A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və Cavabdeh6 arasında bağlanmış 27 fevra l 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh2 qarşı "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X6 arasında bağlanmış 30 mart 2008- ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 8 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üz rə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. Halbuki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.metr təşki l edir. Göründüyü kimi, 3-cü blokda cəmi 524 kv.metr qeyri-yaşayış sahəsi olduğu halda Cavabdeh2 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. 324 kv.metr sahəyə dair 2007-ci ildə bağlanmış müqavilə üzrə dövlət reyestrindən çıxarışlar almış və həmin sahələrdən 296 kv.metrini özgəninkiləşdirmişdir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv.metr qeyri-yaşayış sahəsi qalır, Cavabdeh2 əlavə olaraq 324 kv metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa nəinki iddiaçının binanın 3-cü blokunda qeyri-yaşayış sahəsi almış istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yeri ilə üst-üstə düşəcəkdir. Hətta ekspert rəyində belə Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şə həri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 21,0 kv.metr hissəsi ilə və 15 kv.metr hissəsi isə baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünün müəyyən olunduğu göstərilmişdir. Nəzərə almaq lazımdır ki, nə iddiaçıya, nə də Cavabdeh2 2007, 2008 və 2010-cu illərd ə müqavilələr bağlanılan zaman hər hansı bir sxem verilməmişdir, iddiaçının müqavilələri isə Cavabdeh2 2010-cu ildə bağladığı müqavilələrdən 2 il əvvəl bağlanmışdır. Bu isə digər Cavabdeh1 MTK-nın artıq Cavabdeh2lə 2010-cu ildə 3-cü blokdakı qeyri-yaşayış sahələrinə dair müqavilə bağlamaq səlahiyyətinin olmadığını təsdiq edir. Belə ki, həmin dövrə qədər artıq 3-cü blokda bütün qeyri-yaşayış sahələri satılmışdır.
39. Həmçinin, məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq, artıq qanuni qüvvədə olmayan məhkəmə qərarlarına istinad etmişdir. Belə ki, məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 “Hayan-E" MMC-dən 20 may 2010-cu il t arixli müqavilə ilə aldığı 216 kv.metr qeyri-yaşayış sahəsinin 68 kv.metr hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)424/2019 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir.
40. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək, kəsici müddəti tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından, o cümlədən Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı həmin iş üzrə tərəf olmamış və ümum iyyətlə işdə iştirak etməmişdir, belə bir qətnamənin mövcudluğundan iddiaçı hazırkı mülki iş üzrə 25 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutmuş, qətnamənin surətini alaraq hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermiş, onun şikayəti icraata qəbul edilmiş və hal-hazırda mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini - “Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri- “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X5 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin etibarsız hesab edilməsi” hissəsində rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, X5 məxsus ünvan 9 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hal-hazırda gözəllik salonu kimi fəaliyyət göstərir. Həmin qeyriyaşayış sahəsi hazırda mülkiyyət hüququ ilə X5 məxsusdur.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 337.1, 337.3-cü, MPM-in 14.2, 77.1, 88, 217.4, 385.1.1-385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
44. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassator şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış müqavilə 13 may 2008-ci il tarixli olsa da, maliyyə arayışında 2007-ci il tarix i qeyd olunmuşdur. 13 may 2008-ci il tarixli müqavilə Zərnişan Abbasova ilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə tərəf olmamış, onunla müqavilə 26 aprel 2017-ci il tarixdə bağlanmışdır. İddiaçı ilə bağlanmış müqavilə 15 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair olmuş, 46 kv.m. qeyri-yaşayış sahəsinə dair olmamışdır. Cavabdeh2 qeyd edilən müqavilələrə əsasən, 68 kv.m qeyri-yaşayış sahəsi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə 46 kv.m və Y.Nuqaylıya münasibətdə isə 36 kv.m qeyri-yaşayış sahəsinə, yəni necəsə ümumilikdə 82 kv.m qeyriyaşayış sahəsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 14 kv.m qeyriyaşayış sahəsini haradan əldə edib verməli olduğu məlu m olmur. Ekspert rəyindən də görünür ki, Y.Nuqaylının Cavabdeh2 qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, o iddia tələbini iddiaçıya qarşı qaldırmalı idi.
46. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onu apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır.
47. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ədalət mühakiməsinin qanunvericiliyin tələblərinə əməl edilərək həyata keçirilməsi məqsədilə həmin müqavilələrin əsli istənilən halda məhkəməyə təqdim edilməli idi. Əgər həmin müqavilələrin əsilləri mövcud deyilsə, bu, cavabdeh tərəfindən məhkəməyə saxta sübut təqdim edildiyinə dəlalət edir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bu ndan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-1324/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
49. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin adına verilmiş müqavilələri iddiaçılara aid hissədə etibarsız hesab etsə də, çıxarışların ləğvi ilə bağlı heç bir dəyərləndirmə aparmamışdır. Kassator haqlı olaraq qeyd etmişdir ki, ona məxsus olan sahə çıxarışa əsasən etibarsız hesab olunan sahədən azdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi icrası m ümkün olmayan qətnamə qəbul etmişdir. Sahələr cavabdehin mülkiyyətində qalır, onunla 2010-cu ildə bağlanmış müqavilələr qismən etibarsız hesab olunur.
50. Həmçinin, Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan qətnamə icrası mümkün olmamaqla yanaşı ziddiyyətlidir. Məhkəmə cavabdehlə bağlanmış müqavilələrin konkret olaraq hansı hissələrdə etibarsız hesab olunması ilə bağlı dəqiq hüquqi mövqe sərgiləməmişdir. İddiaçıların sahələrinə aid hissədə cavabdehin müqavilələrinin etibarsız hesab olunması iş materialları ilə ziddiyyət təşkil edir. Belə ki, işin faktiki hallarına dair məhkəmələrin istinad etdiyi yeganə sübut iş üzrə keçirilmiş ekspert rəyidir.
51. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qənaəti ehtimallar əsasında çıxarıl mışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin adına qeyri-yaşayış sahəsinə dair çıxarışlar verilmiş və hazırda da həmin sənədlər qüvvəsini saxlayır. Cavabdehin adına mülkiyyət hüququna dair çıxarışlar qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında verilmişdir. Deməli, çıxarışların məhz hansı sahələr üzrə verilməsi məsələsi də baxış predmeti olmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı cavabdehin adına konkret sahələr üzrə mülkiyyət hüququnu tanımışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin adına verilmiş çıxarışların mövcudluğu faktından çıxış edərək, həmin sənədlərin verilməsi əsasına dair məhkəmə mübahisələrinin başa çatıb-çatmamasını yoxlamalı idi. Çünki, cavabdehin adına çıxarışların mövcudluğu ona məxsus sahələrin koordinatlarının mübahisəsiz olması qənaətin i formalaşdırır və məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının anasına satılmış 35 kv.m sahənin və özünə satılmış 15 kv.m sahənin koordinatları mövcud olmamışdır (bu işin mübahisəsiz halıdır). Həmin sahələrin satılan zaman hansı ərazidə yerləşdikləri (planölçüsü) də müəyyən edilməmişdir. 2017-ci ildə həmin sahələrin hansı qaydada birləşdirilərək bir müqavilə ilə 46 kv.m sahə kimi vahid qeyri-yaşayış sahəsi verilməsi də aydınlaşdırılmamışdır. Ümumiyyətlə, həmin sahələrin koordinatları mövcud olmadığı halda onların hansı qaydada birləşdirilməsi, hansı əsaslarla cavabdehin sahələri ilə üstüstə düşməsi ilə bağlı hallar da aydın deyil.
53. Beləliklə, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxılarkən hazırkı iş üzrə əhəmiyyət kəsb edən digər məhkəmə mübahisələrinin (qeyriyaşayış sahələrinin təhvil verilməsi ilə bağlı ümumi məhkəmədə olan iş, çıxarışların verilməsi öhdəliyinin qoyulması ilə bağlı inzibati məhkəmədə olan iş) yekun nəticələri öyrənilməli (əgər məhkəmə araşdırmaları davam edirsə) və bundan çıxış edərək mübahisə həll edilməlidir.
54. Kassasiya instansiyası məhkəməsi müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddia tələbi ilə bağlı hesab etmişdir ki, işdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr mövcud deyil. Belə müqavilələr ümumiyyətlə mövcud olmamışdır. Hətta, nəzərə alsaq ki, etibarsızlığı tələb olunan həmin müqavilələrin tarixi texniki səhv olaraq “26” aprel əvəzinə “28” aprel yazılmışdır, yenə də, həmin müqavilələr in cavabdehə aidiyyəti yoxdur. 26 aprel 2017-ci il tarixli müqavilələr cavabdehlə deyil, iddiaçı ilə bağlanmış müqavilələrdir. Hansı ki, iddiaçı həmin müqavilələrə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Apellyasiya məhkəməsi belə bir iddianın hansı əsasla cavabdehə yönəldilməsi, hansı əsasla belə bir iddiaya baxılmasını, hansı əsasla belə bir iddianı qismən təmin etməsini əsaslandırmamışdır. Bu iddia müqavilə tərəfi olan iddiaçıya yönələ bilər. Belə iddia qismən təmin olunarsa, yenə iddiaçıya münasibətdə təmin oluna bilər və heç bir halda cavabdehlə bağlanmış müqavilələrin etibarsızlığı ilə nəticələnə bilməz.
55. Bundan başqa Məhkəmə kollegiyası bildirmişdir ki, fərdi-müəyyən əşya artıq X5 təhvil verilmiş və onun sahibliyindədir. İddiaçının ona qarşı tələbi yoxdur. Ona görə hazırkı mübahisə ümumiyyətlə X3 mənafeyini pozmur. Onun maraqlarına toxunan yeganə hal ondan ibarətdir ki, müvafiq ekspert rəyinə əsasən iddiaçıya 26 aprel 2017-ci il tarixli müqavilələrlə ayrılmış qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsi onun sahəsi ilə üstüstə düşür.
56. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5 qarşı hazırkı işdə tələb olmadığı üçün həmin tələb təmin oluna bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya tələb etdiyi sahəyə dair istinad nöqtələri (koordinatlar) 2017-ci ildə verilmişdir ki, həmin koordinatların da etibarlılığı yuxarıda qeyd olunduğu kimi mübahisəli olduğu üçün yenidən yoxlanmaqla hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
57. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və E.Əhmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, bu hissədə iddianın təmin edilməsi, iddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sah əsi və 31 kv. metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi Cavabdeh1 MTKya həvalə edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh1 MTK-ya qarşı onunla "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayo n İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş mübahisəli qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsi imperativ formada yazılmamışdır.
59. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, müb ahisəli qeyri yaşayış sahələrinə dair Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan məhkəmə qərarları sonradan ləğv edilsə də, həmin işlər üzrə icranın dönüşü edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hazırda da qüvvədədir. Bu hal iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur.
61. Həmçinin, Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh6 vicdanlı əldə edən olduqlarından, onlarla Cavabdeh2 arasında bağlanmış 27 fevral 2019cu il və 22 may 2019-cu il tarixli alqı-satqı müqaviləl əri etibarsız hesab edilə bilməz.
62. Apellyasiya instansiyası məhkəməsi müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddia tələbi ilə bağlı hesab etmişdir ki, işdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr mövcud deyildir. Belə müqavilələr, ümumiyyətlə, mövcud olmamışdır. Hətta nəzərə alınsa ki, etibarsızlığı tələb olunan həmin müqavilələrin tarixi texniki səhv olaraq “26” aprel əvəzinə “28” aprel yazılmışdır, yenə də həmin müqavilələrin Cavabdeh2 aidiyyəti yoxdur. 26 aprel 2017-ci il tarixli müqavilələr Cavabdeh2 ilə deyil, iddiaçı ilə bağlanmış müqavilələrdir. X2 həmin müqavilələrə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Bu iddia müqavilə tərəfi olan iddiaçıya yönələ bilər.
63. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etmi şdir ki, X5 məxsus ünvan 9 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hazırda gözəllik salonu kimi fəaliyyət göstərir və onun sahibliyindədir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur ki, Cavabdeh2 məxsus olan sahə X5 məxsus olan 36 kv.m sahə ilə üst-üstə düşmür. Hazırkı halda X6 ilə Cavabdeh2 birbirinə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik deyildirlər.
64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 60-cı maddəsinə, Mülki Məcəllənin 139.1, 139.3, 140, 144.1, 144.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1.2, 158.4, 178.1, 337.1, 337.2, 337.4, 567, 646, 648.1-ci, MPM-in 46, 50.1, 50.2, 38 4.0.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək “iddia tələblərinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 216 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilənin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsinin rədd edil məsi” barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin bu qisminin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin bu hissədə təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 216 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010cu il tarixdə bağlanmış müqavilənin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
66. Kassator şikayətini onu nla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun tələbini qanunsuz və əsassız olaraq təmin etməmişdir. Bundan başqa, binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.m təşkil etdiyi halda və Cavabdeh2la mübahisəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində ümumilikdə 648 kv metr sahəyə dair müqavilə bağlandığı halda iddiaçıya 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi verilməsi fiziki cəhətdən mümkün deyildir.
67. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv. metr qeyri-yaşayış sahəsinin 68 kv. metr hissəsi üzərində M.Sutanovun mül kiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2-1(085)424/2019 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhz hazırki iş baxılıb qurtarana qədər digər iş üzrə icraat dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)- 424/2019 saylı qərarı üzrə icrada dönüş edilmədiyini və çıxarışın qüvvədə olduğunu əsas gətirərək, tamamilə qanunsuz şəkildə Cavabdeh2 mülkiyyətçi olmasını tanımış və nəzərə almamışdır ki, həmin çıxarış artıq ləğv edilmiş məhkəmə qərarı əsasında verilmişdir.
68. Kassator şikayətini Mülki Məcəllənin 178.8, 337.1, 337. 3-cü, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
69. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
70. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
71. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində h əyata keçirilir.
72. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir..
73. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yox lamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
74. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
75. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşy aya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
76. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
77. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
78. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gö türmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
79. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
80. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: əmlakdan istifadə hüququ.
81. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
82. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
83. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
84. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
85. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olm ur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
86. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
87. Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
88. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alı nması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Prosessual Məcəllə
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
92. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
94. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
96. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
97. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
98. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
99. Hazırki icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında onun tələbinin təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
102. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
103. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
104. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.