Məhkəmə qərarları › İş №2(102)-2140/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2140/2020

05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2140/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)V1/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(007)-*/2 019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Tibb Mərkəzindən vurulmuş mənəvi zərərə görə 500 manatın və 5 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsi ilə Cavabdeh Tibb Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-*/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh Tibb Mərkəzinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.20 19-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh Tibb Mərkəzinə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tibb Mərkəzi tərəfindən ona vurulan 3930 manat məbləğində maddi zərərin və mənəvi sarsıntı və iztiraba görə vurulan mənəvi zərərə görə 100000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tibb Mərkəzi tərəfindən ona vurulan 3930 manat məbləğində maddi zərərin və mənəvi sarsıntı və iztiraba görə vurulan mənəvi zərərə görə 100000 manat məbləğində pulun, eləcə də Cavabdeh Tibb Mərkəzinin əməkdaşlarının qanunsuz hərəkətlər i nəticəsində onun tərəfindən hüquqi xidmətə görə 6 saylı Vəkil bürosunun hesabına ödənilən 200 manat məbləğində pulun və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödənilən 30 manat məbləğində pulun Cavabdeh Tibb Mərkəzindən tutulub onun xeyrinə ödənilməsi onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutların qəbulu və qiymətləndirilməsinə dair MPM-nin tələblərini pozaraq sübutlara obyektiv, qanuni, qərəzsiz formada qiymət verməmiş və bu minvalla prosessual hüquq normalarını pozumuşdur. Məhkəmə iddiaçının verdiyi “xxxx” analizinin xx.xx.2017-ci tarixdə Cavabdeh MMC-də “Pozitiv”, xx.xx.2017-ci il tarixdə isə B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda “Neqativ” çıxmasına əsaslanaraq sonrakı analizin ilk analizdən daha dəqiq və mötəbər olması qərarına gəlmiş və ilk analizin yanlışlığına və iddiaçıya mənəvi zərər dəyməsinə dair qərar vermişdir. Halbuki həmin analizlərin hansının daha dəqiq və ya mötəbər olması barədə iş materiallarında heç bir dəlil, sübut, sənəd yoxdur. Qətnamə cavabdehin təqsiri sübut edilmədən onun zərərinə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən maddi hüquq normaları da pozulmuşdur. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansi ya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiаçı * оğlunun yеtkinlik yаşınа çаtmаyаn uşаğı Z qızındа «Brucеllа İgM» göstəricisinin pоzitiv оlmаsınа dаir Cavabdeh Tibb Mərkəzində düzgün оlmаyаn nəticəyə gəlinməsi və bundаn sоnrа həmin Mərkəzin həkimi X tərəfindən оnа müаlicə təyin еdilməklə müхtəlif dərmаn prеpаrаtlаrının vеrilməsi ilə хəstənin səhhətinin pisləşməsi, həmçinin хəstədə sоnrаdаn müəyyən еdilmiş «Tеrmоnеvrоz» vəziyyəti və «Üzvi еmоsiоnаl аstеnik pоzuntu» ilə səbəbli əlаqəsi оlmаmışdır. Həmçinin, хəstə CTürkiyə Rеspublikаsının İstаnbul şəhərində və Bаkı şəhərində оlаn müхtəlif klinikаlаrdа sоnrаkı müаyinəsi və müаlicəsi ilə bаğlı çəkilmiş х ərclərin хəstənin аnаlizləri ilə bаğlı Cavabdeh Tibb Mərkəzində düzgün оlmаyаn nəticəyə gəlinməsi və həmin Mərkəzin həkimi Xtərəfindən оnа müаlicə təyin еdilməsi ilə səbəbli əlаqəsi müəyyən еdilməmişdir. Bununlа yаnаşı müəyyən еdilmişdir ki, Z qızındа «Brucеllа İgM» göstəricisinin pоzitiv оlmаsınа dаir Cavabdeh Tibb Mərkəzində düzgün оlmаyаn nəticəyə gəlinməsi və bundаn sоnrа həmin Mərkəzin həkimi X tərəfindən оnа müаlicə təyin еdilməsi və bundаn sоnrа оnun səhhətində hər hаnsı bir dəyişikliyin bаş vеrməməsi хəstə Cözünün, еləcə də оnun аtаsı оlаn iddiаçı Аzər Qurbаnоvun mənəvi sаrsıntı kеçirməsinə və оnlаrın iztirаb çəkməsinə səbəb оlmuşdur. Apelyasiya kollegiyası hеsаb еtmişdir ki, «Brucеllа» kimi bаktеriоlоji təbiətli аğır хəstəliyə tutulmаsı ilə bаğlı nəticə şübhəsiz ki, yеtkinlik yа şınа çаtmаyаn хəstənin özünü, həmçinin оnun vаlidеyni оlаn iddiаçının şüurundа mənfi psiхi rеаksiyаyа səbəb оlmаqlа güclü iz burахmışdır. Bu хəstəliyin müаlicəsi ilə bаğlı хəstə Nigаr Qurbаnоvаyа təyin еdilmiş iynə və dərmаnlаrın qəbul еdilməsi isə хəstədə dаvаmlı оlаrаq fiziki аğrılаr və əziyyətlə müşаhidə оlunmuşdur. Apellyasiya kollegiyası хəstə C və оnun аtаsı оlаn iddiаçı Q Cavabdeh Tibb Mərkəzinin və həmin Mərkəzin həkimi T hüquqа zidd hərəkətləri ilə bаğlı mənəvi zərər çəkmələrini qəbul еtsə də, bu zərərin vurulmаsınа səbəb оlmuş hərəkətlərin qısа vахt kəsiyində dаvаm еtməsini, həmçinin хəstənin səhhətində ciddi pisləşməyə səbəb оlmаmаsını dа nəzərə аlmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla mü dafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həm in Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zə rərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və i ztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxu d qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməl idirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Beləliklə, apelyasiya kollegiyası mübahisələndirilən hissə (təmin olunmuş hissə) ilə bağlı cavabdehin dəlillərini formal hesab etmiş və apelyasiya şikayətini təmin etməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri də apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kassator kasasiya şikayətini də formal dəlillə rlə əsaslandırmağa çalışmışdır. Belə ki, mübahisə üzrə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş və qeyd edilən qənaətə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi ü çün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar