Məhkəmə qərarları › İş №2(102)-2142/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2142/2024

09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2142/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər X20, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, və torpaq sahəsinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər X20, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli: 17/3 saylı qərarı ilə rayonun Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, İddiaçı2 Abdulla qızının, X2 və X5 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2385 KOD 30111018 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir.

2. X10 03 noyabr 2001-ci il tarixdə vəfat etmişdir.

3. Qusar rayonu Hil kəndi ərazisindən 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17 və X11 mülkiyyətlərindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər X20, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonun Hil kəndində yerləşməklə onlara məxsus olan 2.17 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər X18, Cavabdeh2 Mülküm oğlunun və Cavabdeh3 çıxarılması, torpaq sahəsinin onlara qaytarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçıların nümayəndəsi və İddiaçı1 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, “Torpağın mülkiyyətə verilm əsinə dair” JN-2385 KOD 30111018 saylı dövlət aktına əsasən Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsinin cavabdeh X15, qərb istiqamətində 0.099 ha torpaq sahəsinin Cavabdeh3, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsinin Cavabdeh2 Mülküm oğlundan alınıb onlara qaytarılmasına, cavabdeh X18 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırıb ki, dövlət tərəfindən ona və onun ailə üzvilərinə pay verilmiş 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar təyinatı üzrə istifadə edərək gəlir əldə edirlər. Lakin son bir neçə ildir ki, həmin torpaq sahəsinin müəyyən hissələri iş üzrə cavabdehlər X25, C avabdeh2 Mülküm oğlu və Cavabdeh3 tərəfindən zəbt edilərək istifadə edilir. Həmçinin həmin torpaq sahəsində cavabdeh X25 tərəfindən orada fərdi yaşayış evi inşa olunmuşdur. Həmin torpaq sahəsinin buraxılması barədə cavabdehlərə müraciət etmişlər. Lakin cavabdehlər onların müraciətlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam edirlər və torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması səbəbindən onlar öz mülkiyyətlərindən sərəbəst şəkildə istifadə edə bilmirlər.

7. Qusar Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(029)-535/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2020-ci il tarixli 30572 nömrəli ekspert rəyi ndə göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİnin mütəxəssis rəyinə əsasən, Qusar rayonunun Hil kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN2385 KOD 30111018 saylı dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, X3 və X8 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.31 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədə uyğun olmadığı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2385 KOD 30111018 saylı dövlət aktına əsasən Qusar rayonunun Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətdə (0,06 ha torpaq sahəsi) X25, qərb istiqamətində (0,099 ha torpaq sahəsi) Cavabdeh3, cənub istiqamətində isə (30 kv.metr torpaq sa həsi) Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunduğu və eləcə də, tədqiq olunan torpaq sahəsində cavabdeh X18 fərdi yaşayış evi (146,5 kv.m) tikdiyi müəyyən olunmuşdur.

9. Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddianın təmin edilərək, Qusar rayonun Hil kəndi ərazisində yerləşən JN-2385 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X4 və mərhum X8 məxsus torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsindən cavabdeh X25, qərb istiqamətində 0.099 ha torpaq sahəsindən Cavabdeh3, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsindən Cavabdeh2 Mülküm oğlunun çıxarılmaları, həmin torpaq sahələrinin iddiaçılara qaytarılması, cavabdeh X18 həmin torpaq sahə sində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin X18 öz hesabına sökülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçılara məxsusdur və cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 157.1, 157.2, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1, 9.1, 9.3, 88, 217 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd ol unmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində məhkəmənin iş materiallarındakı ekspert rəyinə əsaslandığını, lakin hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini, rəyin özünün tam olmadığı, torpaq sahəsinin şərq hissəsindən 0,06 ha ərazinin boşaldılması qətnamədə göstərilsə də, bu ərazinin üçbucaq, dairəvi, ellipis və ya kvadrat, ümumiyyətlə hansı formada olacağının aydın olmadığını, bununla da məhkəmənin ekspert rəyinə, sübutlara obyektiv hərtərəfli, qiymət verməməsi, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğunu bildirmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2229/2020 nömrəli, 4 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz a Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə, “X24 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər X20, Cavabdeh2 Mülküm oğluna və Cavabdeh3 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissələrin koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş sxemdə qeyd edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-58/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-nin mütəxəssisləri cləb edilməklə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. 17. "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli rəyin ə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 JN-2385 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş hissəsi cavabdehlər X18 mülkiyyətində olan JN-636 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunsa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsinin müvafiq ölçülərinin və koordinatlarının naturada köçürülməsinə cavabdeh Sultalı Orucov tərəfindən (özünün yazılı ərizəsi əsasında) icazə verilmədiyindən, mütəxəssislər tər əfindən rəyin hazırlanıb verilməsi mümkün olmamışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X21 (sədrlik edən və məruzəçi) X26 və X9) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək bildirmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı apellyasiya baxışında təmsil etdiyi vəkilinin vəsatəti, o cümlədən məhkəmə kollegiyasının öz təşəbbüsü ilə ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəssis rəyinin alınmasına məhz Cavabdeh1 özü tərəfindən şərait yaradılmamışdır. Buna baxmayaraq, 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Vəkil1 hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq bu məsələyə aydınlıq gətirməsi məqsədilə məhkəmə iclasına fasilə verilməsi barədə vəsatəti təmin edilsə də, sonda cavabdehin razı olmadığını və mülki işin tamamlanmasını xahiş etmişdir. Beləliklə iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, eləcə də iddiaçıların adına olan dövlət aktının ləğvi barədə cavabdeh Sultalı Orucovun iddiası inzibati məhkəmənin aktı ilə mümkün hesab edilmədiyindən, iddiaçıların hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsini ön plana çəkərək birinci instansiya məhkəməsi tərəfindən istinad olunan hüquq normalarını düzgün hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (vəkil X22) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına geri qaytarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri ilə kassasiya şikayətinin dəlilləri eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur.

24. İddiaçı etirazında mübah isənin 2018-ci ildən davam etdiyini və iş materiallarında olan mübahisənin ətraflı araşdırılması məqsədi ilə rayon və apellyasiya instansiyası məhkəmələri tərəfindən çoxsaylı ekspertizaların təyin olunduğunu və mübahisənin ətraflı araşdırılaraq əsaslı və qanuni məhkəmə aktları qəbul olunduğu, həmçinin cavabdeh tərəfindən bilərəkdən işin uzadılması məqsədi ilə kassasiya şikayətinin verildiyini qeyd edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin pr insiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları....

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

32. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götü rmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə p ozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

36. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

37. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

38. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyət çisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 39. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 40. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 41. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... Azərbaycan Respublikası Torpaq Məcəlləsi

42. Maddə 84, 4-cü bəndi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərə r tam həcmdə ödənilir.

43. Maddə 111, 1-ci bəndi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

44. Maddə 111, 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə

9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

57. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir.

58. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

59. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir.

60. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.

61. Göründüyü kimi idd iaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

62. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.

63. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh1 tərəfindən bina inşa edilmişdir. İddiaçı evin inşa edilməsinə razılıq vermədiyini, onun etirazına baxmayaraq cavabdehin evi inşa etdiyini bildirmişir.

64. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyy ətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır.

65. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

66. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

67. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfi ndən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

68. Mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki evin inşa edilməsi zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu halda mülkiyyətçinin evin inşa edilməsinə etiraz edib-etməməsi, tikintinin dayandırılması üçün səlahiyyətli icra hakimiyyəti orqanlarına və ya məhkəməyə müraciət etməməsi sual doğurur.

69. Bu halı araşdırmaq həm də ona görə zəruri idi ki, cavabdeh evin tikintisinə 2013-cü ildən inşa etməyə başladığını bildirmişdi r və iddiaçının torpaq sahəsinin çəpərin içində olması (hasarlanması) və ya digər şəkildə mərzlənməsi görünmür. Əgər mülkiyyətçi onun torpaq sahəsində ev inşa olunmasını bilib inşaat bitənədək olan uzun müddətdə etirazını bildirməmişdirsə, onun hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllər kimi qiymətləndirilə bilər.

70. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını araşdırmamışdr.

71. Məhkəmə kollegiyas ı xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

72. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

73. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

74. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

75. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüqu qdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı).

76. Baxılan iş üzrə tikintinin inşasına nə vaxt başlanması və hazırki iddia ərizəsi verilən zaman hansı vəziyyətə gətirilməsi, iddiaçının cavabdeh tərəfindən onun torpaq sahəsində ev inşa etməyə başladığını nə v axtdan bilməsi, məlumat aldıqdan sonra cavabdehdən tikintini dayandırmanı nə qədər vaxtdan sonra bildirməsi, həmin vaxt tikinti işlərinin hansı mərhələdə olması və s. kimi hallar araşdırılmamışdır.

77. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmənin istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi “X24 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyinə əsasən verilmişdir.

78. Həmçinin məhkəmə "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli rəyinə istinad etmişdir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, “X24 və Ekspertiza Mərkəzi” MMC-nin və "xxxx" MMC-nin yerquruluşu üzrə ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin yerquruluşu məsələləri üzrə xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materi alları ilə müəyyən edilmir.

80. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

81. MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsi üçün müəyyən olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə qayda, eyni ilə ekspert rəyinin qiymətləndirilməsi üçün də tətbiq edilir.

82. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mö təbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır.

83. Bundan başqa, məhkəmə cavabdehin ekspertiza keçirilməsinə mane olmasına istinad etmişdir.

84. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertiza keçirilməsində iştirak etməkdən imtina edirsə, və ya onun keçirilməsinə mane o lursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

85. Göründüyü kimi tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etməsi, hər bir halda ekspertiza təyin edilən faktın, onun hüquqi nəticələrinin təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törətmir. Bu halda məhkəmə işin digər hallarına əsasən, ekspertiza təyin edilən fak tın hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

86. Həmçinin MPM-nin 97.5-ci maddəsinin tətbiq olunması üçün əlavə şərt ondan ibarətdir ki, tərəflər bu nəticələrin mümkünlüyü barədə əvvəlcədən xəbərdar edilməlidir. Çünki MPM-nin 14.1-ci madddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

87. İş materiallarından görünür ki, cavabdeh ekspertiza keçiril məsinə mane olmağın hüquqi nəticələri barədə xəbərdar edilməyib.

88. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

89. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

90. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblər inə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

91. Apelyasiya instansiyası instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.

92. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludu rlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

93. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, MPM-nin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etm əyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

94. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır (MPM-nin 52.4-cü maddəsi).

95. Baxılan işin halları baxımından tərəflərin barışıq yolu ilə işi həll etmələrinə üstünlük verməyə təşviq olunması zəruridir. İş materiallarından görünür ki, apelyasiya məhkəməsi tərəflərin barışmaları üçün şərait yatarmış, lakin tərəflər barışığa gəlməmişdir. Buna baxmayaraq, işə yenidən baxan məhkəmə, işin müəyyən olunan nəticələrinə uyğun olaraq tərəflərin mübahisəni barışıq yolu ilə tamamlaması üçün işə yenidən baxılarkən tərəflərlə işin h alları müzakirə olunmaqla yanaşı, tərəflərin barışıq əldə etmələri üçün təkliflər verilməlidir.

96. Həmçinin nəzərə alınmalıdır ki, yeni araşdırma yalnız Cavabdeh1 qarşı iddianın təmin olunan hissəsində aparılmalıdır.

97. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş mübahisələndirilən hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar